Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   32   33   34   35   36   37   38   39   ...   90

72 
 
general-leytenant  Əli  ağa  Şıxlinski  Müsəlman  Korpusunun  komandanı  təyin  edildi.
188
  Milli  hərbi  hissələrin 
yaradılmasında  bütün  bilik  və  bacarığını  istifadə  edən  məşhur  sərkərdə  bir  çox  problemlərlə  üzləşmişdi. 
Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi. 
Təminatla  bağlı  problemi  həll  etmək  üçün  müsəlman  ictimai  təşkilatları  bazarlardan  lazım  olanları  alıb 
qoşun  hissələrinə  təhvil  verirdilər.  Hacı  Zeynalabdin  Tağıyev,  Musa  Nağıyev  və  digərləri  korpusun 
yaradılmasına  kömək  göstərirdilər.  Hacı  Zeynalabdin  və  Şəmsi  Əsədullayevin  oğulları  korpusda  zabit  kimi 
xidmət  edirdilər.  Əhali  korpusun  yaradılması  xəbərini  böyük  ruh  yüksəkliyi  ilə  qarşılayır,  gənclər  həvəslə 
korpusa yazılırdılar. 
Korpusun  ilk  döyüşçülərindənn  olan  Mirəziz  Seyidli  öz  xatirələrində  yazır:  "Hacı  Zeynalabdin  kimi 
zənginlərdən  para  toplanıldı  və  "İsmailiyyə" 
nin 
bir 
guşəsində  könüllü  əsgərlərin 
qeydiyyatına 
başlandı. 
Könüllülərin 
toplanması  işinə  süvari  zabit  İsgəndərbəyli 
rəhbərlik  edirdi.  Çəmbərəkənddə  məktəb 
binasında qışla (kazarma) düzəldildi və orada 
təlimlərə 
başlanıldı.  Zabit  çatışmazlığı 
məsələsini  aradan  qaldırmaq  üçün  polkovnik 
Tabasaranskinin 
rəhbərliyi 
ilə 
məktəb 
yaradıldı.  Orada  ilkin  komandir  bilikləri 
öyrədilirdi".  Bakı  Soveti  və  onun  qurumları 
milli  hissələrin  yaradılmasına  çətinliklər 
törətdiyindən  könüllülər  Müsəlman  süvari 
divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.
189
 
Zaqafqaziya  Komissarlığı  rus  ordusunda  Azərbaycan  hissələrinə  silah  ayrılması  məsələsini  yubadırdı. 
Bolşeviklərin  təbliğatı  öz  rolunu  oynamışdı.  Silah  çatışmazlığı  problemini  həll  etmək  üçün  yeganə  yol  rus 
ordusunun  anbarlarına  hücumlar  təşkil  etmək  idi.  Tatar  süvari  alayı  və  Müsəlman  Korpusunun  Gəncədə 
formalaşmaqda  olan  alayı  (sonralar  5-ci  piyada  alayı)  könüllülərin  dəstəyi  ilə  tərksilahı  sürətlə  həyata 
keçirirdilər.  Əksər  hallarda  qansız  ötüşən  tərksilah  1918-ci  ilin  yanvarında  Şəmkirdə  toqquşmalara  və  qan 
tökülməsinə səbəb oldu. Böyük insan itkiləri və maddi ziyan vurulmaqla müşayiət olunan toqquşma göstərdi ki, 
Bakıda möhkəmlənən bolşevik-erməni qüvvələri Azərbaycan milli qüvvələrinin yaradılmasına istənilən şəkildə 
əngəllər törədəcəklər. 
"Müsavat" partiyasının xalq arasında artan nüfuzu, Korpusun günü-gündən güclənməsi bolşevik-erməni 
rəhbərlərini  qorxudurdu.  Onlar  kifayət  qədər  qüvvə  toplayaraq,  Sovet  Rusiyasından  texnika  və  silah  əldə 
etməklə birdəfəlik milli Azərbaycan qüvvələrini məhv etmək qərarına gəldilər. 1918-ci ilin mart-aprel aylarında 
baş vermiş azərbaycanlıların soyqırımı düşmənin nə qədər qəddar olmasının göstərməklə bərabər, milli qoşun 
hissələrinin  dəyanətini  də  sübut  etdi.  Tam  təşkil  edilməmiş,  təlim  keçməmiş,  zəif  silahlanmış,  gözlənilmədən 
hücuma məruz qalmış və düşməndən sayca az olan Müsəlman Korpusunun ayrı-ауrı hissələri və onlara qoşulan 
könüllülər inadlı müqavimət göstərmişdilər. Bolşeviklərin qərbə doğru hücumunun qarşısını almaq üçün dərhal 
əkshücum  təşkil  edilmiş,  polkovnik  L.Maqalovun  rəhbərliyi  ilə  7-ci  və  8-ci  müsəlman  nişançı  alayları,  Milli 
hərbiyyə  məktəbinin  müdavimlərindən  ibarət  dəstə  Hacıqabula  qədər  irəliləyə  bilmişdi.  Zaqafqaziya 
Komissarlığının vəd etdiyi köməyi göstərməməsi, İmam N.Qosinskinin cüzi qüvvə göndərməsi, silah və sursatın 
çatışmazlığı,  düşmənin  sayca  və  texnika  sarıdan  qat-qat  üstün  olması  nəticəsində  Maqalovun  dəstəsi  məğlub 
edilmiş ya geri çəkilməyə başlamışdır.
190 
Məğlubiyyətə baxmayaraq  panikaya qapılmadan,  az qala hər yaşayış 
məntəqəsi uğrunda döyüş apara-apara geriyə çəkilən dəstə düşmənin hərəkət sürətini yalnız ləngitsə də, döyüş 
əməliyyatlarında əsaslı dönüş yaratmaq iqtidarında deyildi. 
1918-ci  ilin  may  ayının  28-də  öz  müstəqilliyini  elan  edən  Azərbaycan  xalqı  öz  müqəddəratını  özü  həll 
etməli idi.  
 
 
5.2. Qafqaz Ġslam Korpusunun təĢkil edilməsi 
 
Arxiv  sənədləri  sübut  edir  ki,  Osmanlı  dövlətinin  siyasi  və  hərbi  kursunu  faktiki  olaraq  müəyyən  edən 
Ənvər  paşa  hələ  1917-ci  ilin  sonlarında  azərbaycanlılara  hərbi  kömək  göstərilməsini  planlaşdırırdı.  Lakin 
planlar  əsasən  nəzəriyyə  xarakteri  daşıyırdı.  Regionda  siyasi  vəziyyətdən  xəbərsiz,  sürətli  irimiqyaslı 
                                                           
188
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.230-233.
 
189
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
190
Протоколы заседаний, с.88. 
 


73 
 
əməliyyatlar  aparmaq  üçün  kifayət  qədər  qüvvəsi  olmayan  Ənvər  paşa  1918-ci  ilin  əvvəllərinə  göstəriləcək  
köməyin  formasını  müəyyənləşdirdi:      Azərbaycana  göndərilən  təlimatçılar  yerli  əhalidən  toplanmış  könüllü 
dəstələri  öyrədəcək  və  beləliklə  Azərbaycan  qoşunları  (tərkibində  3  piyada  diviziya  olan  bir  korpus) 
yaradılacaqdı.  Lakin  Azərbaycan  milli  hərəkat  liderləri  ilə  görüşlər  (ilk  növbədə  Nağı  bəy  Şeyxzamanlının 
rəhbərlik etdiyi heyətlə danışıqlar  qeyd edilməlidir, məhz bu qrupla danışıqlardan sonra  Ənvər paşa real hərbi 
kömək göstərmək qərarına gəldi),
191 
erməni-bolşevik qoşunlarının gözlənilmədən böyük qüvvə ilə sürətlə qərbə 
doğru irəliləməsi, Almaniyanın Sovet Rusiyası ilə sövdələşməyə girməsi və ən əsası, vəziyyəti dəyişə biləcək 
yerli  qüvvə  yaratmaq  üçün  vaxt  çatışmazlığı  Ənvər  paşanı  planlarını  dəyişib  Azərbaycana  bilavasitə  osmanlı 
qoşunlarını göndərməyə sövq etdi.
192
 
Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış müqavilənin 
IV  maddəsində  deyilir:  "Azərbaycan  Hükuməti 
Cümhuriyyəsi 
tərəfindən 
tələb 
vukuunda 
Hükumət-i  Osmaniyyə  intizam  və  asayiĢ-i 
daxiliyyənin  təmin  və  iadəsi  üçtin  ledel-icab  silah 
qüvvətiylə 
müavinətdə 
bulu-nacaqdır”
193
 
(imzaladılar:  Azərbaycan  tərəfindən  Milli  Şuranın 
sədri 
M.Ə.Rəsulzadə, 
Xarici 
İşlər 
Naziri 
M.H.Hacınski;  Osmanlı  tərəfindən  Ədliyyə  Naziri 
Xəlil bəy, 3-cü ordu komandanı Vehib paşa). 
Nuru  paşanın  rəhbərlik  etdiyi  heyət  Mosuldan 
Təbrizə,  oradan  da  Naxçıvana  gəldi.  Naxçıvanda  və 
Ordubadda bir neçə zabit saxlanıldı ki, mayın 20-dən 
etibarən  yerli  hissələrin  yaradılmasına  başlanılsın. 
Cəbrayıl-Ağdam-Tərtər-Yevlax-Gəncə  marşrutu  ilə  hərəkət  edən  heyət  hər  yerdə  yerli  dəstələr  yaratmaq  üçün 
zabitlər saxlayırdı. Bir çox yerlərdə əhali türk əsirlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Lakin 
bütün bunlar kifayət deyildi. Nəticədə 3-cü Ordu tərkibindən 5-ci Qafqaz piyada firqəsinin bölmələrinin hissə-
hissə Azərbaycana göndərilməsi və burada Müsəlman Korpusu ilə birləşməsi əmri verildi. Beləliklə, 1918-ci ilin 
iyununda,  Azərbaycanla  Osmanlı  dövləti  arasında  dostluq  haqqında  müqavilə  imzalanandan  dərhal  sonra 
Azərbaycan  və  Osmanlı  hərbi  hissələrindən  Qafqaz  İslam  Ordusu  yaradılmağa 
başladı.  Orduya  rəhbərlik  ikili  xarakter  daşıyırdı:  istər  türk,  istərsə  də  Azərbaycan 
hərbi  hissələrinin  komandirlərinin  raportları  həm  Nuru  paşaya,  həm  də  Müsəlman 
Korpusunun komandanı Əli ağa Şıxlinskiyə göndərməli idi.
194
 
Azsaylı,  lakin  döyüş  təcrübəsinə  malik  və  hərbi  hissələr  şəklində  təşkil 
edilmiş  Osmanlı  qoşunları  Qafqaz  İslam  Ordusunun  əsas  zərbə  qüvvəsini  təşkil 
edirdi.  Onların  gəlişi  mart-aprel  döyüşlərindən  sonra  ruh  düşkünlüyünə  qapılmış, 
pərakəndə  halda  öz  şəhər  və  kəndlərini  qorumağa  hazırlaşan  azərbaycanlıların 
mənəvi durumunda dəyişikliyə səbəb olmuş, artıq müdafiədən hücuma keçib mənfur 
düşməndən işğal edilmiş ərazilərin azad ediləcəyinə əminlik yaratmışdı. 
Yaradılanda  Qafqaz  İslam  Ordusunun  məqsədləri  də  açıqlanmışdı: 
ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda 
islamlar  (müsəlmanlar)  və  bolşeviklər  arasındakı  müharibəyə  müdaxilə  etmək;  Bakı  ilə  bağlı  "almanların 
ehtiraslarına mane olmaq"; Qafqaz islamlarını təcavüzdən qurtarmaq".
195
 
İlk  əvvəl  Azərbaycan  hissələrini  dəmir  yollarının  qorunmasında  istifadə  etməyə  başlayan  Nuru  paşa 
tədricən onların döyüşkənliyini  görərək döyüş əməliyyatlarının  ən vacib istiqamətlərinə yönəldir, azərbaycanlı 
zabitlər müxtəlif qoşun hissələrindən tərtib edilmiş qrup komandirləri də təyin edilirdilər. 
Gənc və siyasi oyunlarda təcrübəsiz olan Nuru paşa onun ətrafında peyda olmuş bir neçə ilhaqçının təsiri 
ilə  vaxtaşırı  Azərbaycanın  siyasi  və  hərbi  rəhbərliyi  ilə  münasibətlərdə  tələsikliyə  yol  verirdi.  Azərbaycanı 
müstəqil dövlət kimi dəstəkləmək əvəzinə, bir əyalət kimi Osmanlı dövlətinin tərkibinə qatmaq fikirləri ilə çıxış 
edən ilhaqçılar Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində istədiklərinə nail ola bilmədilər. İyunun 
26-da  Müsəlman  Korpusu ləğv  edildi  və onun əsasında  Əlahiddə  Azərbaycan Korpusu  təşkil  olundu.  Ərazilər 
erməni-bolşevik  qoşunlarından  azad  edildikcə  Qafqaz  İslam  Ordusunun  tərkibinə  qatılan  azərbaycanlı 
                                                           
191
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s. 102-104. 
192
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. 
Bakı, 2008, s.226. 
193
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 1, s.576.
 
194
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.99-101.
 
195
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə