Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə28/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   24   25   26   27   28   29   30   31   ...   90

55 
 
Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın 
hərbi  donanma  saxlamaq  hüququ  vardı.  Xəzərdə  Rusiya  imperiyasının  güclü  rəqibinin  olmaması  Xəzər  dəniz 
donanmasının texniki təchizatına da təsir göstərmişdi.
148 
Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək 
cəhdləri,  Bakının  iri  sənaye  mərkəzinə 
çevrilməsi, neft bazalarının dəniz yaxınlığında 
yerləşməsi  hərbi  donanmanı  gücləndirmək 
ehtiyacını  yaratdı.  1911-ci  ildə  Xəzər  dəniz 
donanması  dünyada  ilk  suüstü  dizel  hərbi 
gəmiləri  -  "Ərdahan"  və  "Qars"  kanoner 
(artilleriya)  gəmiləri  ilə  gücləndirildi.
149
 
Məxsusi  Xəzər  şəraiti  üçün  layihələndirilmiş 
bu  gəmilər  müxtəlif  təyinatlı  əməliyyatlar 
keçirmək  iqtidarında  olsa  da,  onların  əsas 
vəzifəsi  dənizyanı  ərazilərdə  döyüş  zamanı 
qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara 
dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə 
səbəb  oldu.  Nəticədə  1917-ci  ildə  donanma  azsaylı  olsa  da,  Bakı  Sovetinin  ən  etibarlı  dayaqlarından  birinə 
çevrildi.
150
  General  Denstervil  Xəzərdə  inqilabdan  əvvəlki  ümumi  vəziyyəti  şərh  edərkən  yazırdı  ki,  "Qars", 
Ərdahan",  "Göytəpə"  silahlı  gəmilərindən  ibarət  olan  kiçik  donanma  bu  daxili suları  qoruyur  və  müqavimətə 
rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi, 
bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.
151
 
General  Denstervilin  yazdığına  görə,  "donanma  inqilab  dövründə  böyük  siyasi  rol  oynayırdı.  Hökumət 
(ehtimal ki, ümumilikdə V.Leninin Petroqradda yerləşən bolşevik hökuməti, S.Şaumyanın başçılıq etdiyi Bakı 
Soveti  və  Sentrokaspi  Diktaturası  nəzərdə  tutulur  -A.Y.,  Ə.S.)  iqamətgahı  dəniz  sahilində  yerləşdiyindən 
gəmilərdəki silahlar ölkənin həyati əhəmiyyətli mərkəzlərini təhdid etdiyi zaman inqilabi hökumət donanmanın 
tələblərinə diqqətlə qulaq asırdı". 
İrimiqyaslı  dəniz  əməliyyatları  keçirmək  üçün  güclü  təminat  bazası,  hərtərəfli  hazırlıqlı,  bilikli  və 
təcrübəli  komanda  heyəti  lazım  idi,  bütün  bunlar  isə  bolşeviklərdə  yox  idi.  Donanma  infrastrukturu  fəaliyyət 
göstərmir,  hərtərəfli  hazırlıq  keçmək  üçün  vaxt  və  imkan  çatışmır,  komanda  heyəti  çar  zabitlərindən  ("qızıl 
paqonlu sinfi düşmənlər") ibarət olduğundan təqiblərə məruz qalırdı. Bütün bu səbəblərdən bolşeviklər quruda 
aparılan  döyüşlərdə  matroslardan piyada  kimi  istifadə  etməyə  məcbur  olmuşdular. Xəzər  dəniz  donanmasının 
matrosları  Azərbaycan  milli  qüvvələrinə  qarşı  vuruşan  bolşevik-erməni  qoşunlarının  əsas  zərbə  qüvvəsi  idi. 
Lakin  onların  ağır  döyüşlərə  göndərilməsi  itkilərlə  nəticələnmiş  və  1918-ci  ilin  yarısına  qədər  donanmada 
təsadüfi  adamların  tədricən  çoxluq  təşkil  etməsinə  səbəb  olmuşdu.  Vəziyyəti  dəyişmək  üçün  Bakı  Sovetinin 
rəhbərliyi ənənəvi üsula - Moskvadan yeni qüvvə istəməyə əl atmışdır. 
Bakı  Soveti  Xəzər  donanmasının  əsas  qüvvəsini  "Ərdahan"  və  "Qars"  kanoner  gəmiləri,  "Göytəpə" 
köməkçi  gəmisi  və  silahlı  "Astrabad"  çarxlı  paroxodu  təşkil  edirdi.  Bununla  bərabər,  müxtəlif  nəqliyyat 
gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə birgə donanmada 14 
gəmi var idi.
152
 
"Ərdahan"  zirehli  kanoner  gəmisi  ("Qars"  gəmisi  ilə  layihələri  eyni  olduğundan  göstərici  də  eyni  idi) 
dünyada  ilk  dizel  energetik  qurğulu  suüstü  hərbi  gəmi  olmuşdur.  Gəmi  1908-ci  ildə  Rusiya  Dəniz  Texniki 
Komitəsində layihələndirilmiş, Sankt-Peterburqun Yeni Admiralteysk zavodunda istehsal edilmiş, 1911-ci ildə 
Marinsk kanallar sistemi ilə Xəzər dənizinə göndərilmişdir. Uzunluğu 61,8 m, eni 8,5 m olan gəminin su basımı 
623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton 
yanacaq  götürən  gəminin  maksimal  sürəti  15  düyünə  (uzel)  bərabər  idi.  Каmbuz,  vanna  otağı,  hamamlar, 
camaşırxana,  qalyunlar,  lazaret,  əlüzyuyanlar,  elektrik  isitmə  sisteminə  malik  olan  gəmi  ən  müasir  tələblərə 
cavab  verirdi.  Gəminin  silahları  1  ədəd  120  mm-lik  top,  2  ədəd  75  mm-lik  top,  4  ədəd  "Maksim" 
pulemyotundan ibarət idi.
153
 
                                                           
148
Алиев Н.А. Военно- морская история Азербайджана. Баку, 2002, с.76-78. 
149
Əhmədov S.Ə. «Qars» və «Ərdahan» gəmiləri // Hərbi bilik, s.95. 
150
Маковски А.Р., Радченко Б.М. Каспийская краснознаменная. Москва, 1982,42-45; Евсеев ИМ.Бушует Каспий. Баку, 1970, с.35-38. 
151
 Гражданская война. Энциклопедия, с.253. 
 
 
152
Дарабади П.Г. Военные вопросы, с.115. 
153
Веселов П. Канонерская лодка «Ленин» // Моделист-конструктор, 1988, № 4, с.12-15; Боевые и революционные траиции моряков Каспийского флота. Баку, 
1960, с. 25. Каспийская Краснознаменная флотилия. Баку. 1990, с. 11 -14.
 


56 
 
"Göytəpə" köməkçi hərbi gəmisi 1882-1883-cü illərdə istehsal olunmuş, 1911-ci ildə isə yeni silahlarla 
təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi. 
70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi. 
"Astrabad"  çarxlı  paroxodu  əvvəllər  mülki  paroxod  olmuş,  müharibə  dövründə  yüngül  toplarla 
silahlandırılmışdı. 
1918-ci  ilin  mart  hadisələrində  Xəzər  dəniz  donanması  gəmilərinin  Azərbaycan  milli  qüvvələrinə 
toplardan açdığı atəş onların müqavimətini qırmağa imkan vermişdi. Bu gəmilərlə Lənkərana bolşevik qoşunları 
göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi. 
Kür  çayının  bir  hissəsinin  xırda  gəmilərin 
hərəkəti  üçün  kifayət  qədər  dərin  olması  burada  hərbi 
gəmilərdən  istifadə  etmək  fikrinin  yaranmasına  gətirib 
çıxarmışdı. Belə ki, 1918-ci ilin yayında Şimali Qafqaz 
hərbi  dairəsi  təminat  bürosunun  Sovet  Rusiyası  dəniz 
kollegiyasına  göndərdiyi  gizli  məlumatda  sahilyanı 
sularda  və  Kür  çayında  döyüşlərdə  iştirak  etmək  üçün 
müxtəlif  tipli  gəmilərdən,  ilk  növbədə  37-47  mm-lik 
toplar  və  pulemyotlarla  silahlanan  "Nikson"  və 
"Stasionar"  katerlərindən  istifadənin  mümkünlüyü 
barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi. İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir 
dərkənar qoymuşdu: "Dəniz işləri üzrə Xalq Komissarlığına Xəzər  dənizinə  uyğun  olan  bütün  hərbi  dəniz 
gəmilərinin göndərilməsini sürətləndirməyi çox xahiş edirəm.”
154 
Lakin təşkilatı məsələləri həll edilmədiyindən 
kater  göndərmək  mümkün  olmadı.  Əvəzində  iyunda  Rusiyadan  Bakıya  üç  keşikçi  gəmisi  və  üç  minadaşıyan 
gəmi  gətirildi,  lakin  gəmilər  Kür  çayında  hərəkət  edə  bilmədiyindən  Həştərxana  aparıldı.  Belə  olduğu  halda 
bolşeviklər Kür çayında üzən balıqçı gəmilərini silahlandırıb döyüşə göndərdilər. Onların əsas vəzifəsi Qafqaz 
İslam  Ordusu  hissələrinin  Kür  çayını  keçmək  cəhdlərini  pozmaq,  Kür  üzərindən  salınmış  körpü  və  bərələri 
qorumaq, çayı maneəyə çevirmək idi. 
İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi. 
Hərbi  gəmilərin  Bakı  ətrafında  geniş  istifadəsi  Sentrokaspi  Diktaturası  vaxtına  təsadüf  edir.  Dənizçi 
zabitləri  gəmilərə  qaytaran  hərbi  rəhbərlik  onlardan  təyinatı  üzrə  (quru  qoşunlarının  dənizdən  atəşlə 
dəstəklənməsi  və  dəniz  desantlarının  atəş  təminatının  həyata  keçirilməsi)  istifadə  etməyə  çalışdı.  Xırdalan, 
Hacıqabul döyüşlərində hərbi gəmilər geniş tətbiq edilirdi. Mənbələrin məlumatı göstərir ki, əsasən 3 gəmidən 
istifadə edilirdi: "Ərdahan", "Qars" və "Göytəpə". Onların atəşi avqustun əvvəllərində Ələt istiqamətindən türk-
Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi. 
Xəzər  dənizinə  nəzarət  etmək  üçün  ingilislər  burada  güclü  donanma  yaratmağı  planlaşdırırdılar. 
Donanmanın  əsas  hərbi  gəmiləri  bolşevik  meyilli  olduğundan  kommodor  Norris  iri  ticarət  gəmilərini toplarla 
silahlandırıb  donanma  yaratmağı  təklif  edirdi.  Çox  böyük  çətinliklə  "Ventyur"  və  "İqnati"  gəmilərini 
Sentrokaspi  Diktaturasından  bu  məqsədlər  üçün  alan  ingilislər  Bakını  tərk  edənə  qədər  gəmiləri  silahlandıra 
bilmədilər.
155
 
Dənizdən  gələn  təhlükəni  nəzərə  alaraq  Qafqaz  İslam  Ordusunun  komandanlığı  sahil  müşahidə  postları 
yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin 
50  nəfərlik  ilk  dəstə  sahilə  çıxan  kimi  irəli  yeridilən  Azərbaycan  zirehli  qatarı  desantı  atəşə  tutdu,  sonra  isə 
atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.
156
 
General  Denstervil  Sentrokaspi  Diktaturası  donanmasının  fəaliyyətini  istehza  ilə  təsvir  edir  və  döyüş 
qabiliyyətinin  aşağı  olmasını  ilk  növbədə  donanma  heyətinin  qorxaqlığı  ilə  izah  edir.  Yazır  ki,  kommodor 
Norris kanoner gəmilərinin birində Bakıdan cənubda Xəzər sahili boyunca uzanan dəmiryol xəttini atəşə tutub 
keçən qatarları məhv etmək məqsədi ilə dənizə çıxır. "Əlverişli mövqe seçiləndən sonra atəş açıldı, ancaq nəticə 
yox  dərəcəsində  idi,  odur ki,  Norris  kapitana daha  dəqiq  atəş  açmaq  üçün  sahilə  yaxınlaşıb hədəfə  qədər olan 
məsafəni  azaltmaq  təklifini  verdi.  Müvafiq  göstərişlər  verilən  kimi  matrosların  üzündə  təəccüb  və  narazılıq 
cizgiləri  görsəndi,  onların  nümayəndəsi  dərhal  kapitana  yaxınlaşdı".  Norrisin  sözlərindən  kapitanla  gəmi 
heyətinin seçdiyi komitəsinin uzun-uzadı danışıqlarını təsvir edən Denstervil sonda yazır: "Komitənin iclasında 
qərara  alındı:  düşmənin  hardasa  sahildə  artilleriyası  olduğundan  sahilə  yaxınlaşmaq  təhlükəlidir,  çünki  gəmi 
düşmən atəşinə tuş gələ bilərdi. Kapitanın əmri ləğv edildi, komitənin özü üçün daha təhlükəsiz qərarı verildi: 
Bakıya qayıtmaq. Bu əmr dərhal icra olundu".
157
 
                                                           
154
Военные моряки в боьрбе за власть Советов в Азербайджане и Прикаспии. 1918-1920 г. Сб. документов. Баку, 1971, с.42, 43,346. 
155
Денстервиль, с.96. 
156
 Süleymanov M.S. Qafqaz İslam Ordusu..., s.304.
 
157
 Денстервиль, с. 106.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə