Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   2   3   4   5   6   7   8   9   ...   90

11 
 
əməliyyatındakı  uğursuzluqdan  sonra  türk  qoşunları  Cənubi  Azərbaycanı  tərk  etdilər,  erməni  və  aysorlar 
yenidən  Türkiyə  ilə  həmsərhəd  rayonlarda  yaşayan  azərbaycanlıları  öldürməyə  başladılar.  Rus  ordusu  Təbrizi 
tutdu,  bundan  sonra  müharibənin  sonunadək  Qafqaz  cəbhəsində  ciddi  dəyişikliklər  baş  vermədi.  1918-ci  ilin 
yazında  Cənubi  Azərbaycana  İngiltərə  qoşunları  daxil  oldu,  millətlərarası  toqquşmaların  qarşısını  isə  başda 
Şeyx Məhəmməd Xiyabani olmaqla Azərbaycan Demokratik Partiyası aldı. 
 
Azərbaycan ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. İqtisadiyyatı 
hərbi  istiqamətə  yönəltmək  üçün  hərbi-sənaye  komitələri  yaradılmışdı.  Cənubi  Qafqazda  müəssisələrin 
hərbiləşdirilməsi Rusiyanın daxili quberniyalarında olan hərbiləşdirmə səviyyəsindən artıq idi. Müharibə daim 
artan  miqdarda  neft  tələb  etməsinə  baxmayaraq  neft  kəşfiyyatı, 
avadanlığın  modernləşdirilməsi,  quyuların  qazılması  üzrə  işlərin 
azaldılması  Azərbaycan  iqtisadiyyatının  əsasını  təşkil  edən  neft 
sənayesində  durğunluğa  səbəb  oldu.  Dəmir  yolu  və  dəniz  nəqliyyatı 
hərbi 
yükləri  daşıyır,  bu  isə  mülki  əhalinin  nəqliyyat  vasitələri  ilə  təmin 
edilməsində  çətinliklər  yaradırdı.  Kənd  təsərrüfatında  da  durğunluq 
başladı,  çünki  əvvəlcə  cəbhə  ehtiyacları  üçün  at  və  öküzlər  müsadirə 
olunmuş,  1916-cı  ildən  isə  arxa  cəbhə  işlərini  yerinə  yetirmək  üçün 
qeyri 
rus  millətlərindən  olan  18-23  yaşlarında  gənclərin  mobilizasiyası 
başlanmışdı. Cəbhəyanı rayonlardan Azərbaycanın şəhər və qəzalarına 
yaralılar  gətirilib  hospital,  klinika,  xəstəxanalarda  yerləşdirilirdi. 
Bakıda  iri  hərbi  hissələrin  yer-ləşdirilməsi  hesabına  şəhər  əhalisinin 
sayı 
70  min  nəfər  artmışdı.  Müharibə  görünməyən  ərzaq  çatışmazlığı  və 
bahalaşmaya  səbəb  olmuş,  əhalinin  vəziyyəti  olduqca  pisləşmişdi. 
Tərəqqipərvər  azərbaycan  ziyalılarının  müharibənin  törədəcəyi 
fəsadlarla  bağlı  ümidlərini  Fətəli  xan  Xoyski  belə  ifadə  etmişdir:  "Bu 
müharibənin  qalibi  kim  olursa-olsun,  müharibədən  zəifləmiş  şəkildə 
çıxacaq.  Zəifləməmiş  bizlər  isə  xahiş  yox,  tələb  edə  biləcəyik. 
Müstəqillik!  Bizim  üçün  lazım  olan,  bax,  budur.      Azadlıq    buradan,   
bizim      yığılmış      qüvvəmizdən,    bizim  pullarımızdan  və  bizim 
neftimizdən doğacaq". 
XIX  əsrin  II  yarısında  müsəlmanların  Rusiya  ordusuna  çağırışına  son  qoyuldu.  Hərbi  xidmət  əvəzinə 
imperiyanın  müsəlman  əhalisi  xüsusi  vergi  ödəməli  idi.  Bımunla  belə,  azərbaycanlılar  müxtəlif  cəbhələrdə 
gedən döyüşlərdə iştirak edirdilər. Ali silkin nümayəndələri hərbi təhsil ocaqlarında oxuyub zabit ola bilərdilər. 
Müharibənin  əvvəlində  imperiyanın  siyasəti  ilə  razı  olmayan  azərbaycanlılar  kiçik  qruplar  şəklində  sərhədi 
keçərək  Osmanlı  ordusuna  yazılır  və  onun  düşmənlərinə  qarşı  savaşda,  о  cümlədən  1915-1916-cı  illərdə 
boğazlar uğrunda gedən məşhur döyüşlərdə iştirak edirdilər. 
Müharibə müxtəlif döyüş vəzifələrini   həll   etmək   qabiliyyətində olan sürətli süvari hissələrinə olan 
ehtiyacı qabartdı. İmperiyanın müsəlman əhalisinin könüllülərindən süvari hissələr yaratmaq qərarı qəbul edildi. 
1914-cü ilin avqustunda Qafqaz yerli süvari diviziyasının ("Dikaya diviziya")    tərkibinə   daxil olmuş "Tatar 
süvari  alayı"nın  formalaşdırılmasına  başlandı.  Alay  Cənub-Qərb  və  Rumıniya  cəbhələrində    vuruşmuş,  о 
cümlədən məşhur "Brusilov əməliyyatı"nda iştirak etmişdi. I Dünya müharibəsi illərində rus ordusunda 200-dən 
çox azərbaycanlı   zabit   fərqlənmişdi. Onlardan 10 nəfər Rusiyanın ali hərbi ordeni - Müq. Georgi ordeni ilə (2 
nəfər-3-cü  dərəcəli,  8  nəfər-  4-cü  dərəcəli)  təltif  edilmişdi.
18 
Səməd  bəy  Mehmandarov  "Brilliant  silah",  15 
azərbaycanlı isə "Qızıl silah"la təltif edilmişdi ki, bu təltif də Müq. Georgi ordeninə bərabər tutulurdu. Süvari 
generalı,  general  -  adyutant  Hüseyn  xan  Naxçıvanski  qvardiya  süvari  korpusunun  komandiri),  artilleriya 
generalı  Səməd  bəy  Mehmandarov  (2-ci  Qafqaz  ordu  korpusunun  komandiri),  general-leytenant  Əli  ağa 
Şıxlinski (10-cu ordunun komandanı) Rusiya ordusunda ali məqamlara çatmışdılar.
19
 
 
 
1.4.1917-ci ildə Azərbaycanda hərbi - siyasi vəziyyət 
 
1917-ci ilin fevral ayında çarın istefası ictimai-siyasi şəraiti kəskin surətdə dəyişdi. Martın əvvəllərində iri 
şəhərlərdə  demokratik  islahatları  dəstəkləyən  nümayiş  və  mitinqlər  keçirildi.  Paytaxtda  yaradılmış  Müvəqqəti 
hökumət, yerlərdə öz hakimiyyət orqanlarını təşkil etməyə başladı. Martın 9-da Müvəqqəti hökumətin göstərişi 
ilə Xüsusi İdarə Komitəsi (sədr - V. Xarlamov, üzvlər A. Çxenkeli, K. Abaşidze, M. Cəfərov, M. Papacanov) 
                                                           
18
Исмаилов Э. Георгиевские кавалеры - азербайджанцы. Москва, 2005. с.52- 63. 
19
 Исмаилов Э. Георгиевские кавалеры, с.143, 158, 169.
 


12 
 
yaradıldı.
20
  Martın  17-də  Bakıda  Müvəqqəti  hökumətin  yerli  hakimiyyət  orqanı  -  İctimai  təşkilatların  İcra 
komitəsi  təşkil  edildi.  Martın  əvvəlində  Bakı  sovetinə  deputat  seçkiləri  başladı.  Çarın  devrilməsi  barədə 
Məhəmməd  Əmin  Rəsulzadə  1917-ci  il  martın  3-də  "Kaspi"  qəzetində  çap  etdirdiyi  məqaləsində  yazmışdı: 
"Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə, nəhayət ki, çatdılar.  Əliqanlı jandarm, bütün  xalqın 
düşməni  olan istibdad yıxılmışdı". Azərbaycanda ictimai-siyasi hərəkatın üç istiqamətdə inkişaf etməsi aydın 
oldu: 
1.  Dövləti  əvvəlki  sərhədlərində  saxlamağa  çalışan  Müvəqqəti  hökumət  əyalətlərdə  çarizmin  siyasətini 
davam etdirirdi. Milli siyasi partiyaların bütün təklifləri separatçılıq kimi qəbul edilərək rədd olunurdu. 
2.  Fəhlə  və  əsgər  sovetlərinə  inqilabçı  demokratlar  keçdilər,  onlar  həm  Müvəqqəti  hökuməti,  həm  də 
partiyaları rədd edirdilər. Onlar da Azərbaycanı Rusiyanın tərkibində görürdülər, lakin bu, sovet Rusiyası olmalı 
idi. Sovetlərdə tədricən inqilabçı əsgər və matroslara arxalanan bolşeviklərin mövqeyi güclənməyə başladı. 
3.İnqilaba  qədər  gizli  fəaliyyət  göstərən  milli  siyasi  partiyalar  leqal  işə  keçdilər.  Əsasən  "Müsavat"  və 
onunla birləşmiş "Müstəqil türk federalist partiyası" seçilirdi. 
Martın 27-də Müsəlman Milli Şurasmm Müvəqqəti İcraiyyə Komi-təsi seçildi. Paralel olaraq digər milli 
şuralar da yaradıldı ki, onlar sırasında erməni şurası öz təcavüzkarlığı ilə seçilirdi. 1917-ci ilin payızına aydın 
oldu ki, "Müsavat türk federealist partiyası" azərbaycanlılar  arasında böyük nüfuza malikdir və sivil üsullarla 
hakimiyyət uğrunda mübarizə aparmağa hazırdır. 
1917-ci  il  oktyabrın  26-da  partiyanın  I  qurultayını  açan  Məhəmməd  Əmin  Rəsulzadə  qeyd  etdi  ki, 
"müstəqil Azərbaycan dövləti yaradılacaq və bu yeni dövlət müstəqil dövlətlərin ittifaqına daxil olacaq". 
1917-ci  il  oktyabrın  22-də  Bakı  Sovetinə,  noyabrda  isə  Müəssislər  Məclisinə  keçirilən  seçkilərdə 
"Müsavat" partiyasının qalib gəlməsi onların siyasi rəqiblərini qorxutdu.
21
1917-ci il dekabrın 5-də Zaqafqaziya 
Komissarlığı  ilə  Osmanlı  dövləti  arasında 
imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş 
əməliyyatları  dayandırılmalı,  rus  əsgərləri 
silahlarını  milli  hərbi  hissələrə  -  müsəlman 
(Azərbaycan), Gürcü və Erməni Korpuslarına 
təhvil verərək Rusiyaya qayıtmalı idilər.
22
 
"Müsavat”a 
hakimiyyəti 
vermək 
istəməyən 
bolşeviklər  siyasi  mübarizə 
metodlarından imtina etdilər. Oktyabrın 25-də 
Petroqradda çevriliş və Müvəqqəti hökumətin 
devrilməsi  əyalətlərdə  də  onların  əl-qolunu 
açdı.  "Müsavat”la  mübarizə  platforması 
əsasında  bolşeviklər  Erməni  Milli  Şurası  və 
"Daşnaksutyun"  partiyası  ilə  birləşməyə 
başladılar.  "Müsavat”ın  sosial  bazasının 
məhv edilməsi onların əsas məqsədi oldu. 
Noyabrda Xüsusi Komitənin işi dayandırıldı. 8-11 noyabr tarixlərində Tiflisdə Zaqafqaziyada olan idarə 
komissiyaları,  milli  və  məhəlli  qurumlar,  bələdiyyələr,  fəhlə  və  həmkarlar  ittifaqları,  kəndli  birlikləri,  siyasi 
partiyalar,  ordu  nümayəndələri,  baş  komandan  və  Xüsusi  Komitə  üzvlərinin  iştirakı  ilə  müşavirə  keçirildi. 
Müşavirə  Oktyabr  hadisələrini  çevriliş  adlandıraraq  onun  qanuniliyini  qəbul  etmədi  və  Müəssislər  Məclisi 
çağırılanadək  Zaqafqaziya  Komissarlığı  adlı  qurum 
yaradacaqlarını  bildirdi.  Qurumun  sədri  E.P.Gegeçkori, 
komissarlar  A.  Çxenkeli,  D.Donskoy,  Ş.Alekseyev-
Mesxiyev,  M.Cəfərov,  X.Məlikaslanov,  A.Ter-Qazarov, 
A.Ohanyan, X.Xasməmmədov seçildilər. 
Noyabrın  21-də  Qafqaz  Cəbhəsinin  komandanı 
general  Prijevalski  Türk  qoşunları  Qafqaz  Cəbhəsinin 
komandanı  Feriq  Vehib  paşanın  sülh  bağlamaq  təklifi 
haqqında  ZK  iclasında  məlumat  verdi  və  dekabrın  5-də 
Zaqafqaziya  Komissarlığı  ilə  Osmanlı  dövləti  arasında 
                                                           
20
 Балаев А Азербайджанское национально-демократическое движение. 1917-1920. Баку, 1990, с. 3; Насиров Т. Борьба за власть в Азербайджане 
(1917-1920). Баку, 1993, с.10. 
 
21
 Балаев А. Азербайджанское национальное движение? с.11.  
 
22
 Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999, s.15. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə