Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

20 
 
24 fevral  -  1-ci  müsəlman  atıcı  alayını  təşkil etmək  üçün  Bakıya  gəlmiş  general-mayor  X.Talışinski  və 
qərargah  zabitləri  vağzalda  həbs  edildilər.  Bu,  müsəlman  əhalisinin  böyük  narazılığına  səbəb  olduğuna  görə 
zabitlər azad edildi. 
1 mart - poruçik Nəsirbəyov Milli hərbiyyə məktəbinin rəisi təyin edildi, məktəb fəaliyyətə başladı. 
7 mart - erməni dəstələrini idarə etmək üçün general-mayor A.Baqratuni Bakıya gəldi. 
11  mart  -  Ə.Şıxlinski  MK-nın  hərbi  hissələrinin  Azərbaycanın  müxtəlif  bölgələrində  yerləşdirilməsi 
barəsində 58 saylı əmrini imzaladı. Hərbi hissələr tam hazır olmasalar da, düşmənə müqavimət göstərməli idilər. 
Martın ortaları - İrandakı rus kazak hissələrinin komandiri L.Biçeraxovla general L.Denstervil arasında 
müqavilə 
imzalandı. 
L.Biçeraxov 
ingilislərə işləməyə başladı. 
30  mart  -  Bakı  Soveti  nəzdində 
İnqilabı  Müdafiə  Komitəsi  adlı  qurum 
yaradıldı. 
Erməni-bolşevik 
qüvvələri 
Bakının 
azərbaycanlılar 
yaşayan 
məhəllələrinə hücum etdilər. 
31 
mart 

erməni-bolşevik 
qüvvələrinin 
hücumu 
siyasi 
mənsubiyyətindən asılı olmayaraq Bakının 
bütün  türk-müsəlman  əhalisinin  qırğını 
xarakterini  aldı.  Qırğınlar  aprelin  2-nə 
qədər  davam  etdi,  təkcə  Bakıda  12  min 
nəfər qətlə yetirildi. 
Aprelin əvvəlləri - bolşevik-ermeni qüvvəlləri Sovet Rusiyasından hərtərəfli kömək alaraq Quba, Salyan, 
Lənkəran  qəzalarında  azərbaycanlıları  məhv  edirdilər.  Azərbaycanlıların  soyqırımı  1918-ci  ilin  ortalarınadək 
davam  etmiş,  bu  müddətdə  50  MĠNDƏN  ARTIQ  (!)  AZƏRBAYCANLI  QƏTLƏ  YETĠRĠLMĠġDĠ.  Eyni 
zamanda  Azərbaycanın  qərb  sərhədlərinə  -  İrəvan,  Naxçıvan,  Zəngəzur  və  Qarabağın  əsasən  azərbaycanlılar 
məskunlaşan kəndlərinə hücumlar davam edirdi. 
2  aprel  -  Zaqafqaziya  Seymində  Bakı  hadisələri  müzakirə  edildi,  silah  və  sursatla  kömək  etmək  vəd 
edilsə də, əməli kömək göstərilmədi. 
Aprelin birinci yarısı – Müsəlman Korpusunun bəzi hissələri və ZK-dan gəlmiş cüzi qüvvə polkovnik 
L.Maqalovun rəhbərliyi ilə bolşevik-erməni təcavüzünün qarşısını almaq üçün Bakıya doğru hərəkətə başladı və 
Hacıqabula  qədər  irəliləyə  bildi.  Şimaldan  imam  N.Qosinskinin  göndərdiyi  qüvvələr  (polkovnik  Cəfərovun 
rəhbərliyi ilə) Xırdalan döyüşlərində iştirak etdi. 
5  aprel  -  Osmanlı  dövlətinin  hərbi 
naziri Ənvər paşa tərəfindən təs-diqlənmiş 
Qafqaz  İslam  Ordusunun  təşkili  və 
vəzifələrinə aid Təlimnamədə Azərbaycan 
milli 
hissələrinin 
təşkilinə 
kömək 
göstərmək  üçün  Nuru  paşanın  rəhbərliyi 
ilə 
hərbi 
təlimatçılar 
qrupunun 
göndərilməsi əksini tapdı. 
20  aprel  -  Bakıda  Erməni  Milli 
Şurasına  tabe  olan  hissələrin  Qırmızı 
ordunun  hissələrinə  qatılması  barədə 
razılaşma əldə edildi. 
22  aprel  -  Tiflisdə  Zaqafqaziya 
Demokratik  Federativ  Respublikasının 
yaradılması elan edildi. 
25  aprel  -  Qırmızı  Ordunun  gücləndirilmiş  hissələri  Yelizavetpol  is-tiqamətində  yürüşə  hazırlaşmağa 
başladı. 
Aprel - Bakıda Qırmızı Ordu üçün komanda heyətini hazırlamaq məqsədi ilə qırmızı təlimatçılar məktəbi 
və digər təlim hissələri təşkil edildi. 
Aprel  -  Nuru  paşanın  rəhbərlik  etdiyi  osmanlı  heyəti  Mosuldan  Təbrizə,  oradan  da  Naxçıvana  gəldi. 
Mayın 20-dən etibarən yerli hissələrin yaradılmasına başlamaq məqsədilə Naxçıvanda və Ordubadda bir neçə 
zabit saxlanıldı. 
24 may - Bakı Sovetinin İcraiyyə Komitəsi Bakı və ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və 
ümumi"  elan  etdi.  Bakı  Sovetinin  təşkil  etdiyi  Ali  Hərbi  Şura  təlimatçı  məktəbi  və  topçu  kursunda  təlim 


21 
 
prosesini  tənzimləməli,  texnikanı  işlədə  bilən  kadrları  toplamalı  idi.  Qırmızı  Ordunun  1-ci  korpusu  tam  təşkil 
edildi. Yeni hərbi hissələr yaratmaq məqsədi ilə Bakı və ətraf rayonlarda hərbi səfərbərlik müddəti uzadıldı. 
25 may - Nuru paşanın heyəti Gəncəyə çatdı. 
28 may - Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaradılması bəyan edildi. İstiqlal bəyannaməsinin qəbulu 
ilə Azərbaycanda yenidən dövlətçilik ənənələri bərpa olunmağa başladı. 
2  iyun  -  Batum-Cəlaloğlu  marşrutu  ilə  hərəkət  edən  Osmanlı  qoşunlarının  2-ci  mürəttəb  süvari  alayı 
Gürcüstan-Azərbaycan sərhədinə çıxdı. Gürcüstanda olan almanlar türk hissələrinin hərəkətlərini yubadır, dəmir 
yolu ilə hərəkət etməyə imkan vermirdilər. 
4  iyun  -  Azərbaycan  Cümhuriyyəti  ilə  Osmanlı  dövləti  arasında  imzalanan  müqavilənin  IV  maddəsi 
Azərbaycana  hərbi  kömək  göstərilməsi  üçün 
birbaşa  hərbi  qüvvələrin  göndərilməsinə  imkan 
yaratdı.  Müqavilə  imzalanandan  dərhal  sonra 
Azərbaycan  və  Osmanlı  hərbi  hissələrindən  ibarət 
Qafqaz  İslam  Ordusu  yaradılmağa  başladı.  Türk 
qoşunlarının  2-ci  süvari  alayının  bölmələri  və 
azərbaycanlı  könüllülərdən  ibarət  süvarilər  Qazax-
Gəncə dəmir yolunu mühafizəyə aldılar. 
6
 
iyun 

Qırmızı 
Ordu 
Hacıqabul 
istiqamətində hücuma başladı; 
8  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada 
firqəsinin  əsas  hissələri  iki  dəstə  şəklində  Batum-
Artvin-Ərdahan-Qarakilsə-Dilican-Ağstafa 
marşrutu ilə hərəkətə başladı. 
9 iyun - türk qoşunlarının 2-ci süvari alayı və 9-cu piyada alayı Gəncədə cəmləşdi. 
10  iyun  -  Bakı  Sovetinin  qoşunları  Gəncə  istiqamətində  həlledici  yürüşə  başladı.  Fransanın  Rusiyadakı 
səfiri  Nulens  Fransa  xarici  işlər  naziri  Stefan  Pişona  məruzə  edirdi  ki,  "regionda  ermanilər  müttəfiqlərə  sadiq 
qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və Petrovskun sahibləridir - onların burada qoşunları var. 
10 iyun - Yelenendorfa gələn 9-cu türk piyada 
alayı  danışıqlar  vasitəsi  ilə  yerli  sakinlərin  təşkil 
etdiyi  alman  taborunun  Qafqaz  İslam  Ordusu 
tərəfinə keçməsinə nail oldu. 
11  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada 
firqəsinin 1-ci dəstəsi Qazaxa çatdı və dəmir yolu ilə 
Gəncəyə  daşınmağa  başladı.  Gəncədə  toplaşmış 
erməni  taborunun  tərksilahı  zamanı  döyüş  baş 
vermiş,  düşmənin  müqaviməti  qırıldı.  12-14  iyun 
tarixlərində  Gəncə  ermənilərinin  tərksilahı  davam 
edirdi. 
11 
iyun 

Qırmızı  Ordu  Müsəlman 
Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  900  nəfərlik  dəstə  və  könüllülər)  geri  ataraq  Sığırlı 
dəmir yolu stansiyasını ələ keçirdi. 
11  iyun  -  Qırmızı  Ordu  Müsəlman  Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  dəstə  və 
könüllülər)  geri  ataraq  Kürdəmir  dəmir  yolu  stansiyasını  tutdu.  Qırmızı  Ordunun  hissələri  Gəncəyə  həlledici 
hücum təşkil etmək məqsədi ilə Müsüslü-Qaraməryəm xəttində mövqelər qurdular. 
12  iyun  -  türk  ordusunun  5-ci  Qafqaz  piyada  firqəsinin  2-ci  dəstəsi  Qazaxa  çatdı  və  dəmir  yolu  ilə 
Gəncəyə daşınmağa başladı. 
 Ġyunun  ortaları  -  komandir  çatışmazlığı  problemini  həll  etmək  üçün  Nuru  paşa  Gəncədə  miralay  Atif 
bəyin rəhbərliyi ilə milli hərbiyyə məktəbi təşkil etdi. 
15 iyun - türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdi. 
15  iyun  -  10-cu  türk  piyada  alayı  Göyçay  ətrafında  toplaşmış  erməni  kəndlərinin  dəstələrini  qismən 
tərksilah etdi; 
16  iyun  -  Qırmızı  Ordu  Müsəlman  Korpusunun  cüzi  qüvvəsini  (L.Maqalovun  rəhbərliyi  ilə  dəstə  və 
könüllülər)  geri  ataraq  Qaraməryəm  kəndini  ələ  keçirdi.  Qırmızı  Ordunun  iri  hərbi  qüvvələri  və  Kür  çayında 
hərbiləşdirilmiş  gəmilərin  hərəkəti  ilə  bolşeviklər  Kür  üzərindəki  körpü  və  bərələri  nəzarət  altına  almağa 
çalışırdılar.  
Bunun qarşısını almaq üçün Cavad bölgəsində mayor N.Ramazanovun rəhbərliyi ilə qüvvə təşkil edildi 
və Qırmızı Ordu hissələrinin irəliləməsinin qarşısı alındı. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə