Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

92 
 
Şıxlinskinin əynində hələ də rus uniforması və çarın nişanları var idi. Xəlil paşa ona bir Türk nişanı bağışladı və 
rus ordusundakı rütbəsinə uyğun "Tümgeneral" rütbəsi və türk uniforması geyinmək icazəsini verdi. Atlarından 
birini ona hədiyyə etdi".
265
 
1918-ci  ilin  noyabr  ayında  türk  qoşunları  Azərbaycandan  çıxarıldı.  Azərbaycan  Ordusunda  Şıxlinski 
Hərbi nazir Mehmandarovun müavini təyin edildi. Müstəqil Azərbaycan ordusunun yaradılmasında onun böyük 
əməyi olmuşdur. 1919-cu ildə ona tam artilleriya generalı rütbəsi verilmişdir. 1920-ci ildə müstəqil dövlətimiz 
süquta uğrayanda Şıxlinski vətəndə qalmaq qərarına gəldi. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra 
N.Nərimanovun səyləri ilə azad edildi və Mehmandarovla bərabər Moskvaya göndərildi. Qızıl Ordunun Dai-mi 
Artilleriya  Komissiyasının  üzvü  seçilən  Şıxlinski,  həmçinin  Ali  Artilleriya  Məktəbində  sovet  artilleriya 
zabitlərinə dərs demiş, Artilleriya Nizamnaməsi hazırlayan komissiyanın işində yaxından iştirak etmişdir. 1921-
ci  ildə  N.Nərimanov  və  Ə.Qarayevin  xahişi  ilə  Bakıya  qaytarılan  Şıxlinski  Bakı  qarnizonu  Hərbi-Elmi 
cəmiyyətinin  sədr  müavini  olmuş,  Sovet  Azərbaycan  Ordusunun  Qərargahında  işləmiş,  Azərbaycan 
Komandirlər  məktəbində  dərs  demişdir.  1928-1929-cu  illərdə  o,  Azərbaycanda  ilk  hərbi  jurnal  olan  "Hərbi 
bilik"  jurnalını  nəşr  etdirmişdir.  Tərcümə  fəaliyyəti  ilə  məşğul  olan  Şıxlinski  hərbi  lüğət  tərtib  etmişdir. 
Ömrünün son illərində öz xatirələrini qələmə alan Şıxlinski "Mənim xatirələrim" kitabını yazmışdır. Bu kitab 
müəllifin vəfatından sonra, 1944-cü ildə işıq üzü gördü. Ə.Şıxlinski 1943-cü ildə Bakı şəhərində vəfat edib.
266
 
General-mayor  Xəlil  bəy  Talışxanov  (bəzi  sənədlərdə  Talışinski)
267
  barəsində  məlumat  olduqca  azdır. 
Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə 
general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-
ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilir. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq 
məqsədi  ilə  dərhal  Bakıya  yollanması  vətənpərvərliyi və  igidliyindən  xəbər  verir.  Bakı  Soveti  tərəfindən həbs 
edilib,  azərbaycanlı        əhalinin        narazılığı  nəticəsində        azad        edilən Talışxanov  alayın  təşkilinə  başlamış,   
pərakəndə  dəstələri  birləşdirmiş,  "Səadət"  məktəbinin  zirzəmisində  patron  sexi  yaratmışdır.  Onun  yaratmaqda 
olduğu alayın hissələri Bakıda mart   qırğınları zamanı  bolşevik-erməni   qüvvələrinə   qarşı inadlı müqavimət 
göstərmiş  və    müqavimət  sayəsində  dinc  əhalinin  bir  qisminin  Abşeron  kəndlərinə    çəkilməsini  təmin  etmək 
mümkün olmuşdur.  Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur. 
General-mayor  Ağausubovun  kimliyini  müəyyənləşdirmək  olduqca  çətindir. 
Belə  ki,  axtarışlar  zamanı  "Ağausubov"  soyadı ilə çar  ordusunda  I  Dünya  müharibəsi 
dövründə  general  rütbəsinədək  yüksəlmiş  şəxs  barəsində  hələlik  məlumat  əldə  edə 
bilməmişik.  Üstəlik  nə  Əlahiddə  Azərbaycan  Korpusu,  nə  də  Azərbaycan  Ordusu 
tərkibində  belə  generalın  adına  rast  gəlməmişik.  Lakin  istər  çar  ordusunun,  istərsə  də 
Azərbaycan Ordusunun sənədlərində general-mayor İbrahim ağa Usubovun adı çəkilir. 
Zənnimizcə, Müsəlman Korpusuna aid sənədlərdə 2-ci müsəlman nişançı diviziyasının 
komandiri kimi göstərilən general-mayor Ağausubov I Dünya müharibəsinin iştirakçısı 
general-mayor  İbrahim  ağa  Usubov  ola  bilərdi.  Hər  halda,  rusdilli  sənədlərdə  titul  ilə 
soydanın  birgə  göstərilməsi  о  dövr  üçün  xarakterik  idi  (misal  üçün,  Hüseyn  xan 
Naxçıvanski  bütün  sənədlərdə  "Xan  Naxçıvanski"    kimi  göstərilirdi).  General-mayor 
İbrahim ağa Usubov 1875-ci ildə anadan olub, Tiflis kadet korpusunda və 2-ci Konstantinov hərbi məktəbində 
təhsil  alıb.  Piyada  hissələrin  tərkibində  Rusiya-Yaponiya  müharibəsində  iştirak  edib.  I  Dünya  müharibəsi 
başlayanda  kapitan  Usubov  122-ci  Tambov  piyada  alayında  tabor  komandiri  idi.  1914-cü  ilin  dekabrında 
Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif еdilib.  1915-ci ildə polkovnik rütbəsinə layiq görülüb, 1916-
cı ildə alay komandiri təyin olunub. 1917-ci ilin iyul ayında general-mayor  rütbəsinə     layiq görülərək nişançı 
briqadanın  komandiri  təyin  edilib.
268
  Rusiya  Dövlət  Hərb-Tarixi  Arxivində  qorunan  onun  şəxsi  sənədlərində 
1917-ci  ilin  avqustdan  1918-ci  ilin  noyabrınadək  harada  olması  barəsində  məlumat 
yoxdur. Nuru paşanın 1918-ci il 20 avqust əmrində  "İbrahim  paşa  Usubov"un   Ordu 
tabeliyində  qalması  göstərilir,    lakin  konkret  tapşırıq  və  ya  vəzifəsi  bildirilmir.
269
 
"Azərbaycan  Xalq  Cümhuriyyəti"  ensiklopediyasının  II  cildində    Usubovun    Əlahiddə 
Azərbaycan  Korpusu  tərkibində  xidmət  etməsi  bildirilsə  də,  tutduğu  vəzifə 
göstərilməyib.  1918-ci  ilin  noyabrında  Usubov  Azərbaycan  ordusunun  hərbi  təhsil 
müəssisələrinin rəisi və qoşunlarda atıcılıq işinin  təlimatçısı təyin edilib. 1919-cu ilin 
yanvarında  tapşırıqlar  üzrə  general,  iyulunda  isə  2-ci  piyada  diviziyasının  komandiri 
                                                           
265
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, qeyd 2. 
266
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s. 378-379; Şıxlı S. Tam artilleriya generalı Əli ağa Şıxlinski// "Xalq qəzeti", 25.05.2001.
 
267
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.391. Talışxanov (Talışinski) barəsində əlavə məlumatı bizə göndərdiyinə görə Eldar İsmayılova 
öz dərın təşəkkürümüzü bildiririk. 
 
268
Исмаилов Э.Э. Георгиевские кавалеры, с. 197-199.  
269
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.154. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə