Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   18   19   20   21   22   23   24   25   ...   90

44 
 
İyulun 26-da Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi. L.Biçeraxovun dəstəsi Qırmızı Orduya 
tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunur. İyulun 28-də 1885-1892-ci illər təvəllüdlü kişilərin səfərbərliyi 
elan edildi, onlar üçün hərbi xidmət müddətinin 6 ay olacağı bildirildi. 
Bakı ətrafında kənd sovetləri əmək mükəlləfiyyəti tətbiq etməli idilər: əhali 50 nəfərlik dəstələr şəklində 
istehkamların inşasında iştirak etməli idi. 
Görülmüş  tədbirlərə  baxmayaraq  qoşunların  sayını  nəinki  artırmaq,  heç  əvvəlki  sayı  saxlamaq  da 
mümkün  olmurdu.  Döyüşlərdə  verilən  itkilər  və  fərarilik  halları  Qırmızı  Ordunun  sayını  əhəmiyyətli  şəkildə 
azaltmışdı.  Denikin  Ordusunun  generalı  Lyadov  yazırdı:  "Qırmızı  Ordu  daşnak  zabitlərin  rəhbərliyi  altında 
toplaşmış  vuruşmaq  bacarığı  olmayan  erməni  könüllülərindən  ibarət  idi.  Onlar  ətraf  kəndləri  talayır  və 
müsəlman  kəndlilərinin  nifrətini  oyadırdılar.  Onların  cəbhədən  qaçmamaqlarının  səbəbi  isə  evlərinin  uzaqda 
yerləşməsi  idi.  Xəzər  donanmasının  ən  yaxşı  matrosları  hələ  mart  hadisələrindən  əvvəl  səfərbər  edilmişdi. 
Donanma yalnız şəhər alverçilərindən ibarət idi, onlar da donanmaya alver və dələduzluq etmək fürsətinə görə 
gəlirdilər. Qırmızı qvardiyaçılar az idi, onların şücaəti vəziyyəti dəyişə bilmirdi".
111
 
Ən etibarlı hissə sayılan Q.Petrovun dəstəsi ağır zərbələr alaraq böyük itkilər vermiş, 780 nəfərlik dəstədə 
200 nəfərə yaxın döyüşçü qalmışdı. 
İyulun 30-31-də Biçeraxov öz dəstəsini götürərək cəbhəni tərk etdi. Bakıda olduğu müddətdə Biçeraxov 
Muğan və Bakının rus əhalisindən bir tabor təşkil etmiş, onu böyüdüb alaya, sonra isə briqadaya çevirmişdi. Bu 
briqada Biçeraxov tərəfindən Dərbənd istiqamətinə aparılmış, sentyabr ayında dəniz yolu ilə geri qaytarılaraq 
(general Denstervilin yazdığına görə, 10 pulemyotla silahlanmış təxminən 500 nəfər) Bakı uğrunda döyüşlərdə 
iştirak etmişdi. Generalın yazdığına görə, onlar Biçeraxovun avqustda özü ilə apardığı bakılılar taboru idi "və 
onlar  sadəcə  öz  evlərinə  qayıtdılar.  Lakin  onlar  bizim  (ingilislərin)  yerli  qoşunlardan  daha  yaxşı  təlim 
keçdiyindən və nizamlı olduqlarından onların yardımı bizim üçün arzu edilən idi". 
İyulun sonlarında Bakı Soveti qoşunlarında vahimə dəhşət həddinə çatmışdı Q.Korqanovun teleqramları 
göstərir ki, Ələtdən geri çəkilən 1600 nəfərlik dəstədə 200 nəfər qalmış, digərləri isə fərarilik etmişdilər. İyulun 
sonlarında V.Leninin əmri ilə Lenin adına 1-ci İnqilab alayı Bakıya göndərildi. Rusiya Qırmızı Ordusunun ilk 
hərbi dəstələrindən olan bu alay Belorusiyada fəaliyyət göstərmiş qırmızı qvardiyaçılar və partizanlardan ibarət 
idi. Avqustun 14-də alay Həştərxana çatdı, lakin səhəri gün burada əksinqilabi qiyam başlandığından və qiyamı 
yatırmaq üçün bu alayın istifadəsinə ehtiyac olduğundan onun Bakıya göndərilməsi yubadıldı. 
Bakıda  iyulun  30-dan  31-nə  keçən  gecə  daşnak  partiya  liderləri  və  bolşevik  dəstələrinin  rəhbərləri 
müşavirə  keçirərək  cəbhəyə  3000  erməni  göndərilməsi  barədə  qərar  qəbul  etmişdilər.  Lakin  daşnak  liderləri 
gözləniləndən az qüvvə toplaya bildilər. 
Bakı Sovetində bolşeviklərin istefası, Sentrokaspi Diktaturasının bolşeviklərdən fərqli siyasət yürüdəcəyi 
barədə vədləri, ingilislərin Bakıya desant çıxarmağa hazırlaşması xəbəri fərariliyi azaltdı. 
Avqustun  3-də  Biçeraxovun  qayıtmaq  barədə  Sentrokaspi  Diktaturasına  göndərdiyi  teleqram  erməni  və 
rus  dillərində  çap  edilərək  şəhərin  hər  yerinə  yapışdırılmışdı.  O,  uğursuzluqlarını  bolşevik  hökumətinin  ona 
inamsızlığı  ilə  izah  edir,  bu  qayıdışda  qələbə  qazanacağına  söz  verirdi.  Lakin  onun  dəstəsi  quru  yolla 
Dərbənddən Xaçmaza qədər gəlsə də, Bakıya yaxınlaşa bilmədi, çünki türk zabitlərinin Quba-Qusar bölgəsində 
azərbaycanlılardan yaratdıqları hərbi hissələr bu yürüşün qarşısmı aldı.
112
 
Avqustun  3-də  Bakı  və  rayonlarda  səfərbərlik  üzrə  komissar  R.Bekzadyan  və  komissarlığın  katibi 
Qukasyan əhaliyə müraciət edib kişilərin  siyahıya  alınmasını  istədilər.  Siyahıya  salınanlar  hərbi hissələrə 
cəlb  olunmalı  idi.  Avqustun  5-də  Bakı  Sovetinin  bolşevik  hissələri  və  Sentrokaspi  Diktaturasının  qoşunları 
Qafqaz İslam Ordusuna qarşı birlikdə vuruşurdu. İtkilərin yerini doldurmaq üçün 42 yaşınadək olanların yeni 
səfərbərliyi keçirildi və 1 alay formalaşdırıldı. 
Avqustun 4-də ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı. 
Sentrokaspi  Diktaturasına  göndərdiyi  məktubların  birində  general  Denstervil  qeyd  edirdi  ki,  Bakının 
15.000 fəal şəhər müdafiəçisi var. Onların döyüş səviyyəsi aşağı olsa da, yaxşı silahlanıblar. 
Lənkəranda  rus  əhalisindən  toplanmış  qüvvələr  general  Denstervillə  əlaqə  saxladı.  Onların  5  min 
döyüşçüsü, bir neçə topu var idi. Lənkəran ingilislərə ərzaq və 2 kiçik gəmi bağışladılar və onlardan təlimatçılar 
istəyərək türk-Azərbaycan qoşunlarına qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Xəbəri razılıqla qarşılayan 
Denstervil  dərhal  Muğana  bir  neçə  ingilis  zabiti,  həmçinin  kapitan  Stepanov  və  kapitan
 
Qurlandı göndərdi.
113
 
Lakin Qafqaz İslam Ordusunun gördüyü tədbirlər nəticəsində Muğandakı hissələr Bakıda olan hissələrlə birləşə 
bilmədi. 
                                                           
111
 Ратгаузер Э. Революция и гражданская война, с. 194. 
112
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.271-272. 
113
Денстервиль, с.91. 


45 
 
Avqustun 15-də Polkovnik Keyvortdan aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar 
hər  birində  150  nəfərdən  500  nəfərədək  hərbçi  olan  22  taborda  cəmləşdiriliblər."  Deməli,  raporta  əsasən, 
taborların heyətini 3300-11000 nəfər arasında hesab etmək olar. 
Avqustun  27-nə  hazırlanan  irimiqyaslı  əks-hücum  planından  aydın  olur  ki,  Sentrokaspi  Diktaturasının 
kifayət  qədər  qoşunu  var  idi.  Müdafiə  mövqelərində  dayanan  qoşunlardan  başqa  bu  qüvvələr  hücumda  iştirak 
etməli  idi:  bir  piyada  alayı  (8  bölük  tərkibində),  7  piyada  taboru  (14  bölük  tərkibində),  37  piyada  bölüyü,  bir 
süvari bölüyü, 3 zirehli avtomobil. Lakin Qafqaz İslam Ordusu komandan-lığının fəaliyyəti əks-hücumu təşkil 
etməyə imkan vermədi. 
Şahidlərdən  biri  yazır  ki,  Bakıda  zorla  səfərbərlik  keçirilsə  də,  toplanan  əsgərlər  rüşvətlə  evlərinə 
buraxılırdı.  Siyahıya  görə,  Sentrokaspi  Diktaturasının  72  min  əsgəri  var  idi  ki,  onlardan  da  40  mininə  silah 
paylanmışdı,  reallıqda  isə  3-4  min  nəfər  toplanmışdı.  Osmanlı  mənbələrinə  əsasən,  Bakıda  son  hücum 
ərəfəsində 12.500 döyüşçü var idi.
114 
Sentyabrın 14-də baş vermiş döyüşlərdə Sentrokaspi Diktaturasının 1647 
əsgəri, 30 zabiti əsir götürülmüşdü.
115
 
 
 
3.6  Bakı Soveti qoĢunlarının komandanlığı 
 
Hələ    1917-ci    ilin  noyabr  ayından  bolşeviklər    hərbi    hissələrdə  toplantılar  keçirərək  əsgər  sovetləri 
vasitəsi  ilə    komanda  heyətini  dəyişir,  köhnə  zabitləri  kənarlaşdırır,  əvəzinə  onların  tərəfini  saxlayan 
komandirlərin seçilməsinə nail olurdular. Nəticədə Bakı  qarnizonu rəisi vəzifəsini podporuçik Yefremov, Bakı 
şəhər komendantı vəzifəsini hərbçi olmayan Kleşov icra edir və kobud səhvlər buraxırdılar. 
Çar ordusunun zabitləri bolşeviklər tərəfindən təqib olunduğundan yaradılan 
hərbi hissələrdə komandirlərə ehtiyac böyük idi. 
Eyni  zamanda  müəyyən  edilmişdi  ki,  iri  hərbi  birləşmələri  idarə  etmək,   
hərbi      hissələri    döyüşə    aparmaq  elə  də  asan  iş  deyil.  Şəmkir  stansiyasında  baş 
vermiş  toqquşma  göstərmişdi  ki,  yaxşı  silahlanmış  inqilab  ruhlu  çoxsaylı  əsgər 
komanda  heyəti  zəif  olduqda  kütlədən  başqa  bir  şey  deyil  və  kiçik,  lakin  döyüş 
təcrübəsi,  hərbi  bilikləri  olan  peşəkar  zabitlərin  idarə  etdiyi  qüvvəyə  məğlub 
olurlar.  Bundan  nəticə  çıxaran  S.Şaumyan  Bakıda  mart  qırğınlarına  hazırlaşarkən 
Erməni  Milli  Şurası  vasitəsi  ilə  Petroqraddan  erməni  generalları  A.Baqratuni  və 
İ.Baqramyanı  çağırmış,  onların  köməkliyi  ilə  plan  tərtib  etmişdi.  Bakıda 
bolşeviklər  tərəfindən  xüsusi  komandirlər  məktəbi  yaradılmış,  praporşik  Solnsev 
onun  rəhbəri  təyin  edilmişdi.
116
  Bununla  belə,  mart-aprel  toqquşmaları  komanda 
heyətinin  nə  qədər  zəif  olmasını  göstərdi.  Texniki  üstünlüyə  malik  olan  Bakı 
Soveti  qoşunları  uzun  müddət  azərbaycanlıların  ayrı-ayrı  mövqelərdə  təşkil 
etdikləri  müdafiəni  yara  bilmir,  üstünlük  qazanmaq  üçün  əlavə  qüvvə,  ağır 
artilleriya, donanma və hətta hidroplanlardan istifadə etməyə məcbur olurdular. 
Qırmızı  qvardiya  təzə-təzə  yaradılanda  onun  tərkibinə  bir  neçə  azərbaycanlı  qəbul  edilmişdisə  də, 
(bolşeviklər  və  ya  "Hümmət'çilər),  çox  keçmədən  onlara  hərbi  işdən  uzaq  olan  vəzifələr  tapşırıldı.  Belə  ki, 
tanınmış inqilabçı Əli Bayram oğlu Bayramov 1917-ci ildə Bakı Sovetinin üzvü seçilmişdi, lakin Qırmızı Ordu 
formalaşdırılanda  kiçik  sovet  hərbi  gəmisinin  kapitanı  təyin  edildi,  bununla  da  hadisələrə  təsir  göstərmək 
imkanını itirdi. "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin və Bakı Soveti İcraiyyə Komitəsinin     üzvü     Həmid  
Həsən oğlu  Sultanov  1918-ci ilin əvvəlində Qırmızı Qvardiya Baş Qərargahının məsul katibi təyin edilsə də, 
sonradan  vəzifəsi  dəyişdirildi  və  o,  Bakı  qəzası  Kəndli  Deputatları  Şurası  icraiyyə  komitəsinin  sədr  müavini 
təyin olundu.
117
 
Dəstələrin komanda heyəti Bakı Sovetinin siyasi platformasını dəstəkləyən şəxslərdən seçilsə də, daşnak 
və  bolşevik  platformalarının  dəstəklənməsi  hərbi  uğur  gətirmirdi.  Əksinə,  Müsəlman  Korpusu  ilə  döyüşlərdə 
qalib gəlmək üçün döyüş bölgəsinə 5-6 qat üstün qüvvə yeritmək lazım gəlir, korpusda olmayan ağır silahlar və 
aviasiyadan istifadə etmək məcburiyyəti yaranırdı. Azərbaycan kəndlərinə soxulan və soyqırım törədən erməni-
bolşevik dəstələri yalnız mülki şəxslərə qarşı "döyüşlərdə" qalib gəlir, Müsəlman Korpusunun, azsaylı da olsa,  
nizami hissələri yaxınlaşanda isə qaçmağa və əlavə kömək gözləməyə məcbur olurdular. 
                                                           
114
 Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu ve ermenilər. İstambul, 2007, s.137. 
115
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.356. 
 
116
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.24. 
117
 Гражданская война. Энциклопедия, с.571. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə