Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   37   38   39   40   41   42   43   44   ...   90

81 
 
istehkam  rəisinin  xidməti,  oberkvartirmeyster  xidməti,  növbətçi  zabit  şöbəsi,  коrpusun  tibb  xidməti  və  baytar 
həkim xidməti.
220
 
Hissələrdə  təlim  bölmələri  və  Müsəlman  təlim  batareyası  təşkil  edilirdi.  Korpusun  hərbi  məhkəməsinin 
sədri polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman Korpusunun xidmət və 
məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradılmışdı.
221
 
1918-ci  il fevralın 24-də  Bakıda  1-ci  müsəlman  atıcı  alayının  təşkil edilməsi  üçün  bura  gəlmiş  general-
mayor  Xəlil  bəy  Talışinski  və  qərargah  zabitləri  vağzalda  bolşeviklər  tərəfindən  həbs  edildilər.  Bu  müsəlman 
əhalisində  о  dərəcədə  böyük  narazılığa  səbəb  oldu  ki,  bolşeviklər  onları  azad  etdilər.  X.Talışinski  və  onun 
zabitləri  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  "İsmailiyyə"  binasında  fəaliyyətə  başladılar.  "Səadət"  məktəbinin 
zirzəmisində  patron  sexi  açıldı,  könüllülər  toplandı.  Lakin  bolşevik-erməni  qüvvələrinin  cəmləşdiyi  Bakıda 
yalnız iri, tam hazırlıqlı hərbi hissə ilə fəaliyyət göstərmək olardı. Silah-sursatı olmayan, əsasən könüllülərdən 
təşkil  edilməyə  başlayan  hərbi  hissəni  belə  şəraitdə  yaratmaq  qeyri-mümkün  idi.  Bu  səbəbdən  korpusun 
hissələrinin aşağıdakı dislokasiya  sxemi tərtib edilmişdi (Əli ağa  Şıxlinskinin  11 mart  1918-ci il 58 saylı əmri 
ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci 
müsəlman  nişançı  alayı  Qubada,  1-ci  müsəlman  nişançı-topçu  briqadasının  rəhbərliyi  və  1-ci  divizionu, 
İstehkam  taboru,  Müvəqqəti  Milli  hərbiyyə  məktəb  Yelizavetpolda  (Gəncədə),  6-cı  müsəlman  nişançı  alayı 
İrəvan  quberniyasında  (qərargahı  Naxçıvanda),  7-ci  müsəlman  nişançı  alayı  Nuxada,  8-ci  müsəlman  nişançı 
alayı Abbastumanda (Şərqi Gürcüstan), 2-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu 
Naxçıvanda,  Müsəlman  süvari-topçu  batareyası  Lənkəranda,  2-ci  Tatar  süvari  alayı  Ağdamda.
222
  Silah  və 
sursatın,  komanda  heyətinin  çatışmadığı  şəraitdə  belə  dislokasiya  sxemi  ilə  korpusun  təşkili  işi  daha  da 
çətinləşirdi.  Bütün  hərbi  hissələrin  bir  ərazidə,  2-3  təlim  mərkəzlərində  təşkil  edilib  bölgələrə  göndorilməsi   
məqsədə   uyğun   olardı, lakin mövcud hərbi-siyasi vəziyyət yuxarıda göstərilən sxemin tətbiqini tələb edirdi. 
Hərbi  hissələr  təlimlə  bərabər  yerləşdiyi  ərazilərdə  əmin-amanlığı  qorumalı,  bolşevik-erməni  dəstələrinin  
irəliləməsinə  imkan verməməli idilər. 
1918-ci  ilin  əvvəllərindən  başlayaraq  rus  hissələrinin  tərksilah  edilməsi  prosesinə  Tatar  süvari  alayının 
qoşulması  nəticəsində  iri  hərbi  hissələri  tərksilah  etmək  mümkün  olmuşdu.  Şəmkir  stansiyasında  baş  vermiş 
hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində 
eşelonlar  silahı  təhvil  vermək  məcburiyyətində  qaldı.  Toplanan  silahlar  könüllülərdən  təşkil  edilən  korpusun 
yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər. 
Beləliklə,  1918-ci  ilin  martında  –  Müsəlman  Korpusu  hissələrinin  formalaşmaqda  olduğu  vaxt,  yeganə 
hazır  qüvvə  Tatar  süvari  alayı  idi.  Lakin  alay  cəmi  600-ə  yaxın  süvaridən  ibarət  idi,  onların  da  bir  qismi 
Lənkəran,  Bakı  və  Şamaxıda  yaradılan  hərbi  hissələrdə  təlimatçı  kimi 
çalışırdılar.  Bakı Sovetinin  bolşevik-erməni qüvvələrinin  qarşısını  almaq üçün 
bu  kifayət  etmirdi.  1918-ci  ilin  mart-aprel  aylarında  Bakıda,  daha  sonra 
Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən 
azərbaycanlı  əhalinin  soyqırımı  həyata  keçirilərkən,  bu  məntəqələrdə  olan 
könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər. 
Müsəlman  Korpusunun  təşkilini  sürətləndirmək  üçün  Zaqafqaziya 
hökuməti  100  min  rubl,  2  təyyarə,  1  zirehli  qatar,  silah  və  sursat  ayırmağa, 
kömək üçün gürcü hərbi hissələrini göndərməyə söz vermişdi. Əslində 1 zirehli 
qatar,  az  sayda  atıcı  silahlar,  bir  gürcü  bölüyü  göndərildi.  Buna  baxmayaraq, 
bolşevik-erməni  təcavüzünün  qarşısını  almaq  üçün  dəstə  təşkil  etmək  qərarı 
qəbul  edildi.  Dəstə  polkovnik  L.Maqalovun  rəhbərliyi  ilə  təşkil  edilmiş,  onun 
tərkibinə  Müsəlman  Korpusunun  qüvvələri  qatılmışdı.  Bilavasitə  Maqalovun 
tabeçiliyində  Tatar  süvari  alayı,  7-ci  və  8-ci  müsəlman  nişançı  alaylarından 
toplanmış  bir  müsəlman  nişançı  alayı,  pulemyot  komandası,  Milli  hərbiyyə 
məktəbinin  müdavimləri,  1  zirehli  qatar  və  gürcü  bölüyü  var  idi  (təxminən  2  min  nəfər,  4  top,  6  pulemyot,  1 
zirehli  qatar).
223
  Könüllülərdən  təşkil  edilmiş      süvarilər  (təxminən  3  min  nəfər)  toplanaraq  İsmayıl  хаn 
Ziyadxanlının tabeçiliyinə verildi. Quba, Xaçmaz, Dəvəçidə yaradılmaqda olan hissələrin könüllüləri Bakıdan 
çıxan  könüllülərlə  birləşərək  1-2  min  nəfər  təşkil  etdi.  Bu  qüvvə  imam  N.Qosinskinin  göndərdiyi  qüvvə  ilə 
birləşdi,  lakin  Qosinskinin  döyüşçüləri  aprelin  8-10-da  döyüşlərdə  iştirak  etsələr  də,  Xırdalana  çatar-çatmaz 
Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.
224
 
                                                           
220
 Süleymanov M.S. Azərbaycan Ordusu, s.33. 
221
Süleymanov M.S. Azərbaycan Ordusu, s.34. 
222
Süleymanov M.S. Azərbaycan Ordusu, s.54-55. 
 
223
Кадишев А.Б.Интервенция и гражданская война в Закавказье. Москва, 960,  с.90. 
224
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.64-65. 


82 
 
İsrafil  bəy  İsrafilov  xatirələrində  yazır  ki,  "Tatar  süvari  alayı  gənc  respublikanın  yeganə  yaxşı  təşkil 
edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr 
və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli 
başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..." 
Bakı Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil 
edilməmiş,  ümumiyyətlə  Korpus  ayrı-ayrı  bölmələr  şəklində  (alay-tabor-bölük)  vuruşmuşdur.  Məhz  bu  amil 
Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoymuşdur. 
 
 
 
5.4. Qafqaz Ġslam Ordusunun iyun-iyul aylarında quruluĢu 
 
Ənvər  paşanın  Azərbaycanla  bağlı  planı  burada  yerli  qüvvələr  hesabına  türk  zabitlərinin  köməyi  ilə 
tərkibində  3  piyada diviziya  (hər)  birində  3  piyada alay)  olan  1  korpus  yaratmaq  idi.  Nuru  paşa  Mosulda 6-cı 
Ordu  komandanlığından  149  zabit  və  məmur,  488  gizir  və  əsgər  seçərək  onlardan  təlimatçılar  kimi  istifadəni 
planlaşdırırdı. Aprelin 5-də Ənvər paşa tərəfindən təsdiqlənmiş Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə 
aid  Təlimnamə  də  bunu  təsdiqləyir.  Nuru  paşa  Mosul-Təbriz-Naxçıvan  marşrutu  ilə  hərəkət  edərkən 
Naxçıvanda,  Or-dubadda,  daha  sonra  Cəbrayıl,  Ağdam,  Tərtər  və  Yevlaxda  bir  neçə  osmanlı  zabitini  
yerləşdirərək  onlara yerli konüllülərdən ibarət dəstələr yaratmağı  tapşırırdı.
225
 Bir çox  yerlərdə  əhali I Dünya 
müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr 
təşkil  etmişdilər.  Nuxada Bədri  və  Sidqi  əfəndilər,  Zaqatalada  Həqqi  əfəndi  və  Ələddin  əfəndi  belə  dəstələrin 
komandirləri  idi.  Lakin  Nuru  paşanın  üzləşdiyi  reallıq  planları  pozdu.  Bakı  Soveti  qoşunları  sürətlə  irəliləyir, 
Müsəlman Korpusunun kiçik hərbi qüvvələri onun hərəkət sürətini nisbətən ləngitsə də, qarşısını ala bilmirdi. 
Könüllülərdən yaradılan hərbi hissələr silah və sursatla təmin edilməmiş, təlim keçməmiş, zabit heyəti demək 
olar ki, yox idi. Belə şəraitdə təlimatçılar vasitəsi ilə hərbi hissələrin yaradılması prosesi çox vaxt tələb edərdi. 
Nuru  paşa  teleqramlarının  birində  xəbər  verirdi  ki,  Müsəlman  Korpusunda  1000-ə  yaxın  döyüşçü  var,  bu  isə 
göstərir ki, toplanan könüllü dəstələri о real qüvvə kimi heç nəzərə almırdı.
226
  Belə  vəziyyətdə   məhz   nizami   
osmanlı   qoşunlarının göndərilməsi ehtiyacı açıq-aydın görünürdü. Bu qüvvələr komandanı Vehib paşa olan 3-
cü Ordu tərkibindən götürülməli idi. 
İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə 
birbaşa  hərbi  qüvvələrin  göndərilməsinə  imkan  yaratdı.  İyunun  əvvəllərindən  Azərbaycana  3-сü  Osmanlı 
ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət 
idi. Dəstə QİO-nun avanqardı rolunu oynayırdı. 
Qafqaz  İslam  Ordusu  tərkibində 
Osmanlı  qoşunları  5-ci  Qafqaz  firqəsi 
(diviziya)  ilə  təmsil  olunmuşdular.  Əvvəllər 
3-cü  Ordunun  (komandan  Vehib  paşa) 
tərkibində  olan  firqə  aşağıdakı  quruluşa 
malik idi: üç piyada alay (9-cu, 10-cu, 13-cü 
alaylar),  bir  süvari  alayı  (mürəttəb  2-ci 
süvari  alayı),  bir  topçu  alayı  (5-ci  Qafqaz 
səhra topçu alayı) və əlavə hissələr.
227
 
Hər  piyada  alayında  üç  piyada  tabor, 
bir  pulemyot  (makinalı  tüfəng)  bölüyü  var 
idi. 9-cu piyada alayı (komandir minbaşı Cəmil Cahid bəy sonra qaimməqam Həmdi bəy) 25-ci, 26-cı və 27-ci 
piyada taborlarından ibarət idi. 10-cu piyada alayı (komandir qayməqam Osman bəy, sonra Dəmirəli bəy) 28-ci, 
29-cu və 30-cu piyada taborlarından ibarət olmuşdur. Üç tabordan (4-cü, 46-cı, 60-cı piyada taborları) ibarət 13-
cü piyada alayının komandiri qayməqam Əhməd Riza bəy idi. 
19-cu və 42-ci süvari bölüklərdən ibarət olan mürəttəb 2-ci süvari alayının komandiri minbaşi Zehni bəy 
idi. 
5-ci  Qafqaz  səhra  topçu  alayı  (komandir  minbaşı  Abdulla  bəy)  iki  topçu  taborundan  ibarət  olmuşdur 
(Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4-
cü və 5-ci batareyalardan təşkil edilmişdi. 
                                                           
225
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.230-231. 
226
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.107-108. 
227
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.119-120. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə