Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

64 
 
zabiti  qoşuldu.  Polkovnik  Şardinyinin  rəhbərlik  etdiyi  bu  zabitlərdən  ikisi  sonralar  Fransaya  qayıtdı,  təkcə 
leytenant Puadebar, Bakının tərəfimizdən itirilməsinə qədər bizimlə qaldı".
177
 
Bakıda      baş      verənlər      barəsində  Denstervilə  Erməni  Milli  Şurasının  mütəmadi  olaraq  yolladığı 
nümayəndələr  və  Bakıdakı  ingilis    konsulu  Mak-Donnel  xəbər  verirdilər.  Мауın 
əvvəlində  Denstervilin  qoşunları  cəmi  bir  süvari  eskadron,  4  zirehli  avtomobil,  50 
nəfər  piyadadan  ibarət  olduğundan  Azərbaycanda  baş  verən  hadisələrə  hərbi  yolla 
müdaxilə edə bilmirdi.  O, yazırdı:    "indi  erməni  koloniyası      və  bolşeviklər  Qafqaz 
İslam  Ordusuna  qarşı  vuruşurlar.  Ermənilərə  əsl  nifrət  bəsləyən  gürcülər  onlara 
kömək etmirlər. Biz onlara nə ilə kömək edə bilərik?  Mənim  fikrimcə, bu mümkün 
deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur... 
Onlar tam əldən düşənədək bir-birlərini öldür-məkdə davam etməlidirlər, bəlkə onda 
biz orada qayda-qanun yarada bildik". 
May  ayında  Denstervil  öz  dəstəsinə    "əsasən  Bakı    aviaməktəbindən  olan 
təyyarəçilər,  iyirmiyə  yaxın  ciddi  seçilmiş  və  çox  bacarıqlı  rus  zabitləri"  əlavə  etdi. 
General yazır ki, onlar mənə Qafqazın gələcək işğalı üçün lazım olacaqlar. Hələlik isə 
onlar  Bakı  ilə  əlaqə  yaradıb  məlumat  toplamaqda  çox  xeyirlidirlər".  Həmin  dövrdə 
Denstervilin  dəstəsinə  Baş  Qərargah  zabiti,  polkovnik  Stoks  təhkim  edildi.  Mayın 
ortalarında  general  Qəzvində  eser  partiyasına  mənsub  olan  bir  neçə  rus  zabiti  ilə 
görüşdü  və  "gələcək  Bakı  əməliyyatlarında  onlardan  kömək"  alacağı  barəsində 
razılığa  gəldi.  Mayın  25-də  Denstervilin  dəstəsinə  50  zabit  və  150  əsgəri  olan 
polkovnik  Keyvort  birləşdi.  Onlarla  birgə  İngiltərədən  göndərilmiş  rus  qvardiya 
suvari hissələrinin zabitləri də gəlmişdi. Məhz bu dövrdə ilk dəfə olaraq general anladı ki, əskərlərinin sayı türk-
Azərbaycan  qoşunlarının  qarşını  almaq  üçün  kifayət  etməyəcək.  Bununla  belə,  Bakının  tutulması  elə  böyük 
üstünlüklər verə bilərdi ki, general  avantüraya  getməyə hazır  idi. Hələlik Biçeraxovu göndərən general  bütün 
vasitələrlə öz qüvvələrinin sayını artırmağa çalışırdı. 
Bu dövrdə Denstervil Bakı Soveti ilə gizli sövdələşmə imzalayır. O, özü qeyd edir ki, "texnikamız üçün 
lazım olan benzin bizim düşmənlərin - bolşeviklərin əlində idi; onlar bizə benzin verməsəydilər bizim İrandakı 
bütün  əməliyyatlarımız  dondurulardı...  Onlara  isə  maşınlar  lazım  idi...  Biz 
qərara  gəldik  ki,  300  funtluq  hər  benzin  partiyasına  görə  mən  dəyəri  100 
funt  olan  bir  avtomobil  verəcəyəm...  Mən  Bakı  Sovetindən  50.000  funt 
sterlinq  məbləğində  benzin  aldım  və  ona  görə  10  ford  göndərməli  idim, 
lakin  bu  hökumət  artıq  devrilmişdi  və  mən  avtomobilləri  göndərmədim. 
Zabitlər  və  aeroplanlar  göndərməklə  mən  Ənzəlidə  mövqelərimizi 
möhkəmlətdim, bu isə Xəzər dənizinə nəzarət etmək üçün ilk addım idi". 
Say  azlığını  general  Denstervil  texnika  hesabına  kompensasiya 
etməyə  çalışırdı.  Mayın  sonlarında  onun  dəstəsinə  "kommodor  Norrisin 
rəhbərlik  etdiyi  bir  neçə  dörddüymlük  toplarla  silahlanmış  kral  dəniz 
piyadaları  dəstəsi"  qoşuldu.  Bu  isə  Xəzər  ticarət  gəmilərini  silahlandırıb 
güclü  donanmaya  malik  olmaq  imkanı  verməli  idi.  Bımunla  belə,  general 
təəssüf hissi ilə qeyd edir: "Göndərdiyim çaparlar vasitəsi ilə demək olar ki, 
hər  gün  Bakı  ilə  əlaqə  saxlayırdıq,  dostlarımız        sosialist-inqilabçılar 
(eserlər)  tezliklə  çevriliş  etməklə  Bakıda  yeni  hakimiyyət  qurub  ingilisləri 
çağıra  bilərdilər.  Hər  gün  yarana  biləcək  fürsətdən  istifadə etməк  üçün isə 
mənim kifayət qədər qüvvəm yox idi".  
"Tezliklə  mən  xəbər  aldım  ki,  polkovnik  Favielin  komandanlığı  ilə 
39-cu  piyada  briqadası  yük  maşınlarında  tam  sürətlə  mənim  sərəncamıma 
göndərilib.  Bu  briqadanın  tərkibinə    aşağıdakı  hissələr  daxil  idi:  Qloçester 
və  Şimali  Staftord  alaylarının  7-ci  yığma  taboru  və  Uorçester  və  Varvik 
alaylarının 9-cu yığma ta-boru". 
Avqustun  4-də  ilk  ingilis  dəstəsi  -  polkovnik  Stoksun  rəhbərliyi  ilə 
Qent alayının 300 nəfərlik dəstəsi Bakıya gəldi.
178
 Denstervil yazır ki, "Bakı 
əməliyyatlarına  rəhbərlik  etmək  üçün  kral  səhra  artilleriyasının  zabiti, 
polkovnik Q.Keyvortu qərargahla birlikdə Bakıya göndərdim".  
                                                           
177
Денстервиль, с.141. 
 
178
Лавров СВ. Политика Англии на Кавказе и Средней Азии в 1917-1921 годах // Вопросы истории, 1979, № 5, с.83. 


65 
 
Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri dəfələrlə Denstervillə görüşüb onun 
qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına 
vuruşmağa  gəlməyiblər,  çoxsaylı  və  yaxşı  silahlanmış  erməni  qoşunlarına  təlim  keçib  onlarla  bərabər 
vuruşacaqlar.  Bununla  bərabər  o,  yazırdı  ki,  "imkan  olan  kimi  Bakıya  bütün  mümkün  olan  qüvvələr 
göndəriləcək". 
Avqustun  17-də  general  Denstervil  və  onunla  bütün  dəstəsilə  Bakıya  gəldi.  Çoxsaylı  ingilis  qoşunları, 
tanklar  və  zirehli  avtomobillər,  möhtəşəm  toplar  və  digər  ağır  texnika  gözləyən  Erməni  Milli  Şurasının  və 
Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər. 
 
 
 
4.2. Ġngilis qoĢunlarının komandanlığı 
 
Lionel  Çarlz  Denstervil  1865-ci  ildə  anadan  olmuş  və  “The  United  Services  College”  kollecini 
bitirmişdir.  Bu  kollec  Kral  ordusu  üçün  gənc  kadrları  hazırlamaqla  kadet  korpusu  rolunu  oynayırdı  (yeri 
gəlmişkən, L.Denstervil məşhur yazıçı Redyard Kiplinqlə bir sinifdə təhsil almışdır; tədqiqatçılar hesab edirlər 
ki, yazıçının "Stalki və K" əsərində Stalki obrazı L.Denstervilin xarakterinə əsasən yaradılmışdır). 1884-cü ildə 
kral piyada qoşunlarında xidmətə başlayan gənc zabit Hindistana göndərilir. Burada o, şimal-qərb sərhəddində 
Vəziristan vilayətində, sonra isə Çində xidmət edir.
179
 
I Dünya müharibəsi dövründə Hindistanın şimal-qərbində 1-ci piyada briqadasının komandiri vəzifəsində 
çalışan  polkovnik  Denstervil  1917-ci  il  dekabrın  24-də  yeni  məxfi  əmr  aldı.  Bu  əmr  ingilislərin  Qafqaza 
müdaxiləsinin  təşkili  ilə  bağlıydı.  Məhz  Denstervilin 
dəstə  rəhbəri  kimi  seçilməsi,  zənnimizcə,  onun  rus 
dilini  yaxşı  bilməsi,  Rusiyaya  simpatiya  ilə  yanaşması 
və  avantüra  xarakterli  tədbirlərə  meylli  olmasıyla 
əlaqədar  idi.  Ekspedisiya  toplananda  L.Denstervilə 
general-mayor rütbəsi verildi. L.Denstervil 1946-cı ildə 
İngiltərədə vəfat edib. 
General 
Denstervil 
komandanlığı 
həyata 
keçirərkən  Mesopotamiyada  olan  ingilis  qoşunlarının 
rəhbərliyi  ilə  əlaqə  saxlayır,  onlardan  təlimatlar  alırdı. 
Ancaq  yerlərdə  onun  fəaliyyətinə  birbaşa  nəzarət  yox 
idi, təkcə sentyabrın əvvəllərində Bakının qorunmasının 
qeyri mümkün olması xəbərini aldıqda Bağdaddan general Lyuin gəlmiş, lakin o, Bakıda cəmi bir gün qalmış və 
Denstervilin ingilis qoşunlarını təxliyyə etmək qərarı ilə razılaşmışdı. 
General  Denstervilin  qeydləri  onun  dəstəsində  fəaliyyət  göstərmiş  bir  çox  zabitlərin  vəzifələrini 
müəyyənləşdirməyə imkan verir. 
General      Denstervilin      missiyasının  xüsusi  xarakterini  nəzərə  alaraq 
onunla  işləyəcək  zabitlər  "müharibənin  müxtəlif    cəbhələrindən:  Fransadan, 
Salonikidən,  Misirdən  və  Mesopotamiyadan  seçilmışdi.  Onlar  əslən  Kanada, 
Avstraliya,  Yeni  Zelandiya  və  Cənubi  Afrika  respublikalarından  idi".
180
  Ehtimal 
ki,  bu  seçim  Qafqazın  iqlim  və  relyef  şəraitinin  xüsusiyyətləri  ilə,  yuxarıda 
göstərilən  bölgələrdə  anadan  olmuş  zabitlərin  belə  iqlim  və  relyefə  daha  tez 
uyğunlaşacağı məqsədilə aparılmışdı. Seçilmiş zabit və əsgərlərin zəngin həyat və 
döyüş təcrübəsi ekspedisiyanın say azlığını kompensasiya etməli idi. 
General Denstervil öz qeydlərində zabitlərinə yüksək qiymət verir. Belə ki, 
"qərargahda işləmək üçün təyin edilən zabitlər məharətlə seçilmiş və onlardan bir 
çoxu  rus  və  fransız  dillərini  də  bilirdilər.  İngilis  zabitlərinə  Londondan 
göndərilmiş,  о  cümlədən  inqilabi  Rusiyadan  qaçmış  rus  zabitləri  də  əlavə 
edilmişdi ki, onların xidmətləri olduqca qiymətli idi". 
Polkovniklər Kletterbek,  Dunkan və Xoskin general Denstervilin tapşırıqlar  üzrə müavi vəzifələrini icra 
edirdilər. 
                                                           
179
Menefee S.P. "Dunsterville, Lionel Charles," In H.C.G. Mathews and Brian Harrison (eds.), Oxford Dictionary of National Biography, vol. 17 (2004): p. 361-
363. 
 
180
Денстервиль, c.11. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə