Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

97 
 
azad  etməyə çalışan Müsəlman  Korpusunun köməyinə kiçik  hərbi hissə göndərə bildi.  Bolşeviklərlə mübarizə 
aparan  Qosinski  Dağıstanın  rus  əhalisinə  zərər  yetirməyi  qadağan  etmişdi.  Ruslara  və  rus  qoşunlarına  rəğbəti 
ona 1919-cu ildə Denikin ordusunun dağlılara necə təhlükə törədəcəyini görməyə imkan vermədi. 1919-cu ildə 
Denikinlə danışıqlara yollanan Qosinski heç nəyə nail ola bilmir, Dağlılar Respublikası denikinçilər tərəfindən 
dağıdılandan  sonra  o,  müxalifətə  keçir.  Həm  Denikin,  həm  də  bolşeviklərə  qarşı  vuruşan  Qosinski  bütün 
məbrumiyyətlərə sinə gərmişdir. Dağıstanda, sonra isə Azərbaycanda Sovet hakimiyyəti qurulanda o, qaldırdığı 
antisovet  qiyamının  rəhbəri  olmuşdu.  1921-ci  ilin  mayında  qiyam  yatırılandan  sonra  Çeçenistana  keçmiş  və 
1925-ci  ilədək  gizli  fəaliyyətlə  məşğul  olmuşdu.
291
  1925-ci  ildə  Qosinski  sovet  orqanları  tərəfindən  aşkar 
edilərək öldürülmüşdür. Həmçinin onun 16 yaşlı oğlu və iki qızı, digər qohumları da güllənmişdilər. 
Osmanlı zabitləri. Bilavasitə QİO-ya aidiyyatı olan zabitlərə keç-məzdən əvvəl QİO-nun yaradılmasının 
təşəbbüskarı olan Ənvər paşanın bioqrafiyasının bəzi məqamlarını açıqlamaq lazımdır. Ənvər paşa 1880-ci ildə 
İstanbulda  anadan  olub,  hərbi  təhsil  alıb,  1903-cü  ildə  İstanbulda  Baş  Qərargah 
Akademiyasını  bitirib.
292
  1914-cü  ildə  Osmanlı  dövlətinin  Baş  qərargah  rəisi  vəzifəsinə 
təyin  edilən  Ənvər  bəy  general  rütbəsinə  layiq  görülür  və  faktiki  olaraq  Osmanlı 
dövlətinin daxili və xarici siyasətini müəyyənləşdirən şəxslərdən biri olur. Onu yaxından 
tanıyan şəxslər (istər dostlar, istərsə də düşmənlər) qeyd edirdilər ki, şəxsən şücaətli olan, 
təhlükə  anında  soyuqqanlığını  itirməyən  Ənvər  paşanın  mənfi  xüsusiyyətləri  inadkarlığı, 
müştəbehliyi, heç kimin, hətta ən yaxın dostlarının belə məsləhətlərinə qulaq   asmaması 
ilə şərtlənirdi.   Çılğın   təbiətli   Ənvər  paşa avantüra xarakterli əməliyyatlara atılır, bəzən 
qoşunların  real  vəziyyəti  və  imkanlarını  nəzərə  almadan  taleyüklü  qərarlar  qəbul  edirdi. 
1917-ci  ildə  ölkənin  hərbi  naziri  təyin  edilən  və  bu  vəzifədə  QİO-nun  yaradılması 
barəsində  qərar  qəbul  edən  Ənvər  paşa  Azərbaycan  və  azərbaycanlılara  daim  hörmətlə 
yanaşmış, onların istər çar, istərsə də bolşevik Rusiyasının əsarətindən qurtarması üçün əlindən gələni edəcəyini 
vurğulamışdır.  İdealı  bütün  türk  xalqlarını  özündə  birləşdirən  Böyük  Türküstan  yaratmaq  olan  Ənvər  paşa 
qarşısına əlçatmaz, qeyrireal məqsədlər qoyurdu. Osmanlı dövləti müharibədə məğlub ediləndən sonra istefaya 
çıxan  Ənvər  paşa  Azərbaycana  gəlmək  üçün  dəniz  yolu  ilə  Krıma  keçdi,  lakin  Şimali  Qafqazda  yollar  bağlı 
olduğundan Moskvaya yollandı. Türkiyə ilə əlaqələr qurmağa çalışan sovet hökuməti onu qeyri-rəsmi şəxs kimi 
qəbul etdi, "İslam ihtilal cəmiyyətləri ittifaqı" adlı təşkilat yaratmasına imkan verdi. Bakıya gələrək burada Şərq 
xalqlarının  qurultayında  iştirak  edən  Ənvər  paşa  sovetlərin  köməyi  ilə  Orta  Asiyaya  keçdi.  Onun  ingilisələrə 
qarşı mübarizə aparacağından əmin olan Sovet hökuməti Orta Asiyada fəaliyyət göstərən basmaç dəstələri ilə 
əlaqə  qurmasına  maneçilik    törətmədi.  Lakin  bolşevikləri  türk-müsəlman  xalqlarının  istiqlalı  yolunda  maneə 
hesab edən Ənvər paşa sovetlərə qarşı   üsyan   qaldırdı,    yaratdığı dəstələr başında  yürüşə başladı. Çoxsaylı 
sovet  qoşunları  tərəfindən  mühasirəyə  alınaraq  məğlub  edilən  Ənvər  paşa  1922-ci  ildə  Türküstan  çöllərində 
döyüşdə həlak oldu.
293
 Bu görkəmli  şəxsiyyətin həyat və fəaliyyətinə müxtəlif cür yanaşmaq olar. Lakin bir şey  
aydındır  ki,  onun  QİO-nun  yaradılması  və  bu  ordunun  Azərbaycana  yeridilməsı  barəsində  əmri  Azərbaycan 
xalqının taleyində tarixi rol oynamışdır. 
Mehmet  Vehib  paşa  (Kaçı)  1877-ci  ildə  anadan  olub,  hərbi  məktəbi  və  Hərbi 
Akademiyanı  bitirib.  1909-cu  ildə  rüşdiyə  hərbi  məktəblərindən  birinə  rəis  təyin 
olunan  Vehib  bəy  tezliklə  qoşunlara  təyinat  aldı  və  1912-ci  il  Balkan  müharibəsində 
iştirak etdi. I Dünya müharibəsində firqə, sonra isə korpus komandiri olan Vehib bəy 
general  rütbəsinə  layiq  görülür,  Çanaqqala      döyüşlərində  onun      təşkilatçılıq 
qabiliyyəti  özünü  göstərir.  1917-ci  ildə  3-cü  Ordu  komandanı  təyin  edilərək  Qafqaz 
cəbhəsinə  gələn  Vehib  paşa  təkcə  hərbçi  deyil,  siyasətçi  kimi  də  bacarıqlı  olmasını 
göstərmişdi. 1918-ci ilin iyunun əvvəllərində 3-cü, 6-cı və 9-cu Ordulardan ibarət olan 
Şərq ordular qrupu komandanı təyin edilən Vehib paşa iyunun 29-da istefaya çıxır. I 
Dünya müharibəsindən sonra o, mühacirətə gedir və 1940-cı ildə vəfat edir.
294
 
Xəlil  paşa  (Kut)  1881-ci  ildə  anadan  olub.  3-cü  Ordunun  tərkibində  Qafqaz 
cəbhəsində  vuruşaraq  özünü  bacarıqlı  zabit  kimi  göstərən  Xəlil  bəy  1915-ci  ilin 
əvvəllərində  20  minlik  dəstənin  başında  Urmiya  istiqamətində  irəliləmiş  və  onu  tutmuşdur.  N.Korsun  qeyd 
edirdi  ki,  öz  dəstəsində  nizami  qoşunların  güclü  qruplaşmasını  qoruyub  saxlaya  bilən 
Xəlil bəy  rus komandanlığının ehtiyyat    etdiyi ən təhlükəli zabitlərdən idi.
295
 1915-ci 
ilin  iyununda  4-cü  Ordunun  komandanı  təyin  edilən  Xəlil  bəy  general  rütbəsinə  layiq 
                                                           
291
Гражданская война. Энциклопедия, с.156. 
292
Гражданская война. Энциклопедия, с.670. 
 
293
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.364-366.
 
294
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.423.
 
295
Корсун. Кавказский фронт, с.215, 229. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə