Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

112 
 
xəttindən aralı yerləşən Göyçay-Qaraməryəm şosse yolu istiqamətində cəmləşdirdi. Tədqiqatçı M.Süleymanov 
qeyd  edir  ki,  hadisələrin  sonrakı  inkişafı  göstərdi  ki,  qərar  çox  incəliklə  düşünülmüş  bir  qərar  idi  və  Nuru 
paşanın  döyüşlərin  gedişində  qəbul  etdiyi  strateji  əhəmiyyətli  qərarlardan  biri  idi".
353
  Doğrudan  da,  xəritəyə 
baxdığda  aydın  olur  ki,  Qaraməryəm  və  Göyçay  arasında  möhkəmlənə  bilən  qoşunlar  Kürdəmir-Ucar  dəmir 
yolu  boyunca  irəliləyən  düşmənə  sağ  cinahdan  təhlükə  yaradaraq,  hətta  arxadan  zərbə  vuraraq  bu  qüvvəni 
Kürdəmirdə olan əsas bazadan ayıra bilərdi. Nəticədə, ayrılmış dəstəni mühasirəyə salmaq olardı. 10-cu Qafqaz 
piyada  alayının  hissələri  Ağstafadan  qatarlarla  birbaşa  Ucara  çatdırıldı  və  oradan  Qaraməryəmə  yollandı. 
Müsüslü-Kürdəmir  istiqamətində  düşmənin  irəliləməsini  ləngitmək  üçün  kapitan  İ.İsrafilovun  rəhbərliyi  ilə 
MK-nın  zirehli  qatarı,  Müəmmər  əfəndinin  Ağdaş  könüllülərindən  təşkil  edilmiş  bölüyü  göndərildi.  Onlar 
Maqalovun dəstəsi ilə birləşdi və vahid qüvvəyə QİO-nun Ərkani hərb rəisi Nazim bəy komandan təyin edildi. 
Nazim bəy yenidən qruplaşma apardı, bu isə MK-nın rus və gürcü zabitlərinin narazılığına səbəb oldu.
354
 İyunun 
14-də zabitlərin bəziləri cəbhəni tərk etdi. Teleqraf xəttində işləyən rus zabit və məmurları da öz postlarını tərk 
etdilər ki, buda Nazim bəyin qüvvəsinin QİO-nun  komandanlığı ilə rabitə əlaqəsinin qurulmasında problemlər 
yaratdı. Döyüş gedən şəraitdə onsuz da az olan azərbaycanlı mütəxəssislərin tapılıb gətirilməsi, rabitənin bərpa 
edilməsi  düşmənin  genişlənən  hücumuna  qarşı  döyüş  şəraitində  həyata  keçirilirdi.
355
  Baş  verənlərə  Rüşdü  bəy 
maraqlı qiymət vermişdir: "Vətən və irqinə mərbut olan azərbaycanlı türk ancaq 
qanını  sevgili  milləti  və  məmləkəti  üçün  axıda  bilər.  Yoxsa  gürcülər  və  ruslar 
vəziyyətin ciddiyyətini və təhlükəsini görüncə dərhal sivişmək yolunu ararlar".
356
 
Belə 
şəraitdə  Azərbaycan  zirehli  qatarının  irəli  keçərək  düşmən  qüvvələrinə  atəş 
açması,  öz  azsaylı  qüvvələrinə  atəşlə  dəstək  olması  vəziyyəti  sabitləşdirirdi 
(təsadüfi  deyil  ki,  türk  komandanlığı  tərəfindən  orden  və  medallara  təqdim 
edilənlərin  siyahısında  zirehli  qatarın  komandiri  İ.  İsrafilovun  adı  birincilər 
sırasında idi).
357
 
Qaraməryəm  kəndi  Qaraməryəm  tirəsi  üzərində  yerləşir  ki,  bu  möv-
qelərdə  möhkəmlənən  tərəf  düzən  əraziləri  nəzarət  altında  saxlaya  bilər. 
Qaraməryəm ətrafında türk qoşun hissələrinin cəmləşməsinin təhlükəli olmasını 
anlayan  bolşevik-erməni  komandanlığı  qüvvələrin  bir  hissəsini  (1-ci  və  3-cü 
briqadalar)  10-cu  piyada  Qafqaz  alayına  qarşı  yönəltdi.
358
  Döyüşlərin  ağır  keçəcəyini  əvvəlcədən  görən  Nuru 
paşa  3-cü  Ordu  komandanı  Vehib  paşaya  göndərdiyi  raportda  5-ci  Qafqaz  piyada  firqəsinin  hələ  tam 
cəmləşmədiyini qeyd edir, imkan olarsa əlavə qüvvələr istəyir və ən əsası, döyüş sursatının olduqca az olmasını 
bildirirdi. Döyüşən hissələrin hər döyüşçüsünün 200 patronu var idi, topların mərmi ehtiyatı da cüzi idi.
359
 
Nazim  bəyin  hissələrini  gücləndirmək  üçün  Gəncədən  bir  süvari  bölüyü  ona  göndərildi.  Cavad 
məntəqəsində  dayanan  mayor  Nazim  Ramazanovun  dəstəsi  ona  tabe  edildi.  İstehkam  bölüyü  Gəncəyə  gələn 
kimi onun sərəncamına göndəriləcəyi bildirildi. Süvari və istehkamçı hissələrin Müsüslü-Kürdəmir istiqamətinə 
göndərməkdə  məqsəd  bu  hissələrlə  düşmənin  arxasına  keçmək,  gözlənilmədən  zərbə  endirmək,  onun  zirehli 
qatarlarının arxasında dəmir yollarını sıradan çıxarmaq idi. Ağdaş və Göyçay milli bölükləri Qaraməryəm tərəfə 
göndərildi.  Nazim  bəy  iyunun  15-də  Nuru  paşaya  raport  göndərərək  Qaraməryəm      və      Müsüslüdən      eyni   
vaxtda      başlayan      hücumla  Kürdəmirə  tərəf  hərəkət  edib,  oranı  sürətli  həmlə  ilə  azad  etməyi  təklif  etdi. 
Bolşeviklərə  arxadan  zərbəni  N.Ramazanov  vurmalı  idi.  Lakin  belə  əməliyyat  üçün  kifayət  qədər  qüvvə 
olmadığından,  düşmən  mövqeləri  kəşfiyyat  baxımından  öyrənilmədiyindən  Nuru  paşa  razılaşmadı.
360
  İyunun 
15-də türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdilər. Həmin gün 10-cu 
Qafqaz  piyada  alayı  Göyçay  ətrafında  toplaşmış  erməni  kəndlərinin  dəstələrini  qismən  tərksilah  etdi.  Bu 
dəstələr  Qırmızı  Ordu  hissələri  ilə  əlaqə  saxlayırdı.  Qaraməryəm  döyüşü  başlayanda  onların  QİO-na  arxadan 
zərbə vuracağı ehtimalı böyük idi. 
İyunun 16-da saat 9.00-da Qırmızı Ordunun 3-cü briqadası Qaraməryəm istiqamətində MK -nın dəstəsinə 
hücum  etdi  (dəstədə  L.Maqalovun  azərbaycanlı,  gürcü  və  dağıstanlı  döyüşçüləri  var  idi),  qüvvələr  nisbətinin 
düşmənin xeyrinə  olmasına baxmayaraq МК-nın dəstəsi 7 saat ərzində öz mövqelərindən çəkilmədi. Sursatın 
tükənməsi və düşmənin döyüşə 3-cü briqadanın əlavə hissələrini yeritməsi ilə dəstə Qaraməryəm kəndini tərk 
etdi.
361
  Kür  üzərində  Yevlax  körpüsünün  əhəmiyyəti  strateji  xarakter  almışdı:  körpünün  partladılması 
Qaraməryəm-Müsüslü  istiqamətində  vuruşan  QİO-ya  əlavə  hissələrin  və  sursatın  gətirilməsi  işini  yubada 
                                                           
353
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
354
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
355
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
356
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
357
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 110. 
358
Süleymanov M.S. Azərbaycan Ordusu, s.95. 
359
Süleymanov M. Qafqaz islam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.294.  
360
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.194. 
361
 Токаржевский Е.А. Из истории иностранной интервенции, с.111. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə