Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

106 
 
 
 
 
6.2. Sentrokaspi Diktaturası komandanlığının  
məqsəd və planları 
 
Sentrokaspi Diktaturasına gəldikdə, ehtimal ki, onun xüsusi hərb planları olmamışdı. Belə ki, avqustun 1-
də  fəaliyyətə  başlayan  qurum  ağır  reallıqla  üzləşmişdi:  Qafqaz  İslam  Ordusu  Bakının  həndəvərində  idi,  onun 
qarşısını almaq üçün Diktaturanın öz qoşunları yoxdu. Bakı Sovetindən "miras" qalmış qoşunlarda ermənilərin 
sayı  artmışdı  (Biçeraxov  öz  qoşunları  ilə  cəbhə  xəttindən  çəkilmiş,  3  min  nəfər  bolşeviк  döyüşçüsü  Bakıda 
meydanlarının birində düşərgə quraraq Diktaturanın əmrlərinə tabe olmurdu). Diktaturanı təşkil edən qüvvələr 
keçmiş  imperiyanı  əvvəlki  sərhədlərində  saxlamaq  uğrunda  mübarizə  aparır,  bu  səbəbdən  azərbaycanlıların 
fəaliyyəti  separatçılıq  kimi  qəbul  edilərək  rədd  olunurdu.  Uzunmüddətli  hərbi  manevrlər  üçün  qüvvələri  və 
bacarıqları olmayan Diktatura ingilislərin köməyi ilə Bakını QİO-dan qorumağı planlaşdırır, sonra isə, ehtimal 
ki,  “Vahid  və  bölünməz  Rusiya  uğrunda"  mübarizə  aparan  Denikinlə  əlaqə  saxlayacaq  və  onu  Bakıya  dəvət 
edəcəkdirlər (hər halda, Biçeraxovla aparılan danışıqlar və 1919-cu ildə keçmiş Diktatura üzvlərinin fəaliyyəti 
belə  etimalı  irəli  sürməyə  əsas  verir).  Qeyd  etmək  lazımdır  ki,  bolşeviklərin  hakimiyyəti  devrilib  Sentrokaspi 
Diktaturası  qurulanda  qoşunların  etnik  tərkibində  elə  də  böyük  dəyişikliklər  baş  vermədi.  Əvvəlki  kimi, 
qoşunlarda  erməni  hissələri  üstünlük  təşkil  edirdi.  Qatı  bolşeviklər  istisna  olmaqla  digər  komandirlər  öz 
vəzifələrində qaldılar. 
 
 
 
6.3. Ġngilis komandanlığının məqsəd və planları 
 
Bakını elə keçirmək Böyük Britaniya siyasi rəhbərliyinin çoxdankı arzusu idi. İstər bu dövrdə, istərsə də 
sonrakı dövrlərdə hazırlanmış planlar sübut edir ki, İngiltərənin aşağıdakı məqsədləri olmuşdur: Bakı
 
neftinə və 
onun  Avropaya  nəqli  marşrutlarına  nəzarət  etmək;  Bakı  limanına  sahib  olmaqla  bütün  Xəzər  dənizinə  nəzarət 
edən  donanma  yaratmaq;  düşmən  Osmanlı  dövləti  ilə  əlaqələr  qurmuş  və  müttəfiq  olmuş  qurumları  (o 
cümlədən Azərbaycan Xalq Cümhuriyyətini) ləğv edib əvəzində Cənubi Qafqaz və Orta Asiyada ingilismeylli 
xırda dövlət qurumlarından antirus və antibolşevik zolaq təşkil etmək. Bu qlobal məqsədlərin həyata keçirilməsi 
1917-ci  ildə  hazırlanmış  və  icrası  general  Denstervilə 
tapşırılmış  planın  reallaşdırlmasından  asılı  idi.  Generalın 
yazılarından  aydın  olur  ki,  hadisələrə  müdaxilə  etmək  üçün 
kifayət  qədər  qüvvəsi  olmayan  ingilis  hərbi  komandanlığı 
Gürcüstana təlimatçılar göndərərək rus, gürcü və erməni hərbi 
hissələrini  yenidən  təşkil    etməklə  "türk-alman  təhlükəsinə 
qarşı'' mübarizə aparmaq niyyətində idi. Təlimatçıların rəhbəri 
Denstervil  olmalı  idi.  Generalın  qeydləri  göstərir  ki,  onlar 
"Osmanlı  ordusunun  yorğunluğu  və  az  ehtiyatlara  malik 
olması",  gürcü  və  ermənilərin  isə  "öz  torpaqlarını 
qoruduqlarına  görə böyük ruh yüksəkliyi ilə vuruşacağına"  və 
bütün  əməliyyatları  təmin  edəcək  "ingilis  qızılına"  ümid  edirdilər.  Lakin  real  vəziyyəti  öz  gözləri  ilə  görən 
general  Denstervil  Gürcüstana  keçməyə  imkan  tapmadı  və  planları  dəyişdi.  O,  mövcud  qarışıqlıqdan, 
bolşeviklərin nüfuzunun düşməsindən istifadə edərək Bakıda möhkəmlənmək, əsasən ermənilərdən təşkil edilən 
qoşunları  silah  və  təlimatçılarla  təmin  edərək  QİO-nu  geri  oturtmaq  fikrinə  düşdü.  Təbii  ki,  onun  bu  planı 
komandanlıq  tərəfindən  dəstəklənmişdi,  çünki  Mesopotamiya  və  Hindistandan  Denstervilin  tabeçiliyinə  əlavə 
qüvvələr,  zirehli  avtomobillər,  top  hissələri,  aviasiya  göndərilmişdi.  Avantüra  xarakterlı  plan  QİO-nun 
tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azər-baycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, 
erməni  rəhbərlərinin  vəd  etdikləri  "erməni  qoşunlarının  qəhrəmanlıqları”na,  ingilis  hərbi  texnikası  və  maliyyə 
gücünə  arxalanırdı.  Lakin  elə  ilk  döyüşlər  göstərdi  ki,  torpaqlarının  azadlığı  uğrunda  vuruşan  və  mart 
soyqırımının  qurbanlarının  qanını  yerdə  qoymamağa  can  atan  azərbaycanlılar,  onlara  dəstək  olan  və  qardaş 
xalqın  azadlığı  yolunda  canlarını  qurban  verən  türklər  qəhrəmanlıqla  vuruşurlar.  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökuməti  olmazın  çətinliklərlə,  iqtisadiyyatın  tənəzzülə  uğradığı  şəraitdə  QİO-nu  canlı  qüvvə, 
nəqliyyat  vasitələri  və  ərzaqla təmin    edir,  müttəfiq  Almaniyanın  ikiüzlü  siyasətindən  hiddətlənən  Ənvər  paşa 
tam  qələbə  çalanadək  vuruşmaq  əzmini  nümayiş  etdirirdi.  İngilislərin  müttəfiq  düşərgəsində  isə,  general 
Denstervilin  sözləri  ilə  desəк  "erməni  koloniyası  və  bolşeviklər  QİO-nun  hücumuna  qarşı  vuruşurdular. 
Ermənilərə  nifrət  bəsləyən  gürcülər  onlara  kömək  etmirdilər...  Biz  onlara  nə  ilə  kömək  edə  bilərik?  Mənim 


107 
 
fikrimcə,  bu  mümkün  deyil.  Təkcə  qoşunlar  qayda-qanunu  bərpa  edə  bilər,  bizim  isə  qoşunlarımız  yoxdur...". 
Nəticədə  Denstervil  yeni  plan  tərtib  edir.  Bu  planı  öz  qeydlərində  aşağıdakı  şəkildə  göstərmişdir:  "Onlar  tam 
əldən düşənədək bir-birilərini öldürməkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik". 
Başqa  sözlə  desək,  ingilis  qoşunları  evakuasiya  edilir,  lakin  QİO-ya  qarşı  vuruşan  qüvvələri  dəstəkləyir  ki, 
döyüşlər davam etsin və tərəflər bir-birlərini elə zəiflətsinlər ki, ingilislər yenidən Bakıya qayıda bilsinlər. 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin 
sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını 
nizamlayıb  Almaniya  və  Osmanlı  qoşunlarına,  sonra  isə  bolşeviklərə  qarşı  müdafiə  təşkil  etmək;  2-ci  plan 
(1917-ci  ilin  iyunun  əvvəllərində  hazırlanmış,  1918-ci  ilin  avqustun  sonlarında  3-cü  planla  əvəz  edilmişdir): 
Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının 
qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin 
avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): 
ingilis  qoşunlarını  Bakıdan  evakuasiya  etmək,  Sentrokaspi  Diktaturasını  hərtərəfli  dəstəkləmək  (silah,  sursat, 
təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq. 
 
 
 
6.4.Qafqaz Ġslam Ordusu komandanlığının  
məqsəd və planları 
 
Qafqaz İslam Ordusunun komandanlığının hərbi planları siyasi məqsədlərlə şərtlənirdi. Azərbaycan Xalq 
Cümhuriyyəti  hökumətinin  aşağıdakı  məqsədi  var idi:  düşmənin  kimliyindən asılı  olmayaraq  bolşevik-erməni 
və ya ingilis-erməni) işğal edilmiş əraziləri azad etmək, Bakının azad 
edilməsindən  sonra  paytaxt  şəhəri  olduğundan  ölkəni  idarə  edəcək 
qurumları  orada  təşkil  etmək,  Azərbaycanın  ərazi  bütövlüyü  və 
müstəqilliyini  təmin  etmək  üçün  milli  ordunu  təşkil  etmək.  Osmanlı 
dövlətinin  siyasi  planları  müxtəlif  təsirlərlə  üzləşsə  də
326 
əsasən 
dəyişilməz  qalmışdır:  Azərbaycan  hökumətinin  dövlət  və  ordu 
quruculuğu,  ölkənin  müstəqilliyi  və  ərazi  bütövlüyünün  təmin 
edilməsi  sahəsindəki  fəaliyyətini  dəstəkləmək,  1918-ci  il  4  iyun 
müqaviləsinin  bütün  şərtlərini  tam  həyata  keçirmək).  Azərbaycan, 
Gürcüstan  və  Osmanlı  dövlətləri  arasında  24-27  iyul  1918-ci  il 
tarixlərində  imzalanmış  "Batum  arasında  petrol  (neft)  mübadiləsi 
haqqında itilafnamə" (Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 2, s.584) və Bakı 
azad  edilən  kimi  dərhal  anbarlarda  neft  ehtiyatlarının  hesablanması  (Budak  M.Nuru  paşanın  Qafqaz  İslam 
Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.466) 
göstərir ki, Osmanlı dövləti Bakının neft resurslarını müharibənin davamı üçün istifadə etmək fikrində idi. 
QİO  təşkil  edilərkən  onun  jaradılmasının  məqsədləri  əhaliyə  müracəitdə  açıqlanmışdı:  ermənilərin 
ingilislərlə  birləşərək  Bakını  işğal  etməsinə  maneçilik            törətmək;    Bakıda  müsəlmanlar    və  bolşeviklər 
arasındakı  müharibəyə  müdaxilə  etmək;  Bakı  ilə  bağlı  "almanların  ehtiraslarına  mane  olmaq";  Qafqaz 
müsəlmanlarını təcavüzdən qurtarmaq" .
327
 
Ənvər  paşanın  tərtib  etdiyi  ilkin  fəaliyyət  planı  reallıqdan  uzaq  olsa  da 
(təlimatçılar  göndərərək  yerli  qüvvələrdən  ordu  təşkil  etmək),
328
  Nuru  paşanın 
Azərbaycana gəlişi və QİO-nu təşkil etməyə başlamasından sonra hazırladığı planda 
real hərbi-siyasi vəziyyət nəzərə alınmışdı. Azərbaycanlı zabitlərin iştirakı ilə tərtib 
edilmiş  plan  düşmənin  qüvvələrini,  öz  imkanları,  təminat  və  təchizat  məsələlərini, 
isti  iqlim  və  relyefi  nəzərə  alaraq  hazırlanmışdı.  Düşmən  tərəfindən  təklif  edilmiş 
"eşelon  müharibəsi"  döyüş  əməliyyatlarının  aparılması  üsulu  faktiki  olaraq  qəbul 
olunmuş, 
əsas 
hücum 
istiqaməti 
Gəncə-Bakı 
dəmir 
yolu 
boyunca 
müəyyənləşdirilmişdi.  Lakin  əlavə  türk  hissələrinin  göndərilməsi,  azərbaycanlı 
könüllülərdən  ibarət  yeni  hərbi  hissələrin  təşkil  edilməsi  iyulun  sonlarında  döyüş 
                                                           
326
İlhaqçılar Azərbaycan ərazilərini, daha sonra isə Şimali Qafqazı azad edib Osmanlı dövlətinə əyalət şəklində daxil etmək, yerli hökumətləri ləğv etmək 
təklifi ilə istər sultan və onun ətrafı, istərsə də Nuru paşaya təsir göstərməyə çalışırdılar, lakin son nəticədə Ənvər paşanın Azərbaycanın müstəqilliyini 
dəstəkləmək ideyası qalib gəldi.
 
327
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234 
328
Maraqlıdır ki, istər İngiltərə, istərsə də Osmanlı dövləti I Dünya müharibəsi cəbhələrində elə böyük itkilər vermişdilər ki, 1917-ci ilin sonlarında tərtib 
etdikləri  planlarda  müttəfiqləri  qar-qar  ya  qoyma  nəzərdə  tuturdular;  lakin  onların  siyasi  məqsədlərinin  genişliyi  son  nəticədə  ingilis  və  osmanlı 
əsgərlərinin yenidən döyüş meydanında üz-üzə gəlməsi ilə nəticələnmişdir. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə