Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   2   3   4   5   6   7   8   9   ...   90


 
ÖN  SÖZ 
 
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi-
siyasi  olaylar  bu  hadisələr  sırasında  xüsusi  yer  tutur.  Məhz  bu  hadisələrin  gedişində  millət  öz  mövcudluğu 
uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir. 
Bəşər  övladının  ilk  məskənlərindən  olan  Azərbaycan  zəngin  tarixi  keçmişə  malikdir.  Əsrlər  boyu 
beynəlxalq  rəqabətin  obyektinə  çevrilən  diyarımız  öz  mövcudluğu  uğrunda  ağır  sınaqlardan  keçmiş,  qanlı 
döyüşlərdə  iştirak  etməli  olmuşdur.  Xarici  işğalçılara  qarşı  aparılan  mübarizədə  xalqımız  nəinki  öz 
mövcudluğunu  qoruyub  saxlamış,  hətta  təkrarolunmaz  mədəniyyət  yaratmışdır.  Bu,  «Odlar  ölkəsinin»  mərd 
oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, və-tənpərvərlik sayəsində mümkün olmuşdur. 
Ümummilli  lider  Heydər  Əliyev  demişdir:  «Azərbaycan  Respublikası  öz  torpaqlarını  qorumaq  üçün 
böyük  potensiala  malikdir.  Onun  ən  böyük  potensialı  -  bizim  vətəndaşların  öz  Vətənlərinə  olan  sədaqəti  və 
məhəbbətidir.  Bu  hisslər  xalqımızın  tarixi  qəhrəmanlıq  ənənələri  ilə  doğulmuşdur...».  Bu  ənənələrin,  o 
cümlədən  Azərbaycan  hərb  tarixinin  öyrənilib  təbliğ  edilməsi  milli  Silahlı  Qüvvələrin  möhkəmlənməsinə 
yönəlmiş praktiki addımlar qədər əhəmiyyətlidir. Hərb tarixini bilmək təkcə ordunun şəxsi heyəti üçün deyil, 
ümumiyyətlə, bütün vətəndaşlar üçün vacibdir. Bu çoxşaxəli problemin həlli isə hərb tarixini işıqlandıran elmi 
və  elmi-kütləvi  əsərlərdən  bilavasitə  asılıdır.  Bu  baxımdan  təqdim  olunan  kitab  olduqca  böyük  əhəmiyyətə 
malikdir.  Ağayev  Yusif  və  Əhmədov  Səbuhinin  birlikdə  hazırladıqları  kitab  Azərbaycan  tarixinin  ən  ağrılı 
məqamlarından birinə- 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş hadisələrə 
həsr olunur. Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyasında olan erməni millətçiləri 
1988-ci  ildən  başlayaraq  zor  gücü  ilə  Dağlıq  Qarabağ  və  ona  bitişik  ərazilərimiz  hesabına  bu  xülyanı 
reallaşdırmaq  istəmişlər.  Erməni  siyasətbazları  Ermənistan  SSR  ərazisində,  daha  sonra  isə  Qarabağ  və  ətraf 
ərazilərdə  yaşayan  azərbaycanlıları  doğma  ata-baba  torpaqlarından  qovduqdan  sonra  boşaldılmış  ərazilərdə 
başqa  ölkələrdən  gətirilən  erməniləri  yerləşdirərək  burada  «Dağlıq  Qarabağ  Respublikası»  adlı  qondarma 
"müstəqil"  dövlət  yaratmaq,  ya  da  zəbt  edilən  əraziləri  Ermənistana  birləşdirmək  niyyətinə  düşmüşlər.  Tarixi 
kökü olan bu günkü hadisələri dərindən və düzgün təhlil edə bilmək üçün dünənki faktlara dönə-dönə müraciət 
etmək zərurəti yaranır. Kitabın ilk paraqraflarında müəlliflər hərbi məqamlardan çox, artıq tədqiqatçılara məlum 
olan  faktları  sadalamaqla  bəzi  siyasi  məqamları  oxuculara  bir  daha  xatırlatmaq  istəyirlər.  1917-ci  il  Fevral 
inqilabından  sonra  Rusiyada  hakimiyyətə  gələn  Müvəqqəti  Hökumət  erməni  hərəkatını  dəstəklədi.  Tiflisdə 
keçirilən erməni konfransında Qafqazı və Şərqi Anadolunu  əhatə edəcək "Böyük Ermənistan" yaratmaq planı 
qəbul  edildi.  1917-ci  il  Oktyabr  çevrilişindən  sonra  hakimiyyəti  ələ  keçirən  bolşeviklər  ermənilərə 
münasibətlərində  Müvəqqəti  Hökumətin  siyasətini  davam  etdirdilər.  1917-ci  il  dekabr  ayının  29-da  Rusiya 
XKS-in  Türkiyədə  yaradılacaq  Erməni  dövləti  haqqında  13  №-li  Dekreti  imzalandı.  Qafqaz  işləri  üzrə 
Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın köməyi ilə müvəqqəti Erməni Milli Hökuməti yaradılmalı 
idi. Ermənistana verilən torpaqlarda müsəlman əhalisinin sayının azaldılması məqsədilə erməni ordusu kütləvi 
qırğınlar siyasətini həyata keçirməyə başladı. Göyçə gölü ətraflarını, Naxçıvanı, Zəngəzuru və Dağlıq Qarabağı 
gələcək  Ermənistan  dövlətinin  ərazilərinə  çevirmək  üçün  erməni  millətçiləri  yeni-yeni  planlar  hazırladılar. 
Bakıda, bolşeviklər öz tabeliyində olan hərbi hissələrlə daşnakların silahlı dəstələrini birləşdirdilər. 
1918-ci  ilin  martın  31-də  Bakıda  əməliyyata  başlayan  və  bir  neçə  gün  ərzində  şəhərin  azərbaycanlılara 
məxsus  hissəsini  viranəyə  çevirib  əhaliyə  divan  tutan  erməni  daşnak  dəstələri  bolşeviklərlə  əlbir  hərəkət 
edirdilər. Müsəlman əhalisinin qırğınları Şamaxıda, Qubada və digər Azərbaycan ərazilərində baş verdi. 1918-ci 
il  mayın  28-də  müstəqil  Azərbaycan  dövlətinin  yaradılması  xəbəri  bol-şevik-daşnak  qüvvələrini  təlaşa  saldı. 
Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan daşnak Andranikin əməli yardımına bel bağlayırdı. 
Təqdim  olunan  kitabın  hərbi  hadisələrin  təsvirinə  həsr  olunmuş  paraqrafları  zəngin  tarixi  mənbələr 
(sənədli,  illüstrativ,  foto  və  s.)  və  mövcud  elmi  ədəbiyyat  əsasında  yazılmışdır.  Bir  çox  hadisələrin 
işıqlandırılmasında  müəlliflər  arxiv  materiallarından  istifadə  etmişlər.  Müəlliflər  həm  Azərbaycan,  həm  də 
xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək Azərbaycanda hərb işi tarixinin  ən çətin 
problemlərinin  kompleks  tədqiqini  həyata  keçirməyə  cəhd  göstərmişlər.  İşin  strukturu  da  hərb  tarixinin  gedişi 
ilə şərtləndirilmişdir. 
Y.Ağayev  və  S.Əhmədov  Azərbaycanda  baş  vermiş  hərbi-siyasi  hadisələri  təsvir  edir,  tərəflərin  silahlı 
qüvvələrinin  hərbi  strukturunu  açıqlayır,  tətbiq  edilmiş  silahları  araşdırırlar.  Daha  sonra  müəlliflər  hərbi 
əməliyyatları,  bu  əməliyyatların  gedişində  Azərbaycan  hərb  sənətinin  hansı  dəyişikliklərə  məruz  qalmasını, 
hansı nailiyyətləri əldə etməsini ətraflı təsvir edirlər. Tədqiqat işində tarixşünaslıqda indiyədək məlum olmayan 
bir çox tarixi faktlar da öz əksini tapmışdır. Kitabda mövzuya dair fotoşəkil, rəsm, xəritə və sxemlərin verilməsi 
onu daha da oxunaqlı edir, kitabın elmi  əhəmiyyətini artırır. Müəlliflərin aşkar etdiyi və tədqiqata cəlb edilən 
statistik  mənbələrin  yeniliyi  ciddi  tədqiqat  işinin  aparılmasından  xəbər  verir.1915-ci  ildə  Rusiyanın  Van  və 
Ərzurumdakı  baş  konsulu  general  V.F.  Mayevski  yazırdı:  "Həqiqət  ona  görə  yoxdur  ki,  erməni  müəllifləri 
həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar. Onların bütün fəaliyyəti yalanlar, ağlasığmaz, görünməmiş, hələ 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə