Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə54/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   50   51   52   53   54   55   56   57   ...   90

102 
 
ya Bakı zavodlarında istehsal etmək olardı. Lakin real vəziyyətin daha ağır olması nəzərə alınaraq Azərbaycana 
Osmanlı hissələri yeridildi. 
Osmanlı ordusunun 5-ci piyada firqəsində döyüşçülərin əsas silahı maqazinli tüfənglər idi. Bundan başqa 
hər taborda 2 pulemyot (makinalı tüfəng) vardı. Alayın tərkibində 3 piyada taborun və bir pulemyot bölüyünün 
olması  alayda  pulemyotların  sayını  12-ə  çatdırmışdı.
315 
Firqənin  üç  piyada  alayında  36  pulemyot  mövcud  idi. 
Rusiya  ordusunda  üç  tabor  nişançı  alay  şəklində  birləşdirilərək  ştatlara  görə  36 
pulemyotla təchiz olunmalı idi. Zəif iqtisadiyyatı olan Osmanlı dövləti ordunun ən 
müasir silahlarla təmin edilməsində böyük çətinliklərlə üzləşmiş, bu səbəbdən alay 
şəklində birləşdirilmiş üç tabor cəmi 12 pulemyota malik idi. Rusiya ordusunda üç 
alay  nişançı  briqada  şəklində  birləşdirilir  və  briqada  ştatlara  görə  144  pulemyotla 
təchiz  olunmalı  idi.
316
  Beləliklə,  Rusiya  ştatlarına  görə  tərtib  edilmiş  üç  piyada 
alayın  144  pulemyotuna  Osmanlı  ştatları  ilə  təchiz  edilmiş  üç  piyada  alayın  36 
pulemyotu cavab verməliydi. 
Firqənin 5-ci Qafqaz səhra topçu alayı iki topçu taborundan ibarət olmuşdur 
(Şnayder  topçu  taboru  və  Dağ  topçu  taboru).  Şnayder  topçu  taboru  1-ci  və  2-ci 
batareyalar, Dağ topçu taboru 4-cü və 5-ci batareyalardan təşkil edilmişdi ki, hər batareyada dörd top olmaqla 
alayda 16 top mövcud idi. Rusiya ordusunda üç alay nişançı briqada şəklində birləşdirilir və briqadanın döyüş 
fəaliyyəti  onun  tərkibində  olan  18  minaatan  və  30  topla  təmin  edilirdi.  Bakı  Soveti  qoşunlarında  minaatanlar 
olmasa da, piyada briqadalarını kifayət qədər çoxsaylı artilleriya dəstəkləyirdı. 
Osmanlı qoşunları Azərbaycana hissə-hissə gəlir və dərhal döyüşə göndərilirdi. İlk dəfə türk hissələrinin 
bolşeviklərlə toqquşması iyulun  16-da (Kürdəmir artıq tutulmuşdu)  olmuşdu  (10-cu  Qafqaz piyada alayı).  Bu 
zaman  hər  türk  əsgərinin  cəmi  200  patronu  var  idi,  sərf  edilmiş 
sursatı  bərpa  etmək  üçün  patron  və  mərmi  ehtiyyatı  yox  idi. 
Döyüşlərin  gedişində  bu  özünü  dərhal  göstərdi.  Üstəlik  Müsüslü 
döyüşündə  2  dağ  topu,  41  mərmi,  116  tüfəng  itirilməsi  qoşunların 
silah  və  sursatla  təminatını  daha  çətinləşdirdi.  Gürcüstandan  keçən 
dəmir  yolları  almanların  nəzarətində  idi,  onlar  isə  hərbi  eşelonların 
hərəkətlərini  yubadır,  quru  yolla  göndərilən  silah  və  sursat 
karvanları  ləng  hərəkət  edir  və  üstəlik  talanma  halları  ilə 
rastlaşırdılar.
317
  Osmanlı  qoşunlarında  olan  top  və  tüfənglər  alman 
və  ya  Avstriya-Macarıstan  istehsalı  olduğundan  qənimət  kimi  ələ 
keçirilmiş sursatdan istifadə etmək olmurdu. Belə şəraitdə çıxış yolu 
axtaran Osmanlı komandanlığı 5-ci firqənin hər piyada alayının 3-cü 
taborunda  mauzer  tüfənglərini  yığıb,  rus  tüfəngləri  ilə  əvəz  etdi.
318
 
Artilleriya hissələrinin ştatlarına rus topları ilə silahlanmış Azərbaycan heyətləri əlavə edildi. Qoşunlar Bakıya 
doğru irəlilədikcə onların təminatı çətinləşirdi. Ağstafaya gətirilən sursat dəmir yolu vasitəsi ilə döyüş bölgəsinə 
göndərilirdi. Ancaq vaqon və parovozların azlığı bu işi ləngidirdi. 
Xüsusi  Azərbaycan  Korpusu  və  Azərbaycan  könüllü  dəstələrinin  silahla  təminatında  da  problemlər 
mövcud  idi.  Hər  könüllüyə  yığma  məntəqəsinə  öz  silahı  ilə  gəlmək  tövsiyyə  edilir,  bu  isə  onların  sursatla 
təminatında problemlər yaradırdı:  əsasən köhnə sistemli  tüfənglərlə silahlanan əhalidə müxtəlif çaplı və növlü 
silahlar  var  idi.  Osmanlı  dövlətində  olan  anbarlardan  rus  silahlarının  bir  qisminin  Azərbaycana  gətirilməsi 
vəziyyəti  nisbətən  yaxşılaşdırdı.  Hətta  bilavasitə  döyüşlər  gedən  ərazidən  uzaq  olan,  lakin  erməni-bolşevik 
təcavüzü ilə üzləşə bilən ərazilərin əhalisinə də silah paylamaq mümkün oldu (300 tüfəng Şəki, Padar, Xaçmaz, 
Qutqaşın,  Axtı  kəndlərinə  paylandı).    Ərazilər  azad  edildikcə  könüllülərin  sayı  artdığından  silahla  təminat 
problemi  yenidən  üzə  çıxırdı.  Belə  ki,  4-cü  Azərbaycan  alayının  1-ci  taborunda  665  nəfərə  581  tüfəng,  2-ci 
taborunda  662  nəfərə  414  tüfəng  düşürdü,  bu  isə  kifayət  etmirdi.
319
  Bakı  uğrunda  döyüşlərdə  Maştağada 
toplaşmış könüllüləri silahlandırmaq üçün Ağdaşda yaradılmış könüllü dəstələrdən silahlar yığıldı. 
Azərbaycan  alaylarının  pulemyot  bölükləri  rus  pulemyotları,  artilleriya  hissələri  isə  rus  topları  ilə 
silahlanmışdı. Bu hissələrin yüksək döyüş səmərəliliyi onların sayının artırılmasına və Osmanlı hissələrinə daxil 
                                                           
315
N.Yüceer... tablo «5-ci Kafkas tümeni kuruluşu» 
316
Гражданская война. Энциклопедия, с.569 
317
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.133. 
318
 Yenə orada, s.134. 
319
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.137. 


103 
 
edilməsinə səbəb oldu. QİO-nun yeganə zirehli qatarı vaxtilə ZK-nın L.Maqalovun dəstəsinə göndərilmiş qatar 
idi. О sənədlərdə "Azərbaycan  zirehli   treni"  kimi   göstərilir.  Onun  heyəti   bütünlüklə azərbaycanlılardan 
ibarət idi, komandiri İ.İsrafilbəyov hətta Osmanlı medalı ilə də təltif edilmişdi.
320
 Döyüşlərdə qənimət kimi ələ 
keçirilmiş bir neçə rus və bir ingilis zirehli avtomobilinin QİO tərkibində istifadə edilməsi barəsində məlumat 
yoxdur. 
Sentyabrın əvvəllərində Bakıya son hücum ərəfəsində görülmüş tədbirlər nəticəsində QİO-ya daxil olan 
hissələrin  tərkibində  artilleriya  və  pulemyotların  sayı  artırılmış  və  ştatlardan  artıq  olmuşdur.  1918-ci  il 
sentyabrın  10-da  5-ci  Qafqaz  piyada  firqəsində  48  pulemyot  olmuş,  topçu  alayı  gücləndirilmişdir.  Onun 
tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra topçu, rus səhra topçu, rus dağ topçu taqımları var 
idi (cəmi 33 top). Azərbaycana yenicə gəlmiş 15-ci piyada firqəsində 24 pulemyot, iki Dağ topçu batareyası, bir 
səhra topçu taqımı (cəmi 12 top)  olmuşdur. 15-ci firqənin tərkibində olan və azərbaycanlılardan təşkil edilmiş 
Zehni bəy müfrəzəsi və Tevfiq bəy müfrəzəsi (Maştağı könüllülər milisi) çoxsaylı olsalar da, onların tərkibində 
pulemyotlarının  sayını söyləmək çətindir. Cənub qrupunda  (Azərbaycan  diviziyası)  azı 8 pulemyot, 6 top var 
idi. 106-cı Qafqaz piyada alayında azı 4 pulemyot var idi. 
Bakıya  son  hücum  ərəfəsində  Qafqaz  İslam  Ordusunda  80-dən  artıq  pulemyot,  53  artilleriya  silahı 
olmuşdur. Artilleriya silahlarından 6-cı səhra topu, 39-u dağ topu, 4-ü səhra qaubitsası, 4-ü dağ qaubitsası idi. 
Silah növləri. QİO tərkibində olan zirehli qatar ("B tipli"), rus topları (76,2 mm-lik səhra və dağ topları), 
rus  pulemyotları  ("Maksim"dəzgahlı  pulemyotları),  rus  tüfəngləri  ("üç  xətli  Mosin  tüfəngləri"  və  onların 
növləri) Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarında olan müvafiq tipli silahlarla eyni göstəricilərə 
malik idilər. Azərbaycan hissələrinin soyuq silahları 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz 
növü), 1913-cü il zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il 
nümunəli  topçu  hissələrinin  əsgər  xəncəri,  1909-cu  il  zabit  palaşı,  1910-cu  il  kazak  növlü  zabit  şaşkası, 
həmçinin milli xəncər və şaşkalardan ibarət olmuşdur. 
QİO-ya  aid  sənədlərdə  aşağıdakı  Osmanlı  artilleriya  sistemlərinin  adları  göstərilir:  "Şnayder  topları", 
"105 mm-lik səhra qaubitsası", "105 mm-lik Şkoda dağ qaubitsası", "Krupp dağ topu", "Qüdrətli toplar". 
Osmanlı  qoşunlarının  artilleriya  silahları  sırasında  “Şnayder  topları”  nın  adlarına  bir  neçə  yerdə  rast 
gəlinir.  Fransanın  Şnayder  şirkətinin  istehsalı  olan  bu  toplar  sırasında  ən  geniş  yayılanı  və  hələ  müharibədən 
əvvəl  istehsal  olunmağa  başlayan  "105  mm-lik  (4,13  düymluq) 
Şnayder  topu"  idi.  Bir  sıra  yenilikləri  sırasında  lülənin  çıxararaq 
lafetdən  ayrı  daşına  bilməsi  onu  adi  arabada  uzaq  məsafələrə 
aparmaq  imkanı  verirdi.  Ehtimal  ki,  bu  toplar  Osmanlı  ordusu 
tərəfindən qənimət kimi Mesopotamiya  və Fələstində ələ keçirilmiş  və ya Almaniyanın  Fransada ələ keçirdiyi 
qənimətlər sırasında Osmanlı dövlətinə verilmişdi. 
Qafqaz  İslam  Ordusunun  Osmanlı  hissələrinin  artilleriya  silahları  sırasında  "105  mm-lik  səhra 
qaubitsası"na rast gəlinir. Almaniyanın istehsalı olan 1898/99 il nümunəli 105 mm-lik səhra qaubitsası о dövr 
üçün tipik quruluşa malik olmuşdur. Digər qaubitsalara nisbətən yüngül və çevik olan bu qaubitsa döyüş zamanı 
asanlıqla  mövqeyini  dəyişdirir,  təkcə  açıq  ərazidə  deyil,  təbii  və  süni  maneələr  arxasında  gizlənən  düşməni 
məhv etməyə imkan verirdi. 
"105  mm-lik  Şkoda  dağ  qaubitsası"  adından  göründüyü  kimi  Çexiyanın  Şkoda  zavodlarında  istehsal 
olunan  silahlara  aid  olmalıdır.  Bu  zavodların  Avstriya-Macar 
ordusu üçün silah  istehsal etdiyindən belə qənaətə gəlmək olar ki, 
belə  qaubitsanı  məhz  Avstriya-Macar  artilleriya  sistemləri 
sırasında  axtarmaq  lazımdır.  Doğrudan  da,  potensial  hərbi 
əməliyyatlar  teatrının  böyük  hissəsini  dağlıq  ərazilər  təşkil  edən 
Avstriya-Macar  dövləti  dağ  topları  və  qaubitsalarının  istehsalına 
böyük  diqqət  yetirirdi.  Osmanlı  dövlətinin  silahlarının  Osmanlı 
ordusunda  istifadə  edilməsi  normal  hal  idi.  Lakin  axtarışlarımız  göstərdi  ki,  I  Dünya  müharibəsi  dövründə 
Avstriya – Macar ordusunda “105 mm-lik Şkoda dağ qaubitsası” deyil (belə artilleriya sistemi heç vaxt mövcud 
olmamışdır),  "75  mm-lik  Şkoda  dağ  qaubitsası"  istifadə  edilmişdir.  Hesab  edirik  ki,  sənədlərdə  Osmanlı 
artilleriya  sistemləri  105  mm-lik  Şnayder,  105  mm-lik  səhra  qaubitsası  (Almaniya)  göstərilərkən  Şkoda 
qaubitsasının çapı mexaniki olaraq 75 mm əvəzinə 105 mm yazılmışdır. Azərbaycan Tarixi Muzeyinin Osmanlı 
silahları kolleksiyasında osmanlı topuna aid iki 75 mm-lik qaubitsa üçün nəzərdə tutulmuş mərminin qorunması 
da məhz 75 mm-lik qaubitsaların olmasını dolayısı ilə təsdiqləyir. 
75 mm-lik Şkoda dağ qaubitsası sökülüb-yığılan ayrı-ayrı modullardan ibarət olmuş, bu isə onun atlar və 
ya  qatırlar  vasitəsi  ilə  dağlarda  daşınmasını  asanlaşdırmışdır.  Digər  dağ  top  və  qaubitsalarından  fərqli  olaraq 
                                                           
320
АТАСЕ, К.3821, д.15, ф.57. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə