Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   2   3   4   5   6   7   8   9   10   ...   90

15 
 
limanında  üzərində  xaç  təsviri  olan  qədim  Ermənistan  bayrağı  peyda  olub",  Bakı  İctimai  İclasının  zalında 
"ermənilər qədim Ermənistanın xəritəsini satırdılar". Qubernator raportları bilərəkdən diqqətsiz qoyurdu. Qafqaz 
komandanı  dəftərxanasının  vitse-müdiri  isə  "Bakı  ermənilərinin  birləşmək  arzuları"  barəsində  məxfi  raport 
göndərmişdi. 
"Daşnaksutyun"  partiyası  və  erməni  Milli  Şurası  bolşeviklərlə  öz  səylərini  birləşdirməyə  başladı. 
Bolşeviklər Bakı və Azərbaycanı Sovet Rusiyasının, daşnaklar isə mifik "Böyük Ermənistan"nın tərkib hissəsi 
kimi  görürdülər.  Onların  son  məqsədləri  fərqlənsə  də,  bu  mərhələdə  yalnız  bir  rəqibləri  var  idi  -  öz  milli 
partiyalarını, ilk növbədə "Müsavat"ı dəstəkləyən yerli azərbaycanlı əhali. Siyasi rəqibin məhv edilməsi üçün 
şüurlu  surətdə  etnik  təmizləmə  kursu  seçildi.  Bakı  Soveti  Bakı  quberniyasında  azərbaycanlıların  məhv 
edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsinə başladı. Onun tabeçiliyində əsasən ermənilərdən 
təşkil edilən "Qırmızı qvardiya" adlı qoşun var idi. Milli qırğına rəhbərlik məqsədilə martın 30-da Bakı Soveti 
nəzdində İnqilabi Müdafiə Komitəsi adlı qurum yaradıldı.
34
 
1918-ci  il  martın  30-da  erməni-bolşevik  "Qırmızı  qvardiya"sı  Bakının  azərbaycanlılar  yaşayan 
məhəllələrinə hücum etdi.
35
 Martın 31-də hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman 
əhalisinin  qırğını  xarakterini  aldı.  Ermənilər  evləri  yandırır,  insanları  oda  atırdılar.  Onlar  milli  memarlıq 
incilərini,  məktəbləri,  xəstəxanaları,  məscidləri  və  digər  binaları  dağıtmışdı,  Bakının  böyük  hissəsini  məhv 
etmişdilər.  Mart  soyqırımı  nəticəsində  təkcə  Bakıda  12  min  nəfər  qətlə  yetirilmişdi.
36
  Bolşevik-daşnak 
birləşmələri  azərbaycanlıları  Quba,  Salyan,  Lənkəran  qəzalarında  da  məhv  edirdilər.  Aprelin  3-dən  16-dək 
daşnak  qrupları  Şamaxının  dinc  əhalisinə  qarşı  qanlı  qırğınlar  törət-dilər.  Burada  7  min  dinc  müsəlman 
öldürüldü,  72  kənd  məhv  edildi.  Quba  qəzasında  daşnak  dəstələri  162  kənd  yandırmış,  16  min  müsəlman 
qırmışdılar.  Azərbaycanlıların  soyqırımı  1918-ci  ilin  ortalarınadək  davam  etmiş,  bu  müddətdə  50  MĠNDƏN 
ARTIQ (!) AZƏRBAYCANLI QƏTLƏ YETĠRĠLMĠġDĠ.
37
 
Hadisələrin  şahidlərindən  olan  A.N.Kvasnik
38
  yazırdı:  "Mən,  Aleksandr  Naumoviç  Kvasnik,  Bakı 
şəhərində, Kilsə küçəsi ev № 138-də yaşayıram, yəhudiyəm, həddi-büluğa çatmışam. Bakı şəhərində 1918-ci il 
martın 17-dən 21-dək (köhnə təqvimlə) olanlar barəsində aşağıdakıları deyə bilərəm. Bakı şəhərində bu ilin 17-
21  mart  tarixlərində  baş  vermiş  hadisələri  təmiz  vicdanla 
"Əvvəlcə  Bakı,  sonra  isə  əyalətlərdə  müsəlmanları  fiziki 
məhv  etmək,  əmlaklarını  ələ  keçirmək  və  təbii  olaraq 
"onların  bütün  var-dövləti  və  siyasi  üstünlüyünün" 
ermənilərə keçməsi məqsədi ilə erməni əhalisinin müsəlman 
əhaliyə  qarşı  qanlı  sui-qəsdi"  adlandırmaq  olar.  Hər  halda 
əvvəlki 
hadisələr 
(1905-1906-cı 
illər) 
ermənilərin 
qaniçənliyi,  məkri  və  xəyanətindən  başqa  heç  bir  digər 
səbəbdən yaranmayan indiki hadisələr qarşısında sönürlər... 
Səhərdən  mən  azacıq  açıq  olan  pəncərədən  küçədə  baş 
verən 
hadisələri 
müşayiət 
edirdim. 
Tatarların 
(azərbaycanlıların)  bir  qrupu  onların  üzərinə  hücum  çəkən 
düşmənlərlə  çox  pis  atışırdı.  Bu  bolşevik  dəstələrində  müharibənin  bütün  qanunları  ilə  hücum  aparan  cəbhə 
əsgərləri var idi. Onlar tatarlarla vuruşaraq ədalətli iş gördüklərindən əmin idilər; onlar belə başa düşürdülər ki, 
tatarlar hakimiyyətə gəldikdən sonra ölkənin keçmiş sahibləri olanlara divan tutacaqlar. Lakin rusların arxasınca 
hər  biri  başdan  ayağadək  silahlanmış  5-10  nəfər  adamdan  ibarət  kiçik  erməni  dəstələri  hərəkət  edirdi.  Bu 
dəstələrdə 2-3-cü sinif şagirdlərindən başlamış (gimnaziyalar nəzərdə tutulur) yaşlı ermənilərə qədər bütün kişi 
erməni əhalisi iştirak edirdi. Onların hamısı əsgəri və ya yarıəsgəri paltarları geymiş, 3 və daha çox cərgəsi olan 
patrondaş, tüfəng, tapança və xəncərlərlə silahlanmışdılar. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri 
bu  "müharibədə"  iştirakı  öz  müqəddəs  "borcları"  hesab  edirdilər;  burada  neft  sabibkarları,  neft  mühəndisləri, 
həkimlər,  kontor  işçiləri  var  idi,  bir  sözlə  erməni  əhalisinin  bütün  təbəqələri  öz  "vətəndaş"  borclarını  icra 
edirdilər...  Ermənilər  hiss  edirdilər  ki,  mart  hadisələrinin  ardınca  əsil  aclıq  başlayacaq.  Ona  görə  onlar  bütün 
ərzağı  özləri  ilə  götürür  və  bununla  erməni  əhalisini  neçə  ay  əvvəldən  ərzaqla  təmin  edirdilər.  Doğrudan  da, 
                                                           
34
Известия Бакинского Совета, 1917 год, 14 декабря. 
35
İsgəndərov А. Azərbaycan Xalq Cümhuriyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.43-44; İsgəndərov A. 
1915-1920-ci
  illərdə  Azərbaycanda  türk  və  müsəlmanlara  qarşı,  həyata  keçirilən  soyqırımlar  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  Ordusu 
toplusu, s.70-71.
 
36
Дарабади П.Г. Военные вопросы, с.108. 
37
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi 
qeyd edilir.
 
38
 Mart soyqırımlarının şahidlərinin arxivlərdə qorunan ifadələri Solmaz Rüstəmova - Tohidi tərəfindən «Zerkalo» qəzetində silsilə məqalələr şəklində çap 
edilib.  Kitabda  qəzetin  müvafiq  nömrələrində  verilən  məqalələrdən  istifadə  edilib  (С.Рустамова-Тогиди.  Этого  забыть  нельзя.  //  Зеркало,  31  март, 
7,14, 21, 28 апрел, 5,12, 19, 26 мая, 2,9,15,23,30 июня, 7,14,21,28 июля, 4,11,18,25 августа, 1,8,15,22,29 сентября, 6,12,20 октября 2007 года). 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə