Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

24 
 
 
 


25 
 
itkilərin  qarşısını  almaq  məqsədi  ilə  təslim  olmağı  təklif  etdi,  lakin  cavab  almadı.  Bakıda  Xalq 
Komissarları Soveti hakimiyyəti itirdi. Bolşeviklərin şəhəri tərk edib qaçmaq cəhdinin qarşısı alındı. 
1  avqust  -  Bakıda  Sentrokaspi  Diktaturası  hakimiyyətə  gəldi.  QİO-nun  Şimal  qrupu  Hacıhəsən  kəndini 
azad  edərək  Qurd  qapısına  yaxınlaşdı.  QİO-nun  Cənub  qrupu  isə  Ələti  azad  etdi.  Azərbaycan  milli  hissələri 
Qusarı azad etdilər. 
2  avqust  -  Güzdək  və  Sumqayıt  bolşevik-erməni  qoşunlarından  azad  edildi.  Nuru  paşa  Qafqaz  İslam 
Ordusu tərkibində Azərbaycan hissələrinin yenidən tərtib edilməsi barədə əmr verdi. Azərbaycan milli hissələri 
Qubanı  azad  etdilər.  Avqustun  2-dən  8-dək  Xaçmaz  uğrunda  gedən  döyüşlərdə  Azərbaycan  milli  hissələri 
erməni-bolşevik  qoşunlarını  məğlub  etdi.  Biçeraxovun  qoşunları  geri,  Şimali  Qafqaza  doğru  çəkildilər. 
Almaniyanın təzyiqi ilə üzləşən Ənvər paşa Nuru paşaya hücumu davam etdirmək barədə gizli əmrlər verməklə, 
alman nümayəndələrinə osmanlı hissələrinin hərəkətsiz dayanması, hücumun yalnız Azərbaycan milli qüvvələri 
tərəfindən həyata keçirildiyi barəsində məlumat verdl. 
3 avqust - Qafqaz İslam Ordusunun komandanlığı Qırmızı Ordu komandanlığına əlavə itkilərin qarşısını 
almaq  məqsədi  ilə  yenidən  təslim  olmağı  təklif  etdi,  lakin  cavab  almadı.  Biçeraxovun  qayıtması  barədə 
Sentrokaspi  Diktaturasına  göndərdiyi  teleqram  erməni  və  rus  dillərində  çap  edilərək  şəhərin  hər  yerində 
yapışdırılmışdı,  lakin  Biçeraxov  gəlmədi.  S.Şaumyan  və  Теr-Qabrielyan  Bakıdan  qaçmaq  istəyərkən 
yaxalandılar. 
4  avqust  -  polkovnik  Stoksun  rəhbərliyi ilə  ilk  ingilis  hərbi  hissələri  Bakıya  gəlməyə  başladı.  QİO-nun 
Şimal qrupunu gücləndirmək üçün Cənub qrupu tərkibindəki bütün süvari, topçu hissələri, əksər piyada hissələri 
ona  verildi.  Məqsəd  Bakıya  bir  istiqamətdən  (Qurd  qapısı)  həmlə  etmək  idi.  Sentrokaspi  Diktaturası  bütün 
qüvvələri Bayıl və Qurd qapısı istiqamətində topladı. Almaniya komandanlığının təzyiqi ilə üzləşən Ənvər paşa 
Nuru paşaya hücumu dayandırmaq əmri verdi, lakin əslində Bakının tezliklə azad edilməsini tələb edirdi. 
5  avqust  -  QİO-nun  Bakıya  bir  tərəfdən  zəif  hazırlanmış  hücumunun  qarşısı  alındı.  Bakı  Sovetinin 
bolşevik  hissələri  və  Sentrokaspi  Diktaturasının  qoşunları  QİO-ya  qarşı  birlikdə  vuruşurdular.  İtkiləri  bərpa 
etmək  üçün  Bakıda  42  yaşınadək  olan  qeyri-müsəlmanların  yeni  səfərbərliyi  keçirildi  və  yeni  bir  alay 
formalaşdırıldı. 
6-18  avqust  -  Qafqaz  İslam  Ordusu  Bakı  ətrafına  qoşunlar  toplayır,  bütün  tədbirlər  gizli  aparılır, 
Almaniya  və  Sovet  Rusiyasına  hücumun  dayandırıldığını  bildirilirdi.  Sentrokaspi  Diktaturası  və  ingilis 
qoşunları  Bakı  ətrafında  getdikcə  daralan  halqanı  yarmaq  üçün  mütəmadi  olaraq  müxtəlif  istiqamətlərdə  iri 
qüvvələrlə hücumlar həyata keçirir, lakin geri atılırdılar. 
12  avqust  -  Azərbaycan  hökumətinin  qərarı  ilə  19-34  yaşlı  hərbi  xidmətə  yararlı  kişilər  hərbi  xidmətə 
səfərbər olundu. 
13  avqust  -  Nuru  paşanın  əmri  ilə  Əlahiddə  Azərbaycan  Korpusu  ləğv  edildi,  lakin  Azərbaycan  hərbi 
hissələri  öz  mövcudluğunu  saxladı.  Azərbaycanlı  zabitlər  yeni  təyinatlar  aldı.  Bolşeviklərin  Bakıdan  silah  və 
sursatla gəmilər vasitəsi ilə qaçmaq cəhdinin qarşısı alınaraq tərk-silah olundu. 
Avqustun ortaları - QİO-da kiçik komandir kadrlarının çatışmazlığı problemini aradan qaldırmaq üçün 
Nuru paşanın əmri ilə Ehtiyat Zabit namizədləri təlimgahı açıldı. 
17 avqust - Bakıya general Denstervil və onun bütün dəstəsi ("Densterfors”) gəldi. 
18 avqust - Sovet Rusiyası türk qoşunlarının ciddi hücuma hazırlaşması barədə məlumat aldı, Moskvada 
Rusiya və Osmanlı nümayəndələrinin danışıqları qarşılıqlı ittihamlara çevrildi. 
19 avqust - Sovet Rusiyası Almaniyaya nota verərək QİO hücumunun qarşısını almağı tələb etdi. 
26 avqust - Bakı Sovetinin Qırmızı Ordusu "Bakı və ətraf rayonların ordusu və donanması" adlandırıldı. 
QİO hissələrinin həmlələri nəticəsində Bakı ətrafında bəzi hakim təpələr tutuldu. 
27  avqust  -  Sovet  Rusiyası  ilə  Almaniya  arasında  Bakı  və  Azərbaycan  neftinin  taleyi  ilə  bağlı  saziş 
imzalandı,  saziş  Osmanlı  dövləti  və  Azərbaycan  hökumətinin  narazılığı  ilə  qarşılandı.  İngilislər  Sentrokaspi 
Diktaturasının  qoşunları  ilə  birgə  irimiqyaslı  əks-hücum  planlaşdırdılar,  lakin  QİO-nun  cəbhənin  bütün 
mövqelərində fəallığı qüvvələri toplayıb əks-hücuma keçməyə irnkan vermədi. 
30 avqust - Bakıya hücum üçün türk-Azərbaycan hissələri üç qrupa bölündü: Şimal, Cənub, Qərb. 
31  avqust  -  Binəqədi,  Digah,  Məhəmmədi  kəndləri  tutulmaqla  Bakı  şəhəri  tam  mühasirəyə  alındı. 
Avqustun  31-dən  sentyabrın  1-nə  keçən  gecə  keçirilən  müşavirədə  general  Denstervil  demişdi:  "YER 
ÜZÜNDƏ  HEÇ  BĠR  QÜVVƏ  BAKINI  TÜRKLƏRDƏN  QORUYA  BĠLMƏZ".  Denstervil  ingilis 
qoşunlarının evakuasiyasını hazırlamağı əmr etdi. 
1  sentyabr  -  Osmanlı  ordusunun  15-ci  piyada  firqəsi  Batum-Qarakilsə-Dilican-Karvansara-Qazax-
Ağstafa yolu ilə Azərbaycana gəlmək əmri aldı; 
2 sentyabr - M.Ə.Rəsulzadə Almaniyanın Osmanlı dövlətindəki səfirinə etiraz notası (Rusiya-Almaniya 
sazişi  ilə  bağlı)  təqdim  etdi.  Zabrat  və  Hövsan  ətrafında  başlayan  döyüşlər  sentyabrın  4-də  kəndlərin  azad 
edilməsi ilə nəticələndi. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə