Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

100 
 
çatışmazlığını  milli  burjuaziyanın  səyləri  nəticəsində  aradan  qaldırmaq  mümkün  olmuşdusa,  silah  və  hərbi 
texnika  ilə  təchizat  olduqca  zəif  idi.  Gürcü  və  erməni  milli  hissələri  hələ  müharibə  dövründə  silahla  təmin 
edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni 
hərbçilər  rus  ordusunda  hərbi  vəzifələrdən  çox  təminat  və  təchizata  cavabdeh  olan  vəzifələri  tuturdular. 
Bolşeviklər  hakimiyyətə  gəldikdə  də  Qızıl  Ordunun  silah  və  sursatla  təminatına  cavabdeh  olan  idarələrdə 
ermənilərin sayı kifayət qədər idi. ZK, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və 
sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. 1918-ci il yanvarın 7-də "Açıq söz" 
qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 
7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə 
bu  məsələ  yubadılırdı.  Yubadılmanın  səbəbi  bir  tərəfdən  rus  hərbi  hissələrinin  bolşevik  təbliğatına  uyması  və 
milli  hissələrə  silah  verməməsi  idisə,  digər  tərəfdən  ZK-nın  rus,  erməni  və  gürcü  deputatları  rus  hərbi 
hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər. Silah çatışmazlığı problemini həll 
etmək  üçün  yeganə  yol  rus  ordusunun  anbarlarına  hücumlar  təşkil  etmək  idi.  A.Səfikürdski  bildirmişdi:  ".. 
.Müsəlmanlar  günahkar deyillər  ki,  komissarlıqda  təmsil  olunan  hökumət  öz  borclarını  yerinə  yetirmədiyi  bir 
halda,  zorakı  yolla  silah  əldə  etməyə  məcburdurlar...".
304
  Nəhayət  Zaqafqaziya  Komissarlığından  tərksilah 
prosesini həyata keçirmək üçün razılıq alındı və bu prosesdə Müsəlman Milli şuralarının könüllüləri ilə bərabər 
əsas  rolu  Tatar  süvari  alayı  oynamalı  idi.  Lakin  proses  olduqca  çətin  gedirdi.  Belə  ki,  219-cu  atıcı  alay  öz 
silahlarını  Tatar  süvari  alayına  təhvil  verməli  idi  və  bu  barədə  razılıq  əldə  edilmişdi.  Lakin  bolşeviklərin 
təbliğatı  altına  düşmüş  alay  bunu  etməkdən  imtina  etdi.  Təkcə  Tatar  süvari  alayının  qətiyyəti  nəticəsində 
tərksilahı  həyata  keçirmək  mümkün  oldu,  11  pulemyot,  200-dən  çox tüfəng,  patronlar,  yük  arabaları,  bir  neçə 
əsgər  mətbəxti  və  40-a  qədər  minik  atı  ələ  keçirildi.  Lənkəranda  4-cü  və  7-ci  sərhəd  alayları  tərksilah  edildi. 
Kərim  bəy  Şaxtaxtinskinin  rəhbərliyi  altında  olan  Şahsevən 
dəstələri  İrandan  geri  qayıdan  rus  hissələrinin  bir  qismini 
tərksilah  edərək  6  pulemyot,  3  min  tüfəng,  85  min  patron,  10 
yeşik bomba (qumbara) ələ keçirdilər. Yanvarın 15-də Şahsevən 
süvariləri  Astara  Sovetinin  60  nəfərlik  dəstəsini  tərksilah 
etdilər.
305
 
Zaqafqaziya  Komissarlığı  hərbi  hissələrin  zabitləri  ilə 
razılıq əldə edir, lakin bolşeviklərin təsiri ilə rus əsgərlərinin öz 
zabitlərinə  qarşı  çıxıb  (bəzən  isə  öldürüb)  komissarların 
dedikləri  ilə  oturub-durması  razılaşmanı  pozur,  bu  isə 
gözlənilməz  hadisələrlə  nəticələnirdi.  Belə  gözlənilməz 
hadisələrdən  biri  1918-ci  ilin  yanvar  ayının  8-10-da  Şəmkir  stansiyasında  baş  verdi.  Şəmkir  dəmir  yolu 
stansiyasından  bir  neçə  eşelonun  silahları  vermədən  Bakıya  keçəcəyi  xəbərini  alan  Yelizavetpol  Müsəlman 
Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi. 
Başda  polkovnik  L.  Maqalov  olmaqla  Tatar  süvari  alayı  və  polkovnik  S.  Əfəndiyevin  rəhbərlik  etdiyi  5-ci 
Yelizavetpol  alayı  silahları  təhvil  almalı  idilər.  Zaqafqaziya  Komissarlığı  hərbi  hissələrlə  razılığın  əldə 
olunmasını bildirmiş, hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi göndərmişdi. Başda milli 
ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. Rüstəmbəyov olan Yelizavetpol 
Müsəlman Milli Komitəsinin bir çox üzvləri də tərksilahda iştirak etməli idilər.
306
 Yanvarın 6-da Qarayazı dəmir 
yolu  stansiyasına  bir  eşelon  əsgər  gəlmiş,  Ukraynadan  olan  bu 
əsgərlər  razılığa  əsasən  silahları  bir  vaqona  toplayaraq  təhvil 
vermiş,  əvəzində  ərzaq  alaraq  yola  salınmışdılar.  Dinc  yolla 
tərksilahın  başa  çatması  digər  eşelonlarla  da  problemlərin 
olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı 
stansiyasına  gələn  növbəti  eşelon  büsbütün  bolşevik  təbliğatına 
uymuş,  nəinki  öz  silahlarını  verməmiş,  hətta  əvvəlki  eşelonun 
təhvil verdiyi silahları ələ keçirməyə cəhd etmişdi.  
ZK-nın  göndərdiyi      zirehli  qatar  eşelonun  yolunu  kəsmiş, 
knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı.
307
 
Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin 
komandiri  ştab  -  rotmistr  Abxazava  aparmışdılar.  Bu  "müsəlmanlar  silahları  alandan  sonra  rusları  qıracaqlar" 
deyən  bolşevik  təbliğatının  qarşısını  almalı  idi.  Dəmir  yolu  stansiyasında  10  eşelon  düzülmüşdü.  Bu 
eşelonlardakı canlı qüvvənin bütün növ silahlara, о cümlədən toplara malik olması nəticəsində əsgərlər nəinki 
                                                           
304
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s. 43. 
305
SüleymanovM.S.Qafqaz İslam Ordusu və Azərbaycan, s.40-42. 
306
 Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.43 
307
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.44. 


101 
 
ZK-nın qərarı ilə razılaşmır,  hətta onu tanımadıqlarını,  zirehli  qatarın və digər silahların  da onlara  verilməsini 
tələb  edir,  güc  mövqeyindən  çıxış  edərək  hətta  danışıqlar  üçün  göndərilmiş  parlamentyoru  da  girov  kimi 
saxlayırdılar.  Eşelonlardan  birinin  əsgərlərini  yola  gətirmək  mümkün  oldu,  silahlar  götürüldü,  götürülmüş 
toplardan  birini  A.Səfikürdski  Yelizavetpola  apardı.
308
  Lakin  digər  eşelonlarla  dil  tapmaq  mümkün  olmadı, 
onlar zorla yolu açıb Bakıya doğru irəliləməyi planlaşdırırdılar. ZK-nın vəzifəli şəxslərindən olan N.Jordaniya 
hərbi rəhbərliklə telefon vasitəsi ilə danışıqlar aparmağa çalşsa da heç bir nəticə əldə olunmadı. Yanvarın 9-da 
danışıqlar  kəskinləşdi  və  ilk  atəş  səsləri  eşidildi.  Rus  əsgərləri  dəmir  yolu  stansiyası  və  zirehli  qatarı,  ətraf 
Azərbaycan  kəndlərini  atəşə  tutdular.  Cavab  atəşi  açıldı,  başlayan  döyüşün  gedişində  bir  neçə  mərmi  qonşu 
yolda dayanmış yanacaq eşelonuna dəydi və onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində 
hər iki tərəfdən  böyük itkilər oldu. Stansiyada 3 hərbi eşelon, iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın 
zirehli  qatarı sıradan  çıxarıldı.  Salamat  qalan  rus  eşelonları  yolu  aça  bilmədilər və  hadisələri araşdırmaq  üçün 
Şəmkirə  göndərilən  Zaqafqaziya  Komissarlığının  nümayəndə      heyəti      ilə      (rəhbər      kapitan      Strelkovski) 
danışıqları  davam  etdirdilər.
309
  F.Xoyski,  X.  Xasməmmədov,  X.Mə-likaslanov    azərbaycanlı    döyüşçülər    və  
əhaliyə  müraciət edərək təmkinli olmağa çağırdılar. Uzun danışıqlardan sonra eşelonlar 20 top, 70 pulemyot, 
15.000  tüfəng  təhvil  verərək  yola  davam  etdilər.
310
  Hadisələri  müsəlmanların  azğınlığı  kimi  qələmə  verməyə 
çalışan  bolşevik  mətbuatı  günahı  Zaqafqaziya  Komissarlığı  və  azərbaycanlıların  üzərinə  atır.  Bu  münasibət 
sovet tarixşünaslığında da öz əksini tapmışdır. Rus tərəfinin itikiləri kitabdan kitaba artırılır və 1983-cü ildə çap 
edil-miş "SSRİ-də vətəndaş müharibəsi və xarici intervensiya" ensiklopediyasında maksimum həddə çatmışdır. 
Burada  hadisələr  "Şamxor  qırğını"  adlandırılmış,  5  minədək  rus  əsgərinin  qırılması  göstərilmişdir.
311
    M. 
Süleymanovun  fikrincə,  rus  hərbi  hissələrinin  tərksilah  edilməsi  təkcə  Müsəlman  Korpusunu  silahla  təchiz 
etmək  baxımından  deyil,  həm  də  bolşeviklərin  öz  hakimiyyətlərini  Bakıdan  kənara  yaymaq  cəhdlərinin 
qarşısının alınması baxımından da vacib əhəmiyyətə malik olmuşdur. Şəmkir-Bakı marşrutunda hərəkət edən, 
bolşevik  təbliğatına  uymuş  eşelonlar  dəmir  yolu  boyunca  yerləşən  əsas  stansiyaları  tutmaqla  vəziyyəti   
bolşeviklərin xeyrinə dəyişə bilərdilər. Nəticədə onların    qarşısını    almaq    qeyri mümkün olardı.
312
 
1918-ci ilin əvvəllərindən başlayraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının və 
formalaşmaqda olan MK-nın təzə yaradılan hissələrinin qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək 
mümkün  olmuşdur.  Şəmkir  stansıyasmda  baş  vermiş  hadisələrdə  də  məhz  onların  sayəsində  eşelonlar  silahı 
təhvil  vermək  məcburiyyətində  qalmışdı.  Bir  müddət  silah  təchizatında  problemi 
olmayan  Müsəlman  Korpusu  çox  keçmədi  ki,  yenidən  silah  və  sursata  ehtiyac 
duymağa  başladı.  1918-ci il mart-aprel aylarında bolşevik-erməni qüvvələrinə qarşı 
döyüşlər nəticəsində sursat tükənmişdi. Silahların ehtiyat hissələri olmadığından, iri 
təmir zavodu və emalatxanalarının Bakıda, düşmənin əlində cəmləşdiyindən silahlar 
sıradan çıxmağa başlamışdı. Bakı Soveti qoşunları bütün lazım olanları Həştərxandan 
-  Sovet  Rusiyasından  dəniz  yolu  ilə  alırdılarsa  Müsəlman  Korpusunun  hissələri 
itkiləri  bərpa  edə  bilmirdilər.  Xırdalanadək  irəliləyən  L.Maqalovun  tabeçiliyində 
cəmi  4  top  və  6  pulemyot  var  idi.  Mart  qırğınlarından  sonra  Zaqafqaziya  hökuməti 
MK-na  100  min  rubl,  2  təyyarə,  1  zirehli  qatar,  silah  və  sursat  ayırmalı  idi,  lakin 
zirehli qatarın ayrılması ilə kifayətləndi. Fotoşokillərdən aydın olur ki, N.Qosinskinin 
Azərbaycana gəlmiş dəstələrində də əsasən tüfəng və tapançalar var idi. 
1918-ci ilin iyununda Bakı Soveti qoşunları qərbə, Gəncəyə doğru yürüşlərini 
genişləndirəndə  Müsəlman  Korpusunda  silah  və  sursat  problemi  özünü  yenidən  kəskin  şəkildə  büruzə  verdi. 
Əlimərdan bəy Topçubaşov Ənvər paşa ilə görüşündə demişdi ki, "Təcrübəli təlimatçılar olarsa, bizim əhalidən 
həm kəmiyyətinə, həm də keyfiyyətinə görə yaxşı qoşun təşkil etmək mümkündür. Ancaq bizdə silah, geyim və 
digər  hərbi  təchizat  çatışmır".
313
  Türk  təlimatçıları  ilə  Azərbaycanda  qoşun  yaratmağı  planlaşdıran  Osmanlı 
komandanlığı  Müsəlman  Korpusunun  hissələrini  silahla  təmin  etmək 
üçün  Osmanlı  anbarlarında  yığılmış  rus  silahlarından  istifadə  etmək 
istəyirdi. Ərzurum, Olti, Ərdəhan, Qars və Gümrü anbarlarında 11-12 
min rus tüfəngi vardı.
314 
I Dünya müharibəsinin cəbhələrində qənimət 
kimi  ələ  keçirilən  bu  silahlar  azərbaycanlı  əhalinin  bir  qisminə  tanış 
idi və təlim zamanı böyük problemlər üzə çıxmamalı idi, ən əsası isə 
bu silahlar üçün sur-satı elə Bakı Sovetinin anbarlarından götürmək və 
                                                           
308
Yenə orada, s.45.
 
309
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.46. 
310
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.47.  
311
Гражданская война. Энциклопедия, с.660. 
312
Süleymanov M.S. Qafqaz İslam Ordusu , s.42. 
313
Топчубашев А. Дипломатические беседы, с. 16. 
314
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s. 251. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə