Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

29 
 
1917-ci  il  dekabrın  21-də  Bakıda  Qırmızı  Qvardiyanın  yaradılması  barədə  qərar  qəbul  edildi.
44
  Lakin 
fəhlələrdən döyüş qabiliyyəti olan qoşun yaratmaq olduqca çətin iş idi. Bu səbəbdən 
1918-ci  ilin  yanvar  ayının  əvvəllərində  Bakıdan  keçən  rus  hərbçiləri      ilə      əlaqə   
yaratmağa  çalışdılar.  Onlar  Bakıda  qalıb  "inqilabı  müdafiə  etmək"  istiqamətində 
təbliğat aparmalı idilər. Bolşeviklərin təklifi ilə razılaşanlar dərhal Qırmızı Qvardiya 
dəstələrinə  yazılır,  razılaşmayanlar  isə  tərksilah  edilərək  Rusiyaya  göndərilirdi. 
Yanvarın  ortalarında  Qırmızı  Qvardiya        döyüşçülərinin  sayı  3500  nəfərə  çatdı. 
Ancaq  bu,  nəinki  inqilabı  bütün  Qafqaza  yaymaq,  heç  Bakıda  hakimiyyəti  tam 
nəzarət altına almaq üçün kifayət deyildi. 
1917-ci il  yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret 
imzalandı.   Dekretdə   Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və 
ermənilər  yazılır,  azərbaycanlıların  yazılmasına  isə  maneçilik  törədilirdi.  Çağırış 
işləri  ilə  məşğul  olan  Avakyan,  qərargah  rəisi  A.Baqdasarov  idi.
45
  Yanvarın  29-da 
Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin yaradılması barədə 
qərar verdi. Bolşeviklər tərəfindən çar ordusunun zabitləri təqib olunduğundan yeni 
yaradılan  hərbi  hissələrdə  komandirlərə  ehtiyac  böyük  idi.  Bakıda  bolşeviklər 
tərəfindən  xüsusi  komandirlər  məktəbi  yaradılaraq  onun  rəhbəri  praporşik  Solnsev  təyin  edilmişdi.   Cəbhədən 
tərxis  olunan hissələrdən bir zirehli qatar götürülmüş, RSFSR XKS ordu yaradılması üçün 30 milyon 800 min 
rubl göndərmişdi. Fevral ayında Azadlıq meydanında hərbi parad keçirildi. Xəzər donanmasının nəzarət altına 
alınması  işi  davam  etdi.  Martın  əvvəllərinə  artıq  6  min  döyüşçü,  2  zirehli  qatar,  1  zirehli  avtomobili  olan 
Qırmızı  Ordu  ciddi  qüvvə  idi.
46
  Bununla  bərabər  qüvvələri  artırmaq  üçün  Erməni  Milli  Şurası  ilə  əlaqələr 
yaradılmış,  faktiki  olaraq  daşnaklarla  birgə  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilmişdi.  Corctaun 
Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu 
hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi". 
1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl 
simasını  açdı.  Bu  ordu  Azərbaycanı  Rusiyanın  müstəmləkəsi  görmək  istəyən  bolşeviklərin  və  Azərbaycan 
torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan ermənilərin 
aləti idi. 
May  ayında  artıq  ordunun  1-ci  korpusu  təşkil  edilmişdi.  Mayın  16-da  mədən-zavod  komitələrinin 
konfransında  çıxış  edən  S.Şaumyan  göstərirdi:  "Özünün  çoxsaylı  düşmənlərindən  qorunmaq  üçün  sovet  real 
silahlı  qüvvə  yaratmalı  idi.  Bolşeviklərdən  başqa  heç 
bir  digər  partiya  sovet  hakimiyyətinin  dayağının 
yaradılması  barəsində  düşünmürdü."
47
  Bakı  XKS-nin 
hərbi-dəniz işləri üzrə xalq komissarı Q.N.Korqanovun 
1918-ci  il  mayın  22-də  RSFSR  Xalq  Komissarları 
Sovetinə  göndərdiyi  məruzədə  qeyd  edilirdi  ki, 
"Bakıda  yaradılan  Qırmızı  Ordu  hər  zaman 
döyüşlərdə,  hərəkətdə,  qarovul  xidmətinin  yerinə 
yetirilməsində olub. "
48
 
Bakı  Sovetinin  qoşunlarının  təşkilində  böyük 
köməyi Rusiya Kommunist Partiyasının (bolşeviklər) Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və 
şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali 
Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırmışdı. Ter-Arutyunyan sonralar öz xatirələrində 
yazırdı: "Vladimir İliç tələb edirdi ki, müəyyən saatlarda mən Bakıya göndərilən kömək barədə məruzə edim, 
ehtiyac  olanda  isə  özüm  gəlim  onun  yanına  və  onun  göstərişlərini  həyata  keçirməsinə  mane  olanlar  barədə 
şəxsən məruzə edim".
49
 
 
 
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası  
qoĢunlarının strukturu 
 
                                                           
44
 Дарабади П.Г. Военные вопросы, с. 99. 
45
 Токаржевский Е.А. Из истории, с. 28. 
46
 Дарабади П.Г. Военные вопросы, с.112. 
47
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.62.  
48
 Дарабади П.Г. Военные вопросы, с. 111. 
49
 Гражданская война и военная интервенция в СССР. Энциклопедия. Москва, 1983, с. 583; Дарабади П.Г. Военная помощь Советской России 
Бакинской Коммуне (1918)//Изв. АН АзССР, серия ИФП, 1982, №4, с. 110.  
 


30 
 
Hələ  hakimiyyətə  gəlməzdən  əvvəl  bolşeviklər  geniş  fəhlə  kütlələrinin  silahlandırılması  və  inqilabi 
Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakıda "Dəryal" şirkəti fəhlələrinin 1917-ci il 
sentyabrın 5-də keçirilmiş yığıncağının qətnaməsində "Şüurlu proletariatdan qırmızı qvardiya yaratmaq" tələbi 
irəli  sürülmüşdü.  Digər  müəssisə  fəhlələrinin  ümumi  yığıncaqlarının  qətnamələrində  də  eyni  tələb  öz  əksini 
tapmışdı.  RSDFP  (b)  Bakı  təşkilatının  sentyabrın  12-də  keçirilmiş  konfransında  Bakı  Fəhlə  və  Əsgər 
Deputatları  Sovetinə  namizədlərə  tövsiyə  kimi  bütün  vətəndaşların  silahlandırılması  və  "ilk  növbədə  yeni 
inqilabi qayda-qanunu qorumaq üçün şəhərlərdə qırmızı fəhlə qvardiyası” yaradılması göstərilmişdir.
50
 
Bakı  qarnizonu  əsgər  və  matrosları  arasında  məqsədyönlü  təbliğat  işi  aparan  bolşeviklər  18  minlik 
qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail olmuşdular. Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin 
hərbi  bölməsinin  noyabrın  13-də  keçirilən  geniş  iclasında  Qırmızı  qvardiyanın  yaradılması  barədə  qətnamə 
qəbul edildi. 
Hələ  noyabrın  12-də  bolşeviklərə  sadiq  hərbi  hissələr  yaratmaq  üçün  komandirlər  dəyişdirilməyə 
başlandı.  Dekabrın  12-də  Bakıda  Hərbi 
İnqilabi  Komitə  yaradıldı.  Komitə  şəhərdə 
qanun-qayda  yaradılmasına  cavabdeh  idi. 
Dekabrın  16-da  Bakı  Sovetinin  sədri 
S.Şaumyanın  Qafqazın  Fövqəladə  Komissarı 
təyin 
edilməsi 
barədə 
RSFSR 
Xalq 
Komissarları Soveti qərar qəbul etdi. 
Dekabrın  21-də  qırmızı  qvardiyanın 
yaradılması  haqqında  qərar  qəbul  edildi. 
1917-ci  ilin  sonunda  yaradılan  mərkəzi  büro 
1918-ci  il  yanvarın  əvvəllərində  qırmızı 
qvardiyanın  mərkəzi  qərargahına  çevrildi. 
Onun  tərkibinə  İ.P.Vasek,  S.N.Martikyan,  İ.Y.Qabışev,  H.H.Sultanov  və  digərləri  daxil  oldular.
51
  Qırmızı 
qvardiyanın  rayon  qərargahları  da  yaranmaqda  idi.  Mərkəzi  qərargah  rayon  qərargahlarının  işini 
istiqamətləndirir,  silahla  təminat  və  təlim  məsələləri  ilə  məşğul  olurdu.  Mərkəzi  qərargaha  tabe  olan  qırmızı 
qvardiyaçı  dəstələr  yerli  sovetlərin  sərəncamında  idi.  1918-ci  ilin  yanvarına  bir  çox  mədən  və  zavodlarda 
qırmızı  qvardiya  dəstələri  yaradılmışdı.  Qırmızı  qvardiya  köhnə  ordunun  ləğv  olunub  yenisi  ilə  əvəzlənmə 
prosesində ara mərhələ idi. Qvardiyanın strukturu belə idi: əsas döyüş vahidi olan onluqda 10 döyüşçü var idi. 
Dörd  onluq  1  taqım,  üç  taqım  1  drujina,  üç  drujina  1  tabor  təşkil  edirdi.  Taborun  tərkibində  əlavə  hissələr 
olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.
52
 
1918-ci 
ilin 
yanvar 
ayının 
əvvəllərində Bakıdan keçən rus hərbçilərinin 
tərksilah  edilməsinə  başlandı.  Əgər  əsgərlər 
sovet  hissələrində  xidmət  etməyə  razı 
deyildilərsə,  silah  alınmalı  idi.  Xüsusi 
komandirlər məktəbi yaradılmışdı.
53
 
RSFSR  Xalq  Komissarları  Sovetinin 
15  (28)  yanvar  1918-ci  il  Fəhlə-Kəndli 
Qırmızı  Ordusu  və  29  yanvar  (11  fevral) 
1918-ci 
il 
Fəhlə-Kəndli 
Qırmızı 
Donanmasının 
yaradılması 
haqqında 
dekretlərini  əsas  tutaraq  Qafqaz  ordusu 
Hərbi  İnqilabi  Komitəsi  ilk  Qırmızı  Ordu 
hissələrinin  yaradılmasına  başladı.  Yanvarın 
16-da  Komitənin  sədri  Q.N.Korqanov  Qafqaz  zəhmətkeşlərinə  müraciət  edərək  onları  Qırmızı  Ordu  sıralarına 
daxil  olmağa  çağırdı.  Çağırışda  deyilirdi  ki,  sovet  hakimiyyəti  hələ  hər  yerdə  qalib  gəlməyib,  əksinqilabi 
qüvvələr isə baş qaldırmaqdadırlar.  Ona  görə  də  tam  bərabərlik  və  seçmək hüququ  əsasında, hakimiyyətin 
demokratik  təşkili  ilə  yeni sosialist  ordusu  yaradılmalıdır.  Beynəlmiləlçi  qoşunlar  sosializmə  sadiq  olan  fəhlə, 
əsgər, matros və kəndlilərdən ibarət olmalı, qoşunlarda yeni inqilabi intizam yaradılmalıdır. Q.N.Korqanov və 
onun  müavini  B.P.Şeboldayev  "Sosialist  ordusunun  yaradılması  barəsində  Əsasnamə"  tərtib  etdilər.  Eyni 
zamanda  tərtib  edilən  "Qızıl  ordu  əsgərinin  yaddaş  kitabçası"  da  vacib  əhəmiyyətə  malik  idi.  Kitabçada  qeyd 
edilirdi ki, beynəlmiləlçi qüvvə olan qırmızı qvardiya milliyyəti və dinindən asılı olmayaraq bütün yoxsulların 
                                                           
50
 Дарабади П.Г. Военные вопросы, с.97-99 
51
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.22-23. 
52
 Дарабади П.Г. Военные вопросы, с. 100.  
53
 Токаржевский Е.А. Из истории, с.28-30. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə