Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   14   15   16   17   18   19   20   21   ...   90

37 
 
Əksinqilabçılara  qarşı  qüvvələrini  toplayan,  az  qala  hər  tüfəngi,  tapançanı  siyahıya  alan  bolşeviklərin 
gözü qarşısında Petroqradın hərbi anbarlarından erməni korpusu üçün silah və sursat seçilməyə başlandı. 
1917-ci  il  noyabrın  8-də  II  Ümumrusiya  Sovetlər  qurultayı  Sülh  haqqında  Dekret  qəbul  etdi  və  çar 
hökumətinin Antanta ölkələri ilə imzaladığı gizli müqavilələr dərc edildi. Sənədləri tamamlayan xəritələrin çapı 
sensasiyalara  səbəb  oldu,  ermənilər  çox  böyük  təəccüblə  gördülər  ki,  müharibədən  sonrakı  vəziyyəti  nəzərdə 
tutan  xəritələrdə  nə  "ermənilər",  nə  də  "Ermənistan"  sözü  yoxdur.  Çar  hökuməti  ermənilərdən  müharibədə 
istifadə edir, vədlər verir, lakin erməni dövləti yaratmağa tələsmirdi. Təbii ki, çar hökumətinin etdiyi yaxşılıqları 
unudan ermənilər siyasi istiqaməti dəyişərək bolşevik qüvvələri ilə birləşməyə meylli oldular. 
1917-ci  ilin  sonlarında  general  Donskoy  Rusiya-Osmanlı  sərhədinin  mühafizəsi  üçün  erməni  və  gürcü 
korpuslarından istifadə  etmək  planını tərtib edəndə, 30  min  erməni  və  12  min gürcü  döyüşçüsünün olduğunu 
nəzərə almışdı.
83
 
Baqratuni  və  onun  zabitlərinin  anbarlardan  seçdikləri  silahlar,  о  cümlədən  bir  neçə  zirehli  qatar,  bir 
sanitar  qatarı  və  avtomobillər  dekabrın  15-dən  başlayaraq  Qafqaza,  erməni  korpusunun  ünvanına  göndərildi. 
Əvvəllər  korpus  hissələrinin  Tiflisdə  yaradılması  planlaşdırılsa  da,  tədricən  dislokasiya  yeri  kimi  Bakıya 
üstünlük  verilməyə  başlandı.  Bakının  strateji  mövqeyi,  limanı,  dəmiryol  stansiyası,  neft  mədənləri  ələ 
keçirilərdisə,  bütün  regionda  hərbi-siyasi  vəziyyətə  nəzarət  imkanı  yaradılmış  olardı.  Fevralın  6-da  Bakıya 
general-mayor  T  S  Baqramyan,  martın  7-də  isə  general-mayor  A.Baqratuni  gəldilər.  Nədənsə  hər  yerdə 
əksinqilabla  mübarizə  aparacağını  bəyan  edən,  Bakıya  gəlmiş  azərbaycanlı  general-mayor  Talışinskini  çar 
generalı  adı  ilə  həbs  edən  Bakı  Sovetinin  rəhbərləri  erməni  generallarının  Bakıya  gəlişinə,  qoşun  hissələri 
toplamasına barmaqarası baxırdılar. Bu məsələyə sonralar general-mayor Denstervil cavab vermişdir: "Unutmaq 
lazım  deyil  ki,  Bakı  bolşeviklərinin  lideri  Şaumyan  özü  erməni  idi".
84 
Bakıda  azərbaycanlıların  soyqırımda 
iştirak  etmiş  erməni  korpusunun  rəhbərliyi  Bakı-Gəncə  (Yelizavetpol)  və  Gəncə-Tiflis  dəmir  yolunu 
təmizləmək və erməni korpusunu ehtiyat qüvvə ilə təmin etmək üçün bir neçə zirehli qatardan ibarət dəmiryol 
dəstəsi yaratdı. Lakin qərbə doğru yollar Müsəlman Korpusunun qüvvələri tərəfindən bağlanmışdı. Belə şəraitdə 
erməni  korpusunun  generalları  bolşeviklərin  hakimiyyətini  tanıdılar  və  öz  qüvvələrini  onların  sərəncamına 
verdilər. 
Erməni-bolşevik  "mənəbbətinin"  yuxarıda  göstərilən  səbəblərdən  başqa  bir  səbəbi  də  var  idi.  1918-ci  il 
yanvarın  13-də  Lenin  və  Stalinin  imzası  ilə 
gələcəkdə  Ermənistan  dövlətinin  yaradılması 
və  erməni  hökumətinin  formalaşdırılması 
barədə vədlər nə qədər uzaq olsa da, konkret 
vəd  idi  və  bolşeviklərə  ermənilərin  dəstəyini 
təmin  etdi.  1918-ci  ilin  yanvarında  RSFSR 
Millətlərlə  İş  üzrə  Xalq  Komissarlığında 
erməni komitəsi təşkil edildi (nə gürcü, nə də 
Azərbaycan komitəsi yaradılmamışdı). 
 
Klemanso  və  Fransanın  Londondakı 
səfiri  Pol  Kambona  ünvanladığı  31  yanvar 
1918-ci  il  tarixli  məktublarında  Fransanın 
xarici işlər naziri Stefan Pişon qeyd edirdi ki, ermənilər öz qoşunları üçün çoxlu pul yığıblar və "ermənilərin 
Rusiyadakı rəhbəri Andranik Tiflisdə onların korpusuna başçılıq edir".
85
 
Erməni  hərbi  hissələri  Qərbi  Azərbaycanda  cəmləşməklə  bərabər  Bakıda  da  təşkil  edilməyə  başlandı. 
1918-ci ilin yaz-yay aylarında erməni hərbi dəstələrinin Azərbaycan ərazisində törətdikləri qırğınlar göstərdi ki, 
onları  bolşeviklərlə  birləşməyə  sövq  edən  səbəb  azərbaycanlıları  fiziki  cəhətdən  məhv  etməkdir.  Onların 
rəhbərləri  də  bunu  inkar  etmirdilər.  Misal  üçün,  Qubaya  bolşevik  cəza  dəstəsinin  başında  gələn  Amazasp 
demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-qanun yaratmaq, 
və  ya  sovet  hakimiyyətini  qurmaq  üçün  gəlməmişəm.  Mənə  əmr  ediblər  Xəzər  dənizi  sahillərindən  Şahdağa 
qədər  ərazidə  bütün  müsəlmanları  məhv  eləyim".
86
  Sonralar  erməni  vəhşiliklərini  araşdırmaq  üçün  yaradılan 
fövqəladə  istintaq  komissiyasının  sədri  A.Novaski  yazırdı:  "Müəyyən  edilib  ki,  Amazaspın  dəstəsi  Quba 
qəzasında 122 müsəlman kəndini yandırıb məhv edib... Amazaspın dəstəsi Quba şəhərinə komissar Şaumyanın 
istəyilə  cəza  məqsədi  ilə  göndərilib...,  bu  dəstədə  iki  minə  yaxın  adam  var  idi  ki,  onlar  da  "Daşnaksutyun" 
partiyasına aid olan ermənilər idi".
87
 
                                                           
83
 Qasımlı M.Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99. 
84
 Денстервиль, c.50. 
85
Файгл Эрих, с.51. 
86
Насиров Т. Борьба за власть, с. 28. 
87
Доклад Члена Чрезвычайной Следственной Комиссии Новацкого. ARMDTA,f.1061, siyahı 1, iş 95, v.5-8. 


38 
 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası  qoşunlarının  mənəvi  durumu  barəsində  ətraflı  qeydlər  general 
Denstervilin  xatirələrində  öz  əksini  tapmışdır".  Erməni  qoşunları  və  onların  liderlərinə  simpatiyasını  nümayiş 
etdirən  general  Denstervil  onların  nə  dərəcədə  qorxaq  olmasını  gizlədə  bilməmişdir.  Mart-aprel  aylarında 
Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırıma görə gec-tez cavab verəcəklərini başa düşən ermənilər vahimə 
içində  gah  Sovet  Rusiyasının,  gah  da  ingilislərin  ətəyindən  yapışır,  çoxlu  silah  və  texnikaları  olmasına 
baxmayaraq uduzurdular. 
Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil 
edilmiş hissələrdə təlimatçı olmalı idi".
88
 Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi 
və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o, 
"yerli  qoşunların"  necə  qorxu  içində  olmasından  bixəbər  idi.  Avqustun  7-də  Erməni  Milli  Şurasının 
nümayəndəsi  doktor  Araratyansa  ünvanladığı  mək-tubunda  general  yazırdı:  "Ermənilər  müdafiəçilərin 
əksəriyyətini  təşkil  edirlər.  Müdafiədə  olanların  qoşunları  qüvvələrin  düzgün  təşkil  olunmamasından  əziyyət 
çəkirlər  və  onların  qəhrəmanlıqları  nahaq  yerə  sərf  edilir.  Bu  qüsuru  aradan  qaldırmaq  üçün  mənim  tezliklə 
kifayət  qədər  zabitim  olacaq".
89
  Göründüyü  kimi,  avqustun  əvvəllərində  Ənzəlidə  olan  və  Bakıdakı  mövcud 
vəziyyətdən xəbəri olmayan general zənn edirdi ki, erməni dəstələrini yenidən təşkil etməklə qələbə qazanmaq 
olar. 
Avqustun  15-də  polkovnik  Keyvortun  göndərdiyi  raportda  maraqlı  məqam  var:  "Ruslar  ermənilərlə 
işləmək istəmirlər. Deyirlər ki, rus zabitləri türklərin cərgələrində bizə qarşı vuruşurlar, ona görə də yerli rus 
zabitləri  cəbhəyə  getməkdən  imtina  edirlər.  Ermənilər  isə  ruslarla  bərabər  işləmək  istəyirlər,  əgər  ruslar  buna 
icazə  versələr".  Artıq  mart-aprel  qırğınlarından  sonra  Qırmızı  Ordu  tərkibində  olan  ruslar  (söhbət  qatı 
bolşeviklər və ya monarxistlərdən deyil, şovinist şüarlar ("azərbaycanlılar bütün xristianları qıracaqlar" və s.) ilə 
qoşunlara al-dadılaraq cəlb edilən ruslardan gedir) Qafqaz İslam Ordusun sıralarında xidmət etməyə razı idilər, 
nəinki erməni qoşunlarının tərkibində vuruşmağa. 
Keyvortun  raportunda  daha  bir  maraqlı  məqama  rast  gəlirik:  "Yerli  qoşunlar,  əksər  hallarda  ermənilər 
səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər qazmalıyıq? 
Biz  səngər  qazmaq  istəmirik:  bu,  qorxaqların  işidir,  biz  döyüşmək  istəyirik".  Onlar  qayalar  arxasında  uzanır, 
oradan  havaya
 
güllə  atırlar.  Onlar  bu  manevri  türklər  heç  hücuma  keçməyəndə  belə  edirlər..  ."
90
  Beləliklə, 
ermənilər  arasında  olan  ingilis  polkovniki  onların  əsl  mahiyyətini  anlamağa  başlayır:  döyüşmək  fikrində 
olmayan  ermənilər  özlərini  döyüş  həvəskarı  kimi  göstərir,  döyüş  xəttinə  gətiriləndə  isə  sursatı  havaya 
boşaldırdılar ki, sursat çatışmazlığından onları geri çağırsınlar. 
Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı; 
gah  hesab  edirdi  ki,  erməni  dəstələrinə  yeni  struktur  vermək  lazımdır,  gah  da  düşünürdü  ki,  onları  ingilis 
hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar. 
Lakin  çox  keçmir  ki,  о  əsil  vəziyyəti  anlamağa  başlayır.  General  yazırdı:  "Hərbi  sursatın  qənaətlə 
istifadəsi  barədə  ciddi  əmrə  baxmayaraq  həm  top,  həm  də  tüfəng  sursatı  hədər  yerə  sərf  olunurdu.  Mən 
mövqelərin  sağ  cinahına  rəhbərlik  edən  bir  polkovnikin  diqqətini  onun  mənasız  yerə  atəş  açan  artilleriyasına 
cəlb etdim. Polkovnik cavab verdi: "Bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərdə olanlar bizim toplar atəş 
açanda  çox  xoşlanırlar  və  əgər  mən  ara-sıra  topdan  atəş  açmasam,  onlar  səngərlərdə  qalmazlar".
91
  Bu  fakt 
göstərir  ki,  erməni  silahlılarını  hətta  döyüş  olmayanda  belə  səngərdə  saxlamaq  müşkül  məsələdir,  о  ki  qaldı 
döyüş olanda. 
Öz qeydlərinin bir çox yerində general “ Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız 
üzərində qoşun" olması barəsində yazır. 
General-mayor  Denstervil  daha  sonra  yazırdı:  "Əgər  biz  yerli  qoşunlara  qəhrəmanlıq  ruhu  aşılaya 
bilsəydik,  kənardan  kömək  gəlmədən  vəziyyətdən  çıxmaq  olardı,  lakin  kütləvi  qorxaqlıq  və  əmrlərə  tabe 
olmamaq  məhvedici  təsir  göstərirdi.  Mən  bütün  erməniləri  qorxaqlıqda  günahlandırmaqdan  uzağam;  mənim 
qeydlərim  yalnız  Bakı  ermənilərinə  aiddir,  çünki  onlar  qəhrəmanlıqları  ilə  tanınan  İrəvan  və  Kiçik  Asiyanın 
dağlı  ermənilərinə  bənzəmirlər".  Generalın  bu  xatirələri  göstərir  ki,  o,  məğlubiyyətlərin  əsil  səbəbini  silah və 
sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə 
bağlı olmasını, nəhayət ki, dərk etmişdir. 
Bununla belə o, qorxaqlıqda yalnız Bakı ermənilərini günahlandırır, digər erməniləri isə qəhrəman kimi 
göstərməyə çalışır. Unudur ki, bu ermənilər öz "qəhrəmanlıqlarını" İrəvanın və Kiçik Asiyanın dinc müsəlman 
əhalisinə qarşı göstərmiş və qəddarlıqları ilə ad çıxarmışdılar. 
Bakı  ermənilərinin  qorxaqlığını  görən  ingilis  qoşunlarının  komandanı  nicatın  İrəvan  ermənilərindən 
gələcəyini gözləyirdi: "Erivan erməniləri tərəfindən çoxdan bəri hazırlanan türklərə arxadan zərbə, nəhayət, real 
                                                           
88
 Денстервиль, c.11. 
89
 Денстервиль, c.88. 
90
 Денстервиль, c.95. 
91
 Денстервиль, с. 104. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə