Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

77 
 
olmuşdur.  Diviziyanın  3500  döyüşçüsü  Georgi  xaçları  ("əsgər  Georgi  nişanı")  və  Georgi  medalları  ilə  təltif 
edilmişdilər. Bu məqama ətraflı toxunmağı lazım bilirik. Rusiyanın ordenləri sırasında ən yüksək dərəcəli hərbi 
təltif nişanı Müqəddəs Georgi ordeni sayılırdı. Orden sırf zabitlərə verildiyindən onun "əsgər" variantı - "Hərbi 
ordenin  fərqlənmə  nişanı"  ("Знак  отличия  военного  ордена")  təsis  edilmişdi.  İstər  orden,  istərsə  də  onun 
"əsgər"  variantı  üzərində  at  belində  əjdahanı  məhv  edən  süvari  -  Müqəddəs  Georginin  təsviri  verilirdi. 
Müqəddəs  Georgi  xristianlığa  aid  əfsanəvi  şəxsiyyət  sayıldığından  qeyri-xristianlara  təltif  nişanı  verilərkən 
üzərində  Rusiya  gerbinin  əsas  elementi  -  ikibaşlı  qartal  olan  nişan  verilirdi.  Maraqlıdır  ki,  bu  müsəlman 
süvariləri  arasında  narazılıqla  qarşılanırdı.  Təsvirin  mahiyyətinə  varmadan  bir  çox 
sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan 
nişan tələb edir-dilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə 
təsvir olan yeni forması təsis edilmişdi.
201
 
Diviziyanın  bütün  zabitləri  ordenlərlə  təltif  edilmişdir.  Təsadüfi  deyil  ki, 
düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdı. 
1917-ci  ilin  iyununda  çar  ordusunun  parçalanması  ərəfəsində  döyüşlər 
aparmağa  məcbur  olan  Qafqaz  yerli  süvari  diviziyası  hərbi  anda  axıra  qədər  sadiq 
qalmışdır.  1917-ci  il  iyunun  29-da  Kaluş  şəhəri  istiqamətində  başda  azəraycanlı 
general Feyzulla Mirzə Qacar olmaqla irəliləyən 2-ci  süvari briqada düşməndən geri 
çəkilən  466-cı  piyada  alaya  rast  gəlmiş,  alayı  toplayaraq  yenidən    səngərlərə 
göndərmiş,  daha  sonra  isə  döyüşü  davam  etdirmişdir.  Əgər  əvvəllər  təkcə  düşmən 
Qafqaz  yerli  süvari  diviziyasını  "Vəhşi  diviziya"  adlandırırdısa,  indi  əksər  mətbuat 
orqanlarında, əsasən də inqilabi  qəzetlərdə diviziyaya  belə adın verilməsi onun zabit 
və  süvarilərinə  toxunurdu.  Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki,  diviziyanın  belə 
adla çağırılmasına rus ziyalılarından da etiraz edənlər də vardı. "Rusiyanın səhəri" ("Утро России") qəzetində 
"Rusiyanın sadiq oğulları" məqaləsində yazılmışdır: "Qafqaz yerli süvari diviziyası düşmənlə "qardaşlaşan" rus 
ordusunun ticarət - satqınlıq hesablarını öz "vəhşi" həyatları ilə ödəyir. Bu "vəhşilər" rus ordusunu Rumuniyada 
xilas etdilər. Bir həftə əvvəl qarşısıalınmaz zərbə ilə avstriyalıları yenən, bütün Bukovinadan keçib Çernovisanı 
ələ  keçirən  "vəhşilər"  Qaliçə  girdilər  və  avstriyalıları  qovdular.  Dünən  isə  geri  çəkilən  və  mitinqlər  edən 
kolonları xilas etmək üçün irəli atılan "vəhşilər" düşməni dayandırdılar və müvazinət yaratdılar. Arxa cəbhədə 
qurulmuş  mitinqlərə  qaçan  "nizamlı"  əsgərlərin  torpaq  və  azadlıq  tələblərinə  görə  Rusiyaya  qan  haqqını 
"vəhşilər"  ödəyirlər".
202
  Maraqlıdır  ki,  belə  məqalə  həmişə  qafqazlılara  həqarətlə  yanaşan  ifrat  monarxist  - 
şovinist qaraguruhçuların ("Черносотенцы") qəzetində nəşr edilmişdir. 
Diviziya  döyüş  fəaliyyəti  dövründə  böyük  itkilər  vermişdir  və  hər  dəfə  itki  olduqca  Qafqazdan,  о 
cümlədən  Azərbaycandan  yeni  süvarilər  göndərilirdi.  3  il  ərzində  diviziyada  7  mindən  artıq  süvari  xidmət 
etmişdir.  Diviziya  alaylarının  heyətləri  bir  neçə  dəfə  arxa  cəbhədən  gələn  heyətlərlə  dəyişdirilmişdir.  Bütün 
müharibə dövründə diviziyada  bir dəfə də olsun fərarilik  halı qeydə alınmamışdır!  1917-ci ilin avqust ayında 
Qafqaz süvari diviziyasına Qafqaz müsəlmanlarından təşkil edilmiş bir neçə alay əlavə edilmiş və Qafqaz yerli 
süvari korpusu təşkil edilmişdir (komandir general-leytenant knyaz Baqration, Qafqaz yerli süvari diviziyasının 
komandiri  general-mayor  knyaz  Qaqarin).  Lakin  sentyabrın  2-də  Qaqarin  və  Baqration  vəzifələrindən  azad 
edilmiş,  Qafqaz  yerli  süvari  korpusunun  komandiri  general  P.A.Polovsev,  Qafqaz  yerli  süvari  diviziyasının 
komandiri isə şahzadə Feyzulla Mirzə Qacar təyin edilmişdilər.
203
 
Qafqaz yerli süvari diviziyasının ən yaxşı hissələrindən biri Tatar süvari alayı idi. Tatar süvari alayı 1914-
cü il avqustun 9-da Yelizavetpolda təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin 
müvəqqəti rəhbərlik etdiyi alay 4 yüzlükdən təşkil edilməli idi. 1-ci yüzlüyün süvariləri Qazax, 2-ci - Şuşa və 
Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Karyagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil edilməli idi. 
Podpolkovnik  Staroselskinin  1914-cü  ilin  sentyabr  ayında  verdiyi  raportda  qeyd  edilirdi:  "Çağırış  zamanı 
süvarilər böyük həvəslə gəlir və tatar əhalisi sıralarında heç bir narazılıq müşahidə olunmayıb".
204
 Misal üçün, 
Cavanşir  qəzasından  göndərilən  süvarilərin  yolasalma  mərasimi  rəsmi  raportda  belə  təsvir  edilir:  "Tərtərdə 
Cavanşir  qəzasından  70  nəfər  könüllü  toplaşdı,  onları  yola  salmaq  üçün  min  nəfərdən  artıq  kütlə  yığılmışdı. 
Könüllülər  əllərində  imperatorunun  portreti,  musiqi  sədaları  altında  polis  idarəsindən  məscidə  yollandılar, 
burada ruhanilər imperatorun və rus ordusunun şərəfinə dualar oxudular, bundan sonra könüllülər Yelizavetpola 
yola düşdülər". 
Süvari  alayda  22  zabit,  3  hərbi  məmur,  alay  mollası,  575  nizami  sıravi  (onlar  rəsmi  sənədlərdə  və 
danışıqda  "süvari"  adlanırdılar),  68  qeyri-nizami  sıravi  olmalı  idi.  Alayın  təşkilinə  köməklik  göstərmək  üçün 
Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla 
                                                           
201
Кузнецов А. Награды. Москва, 1999, с.452. 
202
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür. 
203
Иванов P.H. Именем Союза, с. 127. 
204
РГВИА, ф. 3642, оп.1, д.7, л.74-74об. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə