Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

108 
 
əməliyyatları  gedən  ərazilərin  genişləndirilməsi  üçün  imkan  yaratdı.  Yürüş  tədricən  bir-birindən  aralanan  iki 
istiqamətdə aparılmağa başladı: qoşunların bir qrupu (əsas qüvvələr) Ağsu-Şamaxı-Mərəzə-Abşeron-Bakı, digər 
qrupu  isə  Kürdəmir-Hacıqabul-Ələt-Sanqaçal-Bakı  istiqaməti  ilə  irəliləyirdi.  Eyni  zamanda  yerli  könüllü 
dəstələr  təşkil  edilərək  ermənilərin  Azərbaycanın  qərb  sərhədlərində,  Zəngəzur,  Naxçıvan  və  Qarabağda 
qarşısını  almalı  idi.  Kür  çayının  aşağı  axarı  boyunca  (Cavad-Salyan  istiqaməti)  azərbaycanlı  kəndlərindən 
toplanan  könüllülərdən  ibarət  hərbi  hissələr  təşkil  edilərək  Kür  çayının  şimal  sahilində  sipər  yaradılmışdı  ki, 
(Muğanda  antiazərbaycan  hərbi  qüvvələrin  QİO-ya  arxadan  endirilə  biləcək  zərbənin  qarşısını  almaq  üçün) 
həmin qüvvələr Salyan və Lənkərandan bolşeviklərin qovulmasına nail olmuşdular. 
7.  DöyüĢ əməliyyatlarının gediĢi 
 
7.1.   5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəliĢi 
 
1918-ci ilin iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilənin 
IV  maddəsi  Azərbaycana  hərbi  kömək  göstərilməsi  üçün  birbaşa  hərbi  qüvvələrin  göndərilməsinə  imkan 
yaratdı. Osmanlı komandanlığı 5-ci Qafqaz piyada firqəsini istifadə etməyi planlaşdırırdı.   Batumda   cəmləşən 
firqənin    hissələri  Gürcüstan  dəmir  yolları  vasitəsilə  tezliklə 
Azərbaycana  göndərilə  bilərdi,  lakin  Bakı  neftində  gözü  olan 
Almaniyanın  ikili  siyasəti  nəticəsində  bu  yol  bağlanmışdı:  türk  hərbi 
hissələrinin  Gürcüstan  dəmir  yolları  vasitəsi  ilə  daşınmasına 
Gürcüstanda  yerləşən  alman  qoşunları  qadağa  qoymuşdular.
329
  Eyni 
zamanda  almanların  Azərbaycanın  Qazax-Ağstafa  bölgələrində  öz 
hakimiyyətlərini    yaratmaq  cəhdlərinin  qarşısı  türk  zabitlərinin 
rəhbərliyi ilə təşkil edilmiş könüllü dəstələr və 9-cu türk ordu hissələri 
tərəfindən alınmışdı. 
İyunun  2-də  Azərbaycana  gəlməsi  nəzərdə  tutulan  5-ci  Qafqaz 
piyada  firqəsinin  2-ci  mürəttəb  süvari  alayı  Cəlaloğluda,  Azərbaycan 
sərhəddi  yaxınlığında  mövqe  tutmuşdu.  O,  Azərbaycan  könüllü 
dəstələri  ilə  bərabər  QİO-nun  əsasını  təşkil  etdi.  Hissənin  birinci 
vəzifəsi  Ağstafadan  Gəncəyə  qədər  dəmir  yolunun  təhlükəsizliyinin 
təmin  edilməsi  idi.  Batumdan  Ağstafaya  qədər  piyada  halda  və  ya 
arabalarda        daşınan        türk        ordu  hissələri      Ağstafada      qatarlara 
mindirilməli  və  Gəncəyə  göndərilməli  idi.
330
  Türk  qoşunlarının  2-ci 
süvari  alayının  bölmələri  (komandir  Zehni  bəy)  və  azərbaycanlı 
könüllülərdən ibarət süvarilər  Qazax-Gəncə  dəmir yolunu mühafizəyə 
götürərək iyunun 5-də ilk qatarları qəbul etməyə hazır oldular. İyunun 
4-də  9-cu  piyada  alayı  (1336  nəfər,  10  pulemyot,  2  top)  Azərbaycan 
sərhəddini keçdi və iyunun 9-da türk  qoşunlarının  2-ci  süvari alayı və 9-cu piyada alayı tam heyətlə Gəncədə 
cəmləşdilər.  Bu  iki  alay    "Gəncə  müfrəzəsi  (dəstəsi)"  adı  ilə  taktiki  qrupda  birləşdirildi.
331
  Gəncədə  türk 
hərbçilərinin  necə  qarşılanmasını  Azərbaycanda  bir  müddət  xidmət  etmiş  Naki  Keykur  "Azerbaycan  İstiklal 
Mücadelesi Hatiraları" əsərində belə təsvir edir: "Türk birliyi Gəncədə böyük bir mərasimlə qarşılandı. Gəncə 
xalqı şəhər meydanını doldurmuşdu. Dövlət idarələri və məktəblər bağlanmış, şagirdlər toplu halında meydanda 
düzülmüşdülər.  Müharibə  illərində  rusların  işğal  etdikləri  Türkiyənin  şərq  vilayətlərindən  toplanarak,
332
 
                                                           
329
1918-ci  il  iyunun  8-də  imzalan  müqaviləyə  əsasən  Gürcüstana  alman  qoşunları  yeridilmişdi.  Əvvəlcə  3000  nəfərlik  qüvvə  tədricən  artırıldı.  Bundan 
istifadə edən alman hərbi komandanlığı Gürscüstanın daxili və xarici işlərinə qarışırdı. Gürcüstanda almanların 6400 nəfərlik qüvvəsi var idi. Rıhtım M. 
İngilislərin Bakı və Xəzər dənizinə, s.513. 
330
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.109. 
331
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113.  
332
Müharibə dövründə Türkiyənin Diyarbəkr və Anadolu bölgələrinin bir hissəsi çar ordusu tərəfindən işğal ediləndə erməni dəstələri fürsətdən istifadə edərək 
minlərlə  türk-müsəlmanı  qətlə  yetirmişdilər.  Onların  vəhşilikləri  hətta  rus  zabitlərini  də  dəhşətə  gətirmişdir.  Bir  çox  yerlərdə  ailələri  ermənilər  tərəfindən 
məhv edilən uşaqlar rus zabitləri tərəfindən toplanmış, Azərbaycana gətirilmiş yerli xeyriyyə təşkilatları onları öz himayəsinə götürmüş, uşaq evlərinə və ya 
ayrı-ayrı ailələrə paylamışdılar. Türk uşaqlarını öz uşaqları kimi qəbul edən azərbaycanlıların mərhəməti hətta rus məmurlarını da heyrətləndirmişdi. 


109 
 
Xeyriyyə  Cəmiyyəti  tərəfindən  Azərbaycanın  hər  şəhərində  yerləşdirilən  kimsəsiz  uşaqların  dörd  yaşından 
yuxarı  olanları  da  toplu  halında  meydanda  idilər.  Meydanın  ətrafını  saran  qadınlı-kişili  xalq  hey  əsgərlərə 
baxırdı. Sevincdən hər kəsin gözləri yaşarmışdı. Uşaqlar əsgərlərə yaxınlaşır, əllərinə sarılır, hardan olmalarını 
bildirirdilər.  Əsgərlər  də  hər  bir  uşağa  nəvaziş  göstərib  onları  oxşayırdılar.  Bu  əsnada  bir  çığırtı  eşidildi,  9 
yaşındakı bir uşaq atasını tanımış, onlar bir-birlərinə sarılmışdılar, ətrafdakı minlərlə insan bu mənzərəni görüb 
ağlayırdılar. Bu, sevinc göz yaşları idi".
333
 
İyunun 6-da Qırmızı Ordunun hissələri Hacıqabul istiqamətində hücuma başladılar.
334
 Onların qarşısında 
yalnız  knyaz  L.Maqalovun  rəhbərliyi  ilə    müsəlman  Korpusunun  dəstəsi  (minə  yaxın  döyüşçü)  dayanmışdı. 
Düşməndən qat-qat zəif olan bu dəstənin hərəkətləri hər halda Qırmızı Ordunun hücumunu az da olsa ləngidirdi. 
İyunun  7-də  3-cü  Ordu  komandanı  5-ci  Qafqaz  piyada  firqəsinin  əsas  hissələrinin  iki  kalon  şəklində 
Gəncəyə  doğru  hərəkət  etməsi  barəsində  əmr  verdi.  Əmrdə  göstərilirdi 
ki, türk hərbi hissələrinin Ağstafada qəbul edilib qatarlara mindirilməsini 
azərbaycanlı  hərbçi  Nazım  bəy  İbrahimzadə  və  onun  adamları  təşkil 
etməlidirlər.
335
  Əmrə  əsasən hərəkətə  başlayan  1-ci  kalonda (qədəmədə) 
firqənin  qərargahı,  19-cu  piyada  Qafqaz  alayı,  9-cu  alayın  26-cı  taboru, 
Şnayder  dağ  topçu  taboru,  istehkam  bölüyü,  teleqraf  taqımı,  orkestr 
bölüyü  (cəmi  147  zabit,  2812  əsgər  və  698  heyvan),    2-ci  kalonda 
(qədəmədə) 13-cü   piyada Qafqaz alayı, güclü dağ topçu taboru, səhiyyə 
bölüyü,  24-cü  səyyar  xəstəxana,  mətbəx  taqımı  (cəmi  110  zabit,  2763 
əsgər və 668 heyvan) hərəkət etməli idi.
336
 Göründüyü kimi, dəstələr təşkil edilərkən qəfil döyüş ehtimalı nəzərə 
alınmışdı, bu səbəbdən dəstələrdə üç qoşun növünün hər biri bərabər şəkildə qeyd edilmişdir: gürcü və alman 
qoşunları  ilə  toqquşma  istisna  edilmirdi.  Hərbi-siyasi  vəziyyətin  kəskinləşməsi  qoşunların  Batum-Artvin-
Ərdahan-Qarakilsə-Dilican-Ağstafa  marşrutu  ilə  hərəkətə  başlayıb  sürətlə  irəliləməsini  tələb  edirdi.  Qazaxda 
firqəyə Səbri əfəndinin rəhbərliyi ilə yerli könüllü dəstəsi qoşuldu. 
 
 
 
 
                                                           
333
Yuceer N. Birinci Dünya savaşında, s.80.
 
334
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.84. 
335
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113. 
336
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.116. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə