Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

90 
 
edilməli  idi.  Təşkilati  işlər  Tiflisdə  həll  ediləndən  sonra  məktəb  Bakıya  köçməli  idi,  lakin  Bakıda  olan  hərbi-
siyasi  vəziyyətin  kəskinliyinə  görə  məktəb  Yelizavetpola  köçdü  və  burada  fəaliyyətə  başladı.  Martın  1-də 
poruçik  Nəsirbəyov  Milli  Hərbiyyə  məktəbinin  rəisi  təyin  edildi.  Yelizavetpolda  bu  məktəb  əvvəlcə  indiki 
Dəmir  yolu  məktəbinin,  sonra  isə  Sənət  məktəbinin  binasında  yerləşdirildi.  1918-ci  ilin  aprel  döyüşlərində 
komandirlərin  çatışmazlığına  görə  məktəb  bağlandı,  yunkerlər  öz  müəllimləri  ilə  L.Maqalovun  dəstəsi 
tərkibində Bakı Soveti qoşunlarına qarşı döyüşlərdə iştirak etməyə başladılar.
256
 
Osmanlı  qoşunları  Azərbaycana  gəldikdə  Müsəlman  Korpusunun  zabit  və  unter  -  zabit  çatışmazlığı 
problemi  həll  edilməmişdi.  Doğrudur,  eyni  din  və  dildən  olan  türk  zabit  və  çavuşları  azərbaycanlı  əsgərlərlə 
tezliklə  təmas  yaradaraq  onların  tam  etimadını  qazanmış,  onlara  tapşırılan  hərbi  bölmə  və  hissələri  döyüşə 
aparmışdılar. Lakin onlar az sayda idi, çünki Nuru paşanın özü ilə gətirdiyi sırf təlim məsələləri ilə məşğul olan, 
könüllülərdən,  sözün  tam  mənasında,  əsgər  hazırlayan  zabit  və  unter  -  zabitlərin  sayı  minlərlə  azərbaycanlı 
könüllüsünün təlimi üçün nəzərdə tutulmamış,  üstəlik onun tabeçiliyində olan komandir  heyətinin bir qismini 
Nuru  paşa  döyüşən  hissələrə  göndərib  itkiləri  bərpa  etməyə  məcbur  olmuşdur.  Nuru  paşa  qeyri-müsəlman 
zabitlərin Azərbaycan hərbi hissələrində çoxsaylı olmasına şübhə ilə yanaşır, müxtəlif vasitələrlə (ən çox Xüsusi 
Azərbaycan  Korpusu  yaradılarkən  və  digər  struktur  dəyişiklikləri  edilərkən)  onların  sayını  azaltmağa 
çalışmışdır. Doğrudur, hətta ingilis qoşunlarının komandanı general Denstervil yazırdı ki, Qafqaz İslam Ordusu 
tərkibində vuruşan rus    zabitlərinin   sayı   Sentrokaspi    Diktaturasında    vuruşan   rus zabitlərinin sayından 
çoxdur.
257
 
Komandir  çatışmazlığı  problemini  həll  etmək  üçün  Nuru  paşa  iyun  ayının  sonlarında  Gəncədə  miralay 
Atif  bəyin  rəhbərliyi  ilə  Milli  Нərbiyyə  məktəbi  təşkil  etmişdir.  Məktəbdə  6  aylıq  hazırlıqdan  son  taqım 
komandirləri  hazırlanmalı  idi  (məktəbin  ilk  buraxılışı  Bakının  azad  edilməsindən  sonra  oldu).  Əhaliyə 
bildirilmişdi  ki,  burada  oxumaq  istəyənlər  Azərbaycan  Hərbi  Nazirliyinin  Əxzi  -  Əsgər  şöbələrinə  müraciət 
etməlidirlər. İlk olaraq 100 nəfər müdavim toplamaq planlaşdırılmışdı, lakin arzu edənlərin sayı olduqca çox idi. 
Ona  görə də avqustda Ehtiyat  Zabit Namizədləri Təlimgahı yaradıldı.  Burada 4 ay ərzində çavuş  hazırlanmalı 
idi. Təlimgaha 400 nəfər qəbul edilmiş, onların buraxılışı 1918-ci ilin oktyabr ayında olmuşdur.
258
 
Beləliklə,  istər  Müsəlman  Korpusu  (sonra  Xüsusi  Azərbaycan  Korpusu),  istərsə  də  Osmanlı  hərbi 
hissələri I Dünya müharibəsi və ya ondan əvvəl hazırlanmış zabit və unter - zabit (çavuş) kadrlarla döyüşlərdə 
iştirak etməli olmuşdular. 
Azərbaycanlı  zabitlərin  aldığı  təhsil  və  keçdiyi  döyüş  yolu  çar  ordusunun  hərbi  təhsil  sisteminə 
əsaslanırdı. Onlar əksər hallarda Tiflis və ya Peterburqun hərbi məktəblərində təhsil alandan sonra Rusiya çar 
ordusunun tərkibində xidmət etmiş, imperiyanın apardığı müharibələrdə, əsasən 1900-1901-ci ildə Çinə yürüş, 
1904  -1905-ci  illər  Rus-Yapon  müharibəsi  və  I  Dünya  müharibəsində  döyüş  təcrübəsi  toplamışdılar.  Nadir 
hallarda  əvvəlcə  əsgər  və  ya  unter  -  zabit  kimi  xidmət  edən  şəxs  sonralar  hərbi  məktəbə  daxil  olaraq  zabit 
rütbəsinə layiq  görülmüşdü.  Аli  Qərargahın  Nikolayev  Hərbi  Akademiyasını  bu  dövrdə  baş  verən  hadisələrin 
iştirakçılarından təkcə bir nəfər - Həbib bəy Səlimov bitirmişdi. Akademiyada verilən biliklər irimiqyaslı hərbi 
hissələrin  döyüş  fəaliyyətini  təşkil  etməyə,  qoşun  birləşmələrini  idarə  etməyə  imkan  verirdi.  Hərbi  məktəbi 
bitirəndən sonra Ali Qərargahın Nikolayev Hərbi Akademiyasına qəbul olmaq istəyən zabit əvvəlcə qoşunlarda 
xidmət  etməli,  bilik  və  bacarığı  ilə  seçilməli,  təltif  edilməli  və  nəhayət  xüsusi  çətinliyi  ilə  seçilən  imtahanlar 
verməli idi. Beləliklə, akademiyanı bitirmiş şəxs həm təcrübəyə, həm də nəzəri biliklərə malik olurdu. 
Osmanlı zabitlərin aldığı təhsil və keçdiyi döyüş yolu standart idi. Belə ki, hərbçi olmaq istəyən şəxs orta 
hərbi  təhsilin  I  pilləsini təşkil  edən "rüşdiyə"  hərbi  məktəbini  bitirməli idi.  Osmanlı  dövlətinin  hər  bölgəsində 
yaradılan  belə  məktəblər  çoxsaylı  olsalar  da  burada  əsasən  ilkin  hərbi  biliklər  öyrədilir,  faktiki  olaraq  taqım 
komandirləri hazırlanırdı. Orta hərbi təhsilin II pilləsini hərbi lisey (Askeri İdadəsi) təşkil edirdi. Dövlətdə cəmi 
7 belə məktəb mövcud idi və buranı bitirən şəxs,   hərbi təhsilli hesab olunurdu. Hərbi təhsilin ali mərhələsinin 
İstanbul Harb Akademisi təşkil edirdi ki, burada təhsil iki pilləli idi. Birinci   pilləni   bitirən   şəxs   qoşunlara   
göndərilir,      sonralar      alay  komandirinədək  yüksələ  bilərdi.  Akademiyada  ikinci  pillə  Ərkani-Hərbin  (Baş 
Qərargahın)  sinifləri  hesab  edilirdi.
259
  Belə  ki,  birinci  pilləni  uğurla  bitirən  şəxs  siniflərə  qəbul  edilir,  oranı 
bitirərək birbaşa (qoşunlarda  xidmət etmədən) kapitan rütbəsini alaraq qərargah vəzifələrinə göndərilirdi. İstər 
osmanlı,  istərsə  də  xarici  müəlliflər  qeyd  edirdilər  ki  osmanlı  hərbi  təhsil  sisteminin  zəifliyi  nəzəriyyə  və 
təcrübənin  bir  -  birindən  ayrı  olması  idi.  Belə  ki,  qoşunlarda  xidmət  edən  zabitlərin  nəzəri  hazırlığı  zəif  idi, 
qərargahlarda xidmət edən zabitlərin əksəriyyətinin isə qoşunların döyüş xidmətinin təşkilindən xəbəri az idi. 
1912-ci  il  uğursuz  Balkan  müharibələrindən  sonra  ölkədə  hərbi  islahatlar  keçirən  Ənvər  paşa  və  onun 
silahdaşları zabit heyətinin "gəncləşməsinə" (yeni növ silahlar və müharibə üsulları ilə tanış olan gənc zabitlər 
                                                           
256
Yenə orada s.50.
 
257
Денстервиль, c.70, 92. 
258
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.259-260. 
 
259
Ушаков А. Феномен Ататюрка. Москва, 2002, с.16-17. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə