Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

114 
 
münasibət göstərmiş, öz  əsirlərini dəyişdirdikdə isə onların arabalara doldurulmuş və doğram-doğram edilmiş 
cəsədlərini  götürə  bilmişdilər.
373
  Həlak  olanlar  Qara-məryəmdən  Göyçaya  gedən  yolla  Bığır  və  Mollaisaqlı 
kəndlərinə ayrılan yolun kəsişməsində, yoldan sağda dəfn edilmişdilər (hal-hazırda bura Göyçay şəhidliyi kimi 
tanınır).
374
  Döyüşdə  2  dağ  topu,  2  pulemyot  və  120-ə  yaxın  tüfəng  sıradan  çıxmış  və  ya  düşmən  tərəfindən 
qənimət kimi  götürülmüşdü. Ən  əsası isə, ilk ciddi toqquşmada məğlubiyyət qoşunların mənəvi durumuna pis 
təsir etdi. Bəzi türk tədqiqatçıları hesab edirlər ki, mənəvi baxımdan 10-cu alayın döyüşçüləri elə böyük sarsıntı 
keçirmişdilər  ki,  sovet  qoşunları  həmla  etsə  daha  böyük  itkilər  verə  bilərdilər.  Qaraməryəm  döyüşü  türk 
komandanlığına  azərbaycanlı  döyüşçülərin müharibə  aparmaq  qabiliyyətini nümayiş etdirdi. Bu döyüşədək 
onlardan  əsasən  d/yolları  strateji  məntəqələrin  qorunmasında  istifadə  etməyi,  ara-sıra  hallarda  döyüşə 
göndərməyi planlaşdıran türk komandanlığı azərbaycanlı zabitlərin bilik və təcrübəsini, döyüşçülərin vuruşmaq 
əzmini gördülər. Baş verənlərdən narahat olan və Nuru paşanın qüvvələrinin о qədər də çox olmadığını görən 
Azərbaycan  hökuməti  İstanbulda  olan  M.  Ə.Rəsulzadəyə  Osmanlı  dövlət  rəsmiləri  ilə  görüşüb  Azərbaycana 
əlavə bir diviziyanın göndərilməsini xahiş etməyi tövsiyyə etdi.
375
 
İyunun 18-22-də hər iki tərəf döyüşlərə hazırlaşırdı. Sovet qoşunlarının komandanlığı Kürdəmir, Ağsu, 
Şamaxı ətrafında erməni kəndlərinə silah paylayır, dəstələr təşkil edirdi, azərbaycanlı kəndlərinə isə hücumlar 
edilir, silah yığılır, əhali talanırdı. QİO Göyçay ətrafında yerləşən erməni kəndlərindən silahları yığır, sursat və 
əlavə  qüvvələr  toplayırdı.  Eyni  zamanda  çoxsaylı  azərbaycanlı  könüllülər  ayrı-ayrı  dəstələr  şəklində  təşkil 
olunurdu. Ağdaşdan 2 minlik dəstə, Bərdədən 500 süvari, digər ərazilərdən də dəstələr təşkil edilirdi. 
İyunun 19-da səhər Müsüslü istiqamətinə gələn QİO komandanı Nuru paşa, MK-nın komandanı Əliağa 
Şıxlinski, 5-ci Qafqaz firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy 10-cu alayın komandir heyətinin döyüş barəsində 
məlumatlarını dinlədilər. Göyçay əhalisinə müraciətində "bu şiddətli istidə müharibə edən zabit və əsgərlərdən 
bir  çoxları  susuzluqdan  ölmüşdür"  deyən  Nuru  paşa  qoşunlara  yemək  və  su  ilə  təminatında    köməklik  
göstərilməsini    istəmişdi.
376
    18    iyun    döyüşündə  məğlubiyyətə  səbəb  olan,  yuxarıda  sadalanan  qüsurlardan 
başqa Nuru paşa bir qüsuru da qeyd etmişdir: 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəyin öz qərargahı ilə 
Göyçayda  deyil,  Gəncədə  yerləşməsi  və  beləliklə  ən  vacib  istiqamətdə  baş  verən  hadisələrdən  uzaq  düşməsi. 
Azərbaycan  könüllü  hissələri  və  Gəncədən  bir  türk  süvari  bölüyü,  iki  türk  piyada  bölüyü  dərhal  Müsüslü 
istiqamətinə göndərilməli idi. Nuru paşa İstanbulla əlaqə saxlayaraq əlavə qüvvə göndərilməsini xahiş etmişdir. 
Sultan dəftərxanasından cavab gəlməsə də, Ənvər paşadan cavab alınmışdı. Ənvər paşa dövlətin ağır durumunu 
izah  edərək  hələlik  qoşun  göndərmək  iqtidarında  olmamasını,  5-ci  Qafqaz  firqəsini  döyüşə  hissə-hissə  deyil, 
cəm şəklində yönəltməyi tövsiyyə etmişdir.
377
 
İyunun 20-də 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəy öz qərargahı ilə Göyçaya gəldi və vəziyyəti 
öyrəndikdən sonra sovet qoşunlarının yenə həmin istiqamətdə hücum edəcəyi fikrini bildirdi. Gəncəyə qayıtmış 
Nuru  paşadan  əlavə  qüvvələrin,  həmçinin  patron  və  mərmilərin 
göndərilməsini xahiş etdi. Nuru paşa hücumun eyni istiqamətdə olacağı   ilə   
razılaşmış      və  Göyçay  istiqamətinə      türk  hissələrindən  iki  piyada  tabor, 
İstehkam  bölüyü,  Şnayder  və  dağ  topları,  bir  pulemyot  bölüyü,  həmçinin 
azərbaycanlı  könüllülər  (Qazax  və  Gəncə  ətrafında  toplanan  süvarilər, 
Xaldana  göndərilmiş  könüllülər)  göndərəcəyini  vəd  etdi  və  bundan  başqa 
artıq  qüvvənin  olmamasını  bildirdi.  Bütün  göndərilən  qüvvələr  və  silah-
sursat  Göyçaya  yalnız  iyunun  26-da  çatacaqdı.  Nuru  paşa  iyunun  27-də 
hücum  əməliyyatının  planlaşdırılmasını  tapşırdı.
378
  İyunun  21-də  5-ci 
Qafqaz  piyada  firqəsinin  komandanlığı  döyüşən  hissələrdə  döyüş  sursatının  tükənməsi  haqqında  QİO 
komandanlığına raport verdi. 
Cəbhədə  mövcud  olan  ağır  hərbi  vəziyyət  Azərbaycanla  bağlı  hərbi-siyasi  motivlərlə  daha  da 
kəskinləşirdi.
379
 İyunun 22-də Bakıda Salyan kazarması ərazisində alman təyyarəsi yerə endi. Pilot və onunla 1 
zabit əsir götürüldü. Dindirilmə nəticəsində müəyyən olundu ki, zabit Bakıda saxlanılan alman əsirləri ilə əlaqə 
yaratmalı  və  onların  qiyamını  hazırlamalı  idi.  Almaniya  osmanlı  qoşunlarından  tez  Bakıya  yiyələnməyə    can  
atırdı.
380
    N.Yüceer   belə    fərziyyə    irəli   sürür    ki,  almanların  Bakıya  uçuşu  və ələ  keçirilməsi  təsadüfi  deyil. 
Onlar  alman  komandanlığı  ilə  Bakı  Soveti  arasında  danışıqlar  aparmaq  üçün  göndərilmişdilər,  çünki  elə  bu 
dövrdə  Moskvada  almanlarla  Sovet  Rusiyasının  rəhbərliyi  arasında  Bakı  neftinin  aqibəti  barəsində  danışıqlar 
                                                           
373
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.98. 
374
Şəhidliyin  nar  ağaclarının  bol  yerində  yerləşməsi,  ümumiyyətlə  Göyçayın  о  narları  ilə  məhşur  olması  burada  bitən  narların  1918-ci  il  şəhidlərinin 
qanından rəng alması barədə rəvayət bu gün də mövcuddur (Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.97) 
375
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.201. 
376
Yuceer N. Birinci Dünya savaşında, s.85.
 
377
Yenə orada, s.85.
 
378
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.301. 
379
 Enver Ziya Karal. Osmanlı tarihi, s.529. 
380
Кязымзаде Ф. Борьба за Закавказье, с.71. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə