Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

57 
 
Təmir bazasının olmaması gəmilərin tətbiqini çətinləşdirirdi, buna baxmayaraq onlar hərbi əməliyyatlarda 
yenə  də  iştirak  edirdilər.  Avqustun  27-nə  planlaşdırılan  irimiqyaslı  əks  hücumda  "Göytəpə"  hərbi  gəmisi 
qoşunların hərəkətlərini öz atəşi ilə daim müşayiət etməli idi. Avqustun 30-da yenidən desant çıxarmağa cəhd 
oldu.  Nasosnuya  3  gəmidən  150-200  nəfərlik  desant dəstəsi çıxarıldı,  lakin  sahil  müşahidə  postlarından  xəbər 
alan Qafqaz İslam Ordusu komandanı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi 
döyüşü qəbul etməyib gəmilərə çəkildi.
158
 
Donanmanın  təhlükəli  olduğunu  nəzərə  alan  Qafqaz  İslam  Ordusu  Bakıya  həlledici  14  sentyabr 
hücumunu  Abşeron  yarımadasının  dərinliklərindən,  dənizdən  uzaq  ərazilərdən  həyata  keçirdi,  "Volçi  vorota" 
məntəqənin  adı  Osmanlı  sənədlərində  də  belə  göstərilir)  təpəlikləri  tutulandan  sonra  burada  toplar  quruldu  və 
limana bir neçə mərmi atılandan sonra hərbi gəmilərin hərəkəti dayandırıldı. 
Zirehli  texnika.  Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası  qoşunlarında  zirehli  texnika  zirehli  qatar  və 
avtomobillərlə təmsil olunmuşdu. 
Zirehli  qatar  I  Dünya  müharibəsinin  ağır  silahlarına  aid  edilir,  qoşunları  atəşlə  dəstəkləyən  manevrli 
silahlardan  hesab  olunurdu.  Müharibə  təcrübəsi  göstərdi  ki,  zirehli  qatarın  dəmiryolla  hərəkət  etməsi  onun 
fəaliyyət  radiusunu  daraldır,  üstəlik  belə  silahın 
tətbiqi  böyük  risklə  bağlı  olur:  dəmiryol 
xətlərinin  sıradan  çıxarılması  zirehli  qatarın  ən 
yaxşı 
halda  fəaliyyətsiz 
dayanması 
ilə 
nəticələnir.  Bununla  belə,  süvari  hissələrin 
müşayiəti  ilə  hərəkət  edən  zirehli  qatarlar 
şəhərlər və dəmiryol stansiyaları uğrunda gedən 
döyüşlərdə  əhəmiyyətli  rol  oynayırdı.  Zirehli 
qatar  hərbi  hissə  statusuna  malik  idi.  Döyüş 
vəziyyətində  qatarın  zirehli  parovozu  iki  zirehli 
vaqonun  arasına  qoyulurdu.  Zirehli  qatarın 
hərəkəti adətən baza qatarın (bir parovoz, 6-8 vaqon) hərəkəti ilə müşayiət olunurdu (baza qatar zirehli qatardan 
arxada, ondan aralı gedir, mərmi və patron ehtiyatı, təmir üçün lazım olan avadanlıq daşıyırdı).
159
 
Bakı Sovetinin dəstələri 1917-ci ilin sonunda cəbhədən tərxis olunan ordu hissələrindən bir zirehli qatar 
götürmüş, 1918-ci ilin mart ayının əvvəllərində onların iki, mayda isə üç ədəd zirehli qatarı vardı.
160
 
Bu qatarlar yüngül zirehli qatar növünə (Rusiya ordusunda qəbul edilmiş cədvələ görə - "B" tipli qatar) 
aid idilər. Belə qatarın 46 nəfərlik heyəti, zirehli parovozu, zirehli meydançası (iki ədəd 42 xətli topla), zirehli 
bazası  (4  ədəd  "Maksim"  pulemyotu,  mətbəx,  emalatxana,  seyxqauz)  olurdu.
161
  Orta  sürəti  8-10  km/s, 
maksimum sürəti 25-30 km/s olan zirehli qatar gün ərzində 100-120 km məsafə qət etmək imkanında idi. 10-15 
mm-lik zirehli lövhələrlə örtülmüş qatarın uzunluğu 50 m, eni 2 m, hündürlüyü 4,5 m idi. Нər top üçün 200-250 
mərmisi,  hər  pulemyot  üçün  10-14  patron  lenti  olan  zirehli  qatar  əhəmiyyətli  hərbi  texnika  növü  idi.  Qatarın 
qabaq  və  arxa  hissələrinə  yarımplatformalar  qoşulur,  burada  ehtiyat  detallar,  relslər,  şpallar  daşınırdı, 
platformalar eyni zamanda qatarın əsas hissələrini yolda ola biləcək təsadüf və təxribatlardan qoruyurdu.
162
 
Zirehli  qatarlar  bolşeviklərin  gücünü  əhəmiyyətli  dərəcədə  artırırdı.  1918-ci  ilin  aprelində  Hacıqabul 
döyüşlərində  bolşevik  zirehli  qatarı  Müsəlman  Korpusunun  zirehli  qatarı  ilə  üz-üzə  gəlmişdi,  ancaq  onlar 
arasında baş verən artilleriya dueli piyada qoşunlar tərəfindən dəstəklənmədiyindən lazımi effekt verməmişdi. 
QİO  irəlilədikcə  bolşeviklərin  zirehli  qatarlarının  fəaliyyət  sahəsi  daralır,  qatarlar  müxtəlif  səbəblərdən 
sıradan  çıxırdı.  Avqustun  1-də  Sentrokaspi  Diktaturası  döyüşlərdə  cəmi  bir  zirehli  qatardan  istifadə  edə 
bilmişdi.  Bu  qatarın  hərəkəti  də  türk-Azərbaycan  qoşunları  tərəfindən  Hacıhəsən  istiqamətində  yolların 
korlanması ilə məhdudlaşdırılmışdı. Xırdalan istiqamətinə göndərilən qatar avqustun 6-da burada hərbi hiylənin 
qurbanı olmuşdu: dəmir yolu sıradan çıxarılsa da, üstü örtülmüş, bu səbəbdən qatarın qabaq platforması qəzaya 
uğramışdı.  Platformadakı  top  və  pulemyotlar  qənimət  kimi  götürülsə  də,  qatar  özü  geriyə  çəkilmiş,  təmirə 
dayanmağa məcbur olmuşdu.
163
 
1918-ci  ilin  mart  hadisələrində  Bakının  Yasamal  hissəsində  milli  güclərin  müqaviməti  ilə  üzləşən 
bolşevik-erməni  qüvvələri  döyüşə  hidrotəyyarə  göndərməklə  bərabər  bir  zirehli  avtomobil  də  yeritmişdilər. 
1918-ci  ilin  aprelində  Hacıqabul  döyüşündə  zirehli  avtomobil  irəliləməyə  çalışmışdısa  da,  imam  Qosinskinin 
topçularının atəşi ilə üzləşərək döyüşdən çıxmışdı.
164
 
                                                           
158
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.315. 
159
Гражданская война. Энциклопедия, с.75. 
160
Дарабади П.Г. Военные вопросы, с.105. 
161
Поцелуев В.А. Броненосцы желехных дорог. Москва, 1982, с.37. 
162
Зун В.А. Броневые поезда и их боевая служба. Москва, 1930, с. 37; Ромадин С. Броневая гвардия революции // "Моделист- конструктор". 1989, 
№ 11-12. 
163
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267-268. 
164
Yenə  orada, s.64.
 


58 
 
Zirehli avtomobillərin nisbətən yüngül çəkili və kiçik ölçülü (zirehli qatardan fərqli olaraq) olması onları 
dəniz  yolu  ilə  Rusiyadan  gətirməyə  imkan  verirdi.  İyulun  23-də  Bakıya  gələn  gəmilərlə  4  zirehli  avtomobil 
gətirilmişdi.
165
 
Bakı  Soveti  və  Sentrokaspi  Diktaturası 
qoşunlarının  hansı  növ  zirehli  avtomobillərlə 
silahlanması  barədə  ədəbiyyatda  məlumat 
yoxdur. 
Burası 
məlumdur 
ki, 
zirehli 
avtomobillərin  bir  neçəsi  qənimət  kimi  ələ 
keçirildikdən  sonra  bərpa olunmuş  və  1919-20-
ci  illərdə  Azərbaycan  ordusunda  istifadə 
edilmişdir.  Azərbaycan  ordusuna  aid  tarixi 
sənədlər  sübut  edir  ki,  orduda  pulemyotlarla 
silahlanmış"Ostin-Putiloves", 
top 
və 
pulemyotlarla  silahlanmış  "Qarford-Putiloves" 
və  "Perley"  adlandırılan  zirehli  avtomobillər 
olub.
166
  Birinci  və  ikinci  növ  avtomobillərin  taktiki-texniki  göstəricilərini  müəyyən  etmək  çətin  olmasa  da, 
"Perley" zirehli avtomobili haqda məlumat yoxdur, ümumiyyətlə, dünyada bu adda zirehli avtomobil olmayıb. 
Ehtimal  ki,  sənədlərdə  söhbət  adətən  "Pirles"  adı  ilə  göstərilən  zirehli  avtomobildən  gedir.  "Pirles"  zirehli 
avtomobili  Britaniya  istehsalı  olsa  da,  Rusiya  da  ondan  müxtəlif  cəbhələrdə  istifadə  edib.  2  pulemyotla 
silahlanan avtomobilin iki nəfərlik heyəti vardı. 
1915-ci ildən istehsalına başlanan "Ostin-Putiloves" zirehli avtomobili 8 mm-lik zireh lövhələrlə örtülmüş 
korpusdan  ibarət  olmaqla,  2  qüllədə  qurulmuş  iki  ədəd  "Maksim"  pulemyotu  ilə  silahlanmışdı.  Zirehli 
avtomobilin  göstəriciləri:  çəkisi-  5,2  t,  ölçüləri  -  4,9  x  1,75  x  2,4  m,  heyəti  -  5  nəfər,  mühərriki  -  benzin 
yanacaqlı,  4  silindrli,  50  at  gücündə,  təkər  formulu  4x2,  sürəti  -  50  km/  saat,  yanacaq  çəninin  bir  dəfə 
doldurulması ilə dəf edilən məsafə - 200 km.
167
 
1914-cü  ildən  istehsal  edilən  "Qarford-Putiloves"  zirehli  avtomobilinin  daha  ağır  silahları  vardı.  Bu 
avtomobil  xüsusi  qüllədə  qurulmuş  bir  ədəd  76,2  mm-lik  səhra  topu  və  üç  ədəd  "Maksim"  pulemyotu  ilə 
silahlanmışdı.  Zirehli  avtomobilin  göstəriciləri: 
çəkisi - 8,6 t, heyəti - 8 nəfər, mühərriki - benzin 
yanacaqlı,  4  silindrli,  35  at  gücündə  təkər 
formulu  4x4,  sürəti  -  20  km/  saat,  yanacaq 
çəninin  bir  dəfə  doldurulması  ilə  dəf  edilən 
məsafə - 120 km.
168
 
Tətbiqi  böyük  bilik  və  bacarıq  tələb 
etməyən  zirehli  avtomobillərdən  Bakı  Soveti 
qoşunları  geniş  istifadə  edirdi.  Bəzi  hallarda 
zirehli avtomobillərin fəaliyyətini zirehli qatarla 
uzlaşdırmaq müsbət nəticə verirdi. İyulun 10-14-
də  Müsüslü  və  Karrar  stansiyaları  uğrunda 
gedən  doyüşlərdə  2  zirehli  qatar,  5  zirehli  avtomobil  və  8  topdan  ibarət  qrup  çevik  qüvvə  kimi  bolşevik 
qoşunlarının  atəş  üstünlüyünü  təmin  etmişdi.  Göyçay  döyüşlərində  bolşeviklərin  6  zirehli  avtomobili  iştirak 
edirdi.  Şamaxı  şəhərinin  azad  edilməsi  zamanı  Qafqaz  İslam  Ordusu  bir  zirehli  avtomobil  qənimət  kimi 
götürülmüşdü.
169
 
 
 L.  Biçeraxovun  dəstəsində  4  zirehli  ingilis  avtomobili  var  idi.  Yevlax  yaxınlığında  gedən  döyüşlərdə 
onlardan biri saz vəziyyətdə türk-Azərbaycan qoşunlarının əlinə keçdi. Sentrokaspi Diktaturasının qoşunları da 
zirehli avtomobillərdən geniş istifadə edirdi. Avqustun 19-da Bakı ətrafında daralan mühasirə halqasını yarmağa 
çalışan  diktatura  qoşunları  Maştağa  kəndinə  3  zirehli  avtomobilin  müşayiəti  ilə  500  piyada,  700  süvari 
yeritmişdilər.  Türk-Azərbaycan  qoşunları  hərəkət  edən  hədəflərə  top  atəşi  açmaqda  müəyyən  təcrübə 
topladığından  onlara  qarşı  açıq  döyüşdə  zirehli  avtomobillərdən  istifadə  etmək  çətinləşirdi.  Bunu  özləri  ilə  3 
zirehli avtomobil gətirən ingilislər də görürdülər. 
                                                           
165
Дарабади П.Г. Военные вопросы, с.113. 
166
Suleymanov M. Azərbaycan Ordusu, s.241.
 
167
Гоголев Л.Д. Бронемашины. Москва, 1986, c.17.  
168
Yenə orada, c.20.
 
169
 Süleymanov M. AzərbaycanOrdusu (1918-1920). Bakı, 1998, s.111. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə