Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   44   45   46   47   48   49   50   51   ...   90

93 
 
təyin  olunub.  1919-cu  ilin  dekabrında  İtaliyaya  ezam  edilərək  Azərbaycan  Ordusu  üçün  lazım  olan  sursat  və 
hərbi  geyimin  alınması  barəsində  müqavilələr  imzalayan  general  1920-ci  ilin  əvvəlində  Bakı 
möhkəmləndirilmiş  rayonunun  rəisi  təyin  olunur.  Bolşeviklərin  gəlişi  ilə  həbs  edilərək  o,  Nargin  adasında 
güllələnib.
270
 
General-mayor Əmənulla Mirzə Qacar 1862-ci ildə Şuşa şəhərində anadan olmuş, Peterburq hərbi kadet 
korpusunu  bitirmiş,  piyada  hissələrdə  xidmət  etmişdir.  Rusiya-Yaponiya  müharibəsində  tabor  komandiri  kimi 
iştirak edən Əmənulla Mirzə  I Dünya  müharibəsində iştirak etmiş, 1917-ci ildə general-mayor rütbəsinə layiq 
görülmüşdür. Tiflisə, oradan isə Şuşaya qayıdan general Müsəlman Korpusunun 1-ci müsəlman nişançı alayının 
komandiri  təyin  edilir.  Nuru  paşanın  1918-ci  il  avqust  islahatı  nəticəsində  təqaüdə  göndərilən  general  türklər 
Azərbaycanı  tərk  edəndən  sonra  yenidən  Azərbaycan  Ordusuna  cəlb  edilmiş  və  1-ci  süvari  diviziyasının 
komandir  müavini  vəzifəsində  Qarabağ  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  1920-ci  ildə  bolşeviklər 
Azərbaycanı  zəbt  edəndə  mühacirətə  gedən  general  İrana  keçmiş,  burada  hərbi  məktəbdə  dərs  demiş,  ordu 
quruculuğunda iştirak etmişdir.
271
 
Müsəlman  Korpusunun  təşkilində  böyük  rol  oynayan  şəxslərdən  biri  də  polkovnik  Süleymanbəy 
Əfəndiyev  olmuşdur.  1864-cü  ildə  anadan  olan  Süleyman  bəy  Yelizavetqrad  süvari  məktəbini  bitirmiş, 
Kutaisidə mühafizə hissələrində və polis keşikçi dəstəsində xidmət etmişdir. 1917-ci ilin iyulunda Yelizavetpola 
ezamiyyətə  göndərilən  polkovnik  Süleyman  bəy  şəhərdə  hərbi  kurs  təşkil  etdi  və  150  nəfər  Gəncə  hərbi  işin 
ilkin vərdişlərinin öyrədilməsinə başladı. Daha sonra o, Müsəlman Korpusunun burada təşkil edilən 5-ci piyada 
alayına  komandir  təyin  olundu,  alayın  yeni  yaradılan  hissələri  ilə  rus  qoşunlarının  tərksilah  edilməsində,  о 
cümlədən Şəmkir hadisələrində iştirak etdi. 1-ci piyada alayının komandiri vəzifəsində Müsəlman Korpusunun 
döyüşlərində  iştirak  edən  Süleyman  bəy  Nuru  paşa  tərəfindən  Azərbaycan  hissələrinin  strukturu  dəyişilərkən 
mənzil  müfəttişi  təyin  edildi.  Azərbaycan  Ordusu  1918-ci  ilin  sonlarından  tərtib  edilməyə  baş-layanda 
Süleyman  bəy  2-ci  Qarabağ  süvari  alayının  komandiri  təyin  olundu.  Daha  sonra  Azərbaycan  Ordusunda  1-ci 
piyada diviziyasının komandiri təyin edilən Süleyman bəy 1918-ci il dekabrın 29-da   general-mayor rütbəsinə 
layiq  görüldü,  1919-cu  ilin  fevral  ayında  səpmə  yatalağından  vəfat  etdi.
272
  Təntənə  ilə  dəfn  edilən  general 
barəsində  Hərbi  nazir  S.Mehmandarov  demişdir:  "General  Süleyman  bəy  Əfəndiyev 
təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə zabitan arasında ən 
birinci mövqe tutanlardan idi!" 
Polkovnik  Sədrəddin  Mirzə  Qacar  1866-cı  ildə  anadan  olub,  Orenburq  hərbi 
məktəbini  bitirdikdən  sonra  Vladivostokda  xidmət  edib.  1917-ci  ilin  Fevral 
inqilabından  sonra  Tiflisə,  oradan  isə  Gəncəyə  gələn  Sədrəddin  Mirzə  Müsəlman 
Korpusunda  xidmətə  başlayıb.  QİO-da  hansı      vəzifədə    olması    məlum  deyil.  
Azərbaycan    Ordusunda  1919-cu  ildə  Bakı  qəzasının  hərbi  rəisi,  daha  sonra  Hərbi 
nazirliyin dəftərxana   rəisi   vəzifələrində xidmət edən Sədrəddin Mirzə 1920-ci ildə 
bolşeviklər  tərəfindən  həbs  olunaraq  Arxangelskyə  göndərilib,  1921-ci  ildə  Ryazana 
köçürülərək burada güllələnib.
273
 
Polkovnik  Cavad  bəy  Şıxlinski  1875-ci  ildə  anadan  olub,  Tiflis  kadet  korpusu 
və  Mixaylov  artilleriya  məktəbini  bitirib.  Çar  ordusunun  topçu    hissələrində  xidmət  edərkən  o,  1918-ci  ilin 
yayında Azərbaycana gəlib və Əlahiddə Azərbaycan Korpusunda  
2-ci  piyada  alayının  komandiri  təyin 
olunub. Polkovnik Cavad bəy Azərbaycan Ordusunun qərargahında Topçu şöbəsinin rəis müavini, 1919-cu ilin 
fevralından  isə  1-ci  piyada  diviziyasının  komandiri  təyin  edilib.  1919-cu  ilin 
iyunundan  Gəncə  qarnizonunun  rəisi  vəzifəsində  işləyən  Cavad  bəyə  general-mayor 
rütbəsi  verildi.  1919-cu  ilin  noyabr  ayında  Zəngəzur  ekspedisiyasına  rəhbərlik  edib. 
1920-ci  ilin  mayında  Gəncə  üsyanın  təşkilatçılarından  olan  Cavad  bəy  İrana 
mühacirətə gedir.
274
 
Azərbaycanlı  zabitlərlə  bərabər  vuruşmuş  polkovniklər  L.L.Maqalov  və 
M.G.Tlexas xüsusi qeyd edilməlidirlər. 
Polkovnik  Levan  Luarsaboviç  Maqalov  (Maqalişvili gürcü  knyaz  nəslindəndir) 
1879-cu  ildə  Tiflis  şəhərində  anadan  olub,  Peterburqda  Paj  korpusu  və  Nikolayev 
süvari  məktəbini  bitirib.
275
    Tersk  kazak  qoşunlarının  tərkibində  xidmətə  başlayıb, 
1900-1901-ci  illərdə  Çinə  yürüşdə  və  1904-1905-ci  illərdə  Rus  –  Yapon 
                                                           
270
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.415.
 
271
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.93. 
 
272
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.324-325.
 
273
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.94.
 
274
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.377; Süleymanov M.S.Azərbaycan Ordusu, s.444.
 
275
Грузинский  генералитет  (1699-1921).  Биографический  справочник.  Составил  М.  Гогитидзе.  Киев  2001//  Kitabın  surətini  aşkar  edib  bizə 
göndərdiyinə görə Eldar İsmaylova öz dərin təşəkkürümüzü bildiririk.  


94 
 
müharibəsində  iştirak  edib.  I  Dünya  müharibəsinə  kazak  qoşunlarında  fəaliyyətə  başlayan  L.Maqalov  Tatar 
süvari  alayına  keçirilib,  burada  xidmət  edib,  alay  komandiri  vəzifəsində  polkovnik  rütbəsinə  layiq  görülüb. 
1917-ci  ilin  sonunda  Maqalov  alayla  birlikdə  Azərbaycana  gəlib,  ZK-nın  və  Müsəlman  Korpusu 
komandanlığının  əmrini  yerinə yetirərək rus  hərbi hissələrinin tərksilah  edilməsin-də iştirak edib. 1918-ci ilin 
aprel-iyun  aylarında Müsəlman Korpusunun hissələri və Zaqafqaziya Seymi tərəfindən göndərilmiş qüvvələrə 
başçılıq  edərək  bolşevik-erməni  qoşunlarına  qarşı  döyüşlərdə  iştirak  etmişdir.  Sonra  o,  Gürcüstana  keçmiş, 
gürcü ordusunda general-leytenant rütbəsinədək yüksəlmişdir. Gürcüstana təcavüz etmiş sovet qoşunlarına qarşı 
mübarizə  aparmış  L.Maqalov,  ölkəsi  işğal  ediləndən  sonra  mühacirətə  getmiş  və  1926-cı  ildə  Almaniyanın 
Münhen şəhərində vəfat etmişdir. 
Polkovnik Murad Gəray Tlexas əslən çərkəz idi, 1874-cü ildə anadan olub. Mixaylov artilleriya məktəbini 
bitirdikdən  sonra  müxtəlif  hərbi  hissələrdə  xidmət  etmiş  Tlexas  Müsəlman  Korpusu  təşkil  olunanda  onun 
tərkibinə yazılmışdır. 2-ci topçu briqadanın komandiri kimi o, Korpusun artilleriya hissələrinin yaradılmasında 
boyük rol oynamışdır. QİO tərkibində o, topçu hissələrin müfəttişi işləmişdir. l918-ci ilin sonunda Azərbaycan 
Ordusunun  qərargahında  topçu  şöbəsinin  rəisi  işlədiyi  dövrdə  o,  general-mayor  rütbəsinə  layiq  görülüb. 
Müxtəlif  komissiyaların  üzvü  (o  cümlədən  Gürcüstandan  silah  və  sursat  gətirilməsi  üzrə  komissiyanın  üzvü) 
Tlexas Denikin təhlükəsinə  qarşı istehkamlar yaradılmasında iştirak edib, Bakının general – qubernatoru təyin 
olunub. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilərək güllələnib.
276
 
Podpolkovnik  Həbib  bəy  Səlimov
277
  1881-ci  ildə  İrəvan  quberniyasında            məmur    ailəsində  anadan 
olmuşdur.  İrəvan  müəllimlər  seminariyasında  bir  sinif  oxuyandan  sonra  156-cı  Yelizavetpol  piyada  alayına 
yazılaraq  sıravi  və  unter  -  zabit  kimi  xidmət  etmişdir.  1902-ci  ildə  Tiflis  piyada      məktəbinə      daxil      olan 
Səlimov  oranı  bitirdikdən  sonra  3-cü  Qafqaz  piyada  taborunda    xidmətə  başlayıb.  Təlim  komandasının   
komandiri,   tabor   komandının    adyutantı,    bölük komandiri vəzifələrində 3-cü, 5-ci və 6-cı Qafqaz piyada 
taborlarında xidmət etmiş Həbib bəy 1906-cı ildə Şuşa şəhərinə ezam olunur və burada təxribat törədən erməni 
quldurlarına qarşı mübarizədə göstərdiyi səylərə görə dinc dövrdə az verilən Müqəddəs Vladimir ordeninin 4-cü 
dərəcəsi  ilə  təltif  edilir. Xidmətləri  ilə  komandanlığın  diqqətini  cəlb  edən  Səlimov  1909-cu  ilin  aprelində 2-ci 
Qafqaz atıcı briqadasının idarə heyətinin zabiti, daha sonra isə İrana göndərilmiş Qəzvin dəstəsinin zabiti, 1910-
cu ilin yanvar - iyun aylarında isə Qəzvin rəisinin qərargah rəisi vəzifəsini icra edən təyin olunur. Rusiya Dövlət 
Hərbi  -  Tarix  Arxivində  qorunan  xidmət  siyahısında  göstərilir  ki,  o,  "xaricdə 
ezamiyyətdə  olmuş"  (hansı  ölkədə  -  göstərilmir),  sonra  Culfa  dərəsində,  sərhəd 
mühafizə  məntəqəsinin  komandiri  kimi  çalışmış,  Tehranda  xidmət  etmişdir 
(sənədlərdə  göstərildiyi  kimi-  "gizli  kəşfiyyat  aparmaq  məqsədi  ilə").
278
  I  Dünya 
müharibəsini  123-cü  piyada  Kozlov  alayının  tərkibində  qarşılayan  Səlimovun 
müharibədəki xidmətləri barəsində hələ ətraflı məlumat yoxdur.
279
 Məlumdur ki, o, 
bilik və bacarıqlarına görə podpolkovnik rütbəsində Rusiya Ordusu Ali Qərargahın 
Nikolayev Akade-miyasına oxumağa göndərilmiş və 1917-ci ildə oranı bitirmişdir. 
1918-ci il martın 14-də Müsəlman Korpusuna qəbul edilib və hərbi nizamnamələrin    
təkmilləşməsi  komissiyasının  üzvü  təyin  olunub.  Müsəlman  Korpusu  tərkibində 
süvari  briqadanın  qərargah  rəisi  vəzifəsində  ilk  döyüşlərdəcə  fərqlənən  Səlimov 
Azərbaycana gələn Nuru paşanın diqqətini cəlb etmişdi. Nuru paşa sərkərdəni QİO-
nun  Azərbaycan  hissələrinin  qərargah  rəisi  təyin  etmişdi.  Bakı  istiqamətində 
Azərbaycan-türk  qoşunlarının  azadlıq  yürüşündə  Səlimov  Cənub  qrupunun 
коmandanı təyin edilmiş və ən ağır istiqamətdə - Gəncə-Bakı dəmiryolu boyunca 
irəliləmək əmrini almışdı.
280
 Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı 
bilən,  igid  sərkərdə"  kimi  xatırlanır.  Səlimov  daim  ön  cəbhədə  olmuş  və  Azərbaycanı  bolşevik-daşnak  hərbi 
qüvvələrindən xilas etmək üçün mərdliklə vuruşmuşdur. 
Milli  Ordunun  Baş  Qərargah  və  Dəftərxana  rəisi  Həbib  bəyə  təşkilatçılıq 
qabiliyyəti və Milli Ordunun yaradılmasında səylərinə görə 1919-cu ilin fevralında 
general-mayor  rütbəsi  verilib.  O,  həmçinin  hərbi  məktəblərdə  taktikadan  dərs 
deyirdi.  1919-cu  il  iyul  ayında  Muğanda  və  Lənkəranda  Azərbaycan  milli 
hakimiyyətini  tanımaq  istəməyən  rus  silahlı  qüvvələri  bolşeviklərin  təhriki  ilə 
silahlı  qiyam  qaldırmış  və cənub  bölgəsini  Rusiyaya  birləşdirmək  barədə bəyanat 
vermişdilər.  Dərhal  təşkil  edilən  briqadaya  komandan  təyin  olunan  Səlimov  düş-
                                                           
276
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.399.
 
277
Həbib bəy Səlimovun xidmət siyahısının surətlərini bizim üçün RDHTA-dən
 aşkar edib göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü 
bildiririk.
 
278
РГВИА, ф. 409, oп. 1, д. 37290, л. 1-6об. 
279
РГВИА, ф. 2737, оп. 1, д. 128, л. 26об. -27. 
280
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə