Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   4   5   6   7   8   9   10   11   ...   90

16 
 
digər  əhali,  əsasən  müsəlmanlar  sözün  tam  mənasında  acından  küçələrdə  öləndə,  bütün  erməni  məhəllə  və 
küçələrində təndirxanalardan evə böyük çörəklər daşınırdı... Ölülərdən paltarları və daş-qaşları çıxarır, cəsədləri 
təhqir edərək xəncərlə doğrayır, içalatlarını çıxarır, tanınmaz hala salırdılar. Bütün küçə və dalanlarda cəsədlər 
qalaqlanıb  qalmışdı,  ölüm  və  dəhşət  hər  tərəfdə  hökm  sürürdü...  "Daşnaksutyun"  partiyası  isə  bu  qanlı  sui-
qəsdin iplərini tutaraq ona rəhbərlik edirdi. O, qərargahlar yaratmışdı, orderlər verir və talanmış mallarla dolu 
olan çoxsaylı avtomobilləri anbarlarda boşaldırdı. Bir rus əsgəri mənə bunları söyləmişdi: "Onlar bütöv kəndləri 
yandırır, dinc müsəlmanları öldürür, heç bir ehtiyac olmadan mal-qaranı kəsirlər ki, bu da infeksion xəstəliklər 
yayır. Biz bunun qarşısını ala bilmirik, çünki onlar 95 %, hət-ta daha çox təşkil edirlər. Bunlar insan deyil, qan 
və qənimət arzulayan heyvanlardılar. Kiçik, lakin ciddi müqavimətlə üzləşəndə onlar qorxaq kimi qaçırlar". 
Döyüşlərin  iştirakçılarından  biri  -  Əli  Əsədullayev  (sənədlərdə  göstərilib:  "30  yaş,  1-ci  atlı-müsəlman 
alayının  yüzlük  komandiri,  daimi  yaşayış  yeri  Bakıda,  Qoqol  küçəsi,  şəxsi  ev")  yazırdı:  "Sonra  ermənilər 
"İsmailiyyə"  müsəlman  xeyriyyə  cəmiyyətinin  binasını,  "Kaspi"  qəzetinin  redaksiyasında  olan  5000  Quran 
nüsxəsini bina ilə birlikdə yandırdılar... 
Adamovlar nəslindən olan tanınmış erməni xeyriyyəçi qadın hansısa xeyriyyə cəmiyyətinə bir kəllə qənd 
göndərərək,  demişdi  ki,  bu  kəllə  qəndi  müsəlmanlar  qırılan  günə  qurban  deyib.  Nəhayət,  о  gün  gəldi.  Mart 
qırğınlarından sonra bir çox erməni evlərində ziyafətlər verilirdi..." 
Şahid  Yakov  Nikolayeviç  Smirnov  ("andlı  vəkil,  keçmiş  Bakı  şəhər  başçısı,  Bakıda  Bazarnaya  və 
Poçtovaya küçələrinin kəsişməsində, Krasilnikovların evində yaşayıram, rus millətindənəm") yazırdı: "Bu ilin 
mart  hadisələri  zamanı  mən  yaşadığım  evdə  yerləşən  doktor  Larionovun  müalicəxanasının  pəncərəsindən 
müşayiət  edirdim  ki,  ermənilər  üzbəüz  yerləşən  "İslamiyyə"  mehmanxanasını  necə  yandırırlar.  Bunun  üçün 
onlar zirzəmidə yerləşən dükana çoxlu yeşik gətirib yandırdılar. Bütün bina yandı, təkcə divarlar qaldı... Mart 
hadisələrində  ermənilərin  yaxşı  hazırlanmış  dəstələri  və  mülki  paltarda,  tüfəngli  və  qollarında  ağ  sarğı  olan 
"Daşnaksutyun"  partiyasının  üzvləri  iştirak  edirdilər.  Bu,  həm  də  onunla  təsdiqlənir  ki,  Fəhlə  və  Əsgər 
deputatları  şurasının  iclaslarının  birində  Şaumyan  mart 
hadisələrində  daşnaksakanların  iştirakını  açıq  etiraf  etdi... 
Bütün  rus  əhalisi  (mən  bolşevikləri  nəzərdə  tutmuram) 
müsəlmanlara  çox  саn  yanğısı  ilə  yanaşır  və  erməniləri 
mart  hadisələrinin  günahkarı  hesab  edərək  bu  münasibəti 
gizlətmirdilər. 
Şahid Maks Borisoviç Manaseviçin ("57 yaş, Bakıda, 
"Metropol"  mehmanxanasında  yaşayıram")  qeydləri:  ".. 
.Pəncərədən  biz  baxırdıq  ki  tüfənglə  silahlanmış  və  hərbi 
paltar  geymiş  ermənilər  evlərin  divarlarının  çıxıntıları 
arxasında  gizlənərək  və  tüfənglərdən  küçə  boyunca  atəş 
açaraq  yavaş-yavaş  Nikolayev  küçəsi  ilə  üzü  yuxarı  qalxırdılar.  Bu  zaman  "Qrand  otel"  mehmanxanasının 
damında yerləşdirilmiş pulemyot bütün Nikolayev küçəsini atəş altında saxlayırdı. Üçüncü və ya dördüncü gün 
başda  Yeqişe  adlı  birisi  olmaqla  daşnaksakanlar  mehmanxanaya  soxuldu      və  binanı  "Daşnaksutyun" 
partiyasının qərargahı üçün tutdu..." 
Digər şahid, Yuda Abramoviç Belenkinin ("43 yaş, yəhudi, Bakıda, Yuxarı Priyutski küçəsində, ev № 97-
də  yaşayıram")  dediklərindən:  "...Mən  gördüm  ki,  bizim  yanımızda,  Melniçni  küçəsi  və  Qluxoy  dalanının 
tinində ermənilər 11 müsəlmanı güllələdilər... Müsəlmanları söyub güllələyənlər əsasən erməni əsgərləri idi..." 
1926-cı  ildə  çap  olunmuş  "Proletarskaya  revolyusiya"  jurnalının  12-ci  nömrəsindəki  bir  məqalədə  qeyd 
olunurdu: "rekvizisiyalar, həqarətli münasibət və daim keçirilən güllələnmələrlə (düşmənin xeyrinə casusluq adı 
ilə,  əslində  isə  müsəlmanlara  olan  nifrətlə  bağlı)  sovet  qoşunlarının  erməni  komandirləri  Sovet  hakimiyyətinə 
qarşı pis münasibət yaradırdılar".
39
 
Mart  qırğınları  münasibəti  ilə  S.Şaumyanı  təbrik  edən  V.İ.Lenin  göndərdiyi  teleqramda  yazırdı:  "Əziz 
yoldaş Şaumyan! Sizin möhkəm və qəti siyasətiniz bizi çox sevindirir." Bakı neftinə olan ehtiyac bolşeviklərin 
rəhbərini S.Şaumyan və onun əlaltılarının qəddarlığına göz yummağa vadar etmişdi. Rusiyanın özündə "siyasi 
düşmən" adı ilə yüz minlərlə insanın qətlinə rəvac verən bolşeviklərin liderini azərbaycanlıların həyatı, xalqın 
taleyi az maraqlandırırdı. 
Eyni  zamanda  Azərbaycanın  qərb  sərhədlərində  İrəvan,  Naxçıvan,  Zəngəzur  və  Qarabağın  azərbaycanlı 
kəndlərinə  hücumlar  davam  edirdi.  Bakı  quberniyasında  qırğınlara  rəhbərlik  edən  bolşevik  Stepan  Şaumyan 
qərb vilayətlərində qırğınlar törədən daşnak Andraniklə daim əlaqə saxlayırdı. S.Şaumyanın qərb vilayətlərində 
azərbaycanlıların soyqırımına başçılıq etmiş daşnak Andranikə göndərdiyi 22 iyun 1918-ci il teleqramı onların 
əlaqəsinin  bariz  nümunəsidir:  "Sizin  sımanızda  əsl  xalq  qəhrəmanını  alqışlayıram,  bütün  şanlı  döyüşçülərə 
salamımı yetirin". 
                                                           
39
 «Пролетарская революция», 1926, № 12, c.83-84.
 


17 
 
Aprelin  2-də  Zaqafqaziya  Seymində  Bakı  hadisələri  müzakirə  edildi.  Başda  M.Ə.Rəsulzadə  olmaqla 
azərbaycanlı  deputatların  bütün  səylərinə  baxmayaraq,  Zaqafqaziya  Seymi  azərbaycanlıların  soyqırımının 
qarşısını  ala  bilmədi.
40
  Bakını  azad  etmək  üçün  ayrılan  qüvvələr  hələ  tam  formalaşmamış  və  itkilər  vermiş 
Müsəlman  Korpusunun  hissələrindən  ibarət  idi.  Lakin  Zaqafqaziya  Seymi  bu  hissələrə  vəd  etdiyi  köməyi 
göndərmədi. Aprelin 22-də Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması elan edildi, lakin bu 
qurum da azərbaycanlıların taleyinə biganə idi. Aprelin 25-dən Qırmızı Ordunun gücləndirilmiş hissələri Gəncə 
istiqamətində  yürüşə  hazırlaşmağa  başladılar.
41
  Artıq  tam  qələbəyə  əmin  olan  S.Şaumyan  bildirirdi  ki, 
Yelizavetpol  quberniyası  və  Gürcüstanda  yaşayan  ermənilər  Qırmızı  Ordu  yürüşə  başlayan  kimi  üsyan 
qaldıracaq və qələbə qazanmaqda onlara kömək edəcəklər. Qırmızı Orduya L.Biçeraxovun dəstəsi birləşəndən 
sonra  Kürdəmir-Yevlax-Gəncə,  Şamaxı-Göyçay-Kaxetiya-Tiflis  istiqamətlərində  yürüş  təşkil  edilməliydi. 
Arxadan zərbəni Andranik endirməli, Zəngəzurdan Qarabağa və Yevlaxa yürüş həyata keçirməliydi. 
AZƏRBAYCAN XALQININ MÖVCUDLUĞU SUAL ALTINA QOYULMUġDU 
Yalnız  Azərbaycanın  müstəqilliyinin  elan  edilməsi,  milli  silahlı  qüvvələrin  yaradılması  Azərbaycan 
xalqını məhv olmaqdan xilas edə bilərdi. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti müstəqil dövlət elan 
edildi.  Milli  silahlı  qüvvələrin  yaradılmasında  və  bolşevik  -  erməni  təcavüzünün  qarşısının  alınmasında 
Azərbaycana kömək etməyə hazır olan yeganə dövlət Osmanlı imperiyası idi. 
 
 
                                                           
40
Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азебайджанекого Национального Совета. Баку, 2006, с.84-85.  
41
Дарабади П.Г. Военные вопросы, с.112. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə