Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

115 
 
gedirdi.
381
 Təyyarədəki zabitin əsir almanları qiyama qaldırmaq üçün göndərilməsi cəfəngiyat idi. İyunun 24-də 
Almaniya  Gürcüstanda  yerləşdirdiyi  qoşunları  Azərbaycanın  Qazax  və  Zaqatala  bölgələrinin  sərhədlərinə 
gətirdi.
382
  3-cü  ordu  komandanı  Vehib  paşa  Azərbaycan  ərazisinə  yeridilən  istənilən  qoşunun  (  alman 
hissələrinin  belə)  məhv  edilməsi  barəsində  əmr  verdi.  Azərbaycanın  şimal-qərb  sərhədlərinin  qorunması  türk 
zabitlərinin komandanlıq etdiyi yerli Azərbaycan dəstələrinə tapşırıldı. İyulun 27-də almanlər tərəfindən təhrik 
edilən  gürcü  qoşunu  Qazaxın  Sıraq  körpü  adlanan  məntəqəsinə  hücum  etdi.  Türk  zabitlərinin  rəhbərlik  etdiyi 
azərbaycanlı  könüllülər  onları  geri  oturtdu.  26  gürcü  öldürüldü,  20-si  əsir  düşdü,  2  pulemyot  ələ  keçirildi.
383 
Sərhəddə  olan  kiçik  toqquşmalardan  sonra  almanlar  Azərbaycana  hərbi  yolla  müdaxilə  etmək  planından  əl 
çəkdilər. 
Bakı  Soveti  Gürcüstan  hökuməti  ilə  əlaqə  saxlayaraq  dəmir  yolunun  türk  qoşunları  üçün  bağlanmasını 
xahiş  etmişdi.  Xahiş  Gürcüstanda  olan  alman  komandanlığının  (başda  komandan  Kres  fon  Kressenşteyn 
olmaqla) tələbləri ilə üst-üstə düşdüyündən Gürcüstan hökuməti razılığını bildirmişdi.
384
 Nəticədə türk qoşunları 
üçün sursat Batuma deyil, Qarsa, Qarakilsəyə, Dilicana və Qazaxa göndərilməyə başladı. 
 
 
7.4. Qaraməryəm - Göyçay döyüĢü  
(1918-ci il 27-30 iyun) 
 
1918-ci  il  iyunun  26-da  Azərbaycan  hökumətinin  qərarı  ilə  "Müsəlman  Korpusu"  adı  dəyişdirilərək 
"Xüsusi  Azərbaycan  Korpusu"  adlandırıldı.  Bu  gün  Azərbaycan  Silahlı  Qüvvələrinin  yaradılması  günü  hesab 
edilir. Türk ordusunun 5-ci Qafqaz piyada firqəsi Xüsusi Azərbaycan Korpusuna tabe edildi; Müsüslü ətrafında 
olan türk və Azərbaycan hərbi hissələri Müsüslü dəstəsi adı ilə birləşdirildi. Dəstəyə коmandanlıq döyüşlərdə 
hərbi  istedadıyla  fərqlənmiş  podpolkovnik  H.Səlimova  tapşırıldı.  İyunun  27-nə  5-ci  Qafqaz  piyada  firqəsində 
225 zabit, 5277 sıravi, 4342 tüfəng, 36 pulemyot, 14 dağ topu var idi. Firqənin tərkibində olan azərbaycan hərbi 
hissələrində 30 zabit, 727 sıravi, 605 tüfəng, 21 pulemyot, 6 top, 1 zirehli qatar mövcud idi (4 - cü azərbaycan 
piyada alayı, 1-ci  və 2-ci taborlar, iki süvari bölüyü). Qırmızı Ordunun tərkibində isə təxminən 10 min nəfər 
döyüşçü, 16 top, 2 zirehli qatar, çoxlu sayda pulemyot var idi.
385
 
İyunun  28-də  QİO  düşmən  üzərinə  hücuma  keçməli  idi,  lakin  kəşfiyyat  vasitəsi  ilə  bu  tarix  barəsində 
məlumat  alan  sovet  komandanlığı  iyunun  27-də  türk-azərbaycan  qoşunlarını  qabaqlamağı  qərara  aldı.  Hücum 
elə təşkil olunmalı idi ki, türk-azərbaycan qoşunları Kürün sağ sahilinə geri çəkilməyə məcbur olsun, daha sonra 
körpü və keçidlər ələ keçirilsin və beləliklə Kür çayı boyunca müdafiə xətti yaradılaraq QİO-nun hücumlarının 
qarşısı alınsın.
386
 
İyunun  27-də  səhər  saat  6-da  Qırmızı  Ordunun  üç  taboru  Göyçay-Qaraməryəm  şossesinin  şimalından 
hücuma keçdi.
387
  Kiçik  hərbi  hissələr  Müsüslü istiqamətində 
nümayiş hücumunu keçirməyə başladılar ki, burada dayanan 
azərbaycan  hərbi  hissələri  şimala  göndərilməsin.
388
  Sovet 
komandanlığı  zənn  edirdi  ki,  zərbəni  10-cu  Qafqaz  alayının 
sol  cinahına  vurur,  lakin  düşmən  türk-  azərbaycan 
qoşunlarının  döyüş  mövqelərinin  bütünlüklə  öyrənə 
bilməmişdi.  Əslində  10-cu  Qafqaz  alayı  şossedən  şimalda, 
13-cu  piyada  alayı  şosse  boyunca,  Göyçayla  Bığır  kəndi 
arasında mövqe tutmuş, Azərbaycan könüllü süvari və piyada 
hissələri  Ləkiçılpaq  və  Qaraxzır  kəndlərində  yerləşmişdilər. 
Saat  10-a  yaxın  düşmən  təzyiqi  gücləndirəndə  10-cu  alayın 
sol  cinahına  25-ci  tabor  göndərildi,  nəticədə  düşmən  13-cü 
alayın  cinahına  təzyiq  etməyə  başladı.  Sovet  qoşunlarının 
əsas  zərbə  istiqaməti  müəyyənləşəndə  azərbaycanlı  könüllü 
dəstələrinə tutduqları mövqedən Veysəlli kəndi istiqamətində 
hücuma keçmək, düşmənin cinahını əzərək arxasına keçmək 
və  mümkün  olarsa,  Ağsu-Qaraməryəm  yolunu  kəsmək 
                                                           
381
Yuceer N. Birinci Dünya savaşında, s.86.
 
382
Reha  Yılmaz.  I  Dünya  müharibəsi  başlanğıcında  Osmanlı  dövlətinin  Qafqaz  siyasəti,  //  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  Ordusu 
toplusu. Bakı, 2008, s. 70-71.
 
383
Budak M. Nuru paşanın Qafqaz İslam Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.460.
 
384
Yuceer N. Birinci Dünya savaşında, s.86.
 
385
Süleymanov M.S. Azərbaycan Ordusu, s.97. 
386
Большевики в борьбе за победу, с.524-525; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.202. 
387
Eyni zamanda, yəni iyunun 27-si, səhər Salyan bölgəsində başlayan əməliyyatlar barəsində növbəti paraqrafda məlumat verilir.
 
388
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.89. 


116 
 
tapşırığı  verildi.  Düşmənin  13-cü  alayın  cinahına  vurduğu  zərbə  tədricən  gücləndiyindən  təhlükəli  vəziyyət 
yaranmışdı.  150  nəfərlik  bolşevik  dəstəsi  Əlikənd  məntəqəsinə  soxuldu,  500  nəfərlik  qüvvə  Bığır  kəndi 
istiqamətində  irəliləyirdi.  Bu  qüvvələri  dəf  edib  geri  atmaq  Azərbaycan  hissələrinə  tapşırıldı.  Göyçayın 
şimalında  mövqe  tutan  Azərbaycan  süvari  bölüyü  və  Göyçayda  olan  Ağdaş  könüllü  bölüyü  13-cü  alayın  sağ 
cinahına, Müsüslü dəstəsi tərkibindən 119 nəfər azərbaycanlı süvari və 188 nəfər azərbaycanlı piyada isə 13-cü 
alayın vuruşan hissələrinə yardıma göndərildi.
389
  Azərbaycan  döyüşçüləri  vaxtında  yetişdilər  və  düşmənin  top 
atəşindən  itki  versələr  də  təxminən  saat  15-də  Bığır  kəndi  istiqamətində  düşmənin  irəliləməsinin  qarşısını 
aldılar.  Gözlənilmədən  cinah  zərbəsi  endirməklə    qələbə    qazanmağı    planlaşdıran    sovet    komandanlığı 
məqsədinə nail omadı, əksinə, onun bəzi hərbi hissələri bir-birindən ayrı düşdü. 
Bundan  yararlanmaq  üçün  düşmənin  yerlərini  müəyyənləşdirən  və  öz  qoşunlarının  yerlərini  nisbətən 
dəyişən  5-ci  firqə  komandanlığı  saat  18-də  10-cu  və  13-cü  alaylarına  əkshücuma  keçmək  əmrini  verdi. 
Azərbaycanlı hissələr Veysəlli və Əlikənd istiqamətində əkshücuma başladılar. Hava qaralanadək davam edən 
əkshücum nəticəsində 10-cu alay düşməni 3 kilometr geriyə atdı, Azərbaycan hissələri isə Veysəlli və Əlikəndi 
azad etdilər.
390
 İyunun 27-də baş vermiş döyüş türk-azərbaycan döyüşçülərinin mənəvi durumunu yaxşılaşdırdı, 
düzgün aparılmış döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsinin mümkünlüyü aydın oldu. Lakin düşmən 
ordusu  çox  güclü  idi  və  Q.Korqanov  Bakıya  məlumat  verərkən  ''düşmən  güclü  müqavimət  göstərir"  deməklə 
döyüşün hələ tam bitmədiyinə işarə edirdi.
391
 
İyulun  28-də  döyüş  sursatları  və  su  ehtiyatları  (su  hərbi  hissələrə  arabalarda  gətirilirdi)  bərpa  edilir, 
tərəflər  yeni  döyüşə  hazırlaşırdı.  İyulun  29-da  QİO  səhər  tezdən  hücuma  başladı.  Plana  əsasən  top  atəşilə 
dəstəklənən  10-cu  və  13-cü  alaylar  əvvəlki  istiqamətdə  irəliləməli,  azərbaycanlı  süvari  bölmə  düşmənin  sol 
cinahına mümkün olarsa, arxadan, zərbə vurmalı idi. Müsüslü dəstəsi Kürdəmir istiqamətində döyüşə başlamalı 
idi  ki,  düşmən  bu  istiqamətdən  əsas  hücum  olan  yerə  qüvvə  göndərə  bilməsin.
392
13-cü  və  10-cu  alaylar 
düşmənin  müqavimətini  qıraraq  irəliləməyə  başladı.  Azərbaycan  süvarilərinin  sürətli  hücumu  təkcə  düşməni 
deyil, hətta türk zabitlərini də heyrətləndirmişdi. Döyüşün gedişində 5-ci firqə komandanlığı vuruşan hissələrə 
əmr  göndərdi:  10-cu  alay  Sultankənd  ətrafındakı,  13-cü  alay  Bığır 
bağlarının  şərqindəki  təpələrdə  möhkəmlənməyə  cəhd  göstərən 
düşməni  məhv  etməli,  Azərbaycan  süvariləri  düşmən  arxasına 
keçmək  üçün  səy  göstərməli,  Müsüslü  dəstəsi  Kürdəmir 
istiqamətində  təzyiqi  artırmalıdır.
393 
Mühasirəyə  düşməkdən  ehtiyat 
edən  bolşevik-erməni  qoşunları  tədricən  geri  çəkilməyə  başladı. 
Əkshücum axşam saat 18.15-dək davam etdi, nəticədə düşmən səhər 
tutduğu  mövqelərin  hamısını  itirmiş,  türk-Azərbaycan  hissələri 
Qaraməryəmin  qərbini  tam  azad  etmiş  və  şərq  hissəsinə  keçmişdi. 
Türk  hərbçiləri  uğur  qazanılmasında  H.Səlimovun  azərbaycanlı 
süvarilərinin böyük xidmətini qeyd edirlər.
394
 
Vəziyyəti  öz  xeyrinə  dəyişməyə  çalışan  sovet  komandanlığı  gözlənilməz  fənd  işlətdi.  Belə  ki,  düşmən 
dağlıq  hissələr,  erməni  və  rus  kəndləri  olan  yerə  sıxışdırıldığından  QİO  komandanlığı  iyunun  30-da  yeni 
əməliyyat keçirməyi planlaşdırdı. Lakin gecə ikən sovet qoşunları tərkibindən 1000 nəfər piyada seçərək, 2 top 
və 2 pulemyotla erməni komandir Əmirovun rəhbərliyi ilə erməni və rus kəndlərindən gizlincə keçərək iyunun 
30-da səhər saat 6.15-də Pəzəvənd kəndi istiqamətindən Göyçaya hücum etdilər.
395
 N.Yüceer türk mənbələrinə 
əsaslanaraq  bildirir  ki,  Əmirovun  dəstəsinə  erməni  kəndlərinin  döyüşçüləri  də  qoşulduğundan  onun  sayı 
artmışdı.
396
 Göyçayın özündə 5-ci firqənin qərargahını mühafizə edən bir taqım nəzərə alınmasa, heç bir türk-
Azərbaycan hərbi hissəsi yox idi. Ehtimal ki, Əmirovun dəstəsi 5-ci firqənin komandanlığını məhv etməli, sonra 
isə  sovet  qoşunları  cəbhə  boyunca  hücuma  keçməli  idi.  Bu  zaman  Gəncədən 
hərəkətə  başlayan  azərbaycanlı  könüllü  süvari  dəstə  (komandir  minbaşı  Əhməd 
Həmdi  bəy)  şəhərin  girəcəyinə  çatmışdı.  Dəstə  Qazax  və  Gəncə  könüllərindən 
toplanmış  və  Gəncədə  silah-sursatla  təmin  edilərək  5-ci  firqə  komandanlığının 
sərəncamına  göndərilmişdi.  5-ci  firqənin  komandanı  Mürsəl  bəy  qərargahın 
mühafizə  taqımına  və  Əhməd  Həmdi  bəyin  dəstəsinə  dərhal  Əmirovun  yolunu 
kəsməyi əmr etdi, eyni zamanda, cəbhənin ehtiyat qüvvəsi olan 25-ci tabor və rus 
                                                           
389
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.202-203. 
390
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.203. 
391
Большевики в борьбе за победу, с.528. 
392
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.204. 
393
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.205. 
394
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.90. 
395
Süleymanov M.S. Azərbaycan Ordusu, s.99. 
396
Yuceer N. Birinci Dünya savaşında, s.87.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə