Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


 Hadisələrin qısa xronologiyası



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

18 
 
2.  Hadisələrin qısa xronologiyası 
 
 
1917-ci il 
 
Fevral - Rusiya imperatoru istefa verdi. 
9 mart - Zaqafqaziyanı idarə etmək üçün Tiflisdə Xüsusi İdarə Komitəsi yaradıldı. 
17  mart  -  Bakıda  Müvəqqəti  hökumətin  yerli  hakimiyyət  orqanı  -  İctimai  Təşkilatların  İcra  Komitəsi 
təşkil edildi. 
27 mart - Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçildi. 
Aprel  -  Qafqaz  müsəlmanlarının  qurultayında  Azərbaycanın  səfərbərlik  imkanlarını  müəyyənləşdirmək 
üçün müsəlman əhalinin siyahıya alınması məqsədi ilə büro yaradıldı. 
May  -  Petroqradda  general-mayor  L.T.Tiqranyan,  podpolkovniklər  İ.T.Tiqranyan  və  N.A.Məlik-
Parsacanyan  tərəfindən  Erməni  Komitəsi  nəzdində  erməni  hərbi  komissiyası  yaradıldı.  Rusiya  Müvəqqəti 
hökumətinin sədri və hərbi nazir A.EKerenskinin qətnaməsi: "Erməni atıcı taborlarının alaylara çevrilməsi və 
onlardan  diviziyaların  təşkil  edilməsinin  yubadılmamasını  təsdiq  edirəm".  Rusiya  ordusunda  mövcud  olmuş 
gürcü və erməni milli hərbi hissələri Qafqazda cəmləşdirilməyə başlandı. 
Ġyul  -  polkovnik  Süleyman  bəy  Əfəndiyev 
Yelizavetpolda hərbi kurs təşkil etdi. 
4  avqust  -  Petroqradda  general-mayor 
A.Baqratuni  və  L.Tiqranyan  Rusiya  hərbi  nazirinin 
köməkçisi 
B.Savinkova 
Erməni 
korpusunun 
yaradılması  layihəsini  təqdim  etdilər.  Erməni  hərbi 
komissarı  vəzifəsi  Müvəqqəti  hökumət  tərəfindən 
təsdiqlədi, 
A.Baqratunini 
komissar 
seçdilər- 
A.Baqratuni,  L.Tiqranyan,  N.Məlik-Parsacanyan, 
M.Ter-Poqosyan, İ.Axverdyan, Bozoyan və s. – dən 
ibarət  Hərbi  Şura  yaradıldı.  Məqsəd  cəbbələrdə 
səpələnmiş silahlı erməniləri siyahıya alıb (120 min 
nəfər), onlardan ən azı 40 min nəfərini Qafqazda yerləşdirmək idi. 
22 oktyabr -Bakı Sovetinə keçirilən seçkilər "Müsavat" partiyasının böyük nüfuza malik olmasını sübut 
etdi. 
25  oktyabr  -  Petroqradda  çevriliş  nəticəsində  Müvəqqəti  hökumət  devrildi,  bolşeviklər  Rusiyada 
hakimiyyətə gəldi. 
26 oktyabr - "Müsavat" partiyasının I qurultayının açılışı oldu. 
Oktyabr - Tatar süvari alayı Yelizavetpola gəldi. 
Noyabr  -  Rusiya  Müəssislər  Məclisinə  keçirilən  seçkilər  "Müsavat"  partiyasının  böyük  nüfuza  malik 
olmasını sübut etdi. 
5 noyabr - Yelizavetpolda Müsəlman Milli Şurası tərəfindən Qafqaz müsəlman hərbçilərinin 1 qurultayı 
keçirildi. 
8  noyabr  -  II  Ümumrusiya  Sovetlər  qurultayı  Sülh  haqqında  Dekret  qəbul  etdi  və  çar  hökumətinin 
Antanta ölkələri ilə imzaladığı gizli müqavilələr dərc edildi. Çar hökumətinin heç bir planında Ermənistan adlı 
dövlət yaratmaq üçün tədbirlər nəzərdə tutulmamışdı. Ermənilər siyasi istiqaməti dəyişərək bolşevik qüvvələri 
ilə birləşməyə meylli oldular. 
8-11  noyabr  -  Tiflisdə  Zaqafqaziya  idarə  komissiyaları,  milli,  məhəlli  qurumlar,  bələdiyyələr,  fəhlə  və 
həmkarlar  ittifaqları,  kəndli  birlikləri,  siyasi  partiyalar,  ordu  nümayəndələri,  baş  komandan  və  Xüsusi  komitə 
üzvlərinin  iştirakı  ilə  müşavirə  keçirildi.  Oktyabr  hadisələri  çevriliş  adlandırıldı  və  Müəssislər  Məclisi 
çağırılanadək Zaqafqaziya Komissarlığı adlı qurum yaradılacağı bildirildi. 
12  noyabr  -  bolşeviklər  əsgər  komitələrinin  gücündən  istifadə  edərək  özlərinə  sadiq  hərbi  hissələr 
yaratmaq məqsədi ilə çar ordusunun hərbi hissə komandirlərini dəyişdirməyə başladılar. 
13 noyabr - Bakı Fəhlə və Əsgər deputatları sovetinin hərbi bölməsinin noyabrın 13-də keçirilən geniş 
iclasında Qırmızı qvardiyanın yaradılması barəsində qətnamə qəbul edildi. 
17 noyabr - Lenin və Stalinin imzası ilə Şərqin və Rusiyanın müsəlman zəhmətkeşlərinə müraciət edildi. 
21 noyabr - Rusiya Qafqaz Cəbhəsinin komandanı general Prijevalski Türk qoşunları Qafqaz Cəbhəsinin 
komandanı Fəriq Vehib paşanın sülh bağlamaq  təklifi haqqında ZK iclasında məlumat verdi. 
1 dekabr - Erməni Milli Deleqasiyası adlı qurumun prezidenti Poqos Nübar Fransa parlamentinin Sena 
deputatı  Alber  Tomasa  məktubunda  göstərirdi:  "Ermənilərə  öz  doğma  torpaqlarını  müdafiə  etmək  üçün  rus 
ordusunun  müxtəlif  cəbhələrə  səpələnmiş  150  000  erməni  əsgərini  Qafqazda  toplamaq  lazımdır.  Kerenski 


19 
 
hökuməti bizim müraciətə cavab olaraq bu toplanma üçün göstəriş verib və hal-hazırda burada 35 000 erməni 
əsgəri toplanıb. Tanınmış komandir Andranikin əmri ilə erməni könüllüləri onlara birləşdirildi..." 
5 dekabr - ZK ilə Osmanlı dövləti arasında imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş əməliyyatları 
dayandırılmalı, rus əsgərləri silahlarını milli hərbi hissələrə təhvil verərək Rusiyaya qayıtmalı idilər. 
6dekabr  -  ZK-nın  növbəti  iclasında  qəbul  edilən  qərar  Qafqaz  Ordusunun  milli  hərbi  hissələr  əsasında 
təşkil  edilməsi  üçün  əsas  oldu.  Qafqaz  cəbhəsinin  komissarı  Donskoyun  əmrinə  əsasən,  "Ordu  milli  tərkibli 
nizami  vahidlərdən  təşkil  edilməli",  ermənilərdən,  gürcülərdən,  azərbaycanlılardan  və  ruslardan  ibarət  milli 
korpuslar  yaradılmalıdır.  Qafqaz  cəbhəsinin  komandanı  general  Prjevalski  Bakıda  olan  hərbi  hissələrin  ləğvi, 
lakin milli tərkibli hərbi hissələrin saxlanılması barəsində əmr imzaladı. 
10  dekabr  -  Tiflisdə  Qafqaz  ordusunun  II  diyar  qurultayı  keçirildi.  Bolşeviklər  tərəfindən  çağırılmış 
nümayəndələr  bolşeviklərin  xəttini  dəstəklədi,  bolşevizmə  qarşı  yönələn  bütün  hərəkətlərə  qarşı  mübarizə 
aparacaqlarını bəyan etdilər. Diyar şurasının sədri Q.Korqanov seçildi. ZK-ya qarşı açıq çıxışlara cəhd yatırıldı 
və Bakıya köçmək qərarı qəbul edildi. 
11dekabr  -  Zaqafqaziya  Komissarlığı  Müsəlman  Korpusunun  yaradılması  barəsində  dekret  qəbul  etdi. 
Təşkilat işlərinin həlli üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. 
12  dekabr  -  Əliağa  Şıxlinski  MK-nın  komandanı  təyin  edildi.  Bolşeviklər  tərəfindən  Bakıda  Hərbi 
İnqilab Komitəsi (HİK) yaradıldı. 
14 dekabr - HİK Bakıda kütlə halında toplaşmağı, kütləvi tədbirlər keçirməyi qadağan etdi. 
15
 
dekabr - Erməni Korpusu Bakıya cəmləşməyə başladı. 
16 dekabr - Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın Fövqəladə Komissarı təyin edilməsi barəsində 
RSFSR Xalq Komissarları Sovetinin qərarı oldu. 
19  dekabr  -  Tiflisdə  Fəhlə,  Əsgər  və  Kəndli sovetlərinin  II  Qafqaz  diyar  qurultayı  da  bolşeviklər  üçün 
uğursuz oldu və onlar bütün qurumlarını Bakıya köçürdülər. 
21 dekabr - Bakıda qırmızı qvardiyanın yaradılması barəsində qərar qəbul edildi. 
24  dekabr  -  İngiltərə  qoşunlarının  polkovniki  Denstervil  komandanlıqdan  məxfi  əmr  aldı:  Qafqaza 
ingilislərin müdaxiləsinin təşkili işlərinə başlamaq. 
Dekabrın sonları - Mərkəzi büro adlı qurum Bakıda Qırmızı qvardiyanın Mərkəzi qərargahına çevrildi. 
General  Donskoy  keçmiş  Rusiya-Osmanlı  sərhədinin  mühafizəsi  üçün  erməni  və  gürcü  korpuslarının  mövcud 
hissələrindən istifadə planını tərtib edəndə 30 min nəfər erməni və 12 min nəfər gürcü döyüşçüsünü də nəzərə 
almışdı. Müsəlman Korpusunu silahla təmin etmək üçün rus hərbi hissələri tərksilah edildi. 
 
 
1918-ci il 
 
5 yanvar - Petroqradda bolşeviklər tərəfindən Müəssislər Məclisi ləğv edildi. 
6-10  yanvar  -  Şamxor  dəmir  yolu  stansiyasında  rus  hərbi  hissələri  tərksilah  edildi.  Danışıqlar 
toqquşmaların baş verməsi ilə nəticələndi. 
Yanvarın əvvəlləri - Müsəlman Korpusu üçün zabit hazırlamaq məqsədi ilə Bakıda kadet məktəbi açmaq 
qərara alındı və onun layihəsi tərtib edildi. 
13 yanvar - Lenin və Stalinin imzası ilə Ermənistan hökumətinin yaradılması barəsində qərar imzalandı. 
Qərarda konkret coğrafi ərazilər göstərilməmişdi. 
Yanvarın əvvəlləri - RSFSR Millətlərlə İş üzrə Xalq Komissarlığında erməni komitəsi təşkil edildi (nə 
gürcü, nə də Azərbaycan komitəsi yaadılmamışdı). 
15 yanvar - Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret imzalandı. 
29 yanvar - Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin yaradılması barəsində qərar 
verdi. 
Fevralın əvvəlləri - Bakı Soveti qoşunları hərbi parad keçirdilər. 
6  fevral  -  Bakıda  bolşevik-erməni  qoşunları  səfərbər  edilmiş,  şəhərə  general-mayor  İ.S.Baqramyan 
gəlmişdi. 
Bakıda  1918-ci  il  mart  qırğınları  zamanı  bolşevik-erməni  dəstələrinə  müqavimət  göstərmiş 
azərbaycanlılardan bir qrup. Mərdəkan kəndi. MATM. 
6  fevral  -  Bakıda  "Milli  hərbiyyə  məktəbi"  (rusdilli  sənədlərdə  "Мусульманская  школа 
подпрапорщиков")  adı  ilə  hərbi  məktəb  yaradılması  barədə  qərar  qəbul  edildi.  Müvəqqəti  olaraq  (Bakıya 
köçənə qədər) məktəb Yelizavetpol şəhərində təşkil edilməli idi. 
10  fevral  -  Zaqafqaziyadan  Müəssislər  Məclisinə  seçilmiş  deputatlar  Tiflisdə  toplaşaraq  Zaqafqaziya 
Seymini çağırdılar. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə