Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   2   3   4   5   6   7   8   9   ...   90

13 
 
müqavilə bağlandı. 1917-ci il dekabrın 6-da Zaqafqaziya Komissarlığının növbəti iclasında qəbul edilən qərar 
Qafqaz Ordusunun Milli hərbi hissələr əsasında təşkil edilməsi üçün  əsas oldu.
23
 Qafqaz cəbhəsinin komissarı 
Donskoyun əmrinə əsasən "Ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, 
azərbaycanlılardan  və  ruslardan  ibarət  milli  korpuslar  yaradılmalıydı.  Qafqaz  cəbhəsinin  komandanı  general 
Prijevalski Bakıda olan hərbi hissələrin ləğvi, lakin milli tərkibli hissələrin saxlanılması barədə əmr imzaladı. 
Keçmiş imperiya ordusunun tərksilah edilməsi bolşeviklərin əsas dayaqlarından birinin zəiflədilməsi demək idi. 
Çünki onların təsiri altında olan bu qüvvə siyasi mübarizədə əsas vasitə idi. Bolşeviklər bu hərbi hissələri silahı 
təhvil vermədən Bakıda toplamağa çalışırdılar. 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı Müsəlman 
Korpusunun  yaradılması  barədə  dekret  qəbul  etdi.
24
  Korpusun  əsasını  yenicə  Qafqaza  gəlmiş  Tatar  süvari 
alayının bir hissəsi təşkil etməli, komandiri general-leytenant Əliağa Şıxlinski olmalıydı. Lakin silah və sursatın 
olmaması korpusun yaradılmasını çətinləşdirirdi. Zaqafqaziya Komissarlığının qərarına əsasən, keçmiş imperiya 
ordusunun 5-ci və 7-ci piyada diviziyalarının silahları korpusa verilməli idi. Lakin bu hərbi hissələr ya bolşevik 
təbliğatının  təsiri  altında  bütünlüklə  Qırmızı  Qvardiyaya  qoşulur,  ya  da  silahlarını  erməni  və  bolşevik  hərbi 
hissələrinə təhvil verirdilər. Üstəlik, bolşevik-daşnak təbliğatına uymuş çoxsaylı silahlı eşelonların Şamxordan 
Bakı  istiqamətinə  hərəkət  etməsi  dəmir  yolu  üzərində  yerləşən  istənilən  Azərbaycan  şəhərinin  tutulması  ilə 
nəticələnə bilərdi. 
 
 
 
1.5. 1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda  
hərbi - siyasi vəziyyət 
 
Belə şəraitdə milli qüvvələr hərbi hissələri tərksilah etməyə başladılar. Bu, xalqın fiziki mövcudluğunun 
qorunması,  milli  mənafelərin  qan  içində  boğulmasına  yol  verilməməsi  üçün  məcburiyyət  üzündən  həyata 
keçirilən  bir  tədbir  idi.  Kiçik  hərbi  hissələrin 
tərksilah edilməsini görən bolşeviklər bir neçə 
iri  eşelon  toplayaraq  Bakı  istiqamətində 
hərəkət etdirməyi planlaşdırmışdılar. 1918-ci il 
yanvarın  əvvəllərində  Şamxor  dəmir  yolu 
stansiyasında  10-dan  artıq  hərbi  eşelon 
toplaşmış-dı. 
Onlar 
müxtəlif 
silahlarla 
silahlanmışdılar.  Yanvarın  6-8-də  aparılan 
danışıqlarda  öz  gücünə  arxalanan  rus 
bərbçiləri 
Zaqafqaziya 
Komissarlığının 
imzaladığı  müqaviləyə  məhəl  qoymadıqlarını 
və 
güc  hesabına  yolu  açıb  Bakıya 
keçəcəklərini  bildirmişdilər.  Yanvarın  8-də, 
nəhayət,  silahların  təhvil  verilməsi  barəsində 
razılıq əldə edildi, yanvarın 9-da rus hərbçiləri 
nəinki Şamxor stansiyasına, həmçinin ətrafdakı müsəlman kəndlərinə atəş açdılar. Nəticədə döyüş baş verdi, hər 
iki  tərəfdən  böyük  itkilər  oldu.  F.Xoyski,  X.Xasməmmədov,  X.Məlikaslanovun  səyləri  ilə  toqquşmalar 
dayandırıldı.  Yaradılan  komissiya  eşelonların 
silahları  təhvil  verib  keçməsinə  nail  oldu.
25
 
Milli 
azərbaycanlı 
qoşun 
hissələrinin 
formalaşmasından  təlaşlanan  bolşevik-erməni 
qüvvələri  hakimiyyəti  ələ  almaq  üçün 
hazırlıqlarını sürətləndirdilər. 
Tiflisdə 
ınöhkəmlənə 
bilməyən 
bolşeviklər  öz  qurumlarını  Bakıya  köçürməyə 
başladılar. 
Dekabrın 
21-də 
Qırmızı 
Qvardiyanın  yaradılması  barədə  qərar  qəbul 
edildi.
26
1918-ci ilin yanvar ayının əvvəllərində 
                                                           
23
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.94-98.  
24
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36. 
 
25
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.45-47; Победа Советской власти в Закавказье. Тифлис, 1971, с. 223; История Азербайджана, т.3, ч.1, 
с.93. 
26
Дарабади П.Г.Военные вопросы, с.99. 


14 
 
Qırmızı Qvardiya Bakıdan keçən rus hərbçilərinin tərksilah edilməsinə başladı. Əgər əsgərlər sovet hissələrində 
xidmət etməyə razı deyildilərsə silah alınmalı idi. Dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın 
Fövqəladə  Komissarı  təyin  edilməsi  barəsində  RSFSR  Xalq  Komissarları  sovetinin  qərarı  elan  edildi.
27
 
Yanvarın 13-də erməni hökumətinin təşkil edilməsi ideyasının dəstəklənəcəyini bildirən bolşeviklər Azərbaycan 
xalqının  öz  müqəddəratını  həll  etmək  istəyini  inqilabi  Rusiyaya  qarşı  xəyanət  kimi  qarşıladılar.  Halbuki 
noyabrın  17-də  Lenin  və  Stalinin  imzaladığı  müraciətdə  Şərqin  və  Rusiyanın  müsəlman  zəhmətkeşlərinə  öz 
müqəddəratını təyin etmək hüququnun veriləcəyi vəd edilmişdi.
28
 
Lakin  Bakı  əhalisinin  böyük  əksəriyyəti  bolşeviklərin  qərarlarına  məhəl  qoymur,  Bakı  bələdiyyəsini 
hakim  orqan  kimi  tanıyırdı.  Dekabrın  15-də  bələdiyyənin  fövqəladə  iclasında  Hərbi  İnqilabi  Komitənin 
tədbirlərinə  qarşı  etiraz  edildi.  Hadisələrin  iştirakçısı  Anastas  Mikoyan  1923-cü  il  martın  14-də  "Bakinskiy 
raboçiy"  qəzetində  çap  olunmuş  məqaləsində  qeyd  edirdi  ki,  Bakıda  şəhər  bələdiyyəsinin  fəaliyyəti  Bakı 
Sovetinə  möhkəmlənmək  imkanı  vermirdi.
29
  Yanvarın  5-də  Petroqradda  bolşeviklər  Müəssislər  Məclisini 
buraxdılar,  bu  isə  Azərbaycanda  da  vəziyyəti  kəskinləşdirdi.  Yerli  bolşeviklər  siyasi  deyil,  hərbi  yolla 
hakimiyyətə  gəlib  onu  əldə  saxlamağın  nümunəsini  əyani  surətdə  gördülər.  Yanvarın  15-də  Qırmızı  Ordunun 
yaradılması  barədə  dekret  imzalandı.
30
  Qırmızı  Ordu  beynəlmiləl  adlandırılsa  da,  ora  təkcə  rus  və  ermənilər 
yazılır,  nəticədə  antiazərbaycanlı  qüvvələr  vahid 
cəbhədə  birləşmiş  olurdular.  Fevralın  10-da 
Zaqafqaziyadan  Müəssislər  Məclisinə  seçilmiş 
deputatlar 
Tiflisdə 
toplaşaraq 
Zaqafqaziya 
Seymini  çağırdılar,  bu  isə  bolşeviklər  tərəfindən 
real  təhlükə  kimi  qiymətləndirildi.
31
  Seym 
bolşeviklərin  Cənubi  Qafqazı  ələ  keçirməsinə 
maneçilik  törədən  gücə  çevrilərdisə,  Sovet 
Rusiyası  regionu  tamamilə  itirmiş  olardı.  Buna 
imkan 
verməmək 
üçün  hadisələrin  axarı 
kəskinləşdirildi,  Bakı  bolşevikləri  Həştərxandan 
dəniz  yolu  ilə  hərbi  texnika  alaraq,  rəqibləri 
birdəfəlik  məğlub  etmək  üçün  hərbi  münaqişəyə 
hazırlıq gördülər. 
Fevralın  24-də  Bakıda  1-ci  müsəlman  atıcı  alayının  təşkil  edilməsi  üçün  bura  gəlmiş  general-mayor 
X.Talışinski  və  qərargah  zabitləri  vağzalda  həbs  edildilər.  Bu,  müsəlman  əhalinin  böyük  narazılığına  səbəb 
oldu.  Buna  görə  bolşeviklər  onları  azad  etdilər.  X.Talışinski  və  onun  zabitləri  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin yerləşdiyi"İsmailiyyə" binasında toplaşıb fəaliyyətə başladılar.
32
 
Erməni Milli Şurası silahlı dəstələrin təşkil edilməsində çox fəal idi.
33 
"Daşnaksutyun" liderləri də qeyd 
edirdilər  ki,  partiya  Bakıda  azərbaycanlıların  hakimiyyətə  gələcəyindən  qorxaraq  yerli  bolşeviklərlə  sıx  əlaqə 
qurmuşdur. Əslində isə yerli bolşeviklər elə bolşevik pərdəsi ilə maskalanan Bakı Sovetinin erməni liderləri idi. 
Beləliklə,  cütlüyün  vahid  platforması  Azərbaycan  xalqının  fiziki  varlığına  son  qoymaq  idi.  Bakı  neftinə  sahib 
olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiya bolşevik hökuməti onları dəstəkləyirdi. 
Martın əvvəllərinə artıq kifayət qədər qüvvə toplanmışdı. Bakı Sovetinin şimalla və Muğanla əlaqələrinin 
itməsi, Azərbaycan milli hərbi hissələrinin hələ tam formalaşmaması bolşevik-erməni qüvvələrinin məhz  mart 
ayını hücum üçün münasib vaxt kimi seçməsinə təsir göstərdi. 
 
 
 
1.6. 1918-ci ilin mart soyqırımı 
 
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra 
yaranmış vəziyyəti öz məqsədləri üçün istifadə edən ermənilər Qafqazın ən böyük iqtisadi və inzibati mərkəzi 
olan  Bakı  şəhərini  ələ  keçirməyə  çalışırdılar.  Bakıda  erməni  mövqelərinin  sürətlə  güclənməsi  şəhər  başçısı 
S.İ.Despot-Zenoviçin  istefası  və  erməni  X.S.Antonovun  bu  vəzifəyə  təyin  edilməsindən  sonra  baş  verdi. 
Quberniya jandarm idarəsi (rəisi polkovnik N.F.Fon-Frank) dəfələrlə raportlar verərək məruzə edirdi ki, "Bakı 
                                                           
27
Бланк Чрезвычайного Комиссара. // Великий Октябрь и Советский Азербайджан (экспонаты рассказывают). Баку, 1977. 
28
Документы внешней политики СССР, т.1. Москва, 1957, с.34-35; Балаев А. Азербайджанское, с. 15. 
29
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921). // «Литературный Азербайджан, 1993, № 3-4, с.66. 
30
Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Закавказье. Баку, 1957, с.28.  
31
 Насиров Т. Борьба за власть, с.35. 
32
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.56. 
33
Дарабади П.Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку, 1991, с. 103. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə