Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

98 
 
görülür. 1917-ci ilin sonunda Mosulda 6-cı Ordunun komandanı olan Xəlil paşa Cənubi Qafqaz   istiqamətində   
fəaliyyət göstərən Şərq ordular qrupunun komandanı təyin edilir.  
QİO-nun osmanlı  hissələrinin döyüş fəaliyyətinə   ümumi   rəhbərliyi Xəlil paşa həyata keçirirdi. Bakıya 
son  hücum  ərəfəsində  bilavasitə  cəbhə  xəttinə  gələrək      hücum  planını  yoxlamış,    14  sentyabr  əməlyyatının 
dəqiqliklə həyata keçirilməsinə   nəzarət   etmişdir. Sentyabrın 16-da Bakının azad edilməsi şərəfinə Azərbaycan 
və türk hissələrinin birgə paradını  qəbul etmişdi. I  Dünya  müharibəsi sona çatandan  sonra Azərbaycana  gələn 
Xəlil  paşa  Sovet  Rusiyası  ilə  Türkiyə  arasında  əlaqələrin  yaradılmasında  fəal  iştirak  edib.  Ağır  hərbi-siyasi 
vəziyyətdə  olan,  Antanta  ölkələri  ilə  müharibə  aparan  Türkiyə  Rusiyadan  silah  və  sursat  alır,  əvəzində  Xəlil 
paşa  Azərbaycanda  təbliğat  apararaq  XI  Qızıl  Orduya  qarşı  atəş  açmamağı  xahiş  edir,  bu  ordunun  tezliklə 
Azərbaycandan  keçib  Anadoluya  gedəcəyini  bildirirdi.
296
  Azərbaycan  parlamentinin  1920-ci  il 
aprelin  28-də  bolşeviklərin  ultimatumunu  qəbul  etməsində  Xəlil  paşanın  verdiyi  vədlərinin 
böyük rolu olmuşdur. 1920-ci ilin sonlarında qeyri-rəsmi şəxs kimi, Moskva şəhərinə yollanaraq 
Sovet Rusiyası ilə Türkiyə arasında müqavilələrin hazırlanmasında iştirak edən Xəlil paşa 1957-
ci ildə vəfat edib.
297
 
Nuru  paşa  Killigil  1889-cu  ildə  İstanbulda  anadan  olub.  1906-cı  ildə  Nuru      paşa 
İstanbulda  yerləşən  Kara  Küvvetler  hərb  okuluna  (Quru  qoşunları  hərbi  məktəbinə)  daxil 
olmuşdur.  1909-cu  ildə  məktəbi  bitirən  Nuru  paşa  3-cü      ordunun  tərkibində  olan  piyada 
hissələrində xidmət etməyə başlayır. 1912-ci ildə 1-ci ordunun  sıralarına keçirilən gənc zabit öz 
biliyi və geniş dünyagörüşü ilə seçilirdi. O,1914-cü ildə Osmanlı dövlətinin Avstriya-Macarıstan 
imperiyasının  paytaxtı  Vyanada    yerləşən    hərbi  attaşeliyə  təyinat  alır.  1916-cı  ildə  döyüşən 
orduya  göndərilən  Nuru  paşa  Şimali  Afrikada  döyüşlərdə  iştirak  edib,  Trablus  cəbhəsində 
qazandığı  uğurlar  sayəsində  Osmanlı  dövləti,  Almaniya  və  Avstriya-Macarıstanın  bir  sıra 
ordenləri  ilə  təltif  edilib.  1916-cı  ildə  minbaşı  (mayor),  1918-  ci  ildə  yarbay  (podpolkovnik) 
rütbəsinə layiq görülüb.
298
 
1918-ci  il  iyun  ayının  4-də  Azərbaycanla  Osmanlı  dövləti  arasında  imzalanmış  müqaviləyə  əsasən 
Azərbaycana  hərbi  yardım  göstərməyi  öz  boynuna  götürmüş  Osmanlı  dövləti  bu 
missiyanı  həyata  keçirməyi  Nuru  paşaya  həvalə  etdi.
299
  Tapşırıqları  uğurla  yerinə 
yetirən  Nuru  paşa  Azərbaycan  xalqının  böyük  məhəbbətini  qazanmışdı.  Ümumi 
komandanlığı  həyata  keçirməklə  yanaşı  həlledici  Qaraməryəm,  Ağsu  və  Bakı 
döyüşləri  də  bilavasitə  Nuru  paşanın  komandanlığı  altında  aparılmışdır.  1918-ci  il 
oktyabrın  30-da  imzalanmış  Mudros  müqaviləsi  ilə  Osmanlı  qoşunları 
Azərbaycandan  çıxarıldı  və  ölkəyə  ingilis  qoşunları  yeridildi.  Lakin  milli  orduya 
malik  olan  Azərbaycan  öz  dövlətçiliyini  qurmaqda  davam  edirdi.  Azərbaycana  sıx 
bağlanmış  Nuru  paşa  Osmanlı  dövlətinin  parçalanmasına  baxmayaraq 
Azərbaycandan  uzaqlaşmaq  istəmir  və  Batuma  köçür.  Lakin  ona  Azərbaycana 
gəlməyi  qadağan  etmiş  ingilislər  sərkərdəni      Batum      şəhərində  həbs            etdilər.  
Azərbaycan  hökumətinin  Nuru  paşanı  azad  etmək  təklifinə  ingilislər  cavab  verdilər  
ki,   bunun  üçün  ermənilər yazılı sürətdə bildirməlidirlər ki, o, ermənilərə qarşı heç bir qəddar hərəkət etməyib. 
İngilis komandanlığı  yaxşı bilirdi ki,   ermənilərin Nuru paşa barəsində söylədikləri uydurmadan başqa bir şey 
deyil, lakin onlar erməni xislətinə yaxşı bələd idilər. Doğrudan da, ermənilər Nuru paşanın qoşunları tərəfindən 
onlara  qarşı  hansısa  bir  cinayət  işlənməsı  barədə  məlumat  verə  bilmədilər.  Buna  baxmayaraq  ingilislər  Nuru 
paşanı  azad etmirdilər. Xalqımız  Nuru paşanı öz xilaskarı  sayır  və belə münasibətlə 
barışmaq  istəmirdi.  Azərbaycan  hökuməti  və  parlamentinə  hansı  yolla  olursa-olsun 
Nuru  paşanı  azad  etmək  tələbləri  daxil  olurdu.  Belə  vəziyyətdə  Nuru  paşanın  azad 
edilməsi  Azərbaycan  Cümhuriyyətinin  əkskəşfiyyat  rəisi  Nağı  bəy  Şeyxzamanlıya 
tapşırıldı.  Onun  adamlarının  1919-cu  ilin  yayında  həbsxanaya  basqını  nəticəsində 
Nuru  paşa  azad  edilərək  Türkiyəyə  keçirilir.  Lakin  Ərzurumdan  yenidən  Bakıya 
qayıdan  Nuru  paşa    1920-ci  ilin  avqustunda    Dağıstana    gəlir  və  sovetlərin  hərb 
maşınının  bütün  Qafqazı  zəbt  etməsinin  şahidi  olur.  Azərbaycanda  baş  verən 
hadisələri  izləyən  Nuru  paşa  ölkəmizin  Sovet  Rusiyası  tərəfindən  işğal  edilməsi 
xəbərini ürək ağrısı ilə qəbul etdi. Azərbaycanda sovetlərə qarşı üsyanlar başlayanda 
o,  dözməyərək  bura  gəlmiş  və  üsyanlarda  iştirak  etmiş,  Qarabağ  antisovet  üsyanının 
başçılarından  biri  olmuşdur.  Üsyanlar  yatırıldıqdan  sonra  sağ  qalmış  üsyançılarla 
bərabər  Türkiyəyə  keçən  Nuru  paşa  gözlənilmədən  Ankaraya  çağrılır.  Osmanlı 
                                                           
296
 Мустафаев Ш.Письмо Хасан бека Агаева Энвер паше // «Зеркало», 28.04.2007. 
297
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.21.
 
298
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.270-273 
 
299
Süleymanov M. Qafqaz islam Ordusunun quruluş, haz.rl.q və səfərbərl.k vəz.y yəti, s.227 


99 
 
imperiyasının  qalıqları  əsasında  Mustafa  Kamal  paşa  Atatürk  tərəfindən  yenicə  yaradılmaqda  olan  Türkiyə 
dövləti    Avropa  dövlətlərinin  birləşmiş  hərbi  təcavüzü  ilə  üzləşmişdi.  Təcili  surətdə  yeni  ordu  yaradılır  və 
Atatürk hər yerdən köhnə osmanlı ordusunun təcrübəli zabitlərini bu işə cəlb edirdi. Nuru paşa ölkənin şərqində 
piyada  diviziya  təşkil  etmiş  və  12-ci  piyada  firqəsi  adını  almış  bu  hərbi  hissə  ilə  Atatürkün  İstiqlal  savaşında 
iştirak etmişdir.  Bu  savaş nəticəsində türk torpaqları azad edilmiş və Türkiyə    Cümhuriyyəti    yaradılmışdır. 
1923-cü  ildə  Nuru  paşa  general-leytenant  rütbəsində  istefaya  çıxmış  və  İstanbul  yaxınlığında      poladəritmə  
zavodunun direktoru  təyin   edilmişdi.    XX əsrın 30-cu  illərində   Türkiyədə soy adları  tərtib ediləndə ögey 
qardaşı  Ənvər  paşanın  şərəfinə  "Killigil"  soy  adını  götürmüşdür.  II  Dünya  müharibəsi  başlayanda  Nuru  paşa 
minaatan və əl qumbaraları istehsal edən zavoda rəhbər təyin edilir. Çətin hərbçi ömrü yaşamış bu şəxsin ölümü 
bütün Türkiyə tərəfindən kədərlə qarşılandı. O, 1949-cu ildə zavod laboratoriyasında baş verən partlayış zamanı 
həlak oldu.
300
 
Mürsəl paşa (Bakı) 1881-ci ildə anadan olub, 1898-1901-ci illərdə hərbi məktəbdə, daha sonra isə Hərbi 
Akademiyada  təhsil  alıb.  1904-cü  ildən  qoşunlarda  xidmət  etməyə  başlayaraq,  1910-cu  ildə  Almaniyaya 
ezamiyyətə  göndərilir.  1913-cü  ildə  alay  komandiri,  1914-cü  ildə  isə  briqada  komandiri  təyin  edilir.  I  Dünya 
müharibəsinin cəbhələrində fərqlənərək 1915-ci ildə diviziya komandiri vəzifəsinə təyin olunmuş Mürsəl paşa 
ona  verilmiş  tapşırıqları  vaxtı-vaxtında  yerinə  yetirirdi.  1918-ci  ilin  mart  ayının  28-də  5-ci  piyada  firqənin 
(diviziyanın) komandiri təyin olunur, iyulda general rütbəsi alır. 1919-cu ildə ingilislər tərəfindən Batumda həbs 
edilən  Mürsəl  paşa  tezliklə  buraxılır  və  Türkiyəyə  qayıdaraq  İstiqlal  savaşında  iştirak  edir.  Atatürkün  təşkil 
etdiyi  yeni  orduda  korpus  komandiri  vəzifəsində  çalışan  Mürsəl  paşa  1933-cü  ildə  tümgeneral  rütbəsində 
istefaya  çıxır.  Ona  soy  adı  götürmək  təklif  ediləndə  "Bakı"  soyadını  götürür.  Mürsəl  paşa  1945-ci  ildə 
İstanbulda vəfat edib.
301
 
15-ci  piyada  diviziyasının  komandiri  Süleyman  İzzət  bəy  haqqında  məlumat  azdır.  Azərbaycana 
gəlməzdən  əvvəl  yarbay  (podpolkovnik)  olan  bu  şəxsin  rütbəsi  QİO-nun  tərkibinə  qatılan  bütün  zabitlərin 
çinləri  kimi  bir  pillə  qaldırılmış  və  o,  albay  (polkovnik)  rütbəsində  Bakı  əməliyyatında  iştirak  etmişdir. 
Dərbəndin  və  Port-Petrovskın  alınmasında  müstəsna  xidmətləri  olan  diviziya  sonralar  Türkiyəyə  qayıtmışdır. 
1936-cı  ildə  Süleyman  İzzət  bəy  öz  xatirələrini  "15  piyade  fırkasının  Azerbaycan  və  Şimali  Kafkazyadakı 
harekatı və muharibeleri" adı ilə nəşr etdirmişdi.
302
 
Qafqaz  İslam  Ordusunun  osmanlı  hissələrinin  alay  və  tabor  komandirləri  barəsində  də  məlumat  azdır. 
Yalnız  9-cu  Qafqaz  piyada  alayının  komandiri  Cəmil  Cahid  bəy  barəsində  məlumat 
nisbətən ətraflıdır, bu da onun sonralar Türkiyə hərb sistemində yüksək vəzifələr tutması 
ilə  bağlıdır.
303
  Cəmil  Cahid  bəy  1883-cü  ildə  anadan  olmuş,  I  Dünya  müharibəsində 
iştirak  etmişdir.  Azərbaycan  hüdudlarını  keçən  ilk  Osmanlı  hərbi  hissəsi  9-cu  Qafqaz 
piyada  alayı  idi  və  ona  minbaşı  (mayor)  Cəmil  Cahid  bəy  rəhbərlik  edirdi.  Gəncə 
ermənilərinin  tərksilahını  həyata  keçirən  alay  sonrakı  döyüşlərdə,  о  cümlədən  Bakının 
azad  edilməsində  fəal  iştirak  etmişdir.  Bakıya  hücum  zamanı  Cəmil  Cahid  bəy  Qərb 
qrupuna  rəhbərlik  edirdi  ki,  burada  bir  neçə  Azərbaycan  və  Osmanlı  hərbi  hissələri  var 
idi.  1-ci  Azərbaycan  diviziyası  Qarabağa  göndəriləndə  onun  tərkibinə  təcrübəli  9-cu 
Qafqaz  piyada  alayı  da  qatılmışdır.    Mudros  müqaviləsinin  şərtlərinə  görə  Osmanlı 
qoşunları Azərbaycanı tərk edəndə Cəmil Cahid bəy artıq albay (polkovnik)  rütbəsində  
idi. Atatürkün başladığı İstiqlal savaşına qatılan Cəmil Cəhid bəy 5-ci piyada firqəsinin komandiri təyin edilir. 
Bu  vəzifədə  general  rütbəsinə  layiq  görülən,  döyüşlərdə  fərqlənən  sərkərdə    yeni  Türkiyə  ordusunun 
qurulmasında  yaxından  iştirak  edir.    1940-cı  ildə  o,  Cümhuriyyətin  Jandarm  qüvvələrinin  komandanı,  1943-
1946-cı  i llərdə    1-ci    Ordunun  komandanı    vəzifələrində  çalışmış,  1946-1947-ci  illərdə  isə  Türkiyə 
Cümhuriyyəti  Milli  Müdafiə  naziri   olmuşdur. Cəmil Cahid bəy 1956-cı ildə vəfat edib. 
 
 
5.9. Müsəlman Korpusu və Qafqaz Ġslam Ordusunun  
silah və hərbi texnikası 
 
 
Milli  Azərbaycan  hissələrinin  yaradıldığı  andan  üzləşdiyi  əsas  prob-lemlərdən  biri  müasir  silahların 
çatışmazlığı  idi.  Müsəlman  Korpusunun  komandanı  general-leytenant  Ə.Şıxlinski  öz  xatirələrində  yazırdı  ki, 
"bizim əlimizdə silah, cəbbəxana... yox idi". Əgər ərzaq və paltar 
                                                           
300
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.272-273.
 
301
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.228.
 
302
Yenə orada, c.2, s.358.
 
303
Yenə orada, c.1, s.282. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə