Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   13   14   15   16   17   18   19   20   ...   90

35 
 
(1877-1878-ci  illər  müharibəsindən  sonra  Qars  Rusiya  imperiyasının  tərkibinə  qatılmışdı)  yerləşdirilmiş 
ermənilər  yerli  müsəlman  əhalini,  о  cümlədən  burada  yaşayan  azərbaycanlıları  qırmağa  başladılar.  Rus 
rəsmilərinin  gözləri  qarşısında  törədilmiş  bu  cinayətlərə  görə  erməni  quldurları  cəzalandırılmadı.    Bundan  
narazı  olan Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Ağabala Quliyev, İrəvan  və Yelizavetpol 
quberniyalarının      müsəlman  ziyalıları  və  digərləri  Qafqaz  ordusunun  komandan  müavini  general 
Mışlayevskinin qəbulunda olmuş, "ermənilər tərəfindən törədilən qanlı qırğınlardan  müsəlmanları qorumağı və 
qətlə  yetirilən  tatar  (azərbaycanlı)  ailələrinin  xeyrinə  pul  yığmağa  icazə  verməyi"  xahiş  etmişdilər.  Qırğınlara 
son qoyulsa da, onların səbəbkarları və   icraçıları nəinki cəzalandırılmadı, heç Rusiya ordusu ştatlarından da 
kənarlaşdırılmadı.
72
 
Tarixi  mənbələr  müharibə dövründə  formalaşdırılmış  erməni  hərbi  hissələrinin  sayını  və  strukturunu  da 
müəyyən etməyə imkan verir. 
Erməni  Milli  Deleqasiyasının  prezidenti  Poqos  Nübar  1917-ci  il  dekabrın  1-də  Sena  deputatı  Alber 
Tomasa  məktubunda  yazırdı:  "Ermənilərə  öz  doğma  torpaqlarını  müdafiə  etmək  üçün  rus  ordusunun  müxtəlif 
cəbhələrdə  səpələnmiş  150  000  erməni  əsgərini  Qafqazda  toplamaq  lazımdır.  Kerenski  hökuməti  bizim 
müraciətə cavab olaraq toplanış üçün göstəriş verib, hal-hazırda burada 35 000 erməni əsgəri toplanıb. Tanınmış 
komandir  Andranikin  əmri  ilə  erməni  könüllüləri  onlara  birləşdirildi...  Bizə  məlumdur  ki,  rus  əsgərləri  öz 
silahlarını satırlar və bu silahları çoxlu sayda tatar (azərbaycanlılar - A.Y., Ə.S.) alır, bu isə böyük təhlükədir. 
Qafqazda 6-7  milyon tatar türklərin gəlişini gözləyir ki, erməniləri qırsınlar və Qafqazı Rusiyadan ayırsınlar". 
Sonra  о  izah  edirdi  ki,  toplanmış  35  min  nizami 
erməni  əsgərinə  30  mindən  50  minədək  könüllü 
birləşə bilər.
73
 
Erməni  Sosialist  Partiyasının  1918-ci  il 
sentyabr  memorandumunda  qeyd  edilirdi:  "Hələ 
inqilabdan  əvvəl  160  min  erməni  rus  ordusu 
tərkibində  Qalisiya,  Bukovina  və  Şərqi  Prussiyada 
vuruşub.  Bundan  başqa,  20  min  erməni  könüllüsü 
Qafqaz  Cəbhəsində  milli  qəhrəman  Andranik  və 
onun  qəhrəman  yoldaşları  Vartan,  Dro,  Amazasp, 
Sepu,  Murad,  Aşot,  Aram,  Ruben  və  digərlərinin 
rəhbərliyi  ilə  döyüşüb,  hamısı  ali  komandanlıq 
tərəfindən təltif edilib. 800-1000 erməni könüllüsü Rusiya ordusuna yazılıb və müxtəlif cəbhələrdə vuruşub. Bu 
gün Fransa hərbi xidmətində bir neçə batalyon erməni könüllüsü var ki, onlar Fələstin və Suriyada vuruşurlar".
74
 
30  noyabr  1918-ci  ildə  Erməni  Milli  Deleqasiyasının  adından  onun  prezidenti  Poqos  Nübar  yazırdı  ki, 
Fransa, Fələstin və Suriyada çoxlu sayda erməni vuruşmuş, onlardan başqa rus ordusu tərkibində 15 min erməni 
hərbçi  və  4000  könüllü  Andranik  və  Nazarbekovun  rəhbərliyi  ilə  "erməni  vilayətlərinin  bir  qisminin  azad 
edilməsinə nail olmuşdular". 
"1914-1918-ci  il  müharibəsi  zamanı  rus  qoşunları  Qafqaz  cəbhəsini  tərk  edəndən  sonra  Qafqaz 
ermənilərinin  rolu"  adlı  xatirələrin  müəllifi  kapitan  Yegizarov  göstərir  ki,  1917-ci  ilin  sonunda  Petroqradda 
Erməni  Milli  Komitəsi  yaradıldı.
75
  Ermənilər  Türkiyəyə  qarşı  müharibədə  fəal 
iştirak etmək qərarına gəldilər. "Hökumət (Rusiya hökuməti nəzərdə tutulur - A.Y., 
Ə.S) erməni milli qoşunlarının formalaşdırılmasına razılığını bildirdi. 1914-cü ilin 
sentyabrında  milli  qəhrəmanlar  Andranik,  Dro,  Amazasp  (Hamazasp)  və  Kenin 
(Keri)  başçılığı  ilə  4  dəstə  yaradıldı.  Hər  dəstədə  1000-1200  könüllü  var  idi. 
Erməni  Milli  İdarəsi  bu  qoşunların  təşkili  və  təminatını  həyata  keçirirdi.  Ehtiyat 
alay İrəvanda idi. Bundan başqa, ermənilər Qafqazdakı rus qoşunlarına yazılırdılar. 
1916-cı ilin yayında rus ordusunun nizami hissələri kimi qəbul olunan 6 dəstə atıcı 
batalyona çevrildi və bunlardan briqada təşkil edildi".
76
 
Beləliklə,  tam  əminliklə  söyləmək  olar  ki,  1917-ci  ilin  sonlarında  Cənubi 
Qafqazda  6  atıcı  tabordan  (batalyondan)  ibarət  erməni  atıcı  briqadası  mövcud 
olmuş,  ondan  başqa  ehtiyat  erməni  taborları  təşkil  edilmişdir.  Pərakəndə  halda 
erməni  partiyalarının  sərəncamında  olan  dəstələr  də  mövcud  idi  ki,  onların  sayca 
çoxluğu  və  yaxşı  silahlanması  tələb  olunan  halda  yeni  hərbi  hissələr  yaratmağa 
imkan verirdi. 
                                                           
72
 Файгл Эрих, c.47. 
73
 Файгл Эрих, с.48 
74
 Файгл Эрих, с.48, 93. 
75
 Файгл Эрих, с.49. 
76
Файгл Эрих, с.49. 


36 
 
Azərbaycan  tarixşünaslığında  XX  əsrin  inqilabi  hadisələri  zamanı  ermənilərin  antiazərbaycan  siyasəti 
işıqlandırılarkən Petroqradda erməni lobbisinin hərbi fəaliyyəti kölgədə qalır. Hesab edirik, aşağıdakı faktlar bu 
məqamın daha ətraflı öyrənilməsinin vacibliyini sübut edəcək. 
İmperiyanın  parçalanmasını  və  ordunun  dağılmasını  görən  Rusiyadakı  erməni  lobbisi  1917-ci  ilin 
əvvəllərində  geniş  miqyaslı  fəaliyyətə  keçir.  I  Dünya  müharibəsindəki  döyüşlərdə  elə  də  böyük  məharət 
göstərməmiş və 1916-cı ilin noyabr ayında 8-ci Türküstan atıcı alayının komandiri təyin edilən polkovnik Akop 
Baqratuni müxtəlif vasitələrlə irəli çəkilməyə başlayır.
77
  1917-ci     ilin     mayında Petroqradda        ümumrusiya 
zabitlər  qurultayının  üzvü seçilən Baqratuni iyunda Baş Qərargaha keçirilir, iyulda Petroqrad  hərbi  dairəsinin 
qərargah  rəisi  təyin  edilir,  avqustda  general-mayor  rütbəsi  alır  və  Baş  Qərargahın  tərkibinə  daxil  edilir. 
Akademik Qrant Avetisyan yazırdı ki, dövrün erməni liderləri Baqratunini "sadiq erməni, təcrübəli sərkərdə və 
Müvəqqəti hökumətin üzvləri ilə yaxşı münasibətlər yaratmış qabiliyyətli hərbi-siyasi xadim" hesab edirdilər.
78
 
Hələ  1917-ci  ilin        mayında  general-mayor    L.T.Tiqranyan,  podpolkovniklər  N.A.Məlik-  Parsacanyan, 
İ.T.Taqranyan Erməni komitəsi nəzdində erməni hərbi komossiyasını yaratdılar. Komitənin tapşırığına əsasən, 
Müvəqqəti  hökuməti  inandırmaq  lazım  idi  ki,  "cəbhənin  dağılmasından  ehtiyat  edən  ermənilər  öz  milli 
korpuslarını  yaratmağa  çalışırlar  ki,  türklərlə  son  mübarizəyə  qalxmaq  üçün  onun  ətrafında  birləşsinlər". 
Petroqrad  və  Tiflis  erməni  təşkilatlarının  çoxsaylı  xahişlərinə,  Baqratuninin  səylərinə  cavab  olaraq Müvəqqəti 
hökumətin  sədri  və  hərbi  nazir  A.F.Kerenski  belə  qətnamə  imzaladı:  "Erməni  atıcı  taborlarının  alaylara 
çevrilməsi  və  onlardan  diviziyaların  təşkil 
edilməsinin yubadılmamasını təsdiq edirəm".
79
 
Avqustun  4-də  L.Tiqranyan  və  A.Baqratuni 
hərbi  nazirin  köməkçisi  B.Savinkova  erməni 
korpusunun  yaradılması  layihəsini  təqdim 
etdilər.  Maraqlıdır  ki,  "Eserlərin  döyüş 
təşkilatı"  terrorist  qrupunun  lideri  B.Savinkov 
hər  zaman  "Daşnaksutyun"  partiyası  ilə  sıx 
əlaqədə olmuşdur. 
Daşnak  liderlərindən  olan  və  Türkiyə 
torpaqlarında  "Qərbi  Ermənistan"  yaratmağa 
çalışan  Y.X.Zavriyan  Tiflisdə  erməni  hərbi 
komissarı vəzifəsinin yaradılmasını təklif etdi. 
Müvvəqəti hökumət belə vəzifəni yaratdı və Erməni Milli Şurası A.Baqratunini bu vəzifəyə seçdi.
80
 A.Baqratuni 
L.Tiqranyan,  N.Məlik-Parsacanyan,  M.Ter-Poqosyan,  İ.Axverdyan,  Bozoyan  və  digər  erməni  zabitlərindən 
ibarət  Hərbi  Şura  təşkil  etdi  və  onun  sədri  oldu.  Erməni  hərbi  komissarı  cəbhələrə  səpələnmiş  erməniləri 
siyahıya alıb (hesablamalar nəticəsində 120 min erməni zabit və əsgəri qeydə alındı), onlardan ən azı 40 min 
nəfəri Qaf-qazda yerləşdirməyi planlaşdırdı. 
Sonralar  general-mayor  Kulebyakin  yazırdı  ki,  erməni  korpusunu  yaratmaq  üçün  Baqratuni  və  onu 
dəstəkləyənlər  Petroqradın  ən  yüksək  hərbi  dairələrinə  təsir  edirdilər.  1917-ci  il  oktyabrın  23-də  Baqratuni 
Petroqrad  hərbi  dairəsinin  komandanı  təyin  edildi.
81
  Rusiyada  inqilabın  qarşısını  almaqdan  çox  erməni 
məsələlərinin  həlli  barəsində  düşünən  Baqratuni  ona  tabe  edilmiş  qoşunları  idarə  edə  və  Müvəqqəti  hökuməti 
qoruya  bilmədi.  Bolşeviklər  Müvəqqəti 
hökuməti devirəndə Qış sarayından qaçmağa 
cəhd  göstərən  Baqratuni  həbs  edildi.  Çar 
ordusunun 
generallarına 
divan 
tutan 
bolşeviklər nədənsə erməni generalına rəhmli 
oldular. 
Petroqrad 
hərbi 
dairəsinin 
bolşeviklər  tərəfindən  təyin  edilmiş  yeni 
komandanı  Antonov  Baqratunini  həbsdən 
buraxdı,  vəzifəsindən  azad  etdi  və  "Baş 
qərargahın sərəncamına" göndərdi.
82
 
                                                           
77
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы, Л. 1957, с.405. 
78
Аветисян Г. Генерал Акоп Багратуни (1879-1943)// «Армянское воинство» İNTERNET səhifəsində bu və digər erməni hərbiçiləri barəsində verilən 
materiallarda  bəşəriyyətin  ən  möhtəşəm  sərkərdələrinin  erməni  olması  fikri  yeridilir.  Sən  demə,  nəinki  türk  dünyasının  Çingiz  xan,  Teymur  kimi 
sərkərdələri, heç Avropanın Makedoniyalı İskəndər, Sezar kimi sərkərdələri də erməni «sərkərdələri» qədər möhtəşəm olmamışdılar. 
 
79
Аветисян Г. Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNETsəhifəsi. 
80
Аветисян Г Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNET səhifəsi. 
81
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы. Ленинград, 1957, с.405. 
82
Рябинский К. Революция 1917 года. Москва, 1976. Хроника событий. Т. 5, с.151-152, 160, 175. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə