Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

96 
 
ilə  Azərbaycana  rotmistr  rütbəsində  qayıdaraq  Müsəlman  Korpusunda  xidmət  etmiş,  1918-ci  il  iyulun  30-da 
podpolkovnik rütbəsinə layiq görülmüşdür. Qafqaz İslam Ordusu tərkibində fəaliyyəti barəsində (ümumiyyətlə 
türklərlə  bərabər  xidmət  edib  -  etməməsi  barəsində)  konkret  məlumat  yoxdur.  Azərbaycan  Ordusunda  2-ci 
Qarabağ  süvari  alayının  komandiri  vəzifəsində  xidmət  etmiş,  Qarabağda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  
1920-ci  ilin  aprelinden      sonra    Azərbaycan  komandirlər  məktəbində  rəis  müavini,  1921-1931-ci  illərdə 
Azərbaycan  dağ  –  atıcı  diviziyasının  komandiri  olmuşdur.  1931-1933-cü  illərdə  Moskvada  M.Frunze  adına 
Hərbi  Akademiyada  təhsil  almış,  1934-cü  ildə  həmin  akademiyada  ümumi  taktika  kafedrasının  rəisi  təyin 
olunmuşdur.  1935-ci  ildə  kombriq  (XX  əsrin  20-30-cu  illərində  Sovet  Ordusunda  general-mayor  rütbəsi) 
rütbəsinə layiq görülmüş, 1938-ci ildə həbs olunaraq güllələnmişdir. 
Kapitan  İsrafil  bəy  İsrafilovun  bioqrafiyası  müstəqillik  uğrunda  vuruşan  gənc  azərbaycanlı  zabitlərin 
bioqrafiyasının  nümunəsidir.  Belə  ki,  hərbi  məktəbi  bitirdikdən  sonra  çar  ordusunda  xidmət  etməyə  başlayan 
zabit  I  Dünya  müharibəsində    iştirak  etmiş,    Rumıniya  cəbhəsində  kapitan  rütbəsi  və  tabor  komandiri 
vəzifəsinədək yüksəlmişdi. QİO  tərkibində əvvəlcə könüllülərdən tərtib        edilmiş  dəstələrə, daha sonra isə 
Azərbaycan  zirehli  qatarına  komandirlik  etmiş  İsrafilov  bütün  döyüşlərdə,  о  cümlədən  Bakının  azad 
edilməsində iştirak etmiş, Osmanlı ordeni ilə təltif edilmişdir. Azərbaycan Ordusunda xidmət edən zabit 1920-ci 
ildə      sovet      hakimiyyətinə    qarşı  Azərbaycandakı  üsyanlarda  iştirak  etmiş,  onlar  yatırıldıqdan  sonra  İrana, 
Ərəbistana, Hindistana, Misirə, Türkiyəyə, oradan isə Polşaya keçmişdir. Polşa ordusuna qəbul edilərək Silahlı 
Qüvvələr  Akademiyasını  bitirmiş  İsrafilov  Polşa  Silahlı  Qüvvələri  Baş  Qərargahda  hərbi  xidmətdə  olmuşdur. 
XX əsrin 30-cu illərində Avropada çap edilən mühacir jurnallarında onun xatirələri dərc edilmişdir. 1932-ci ildə 
Parisdə "Qafqaz dağlıları" ("Горцы Кавказа") jurnalında Qafqaz İslam Ordusu ilə bağlı xatirələri çap edilib (№ 
31-34).  Girişdə  о  göstərmişdir  ki,  hələ  1923-cü  ildə Məhəmməd  Əmin  Rəsulzadə  QİO  və  Azərbaycan  ordusu 
barəsində  xatirələrini  yazmağı  ondan  xahiş  etmişdir.  1939-cu  ildə  almanlara  qarşı  döyüşlərdə  iştirak  etmiş  və 
Polşa  ordusunun  məğlubiyyətindən sonra əsir düşmüş  İsrafil  bəy Azərbaycan siyasi  mühacirlərinin köməy ilə 
alman  əsirliyindən  buraxılmışdır.  Azərbaycan  legionunun  formalaşmasını  bolşeviklərlə  vuruşmaq  şansı  kimi 
qəbul  edən  İsrafil  bəy  özü  şəxsən  Sovet  Ordusuna  qarşı  döyüşlərdə  iştirak  etmişdir.  Müharibədən  sonra  Qərb 
işğal  zonasında  olsa  da,  SSRİ-nin  müvafiq  orqanlarının  tələbi  ilə  İngiltərə-ABŞ-Fransa  hərbi  rəhbərliyi 
tərəfindən  təhfil  verilmiş  və  dərhal  güllələnmişdir.
290
  Azərbaycan  hərbi  hissələrinə  aidiyyatı  olmasa  da,  hesab 
edirik ki, hadisələrdə dəfələrlə adı çəkilmiş N.Qosinskinin bioqrafiyasına da diqqət yetirmək lazımdır. Qafqazda 
sovetlərə  qarşı  vuruşanlar sırasında     Nəcməddin      Qosinski  (Qosalı) (1859-1925)  xüsusi  yer  tutur.  Doğrudur, 
Xırdalan  istiqamətində  1918-ci  il  aprel  döyüşlərində  о  özü  iştirak  edə  bilməmiş  və  kiçik  dəstə  göndərmişdi. 
Lakin  onun  Azərbaycan  milli  qüvvələrinin  tərəfini  saxlaması  hərbi-siyasi  hadisələrə  təsir  göstərə  bilmişdi. Bu 
səbəbdən  dövrün  nüfuzlu  şəxsiyyətlərindən  olan  Qosinski  barəsində  ətraflı  məlumat  verməyi  lazım  bilirik. 
Nəcməddin  Qosinski  Dağıstan  vilayətinin  Avar  dairəsinin  Qoso  kəndində  torpaq  sahibkarı  və  vaxtilə  Şamilin 
naiblərindən  birinin  ailəsində  anadan  olmuşdur.  Mədrəsəni  bitirdikdən  sonra  o,  Dağıstan  vilayəti 
qubernatorunun  mühafizə  dəstəsinə  qəbul  edilərək  orada  xidmət  edib.  Daha  sonra  Qosinski  Avar  dairəsi,  14 
kənddən  ibarət  olan  Koysubulin  sahəsinin  naibi  təyin  edilmişdir.  1903-cü  ildə  Türkiyədə  olduqdan  sonra 
mədrəsədə  dərs  deməyə  başlayan  N.Qosinski  şərqşünaslıqla  məşğul  olmuş  və  şeirlər  yazmışdır.  Onun  yazdığı 
şeirlər  Suriya,  Türkiyə  və  Qafqazda  populyar  idi.  Tədricən  böyük  nüfuz  qazanan  Qosinski  bir  neçə  tayfa 
münaqişəsinin, həmçinin Avar və Andı camaatıyla Çeçenistan sakinləri arasında yaranan münaqişənin qarşısını 
alıb.  1917-ci  il  Fevral  inqilabını  sevinclə  qarşılayan  Nəcməddin  Qosinski    bunu    yenidən    şəriət    qayda-
qanunlarına  qayıdış  şansı  kimi qiymətləndirirdi. 1917-ci il martın 9-da Dağıstanın mərkəzi Temur Xan Şura 
şəhərində  yaradılmış  Vilayət  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvü  seçilən  Qosinski,  may  ayında 
Vladiqafqazda  keçirilmiş  Dağlı  xalqların  1-ci  Qurultayında  Dağıstan  və  Çeçenistanın  müftisi  seçilmişdir.  
Oktyabr  inqilabından  sonra  İcraiyyə  Komitəsində  bolşeviklər  çoxluq  təşkil  edərək,  Dağıstanda  Qosinskinin 
"şəriət  əleyhinə  addım"  kimi  qiymətləndirdiyi  bir  sıra  tədbirlər  həyata  keçirməyə  başladılar.  1917-ci  ilin 
dekabrında Qosinski Dağıstan və Çeçenistanın imamı seçildi, bu zaman qurultayda Şimali Qafqaz, Azərbaycan, 
Gürcüstan və   Ukraynadan gəlmiş   nümayəndələr,   kazakların   nümayəndələri də iştirak edirdi. Yeni seçilən 
imamın Qafqaz xalqlarına ünvanladığı müraciətində deyilirdi: "Allah tərəfindən qadağan edilmiş cinayətlərdən, 
qətllərdən,  oğurluqdan,  banditizmdən,  talançılıqdan  uzaq  olun.  Öz  alimlərinizə  tabe  olun,  azadlıq  və  şəriəti 
qoruya  bilən  qoşunlar  toplayın.  Bütün  xristianlara  və  digər  dinlərdən  olanlara  din  azadlığı  verin  və  rus 
qoşunlarına  zərər  yetirməyin".  Birləşmiş  Qafqaz  Dağlıları  İttifaqının  Mərkəzi Komitəsi (daha  çox "Dağlıların 
hökuməti"  kimi  tanınıb)  fəaliyyətə  başlayanda  Qosinski  müfti  vəzifəsində  çalışıb.  Təkhakimiyyətliyə  nail 
olmağa çalışan bolşeviklər bu quruma qarşı çıxdıqda 1918-ci ilin yanvarında Qosinskin 10 min nəfəlik qoşun 
toplayaraq Temir Xan Şuranı tutdu. Mart ayında o, bolşeviklərin hakimiyyətini devirdi və Petrovsk şəhərini ələ 
keçirdi, lakin Rusiyadan şəhərə gələn əlavə qüvvələr onu dağlara çəkilməyə məcbur etdi. Bu səbəbdən o, Bakını 
                                                           
290
Исрафилов И. Воспоминания об Азербайджанской армии// Зеркало, 12.10.2007, 20.10.2007, 27.10.2007. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə