Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

120 
 
gəmilərdən biri zədələnmişdi.
409
 Azərbaycanlı dəstəsi geri çəkilərək Ərəbqardaşbəyli kəndi yaxınlığında mövqe 
tutdu. Burada da düşmənə müqavimət göstərildi, lakin qüvvələr nisbətinin qeyri bərabər olması N.Ramazanovu 
mövqeyini  tərk  etməyə  vadar  etdi.
410 
Nəhayət  Göyçaydan  minbaşı  Əhməd  Nahid  bəyin  rəhbərliyi  ilə  türk 
qoşunlarından bir piyada bölüyü, bir pulemyot taqımı, bir dağ topundan ibarət qrup döyüş mövqelərinə çatdı. 
Bir  
                                                           
409
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.106. 
410
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.309. 


121 
 
 
 


122 
 
neçə  gün  düşmən  irəliləməyə  çalışmış,  lakin      hər  dəfə  itkilərlə  geri  atılmışdı.  Qaraməryəm-Göyçay 
döyüşündə erməni - bolşevik qoşunlarının məğlub edilməsi xəbəri artıq hər iki tərəfə çatmış və mənəvi duruma 
təsir  göstərmişdi.  Düşmənə  qarşı  əks  hücum  keçirmək  planlaşdırıldı.  İyulun  2-də  başlayan  əks  hücum 
nəticəsində sovet qoşunları öz mövqelərindən vurulub çıxarıldılar və Bakıya doğru geri çəkilməyə başladılar.
411
 
Yerli  könüllü  dəstənin  süvariləri  düşməni  təqib  etsələr  də  tam  məğlub  edə  bilmədilər.  Dəstənin  bir  hissəsi 
gəmilərlə Bakıya qayıtdı. 
Ümumilikdə Salyan döyüşündə QİO tərkibindən 12 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdı. Düşmənin 
600  nəfər  döyüşçüsü  sıradan  çıxarılmış,  onlardan  132  nəfər  öldürülmüş,  qalanları  isə  yaralanmışdı.
412
  Salyan 
döyüşünün  nəticəsi  Bakı  Sovetinin  hərbi  rəhbərliyi  üçün  tam  gözlənilməz  olmuşdu.  QİO-nun  azsaylı 
qüvvələrinin  cənub-şərq  istiqamətinə  iri  dəstələr  göndərə  bilməyəcəyinə  əmin  olan  sovet  komandanlığı 
gəmilərin Suqovuşanı ələ keçirəcəyini, Muğanın taxıl ehtiyalarına nəzarət etmək üçün Kür keçidlərini tutacağını 
mümkün sayırdı. Qoşunların nisbəti, tam hərbi-texniki üstünlük buna imkan yaradırdı. N.Ramazanovun bir neçə 
döyüşdə düşməni zəiflədib əlavə kömək gələndən sonra əks hücuma keçərək dəstəyə böyük itki vuracağı az qala 
möcüzə  kimi  qarşılanırdı.  Maraqlıdır  ki,  indiyənədək  yerli  ağsaqqalların  qohumları  1918-ci  il  hadisələrini 
xatırlayarkən onları erməni qırğınlarından xilas edən komandirlərdən iki nəfərin adlarını çəkirlər: Nuru paşa və 
Ramazan  paşa.
413
  Hadisələri  bir  az  qabaqlayıb  qeyd  etmək  istərdik  ki,  "Ramazan  paşa"  kimi  qəbul  olunmağa 
başlayan minbaşı Nazim bəy Ramazanov iyulun 12- 15-də baş vermiş Novovasilyevka döyüşündə böyük şöhrət 
qazanmışdı.
414
 
 
 
7.6. Ağsu-Kürdəmir döyüĢü (5-14 iyul 1918-ci il) 
 
Göyçay  ətrafında  gedən  döyüşlərin  qızğın  çağında  Bakının  aqibəti  barəsində  ondan  çox-çox  uzaqlarda 
müzakirələr və danışıqlar gedirdi. Hər vasitə ilə Bakı neftinə nəzarəti əldə saxlamaq üçün Sovet Rusiyası Bakı 
Sovetinə hərtərəfli kömək göstərməklə bərabər QİO-nun şərqə doğru hərəkətini dayandırmağın siyasi yollarını 
arayırdı.  İngiltərə  hadisələrə  fəal  müdaxilə  etmək  üçün  kifayət  qədər  hərbi  gücə 
malik  olmadığından  general  Denstervil  Ənzəlidə  əlavə  qüvvələr  toplayırdı.  Eyni 
zamanda  o,  Bakıda  əhəmiyyətli  mövqelər  tutan  erməni  liderləri  və  eserlərlə  gizli 
danışıqlar  aparırdı.  Şərait yaranan  kimi  hadisələrə  müdaxilə  etmək  üçün  polkovnik 
L.Biçeraxovun qoşunu nəzərdə tutulmuşdu. 
Bakı  neftinə  yiyələnməyə  çalışan  üçüncü  tərəf  Almaniya  idi.  Azərbaycan  - 
Gürcüstan  sərhəddində  baş  vermiş  toqquşmalar  sübut  etdi  ki,  türklər  almanları 
Azərbaycana  buraxmamaqda  israrlıdırlar.  Kimliyindən  asılı  olmadan  Azərbaycana 
soxulmaq  istəyən  qüvvəni  məhv  etmək  barədə  Vehib  paşanın  iyunun  24-də 
imzaladığı  əmr  türklərin  ciddi  olmalarını  təsdiqlədi.  Hərbi  müdaxilənin 
mümkünsüzlüyünü anlayaraq almanlar da QİO-nun hərəkətini dayandırmaq və Bakı 
neftinə  yiyələnmək  üçün  diplomatik  yollar  arayırdılar.  Osmanlı  dövlətinin  si-yasi  və  hərbi  rəhbərliyinə  təzyiq 
göstərən almanlar ikili siyasət yürüdürdülər: bir tərəfdən onların başladıqları  müharibədə Osmanlı dövlətinin 
müttəfiqliyini qiymətləndirdiklərini bildirir, digər tərəfdən isə Osmanlı qoşunları ilə müharibə aparan sovetlərlə 
danışıqlar  aparır,  Ənvər  paşadan  QİO-nun  hücumunu  dayandırmasını  tələb  edirdilər.  Son  nəticədə  Almaniya 
Sovet Rusiyası ilə separat danışıqlara girdi. 
Türkiyədən gizlin aparılan bu danışıqlar Bakı neftinin Rusiyada  qalmasını,  Almaniyanın müəyyən faizlə 
ona şərikliyini nəzərdə tutan müqavilənin   imzalanması ilə  başa      çatdı.
415
  Almaniyanın   Tiflisdəki   baş 
konsulu  qraf  F.  fon  Şulenburq  iyulun  4-də  yazırdı:  "türklərin  Bakını  götürməsi  ehtimalı  ümumiyyətlə  şübhə 
doğurur,  arzu olunardı ki, onlar əsaslı məğlubiyyətlə üzləşsinlər”.
416
  Avqustun 4-də  gözlənilməz  hadisə  baş 
verdi: Həştərxandan gəmi ilə Bakıya bir neçə alman zabiti gəlmiş və general Denstervilin yazdığına görə, türk 
komandanlığının  qərargahına  getmək  istəmişdilər.
417
  Alman  zabitləri  Sentrokaspi  qoşunları  tərəfindən  həbs 
olunmuşdu, lakin faktın mövcudluğu göstərir ki, almanlar avqust ayında birbaşa Bakı Soveti ilə əlaqə yaratmağa 
çalışmış,  onun  devrilməsini  biləndə  müttəfiqləri  olan  türkləri  yada  salmışdılar.  Belə  vəziyyətə  cavab  olaraq 
                                                           
411
Süleymanov M.S. Azərbaycan Ordusu, s.102. 
412
Yuceer N. Birinci Dünya savaşında, s.88.
 
413
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.108. 
414
Muğanda polkovnik İlyaşeviçin qüvvəllərinin fəal əməliyyatlardan imtina etməsinin səbəblərindən biri də 1918-ci il iyulun axırlarından 1919-cu ilin 
avqustunadək Kür çayı keçidləri, Suqovuşan, Cavad bölgəsi, Bankə qəsəbəsi və Kürün ağzına məhz N.Ramazanovun nəzarət etməsi olmuşdur.
 
415
Almaniya  ilə  Sovet  Rusiyasının  əlaqələri,  Türkiyədən  gizli  apardıqları  danışıqlar  bu  danışıqlarda  Azərbaycanın  və  Bakı  neftinin  yeri  barəsində  çox 
yazılıb. Kitab üzərində iş zamanı tərəfimizdən aşağıdakı əsərlərdən istifadə edilmişdir: Reha Yılmaz. I Dünya müharibəsi başlanğıcında, s.70-71; Пипия 
Г.В. Германский империализм в Закавказье в 1910-1918 годах. Москва, 1978, с. 126. 
416
Пипия Г.В. Германский империализм, с. 126. 
417
Денстервиль, с.98. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə