Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   15   16   17   18   19   20   21   22   ...   90

39 
 
şəkil  alacaq.  Belə  təhlükə  barədə  sadəcə  bir  işarə  kifayət  idi  ki,  Qafqaz  İslam  Ordusunda  vahimə  başlasın". 
1915-1916-cı illərdə ermənilərin vuruşan türk ordusunun arxasında qiyamlar qaldırıb, dinc əhaliyə qarşı qətllər 
törətməsi,  Diyarbəkirdə  rus  və  Kilikiyada  fransız  ordusunun  hücumlarına  arxadan  kömək  etməsini  xatırlayan 
general  həmin  hadisənin  indi  də,  yəni  1918-ci  ilin  yayında  təkrarlanacağına  bel  bağlayırdı.  Tam  əminliklə 
söyləmək  olar  ki,  erməni  milli  komitə  və  şuraları  ingilislərə  bu  barədə  müxtəlif  vədlər  vermişdilər.  Lakin 
general  -  mayor  L.Denstervil  unudur  ki,  1915-1916-cı  illərdə  erməni  qiyamçıları  dinc  müsəlman  əhalini  qırır, 
nizami türk hissələri yaxınlaşanda isə rus və fransız ordularına qısılırdılar. General Denstervilin bu ümidlərinin 
də puça çıxması erməni xislətinə görə labüd idi. 
Qorxaqlığın  səbəbini  araşdırmağa  çalışan  general  Denstervil  yazırdı:  "Kişilərdə  döyüş  ruhunun 
olmamasını  qorxaqlıqla  deyil,  hərbi  xidmətin  əsaslarının  başa  düşülməzliyi  və  intizamın  olmaması  ilə  izah 
etmək    lazımdır".
92
    Çoxsaylı      ingilis      təlimatçıların    təsiri,    erməni  hissələrinin  ingilis  hissələri  arasında 
yerləşdirilməsi  və  s.  tədbirlərlə  general  erməni  qoşunlarında  intizamı  qaldırmışdı.  Qoşunlara  baxış  keçirən 
general yazırdı ki, "polkovnik Arutyunovla bizim mövqeləri gəzərkən mən yerli qoşunların intizam sahəsində 
qazandığı  uğurlara  təəccüblənmişdim".  Lakin  çox  keçmədi  ki,  döyüş  əməliyyatları  başlandı  və  "intizamlı" 
erməni  qoşunları  yenə  də  qaçmağa  üz  qoydular.  General  yazırdı:  "Yerli  erməni  zabitləri  bütün  gücləriylə 
çalışırdılar  ki,  onların  adamları  döyüşə  getsin.  Əgər  erməni  əsgərləri  döyüşməkdən  imtina  edirdilərsə,  bu, 
onların  rəhbərlərinin  günahı  deyil".  Beləliklə,  general  oxucuda  "qəhrəman  rəhbərlər,  qorxaq  qoşunlar" 
təəssüratını  yaratmağa  çalışır,  lakin  çox  keçmir  ki,  başqa  nəticəyə  gəlir.  "İki  dəfə  Bakı  qoşunları  əks-hücuma 
keçdi, lakin bacarıq olmadan qəhrəmanlıq az nəticə verir: rəhbərlik heç nəyə qadir deyildi və hər iki əks-hücum 
məğlubiyyətlə nəticələndi". 
Beləliklə,  general  nəhayət  ki,  ermənilərin  necə  döyüşçü  olduğunu  anlamağa  başlayır.  Onun  göstərdiyi 
növbəti  fakt  çox  şeydən  xəbər  verir:  "Bir  dəfə  türklər  öz  mövqelərindən  çıxdılar  və  günün  günortasında 
dəmiryol xətti olan açıq vahə ilə irəliləməyə başladılar ki, bizim cəbhənin bir hissəsinə hücum etsinlər. Mənim 
erməni  taboruna rəhbərlik edən  zabitlərimdən  biri öz  adamlarına  səngərlərdən  çıxıb  əks  hücuma  keçməyi  əmr 
etdi. Qoşunlar irəli getməkdən imtina etdilər, onların nümayəndəsi bağırdı: "Necə yəni ora getmək lazımdı? Axı 
orda türklər var!"
93
 
Bütün  bunlardan  sonra  ön  xətdə  ingilis  qoşunlarını  yerləşdirən  general  Denstervil  erməniləri  arxada 
ehtiyat  qüvvə  kimi  saxlayır,  lakin  yenə  də  istədiyinə  nail  ola  bilmir.  Təsadüfi  deyil  ki,  Bakı  uğrunda  son 
döyüşlərdən xəbər verən general erməni hissələrinin birdən-birə yoxa çıxması barədə danışır: "Biləcəridə olması 
əmr edilən yerli taborlar hücum başlayanda heç Bakıdan çıxmamışdılar... general Dokuçayev məni əmin edirdi 
ki,  bu,  son  belə  hadisədir,  belə  hal  bir  daha  təkrarlanmayacaq".  Həmişəki  həyasızlıqla  fəaliyyət  göstərən 
ermənilər  növbəti  döyüşlərdə  də  yoxa  çıxır, sonra isə  ingilislərə  and-aman  edib bildirirdilər  ki,  təsadüfən  belə 
olub:  "Erməni  ehtiyat  qüvvəsi  ona  tapşırılan  yerdə  yox  idi,  halbuki  cəbhənin  bu  hissəsinin  rəisi  polkovnik 
Qazarov  məni  əmin  edirdi  ki,  onun  bütün  adamları  yerindədir,  Təkcə  bir  gün,  onlara  ehtiyac  duyulduğu  gün 
yerlərində olmadılar".
94
 
Sentyabrın əvvəllərində baş vermiş döyüşlər generalın gözlərini tam açdı. O,  Sentrokaspi Diktaturasına 
yazdığı məktubunda qeyd edirdi ki, yaxşı silahlanmış və öz şəhərini xilas etmək əzmində olan 15000 döyüşçü 2-
3  min  nizami  qoşun  və  toplarla  gücləndirilsə,  müdafiə  üçün  çox  şey  edə  bilər.  Lakin  "bu  gün  səhər  türklər 
hücum  edəndə  mən  Binəqədi  təpələrində  idim.  Mövqe  xəttinə  yaxınlaşanda  şəhərə  tərəf  gedən  çoxlu  əsgər 
gördüm. Bu zaman 70 nəfərdən ibarət kiçik ingilis dəstəsi onlara tapşırılmış mövqeni fədakarcasına qoruyurdu. 
Onlar  Binəqədidə    yerləşmiş  Bakı  qoşunları  ehtiyat  hissəsinin  köməyə  göndərilməsini  istəmişdilər.  Bizim 
qoşunlar  səhrada  çığıran  adam  kimi  cavab  almadı  və  geri  çəkilib  öz  mövqelərini  düşmənə  təhvil  verməyə 
məcbur oldu". 
Növbəti məktubunda general Denstervil açıq-aydın yazırdı: "Biz hələ şəhər və limanı xilas edə bilərik, bir 
şərtlə ki, Bakı qoşunları onlarda olmayan bir hissə, qətiyyətlə vuruşmaq və təslim olmamaq hissinə sahib olsun. 
Bir  dəfə  də  görmədim  ki,  sizin  qoşunlara  hücum  əmri  veriləndə  arxalarını  çevirib  qaçmaqdan  başqa  bir  şey 
etsinlər və sizə açıq bildirirəm ki, belə publika ilə çiyin-çiyinə vuruşmaq mənasızdır".
95
 
Maraqlıdır ki, istər Erməni Milli Şurası, istərsə də Sentrokaspi Dik-taturası generalın bütün tələblərinə bir 
cavab verirdi: "Gərək biz Leninin təklifini qəbul edib, Bakıya daha çox bolşevik çağıraydıq" və ya "tələb edirik 
ki,  Bakıya  İrandan,  ya  Bağdaddan  kifayət  qədər  qoşun  gətirəsiniz.  Bu  kömək  gələnədək  biz  Petrovskdan 
Biçeraxovdan  kömək  gözləyəcəyik”.  Beləliklə,  erməni  liderləri  özləri  də  bilirdilər  ki,  qoşunlarının 
"qəhrəmanlıqları" nədən ibarətdir və dinc əhaliyə divan tutmaqdan başqa əllərindən bir şey gəlmir. 
                                                           
92
 Денстервиль, с. 105. 
93
 Денстервиль, с. 106. 
94
 Денстервиль, с.107.  
 
95
 Денстервиль, с.117. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə