Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   17   18   19   20   21   22   23   24   ...   90

42 
 
1917-ci  ilin  sonlarında  yaradılmağa  başlayan  Bakı  Sovetinin  qırmızı  qvardiyası  dekabr  ayında  400 
nəfərdən ibarət idi. İnqilabçı fəhlə və əsgərlər hesabına 1918-ci il yanvarın əvvəllərinə qırmızı qvardiyanın sayı 
3500  nəfərə  çatdırıldı.  Xəzər  dəniz  donanmasının  200-300  nəfərlik  matros  dəstəsi  Bakı  Sovetinin  əsas 
dayaqlarından biri sayılırdı.
106
 Şəhərdə olan Rus Milli Şurası da öz silahlı dəstəsini yaratmağa çalışırdı. Bakıda 
eyni zamanda erməni-daşnak qüvvələri cəmləşməkdə idi. Erməni Milli Şurası  və  "Daşnaksutyun" partiyasının  
yerli      rəhbərləri      silahlı  dəstələrin 
yaradılmasında  çox  fəal  idi.
107 
Belə  dəstələrin 
təşkili  və  formalaşması  uzun  vaxt  tələb 
etdiyindən Rusiyadan 36-cı Türküstan atıcı alayı 
göndərildi.  Əksəriyyəti  inqilabçı  əsgərlərdən 
ibarət  olan  alay  etibarlı  qüvvə  hesab  olunurdu, 
üstəlik,  onun  komandir  heyəti  digər  hərbi 
hissələrin  təlimatçısı  rolunu  oynaya  bilərdi. 
Hərbi hissələrin fəaliyyətini  təmin etmək   üçün  
xüsusi      mühəndis-tikinti    idarəsi  yaradıldı  ki, 
onun da tərkibində 5 tikinti dəstəsi, 4 fəhlə arteli 
var  idi.  Toplanmış  dəstələr  1-ci  beynəlmiləl 
alayın  tərkibində  cəmləşdirilirdi.  1918-ci  il  martın  əvvəllərində  S.Şaumyan  Moskvaya  göndərdiyi  teleqramda 
yazırdı  kı,  Bakı  Sovetinin  qoşunları  7  min  bolşevik  və  4  min  erməni  silahlısından  ibarətdir.  Tədqiqatçıların 
fikrincə, burda ilk növbədə ermənilərin sayı qəsdən kiçildilmişdir. Xəzər hərbi donanmasından 200-400 matros 
Bakıdakı  mart  hadisələrində  fəal  iştirak  etmişdi.  Müxtəlif  siyasi  partiya  və  hərəkatların,  qeyri-
azərbaycanlılardan ibarət milli şuraların silahlı dəstələrinin birləşdirilməsi nəticəsində Bakı Soveti qoşunlarının 
sayı  7500  nəfərə  çatdırıldı.  Ermənistan  Respublikası  Tarix  İnstitutunun  keçmiş  direktoru  akademik  Hrant 
Avetisyan yazırdı ki, Bakıda "Sovet hakimiyyəti uğrunda Qafqaz ordusunun dörd briqadası - 25 tabor və 18 min 
qırmızı  qvardiyaçı  vuruşurdu;  qırmızı  qvardiyaçıların  70  %-i  ermənilər  idi".  Ehtimal  ki,  o,  milli  Azərbaycan 
qüvvələrinə qarşı duran bütün qüvvələri qırmızı qvardiyaçılar kimi hesablamışdır: Erməni Milli Şurasına tabe 
olan  dəstələr,  "Daşnaksutyun"  partiyasının  dəstələri  və  s.  Ədəbiyyatda  qeyd  olunur  ki  1918-ci  ilin  əvvəlində 
Bakıda "erməni korpusunun 4 min döyüşçüsü var idi". 
Toplanmış qüvvələr 4 briqada və əlavə hissələrdən ibarət 1-ci korpus tərkibində fəaliyyət göstərməli idi. 
Aprelin  20-də  Erməni  Milli  Şurasına  tabe  olan  hissələrin  Qırmızı  Orduya  qatılması  barədə  qərar  qəbul  edildi. 
Bu  isə  yeni  hərbi  hissələr  yaratmağa  imkan  verdi.  Bununla  belə,  ermənilər  öz  əllərində  müəyyən  sayda  hərbi 
hissə  cəmləşdirməyə  çalışırdılar.  Aprelin  26-da  İnqilabi  Müdafiə  Komitəsi  ilə  Erməni  Milli  Şurasının  birgə 
iclasında belə qərar qəbul edildi ki, 2-ci erməni ehtiyat piyada alayı ləğv edilsin, onun şəxsi heyəti Amazaspın 
taboruna verilsin. Amazaspın taboru əsasında Qırmızı Ordunun 16-cı və 17-ci taborları təşkil edildi.
108
 Sonralar 
1918-ci  il  erməni  vəhşiliklərini  araşdırmaq  üçün  yaradılan  fövqəladə  istintaq  komissiyasının  sədri  A.Novaski 
yazırdı ki, Qubada qırğınlar törədən Amazaspın dəstəsində "iki minə yaxın adam var idi, onlara "Daşnaksutyun" 
partiyasından olan ermənilər rəhbərlik edirdi". 
May ayında geniş miqyaslı döyüşlərə hazırlaşan Bakı Sovetinin hərbi rəhbərliyi səfərbərliyin müddətini 
uzatdı ki, yeni hərbi hissələr yaradılsın. Mayın 
sonlarında  Bakıda  19-cu  və  20-ci  taborlar 
yaradıldı, Xüsusi  hücum  bölüyü   və   dəmir  
bölük    təşkil    edildi.    Nəticədə  döyüşçülərin 
ümumi  sayı  18  min  nəfərə  çatdı.  Bakı  XKS-
nin  hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı 
Q.N.Korqanovun  1918-ci  il  mayın  22-də 
RSFSR  Xalq  Komissarı  Sovetinə  göndərdiyi 
məruzədə  qeyd  edilirdi  ki,  yaradılmış  19 
batalyonun tərkibində 18 min döyüşçü var, 20-
ci  tabor  və  bəzi  hissələr  yaradılmaqdadır. 
1983-cü  ildə Moskvada  çap  edilmiş  "SSRİ-də 
vətəndaş müharibəsi və hərbi intervensiya" kitabında Bakı Sovetinin qüvvələri iyunun əvvəllərinə 18 min nəfər 
döyüşçü, 19 top, 3 zirehli qatar, bir neçə hidroplan, 4 kanoner gəmisi və 3 silahlı ticarət gəmisindən ibarət ordu 
kimi göstərilir (Sovet Rusiyasından göndərilmiş 4 zirehli avtomobil, 13 təyyarə və 6 top çıxılmaqla). 
                                                           
106
 Дарабади П.Г. Военные проблемы. с.92. 
107
 Дарабади П.Г. Военные проблемы, с.106-107. 
 
108
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66. 


43 
 
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin 1918-ci il 24 may qərarı ilə Bakı və 
ətraf rayonlarda "hərbi hazırlıq dərsləri icbari mütləq və ümumi" elan edildi. 
Qərbə doğru irəlilədikcə bolşevik-erməni qoşunları erməni kəndlərinin sakinlərindən hərbi hissələr təşkil 
edir,  onların  bir  qismini  ordu  tərkibinə  qatır,  digər  qismini  isə  yerli  dəstələr  kimi  saxlayırdılar.  Qaraməryərn 
döyüşündə ətraf erməni kəndlərinin silahlı sakinləri də iştirak edirdi. Şamaxı və Kürdəmirdə müsəlman əhalidən 
silahlar  yığılır,  erməni  kəndlərinin  əhalisi  isə  hərbi  dəstələr  şəklində  toplanıb  silahlandırılırdı.  Şamaxı 
ətrafındakı döyüşdə erməni kəndlərinin əhalisi 800 nəfərlik tabor təşkil etmişdi. 
Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının fəalları döyüş getməyən bölgələrdə də hərbi hissələr 
yaratmağa çalışırdılar. Misal üçün, Gəncədə pulemyotlara malik 600 nəfərlik erməni taboru təşkil edilmişdi. 
Fransanın  Rusiyadakı  səfiri  Nulens  1918-ci  il  iyunun  10-da  Fransa  xarici  işlər  naziri  Stefan  Pişona 
məruzə edirdi ki, "regionda ermənilər müttəfiqlərə sadiq qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və 
Petrovskun sahibləridir. Onların burada qoşunları var: 10 mini təşkil olunub, 15 min nəfəri pərakəndədir. Digər 
erməni  qruplaşmasında  20  min  nəfər  var:  onlar  İrəvan  dağlarma  çəkilən  Qars  ordusunun  qalıqlarıdır".  Bu 
məruzədən  aydın  olur  ki,  Qırmızı  Ordudan  başqa  erməni  dəstələri  pərakəndə  halda  mövcud  olmuş,  üstəlik, 
keçmiş çar ordusunun Diyarbəkir bölgəsində fəaliyyət göstərmiş hərbi hissələrindən qalan 20 minə yaxın erməni 
Cənubi Qafqaza keçmişdir. 
B.Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, 
iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük 
süvari, topçu və çevik qüvvələr var. 
Rusiyadan  əlavə  qüvvələr  almağa  çalışan  S.Şaumyan  1918-ci  il  iyunun  14-də  V.Leninə  göndərdiyi 
teleqramda qeyd etmişdi ki, iyunun 10-da Hacıqabuldan yürüşə başlayan sovet qoşunlarının tərkibində on min 
döyüşçü var. Rəqəmləri kiçiltməklə əlavə qüvvə almağa çalışan S.Şaumyana Rusiyadan canlı qüvvə göndərmək 
qeyri-mümkün  idi:  vətəndaş  müharibəsi  cəbhələrində  bolşeviklərin  vəziyyəti  ağır  idi.  Şaumyan  isə  vəziyyəti 
düzəltmək üçün 2-3 nizami diviziya və 25 min dəst hərbi geyim istəmişdi. 
1918-ci  il  iyunun  26-da  Moskvada  Ümumrusiya  Hərbi  Komissarlıq  bürosunun  təlimatçılarından  birinin 
Trotskinin adına yazdığı məruzəsində qeyd edilirdi ki, Bakıya böyük hərbi qüvvə göndərilməlidir; gələcəkdə 23 
min nəfərlik ştatı olan diviziyanın 9  min nəfərdən ibarət əsas hissəsi Moskvada  təşkil edilməli və Bakıda tam 
formalaşdırılmalıdır.  Diviziya  iki  həftə  ərzində  yaradılmalı  idi.  Bu  təklif  Hərbi  Dəniz  İşləri  Xalq 
Komissarlığının əməliyyat bölməsinin rəisi S.İ.Aralov tərəfindən dəstəklənsə də, icrası mümkün deyildi. 
Rusiyadan canlı qüvvə sarıdan kömək gəlməyəcəyini görən S.Şaumyan yerli imkanları axtarıb-arayırdı. 
1918-ci il iyunun 21-də Bakıda "dəmir dəstə", iyunun 22-də sovet taboru adlı hərbi hissə yaradılmağa başladı. 
İyunun 30-da 1893-1897-ci il təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti elan edildi. Bununla yanaşı 1900-1917-ci 
illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi də elan edildi və onun əsasında dənizçi taboru yaradıldı. 
Lakin yaradılan hərbi hissələr ştatdan aşağı say tərkibinə malik idi: siyahıya almanların cəmi 30 %-ni toplamaq 
mümkün oldu.
109
 S.Şaumyanın əmri ilə şəhərdə silahlı yoxlamalar keçirilir, erməni və ruslar tutularaq cəbhəyə 
göndərilirdi.  Başda  V.F.Poluxin  olmaqla  170  nəfərlik  dənizçi  dəstəsinin  Bakıya  gəlişi  də  vəziyyəti  dəyişə 
bilmədi. 
Bakı Sovetinə qoşulan L.Biçeraxovun dəstəsində 1500 nəfərdən çox döyüşçü var idi. 
İyulun  əvvəllərində  cəbhədə  vəziyyətin  kəskinləşməsi  nəticəsində  Bakı  qırmızı  təlimatçılar  məktəbinin 
şəxsi  heyəti  cəbhəyə  göndərildi.  Bu  dövrdə  Muğanda  toplanmış  5-6  minlik  silahlı  qüvvəni    Qafqaz  İslam 
Ordusuna qarşı vuruşmağa sövq etmək üçün 2 min nəfərlik qoşun göndərilmişdi. Onun tərkibi  200 nəfər rus, 
300  iranlı,  1500  ermənidən  ibarət  idi.  Lakin  Sura-Qarabulaq  kəndləri  arasında  Kür  çayı  üzərindəki  keçidlər 
uğrunda döyüşdə türk-Azərbaycan qoşunları tərəfindən məğlub edilən bu qüvvələr geri çəkildilər. İyulun 1-nə 
olan  vəziyyəti  təsvir  edən  general  Denstervilin  qeydlərinə  görə,  vuruşan  Qırmızı  Ordunun  sayı  azı  on  minə 
çatırdı. 
İyulun 19-da Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi. Artıq iyulun 20 və 23-də Şaumyan teleqramlar 
vuraraq Moskvadan yeni hərbi hissələr istədi. Bakının qeyri-türk millətlərındə millətçi-şovinist hisslər oyatmaq 
üçün  müxtəlif  çağırışlar  səsləndirilir,  vərəqələr  paylanır,  "vəhşi  Türkiyəyə  qarşı",  "nifrətamiz  türk 
zorakılıqlarına qarşı" birgə mübarizə aparmağı təbliğ edilirdi. İyulun 23-24-də Rusiyadan Bakıya silah və sursat 
çatdırıldı,  lakin  onları  paylamaq  üçün  qüvvə  yox  idi,  mövcud  qoşunlarda  isə  ruh  düşkünlüyü  açıq-aydın 
sezilirdi.  Bu  səbəbdən  iyulun  26-dan  başlayaraq  Şaumyan  Lenindən  təkidlə  nizami  hərbi  hissələrin 
göndərilməsini istəyirdi.
110
 
İyulun sonlarında Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci illər təvəllüdlü 
kişilər orduya çağırılırdılar. Нəmçinin sosialist inqilabçı partiyaların dəstələri, çar ordusunun istefada
 
ehtiyatda 
olan mühəndis və texniki hissələrinin zabit və əsgərləri Qırmızı Orduya cəlb olundu. 
                                                           
109
Кадишев А. Б. Интервенция, с.112. 
110
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.242-243. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə