Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   2   3   4   5   6   7   8   9   ...   90


 
oldu.  İqtisadi  tələblərlə  bərabər  ilk  dəfə  siyasi  tələblər  də  irəli  sürüldü.  1904-cü  il  dekabrında  Bakıda  neft 
mədənləri  fəhlələrinin  tətili  onların  qələbəsi  ilə  nəticələndi.  Qəzalarda  kəndli  çıxışları  baş  verir,  1905-ci  ildən 
başlayaraq  qaçaq  hərəkatı  güclənirdi.  Qaçaqlar  kəndlilərin  köməyindən  istifadə  edərək,  zalım  sahibkarların 
mülklərinə hücumlar edir, bəzən hökumət idarələri və polisə basqınlar edirdilər. 
1903-cü  il  iyulun  15-də  hökumət  xəfiyyələri  neft  mədənlərində  yanğınlar  törətdi.  Bu  isə  fəhlələrə  qarşı 
ittiham irəli sürüb, onların üzərinə qoşun yeritməyə və fəalları həbs etməyə imkan verdi. Nəticədə bütün sonrakı 
tətillər polis və qoşunlar tərəfindən dağıdıldı. 
Siyasi  mübarizənin  güclənməsinin  qarşısını  almaq  məqsədilə  bütün  vasitələrdən  istifadə  edən  imperiya 
üsul-idarəsi son vasitəyə əl atdı -ekstremist erməni təşkilatlarını dəstəkləməklə millətlərarası ədavəti qızışdırdı. 
Hökumətin  milli  qırğın  siyasətinin  həyata  keçirilməsində  "Daşnaksutyun"  erməni  partiyasının  xüsusi  rolu var 
idi. Partiya Osmanlı dövləti və Rusiya ilə mübarizədə mifik "Böyük Ermənistan" yaratmağı qarşısına məqsəd 
kimi  qoymuşdu.  Rusiya  hakim  dairələri  partiyanın  planlarmdan  xəbərdar idi,  hətta  daşnaklarm  tobliğatına elə 
uymuşdu  ki,  "partiyanın  məqsədlərini  dəstəkləyən"  45  min 
ermənini  gəldikləri  torpaqlara  -  Osmanlı  dövləti  və  İrana 
köçürməyi  planlaşdırırdı.
13
 
Açıq  üsyan  nəticəsində 
ermənilərin Rusiya ilə Osmanlı dövləti arasında məngənəyə 
düşəcəklərini  anlayan  daşnak  liderləri  Rusiyaya  hücumdan 
vaz  keçmək  və  loyallıq  maskası  altında  gizlənmək  qərarını 
qəbul  etmişdilər.  Öz  növbəsində  Qafqaz  inzibati  dairələri 
ermənilərin  millətçi  ideyalarından  istifadə  etmək  qərarına 
gəlmişdilər. 
Erməni-azərbaycanlı 
münaqişəsi  inqilabi 
mübarizəni  zəiflətməli,  zərbəni  rəsmi  hakimiyyətdən 
uzaqlaşdırmalı  idi.  Nəticədə  erməni  təbliğatının  fəaliyyəti 
üçün  şərait  yaradılmış,  erməni  silahlı  dəstələrinin  yaradılması  və  təşkilatlanmasına  göz  yumulmuşdu.  Hətta 
erməni liderləri ilə sıx qohumluq və maliyyə əlaqəsində olan  
Qafqaz  canişini  İ.İ.Voronsov-Daşkov  etiraf  etməyə  məcbur  olmuşdu  ki,  "Qafqazda  bütün  mətbuat 
ermənilərin  əlindədir.  Daşnakların  özlərinin  dediyinə  görə,  tam  sər-bəstlikdən  və  hətta  mətbuata  nəzarət  edən 
hökumət orqanlarının himayəsindən istifadə edir".
14
  V.F.Mayevski  göstərirdi  ki,  "həqiqət  ona  görə  yoxdur  ki, 
erməni  müəllifləri  ondan  qaçırlar.  Onlarda  hər  şey  faktların  şişirdilməsi  üzərində  qurulub.  Onların  bütün 
fəaliyyəti  ermənilərə  simpatiya,  türklərə  antipatiya  oyadan  cəfəngiyatın,  eşidilməmiş  qəddarlıqların 
uydurulmasına  yönəldilib...  Məhz  mətbuatın  sayəsində 
erməni  məsələsində  gerçəklik  elə  qatı  çirkabla  örtüldü  ki, 
ondan  həqiqət  şuaları  keçə  bilmir.  Erməni  təbliğatçıları  heç 
yerdə  müqavimətlə  üzləşmirdilər  -  nə  cəmiyyətdə,  nə  də 
mətbuatda".
15
  Milli  ədavətin  qı-zışdırılmasında  erməni 
ruhaniləri  də  iştirak  etmişdilər.  V.F.Mayevski  yazırdı: 
"Erməni  ruhanilərinin  dini  fəaliyəti  zəifdir.  Bunun  əvəzinə, 
onlar  həmişə  milli  ideyaların  qorunması  istiqamətində  fəal 
çalışmışlar.  Ruhani  liderlər  "Tanrı  kəlamı"nın  təbliğatından 
daha  çox  xristian  və  müsəlmanların  milli  ədavətlərinin 
saxlanması  üzərində  çalışırdılar.  Məktəblər,  xüsusilə  kilsə 
məktəbləri bu işdə ruhanilərə fəal kömək edirdilər". V.L.Veliçko qeyd edirdi: "Əsrlər boyu və elə indi də erməni 
pərakəndəliyinin mərkəzi orqanı siyasi dövlətçiliyin xüsusi formasını təşkil edən erməni teokratiyasıdır. Zahirən 
bu, kilsədir, əslində isə bir çox hallarda gizli siyasi məqsədi dini məqsədlərdən üstün tutan "milli" idarədir". 
1905-ci il fevralın 2-də Bakıda başlayan təxribatlar fevralın 6-10-da əsl küçə döyüşlərinə keçmişdi. Yaxşı 
təşkilatlanmış və silahlanmış erməni dəstələrinin asan qələbə qazanacağından əmin olan hökumət dairələri polis 
və  ordunu  müşahidəçi  mövqedə  saxlamışdılar.  Lakin  milli 
ziyalılar 
və 
milli 
burjuaziyanın 
rəhbərliyi 
ilə 
azərbaycanlıların  sürətlə  təşkilatlanıb  ciddi  müqavimət 
göstərməsi  istər  daşnaklar,  istərsə  də  onları  dəstəkləyən 
dairələr  üçün  tam  gözlənilməz  olmuşdu.
16 
1905-ci  ilin  may 
və  noyabr  aylarında  Naxçıvanda,  may  və  iyul  ay-larında 
                                                           
13
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.70. 
14
 Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.68 
15
 Маевский В.Ф. Армяно- татарская смута..., с.36. 
 
16
 Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX - начале XX века. Баку, 1993, с.129-315 
 


10 
 
İrəvan quberniyasında, avqust ayında Şuşada baş verən döyüşlərdə polis və hərbi hissələrin daşnakların tərəfini 
saxlamasına, azərbaycanlılara atəş açmasına Qafqaz hakim dairələri barmaqarası baxmışdılar. 1906-cı ilin iyun 
ayında  Şuşada  baş  vermiş  yeni  toqquşmalarda  erməni  quldur  dəstələri  çar  hərbi  hissələrinin  top  atəşi  ilə 
qorunaraq hücumlar təşkil edirdilər. Lakin azərbaycanlı zadəganlarının təşkil etdiyi dəstələr nəinki daşnakların 
təcavüzünün qarşısını almış, hətta iki rus topunu ələ keçirmişdilər. İrəvan yaxınlığında Uşu, Cəbrayıl qəzasında 
Qacar,  Zəngəzurda  Çəmənzəminli  kəndlərinin  sakinlərinin  erməni  quldurlarına  və  onları  dəstəkləyənlərə  qarşı 
qəhrəmancasına mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindəndir. 
Saray müşaviri V.F.Mayevski yazırdı: "Ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşidilibmi? Onlar 
yoxdurlar. Nəyə görə? Ona görə ki, bu mübarizlər öz xalqına azadlıq gətirmir, onun cəlladları rolunu oynayırlar. 
Erməni  bandaları  qırğınlar  törədir,  sonra  isə  gizlənirlər...  Erməni  -  müsəlman  toqquşmaları  ilə  bağlı  şəxsən 
mənə  nə  məlumdursa,  məni  belə  nəticəyə  gəlməyə  vadar  edir  ki,  qanlı  işlər  hər  yerdə  ermənilərin  özlərinin 
təşəbbüsü  ilə  başlayır.  Bütün  bu  qiyamçılar  vətənpərvər  deyillər.  Onların  dinc,  silahsız,  heç  bir  təhlükə 
törətməyən müsəlmanları necə soyuqqanlıqla qətlə yetirmələrinin məndə danılmaz sübutları var... Qəddarlıqlara 
türklər deyil, bu qəddarlıqları uydurub onları türklərin başına yağdıran şərq xristianları qadirdirlər..." XX əsrin 
əvvəllərində  Azərbaycanın  ictimai-siyasi  həyatında  yeni  amil  meydana  gəldi  -  milli  ziyalılar  amili.  Siyasi 
hüquqlar  uğrunda  mübarizə  qadağa  şəraitində  gizli  fəaliyyət  göstərən  partiyalar  çərçivəsində  birləşməyi  tələb 
etdi.  İstər  müstəmləkə  siyasəti,  istərsə  də  erməni  təcavüzünə  qarşı  mübarizədə  "Difai"  və  "Müdafiə" 
təşkilatlarının rolu böyük idi. 1911-ci ilin oktyabrında "Müsavat" partiyası yaradıldı. 
1905-1907-ci  illər  hadisələri  göstərdi  ki,  XX  əsrin  əvvəllərinədək  Azərbaycan  torpaqlarını  "dinc" 
üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla 
belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala 
bilmişdilər. 
1912-ci  ildə  Rusiya  imperiyası  Xarici  İşlər  Naziri  S.D.Sazonov  Nazirlər  Kabinetindəki  məruzəsində 
"Rusiyanın  məqsədi,  nəyin  bahasına  olursa-olsun,  türklər,  kürdlər  və  bizim  tatarlar  arasında  oları  səddi  -  
Ermənistanı yaratmaqdır"
17
 söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdır. 
 
  
1.3. Azərbaycan I Dünya müharibəsi dövründə 
 
1914-cü  ildə  başlamış  I  Dünya  müharibəsi  (dövrün  mətbuatında  ona  Böyük  müharibə  deyilirdi)  hərbi 
əməliyyatların  əhatə  dairəsi  və  müharibə  qurbanlarının 
sayına  görə  əvvəlki  müharibələri  üstələmiş  və  bütün 
dünyanı dəhşətə gətirmişdi. Müharibədə iştirak edən hər 
ölkənin  öz  planları  var  idi.  Bu  planlarda  Azərbaycan 
xüsusi  yer  tuturdu.  Şimali  Azərbaycanın  ehtiyatları 
Rusiya, eləcə də onun müttəfiqləri İngiltərə və Fransaya 
xidmət  edirdi.  Bu  ölkələrin  əsas  rəqibi  -Almaniya 
Azərbaycanın  Rusiyadan  ayrılmasında  maraqlı  idi. 
Alman  monopoliyaları  hələ  XX  əsrin  əvvəllərindən 
Bakı  neftinə  xüsusi  maraq  göstərirdilər.  Öz  müttəfiqi 
Osmanlı dövlətinin iştirakı ilə Almaniya Qafqaz və Ön 
Asiyanı  öz  təsir  dairəsinə daxil  etməyə  türk  ordusunun 
köməyi  ilə  Hindistan  və  Əfqanıstana  yol  açmağa  can 
atırdı. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi və Bakı 
nefti  müharibənin  strateji  məqsədlərinə  çevrilirdi. 
Tərkibində  Cənubi  Azərbaycan  olan  İran  Qacarlar 
dövləti  bitərəf  qalmağa  üstünlük  verirdi.  Ancaq  bu 
ölkədə  də  vəziyyət  sabit  deyildi.  Cənubi  Azərbaycanın 
qərb  vilayətlərində  azərbaycanlılar,  kürdlər,  aysorlar  və 
ermənilər  arasında  milli  zəmində  toqquşmalar  təşkil 
edilmişdi. 
Müharibə başlanandan dərhal sonra, 1914-cü ilin 
sonunda  Cənubi  Azərbaycanın  böyük  hissəsi  türk 
qoşunları  tərəfindən  zəbt  edildi.  Bunun  nəticəsində  millətlərarası  toqquşmalar  dayandırıldı.  Lakin  Sarıqamış 
                                                           
17
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.72. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə