Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

85 
 
bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.
238
 Əli ağa Şıxlinskinin 
27  iyun  tarixli  189  saylı  əmri  göstərir  ki,  Korpusun  tərkibində  115  saylı  sanitar  qatarı,  Yelizavetpol 
stansiyasındakı 200 nəfərlik lazaret mövcud olmuş, həmçinin döyüşlərdə bir Azərbaycan zirehli qatarı da iştirak 
etmişdir.
239
 
Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə 
göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən 
gənclər  doğulduqları  yerdən  asılı  olmayaraq  hərbi  hissələr  arasında  bölüşdürülürdülər:  Gəncədən  çağırılmış 
əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə çiyin-çiyinə 
vuruşurdu. 
Toplanmış  könüllülərin  Azərbaycan  hissələrinə  bölüşdürülməsi  isə  ərazi  prinsipi  əsasında  aparılırdı: 
Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, Şuşa və Qarabağ qəzasından - 
2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1-
ci  və  2-ci  süvari  bölüklərinə,  Cavanşir  qəzasından  -  4-cü  piyada  alayının  3-cü 
taborunun formalaşdırılmasına göndərilirdi. 
Toplanma  işi sürətlə  gedirdi:  misal üçün,  iyulun  2-dən  29-dək  Ağdamda  462 
nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028 
nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində 
472  piyada  və  245  süvari,  Tərtər  dəstəsində  245  süvari  var  idi.  Təkcə  Cəbrayılda 
könüllülər yığmaq olmurdu. Raportlarda bunun səbəbi belə açıqlanırdı: "hər bir kənd 
digəri ilə ədavətdədir və qan davası aparır".
240
 
Ənvər  paşa  Əlimərdan  bəy  Topçubaşovla  görüşündə  könüllülərin 
toplanmasından xəbəri olmasını göstərmişdir: "Mənə məlumdur ki, çağırışda böyük 
çətinlik  olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır.  Qafqaz müsəlmanları 
əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər. 
Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".
241
 
Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO 
hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilmişdi. 
Erməni  təhlükəsi  olan  kəndlərdə  Akıncı  dəstələri  təşkil  edilməli  idi:  150  nəfərlik  bölüklərə  bölünmüş 
dəstəyə nüfuzlu şəxs rəhbərlik  edir, döyüşçülər öz evlərində yaşasalar  da mütəmadi  təlim keçir və siqnal olan 
döyüşə çağırılırdılar. 
Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub, 
lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb 
edilirdi.
242
 
Avqustda  qoşunların strukturunda  növbəti  dəyişikliklər  aparıldı.  Ətrafında  olan  bəzi  ilhaqçılar  sonradan 
Azərbaycanın  Türkiyəyə  qatılacağını  bildirərək  Azərbaycan  milli  hissələrinin  yaradılmasının  zərərli  olmasını 
gənc  və  siyasi  cəhətdən  təcrübəsiz  olan  Nuru  paşaya  təlqin  etmək  istəyirdilər.  Digər  tərəfdən  Azərbaycan 
Korpusunda  zabit  heyəti  sıralarında  rusların  çox  olması,  bütün  hərbi  yazışmanın  və  sənədləşmənin  hətta 
azərbaycanlı  zabitlər  tərəfindən  də  rus  dilində  aparılması  (azərbaycanlı  zabitlər  rus  ordusu  sıralarında  xidmət 
etmiş və bu dildə hərbi təhsil almışdılar) Nuru paşanın narazılığına səbəb olan məqamlar idi. 
Nəticədə  1918-ci  il  avqustun  2-də  Nuru  paşa  Qafqaz  İslam  Ordusu  tərkibində  Azərbaycan  hissələrinin 
yaradılması  barəsində  əmr  verdi.  Əmrə  əsasən  iki  diviziyadan  (firqə)  ibarət  korpus  yaradılmalı  idi  və  korpus 
Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3-
cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot 
bölüyü,  depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.
243
 
 
1918-ci  il  avqustun  13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun 
20-də Nuru paşanın əmri ilə 124 azərbaycanlı  zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi 
əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin 
saxlanılmasına  yönəlmişdi.  Qərargahlar    ləğv    ediləndən    sonra        etibarlığı  şübhə  doğuran  qeyri-  müsəlman 
zabitlər  uzaqlaşdırılmış,  azərbaycanlı  zabitlər  isə  Azərbaycan  və  Osmanlı  hərbi  hissələrinə  təyinat  almışdılar. 
İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə 
zirehli qatara komandanlıq edirdim". 
 
                                                           
238
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.173-174. 
239
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127. 
240
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.174-175. 
241
Топчубашев А. Дипломатические беседы в Стамбуле (1918-1919). Баку,1994, с. 17. 
242
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.175. 
243
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.129-130. 


86 
 
 
 
5.6. Bakıya son hücum ərəfəsində Qafqaz Ġslam  
Ordusunun quruluĢu 
 
Müasir  tarixşünaslıqda  Qafqaz  İslam  Ordusunun  quruluşu  və  say  tərkibi  göstərilərkən  Bakıya  hücum 
zamanı  mövcud  olan  maksimum  sayda  hərbi  hissələr  göstərilir  və  döyüşlərin  elə  birinci  günündən  bütün  bu 
hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun -avqust döyüşlərində Osmanlı qoşunlarından yalnız 
5-ci Qafqaz piyada firqəsi iştirak etmişdir, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir 
və elə hissə-hissə də döyüşə qatılırdılar. Sovet tarixşünaslığı  Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum 
zamanı  isə  əlavə  olaraq  üç  diviziyanın  iştirak  etməsini  göstərirdi.  Halbuki  tarixi  sənədlər  sübut  edir  ki, 
Azərbaycanda  cəmi  iki  Osmanlı  piyada  diviziyası  (firqəsi)  olmuş,  onlardan  5-ci  Qafqaz  piyada  firqəsi  ilk 
günlərdən  vuruşmuş,  15-ci  piyada  firqə  isə  yalnız  sentyabrın  9-10-da  Bakı  ətrafına  gəlmiş  və  təkcə  Bakı 
uğrunda döyüşdə iştirak etmişdir. Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı piyada 
firqələri  iştirak  etmişdilər,  lakin  onun  36-cı  diviziya  ilə  bağlı  mənbə  göstərməməsi  bu  məlumatı  şübhə  altına 
alır.
244
 Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir. Misal 
üçün,  "Гражданская  война  и  военная  интервенция  в  СССР"  enklopediyasında  Bakıya  hücum  ərəfəsində 
türklərin 2 piyada diviziyası, iyulun sonlarında daha iki diviziyası, və nəhayət, avqustun əvvəllərində daha üç 
diviziyanın gəlməsi və beləliklə Bakıya hücumda 7 (!) türk diviziyasının iştirakı bildirilir.
245
 
5-ci  Qafqaz  piyada  firqəsi  ilə  eyni  quruluşa  malik  15-ci  piyada  firqə  döyüşlərin  Bakı  ətrafında  getdiyi 
vaxt  QİO-nun  tərkibinə  qatılmışdı.
246 
Firqənin  komandiri  miralay  Süleyman  İzzət  bəy,  Ərkani-Hərb  rəisi 
minbaşı  İhsan  bəy  idi.  Azərbaycan  sərhəddini  keçəndə  firqənin  tərkibində  olan  38-ci  piyada  alayına  miralay 
Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy rəhbərlik edirdilər. Bununla 
belə,  toplanmış  döyüş  təcrübəsi,  yeni  gəlmiş  hərbi  hissələr  arasında  döyüşlərdə  iştirak  etmiş  hərbi  hissələr 
yerləşdirmək  istəyi,  çoxsaylı  azərbaycanlı  könüllülərdən  maksimum  yararlanmaq  zərurəti  15-ci  piyada 
firqəsinin tərkibində dəyişikliyə səbəb oldu. 
1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi, 
15-ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib). 
5-ci  Qafqaz  piyada  firqəsi  (komandan  mirliva  Mürsəl  paşa,  qərargah  rəisi  Rüştü  bəy),  4  piyada  alayı 
(onlardan  üçü  əvvəllər  5-ci  firqənin  tərkibində  olanlar  idi,  biri  isə  106-cı  Qafqaz  piyada  alayından 
götürülmüşdür), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyada və süvari alayların strukturunda dəyişklik 
baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra 
topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci 
səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları 
aid idi. 
15-ci piyada firqəsi
247
 (komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və 
107-ci  piyada  alayları),  Zehni  bəy  müfrəzəsi,  Tevfiq  bəy  Müfrəzəsi  (Maştağı  könüllülər  milisi),  15-ci  topçu 
alayından  və  əlavə  hissələrdən  ibarət  olmuşdur.  Firqə  Rumıniyada  yerləşərək  Konstansadan  dəniz  yolu  ilə 
Batuma,  sonra  Gümrüyə  gətirilmişdi.
248
 Piyada  alayların  quruluşu  5-ci  firqənin  alayları  ilə eyni  idi (üç piyada 
taboru).  Zehni  bəy  müfrəzəsi  bir  Osmanlı  süvari  alayı  (iki  bölükdən  ibarət  mürəttəb  2-ci  süvari  alayı),  iki 
Azərbaycan  süvari  alayı  (üç  bölükdən  ibarət Tatar  süvari  alayı  və  üç  bölükdən  ibarət  Ləzgi  süvari      alayı) və 
heyətləri azərbaycanlılardan olan iki dağ topundan ibarət olmuşdur. Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər 
milisi) üç alay şəklində toplanmış  
 
                                                           
244
Лудшувейт Е.Ф. Турция в годы первой мировой войны 1914-1918 г. Москва, 1966, с.236. 
245
Гражданская война. Энциклопедия, с.145. 
246
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.276.
 
247
15-ci firqə «Çanaqqala firqəsi» adı ilə aşağıdakı əsərdə göstərilir: Лудшувейт
 Е.Ф. Турция, c.238. 
248
Görüryılmaz M. Türk Kafkaz, s.79. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə