Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

87 
 
 
 


88 
 
 
azərbaycanlı könüllülərdən düzənlənmişdi.
249 
15-ci  topçu alayı iki Dağ topçu batareyası,  bir səhra topçu 
taqımından  (cəmi  12  top)  ibarət  olmuşdur.  Əlavə  hissələrə  istehkam  bölüyü,  səhiyyə  bölüyü,  telsiz  teleqraf 
taqımı, səyyar xəstəxana, orkestr, iaşə taqımı, iki ərzaq qolu aid idi. 
Cənub  qrupu  (Azərbaycan  diviziyası  komandan  Cəmil  Cahit  bəy)  iki  tabordan  ibarət  olan  4-cü  piyada 
alayı, üç süvari könüllülər alayı, bir səhra və bir dağ topu alaylarından ibarət olmuşdur. 
106-cı Qafqaz piyada alayı digər hərbi hissələrə birləşdirildiyindən tərkibində bir piyada taboru qalmışdı. 
QİO bu tərkibdə Bakı uğrunda son döyüşə başlamışdır. 
 
 
 
5.7. Müsəlman Korpusu və Qafqaz Ġslam  
Ordusunun say tərkibi 
 
Müsəlman Korpusunun strukturu təsdiq ediləndə onun tərkibində 30-40 min döyüşçünün olacağı nəzərdə 
tutulmuşdu.  Hərbi  mükəlləfiyyət  görməyən,  əhalisinin  əksər  hissəsi  hərbi  xidmətdə  olmayan,  zabit  kadrları, 
silah və sursat sarıdan korluq çəkən ölkədə bu sayda qüvvəni təşkil etmək üçün azı 4-5 il vaxt tələb olunurdu. 
Əslində isə hərbi hissələrə ilk zabit və əsgərlər gələndə, az da olsa silahla təmin edilir və döyüşə göndərilirdi. 
Nəticədə  1918-ci  ilin  martında  Müsəlman  Korpusunun  Azərbaycan  ərazisinə  səpələnmiş  hərbi  hissələri 
tərkibində 3 minə yaxın döyüşçü ehtimal ki, bir о qədər də erməni-bolşevik təcavüzünə qarşı mübarizə aparan 
ayrı-ayrı  könüllü dəstələr olmuşdur. Bütün bu qüvvələr arasında  yeganə yaxşı təşkil edilmiş  hərbi hissə Tatar 
süvari alayı idi ki, onun da tərkibində 500-dən artıq döyüşçü var idi. 
1918-ci  ilin  aprelində  erməni-bolşevik  qoşunlarına  qarşı  Maqalovun  dəstəsində  təxminən  2  min  nəfər, 
İsmayıl  xan  Ziyadxanlının  dəstəsində  təxminən  3  min  nəfər,  Bakıdan  çıxan 
könüllülər, Quba, Xaçmaz, Dəvəçi könüllüləri cəmi 1-2 min nəfər təşkil edirdilər. 
N.Qosiskinin  göndərdiyi  qüvvələrə  polkovnik  Cəfərov  rəhbərlik  edirdi.
250
 
Azərbaycanın  qərb  sərhədlərində  -  Naxçıvan,  Zəngəzur  və  Qarabağda  ayrı-ayrı 
könüllü  dəstələr  olmuşdur.  Onlar  Dro,  Nzdex  və  Andranikin  erməni  dəstələrinə 
qarşı  vuruşduğundan  Bakı  istiqamətinə  cəlb  oluna  bilməzdilər.  Pərakəndə  halda, 
bir-birləri ilə əlaqəsi olmayan qüvvələr, əlbəttə ki, ordu sayıla bilməzdi. 
Azərbaycana  gələn  Nuru  paşa  yazırdı  ki,  Müsəlman  Korpusunun 
uğursuzluqlarına baxmayaraq könüllülər toplanır. Onların sayı 1000-ə yaxındır. Bir 
çox  yerlərdə  əhali  I  Dünya  müharibəsində  rus  ordusu  tərəfindən  əsir  götürülmüş 
türk  zabit  və  əsgərlərini  azad  etmiş  və  onlar  yerli  dəstələr  təşkil  etmişdilər.  Bəzi 
yerlərdə belə dəstələrin tərkibində 2 minə yaxın könüllü vardı. 
1918-ci ilin əvvəllərinə 3-cü ordunun tərkibində 45 min döyüşçü var idi.
251
 
Qafqaz  İslam  Ordusunun  say  tərkibini  müəyyənləşdirərkən  türk  və 
Azərbaycan  hissələrinin  ştatlarına  əsasən  döyüşçülərin  sayını  müəyyən  etmək 
doğru  olmazdı.  5-ci  Qafqaz  firqəsində  330  zabit,  7403  əsgər  (5277-si  döyüşən 
hissələrdə) var idi lakin firqə Azərbaycana hissə - hissə gələrək elə döyüşlərə də hissə-hissə qatılırdı. Eləcə də 
Azərbaycan  hissələrinin  sayı  döyüşlər  nəticəsində  azad  edilən  ərazilərin  əhalisinin  hesabına  artırdı.  Nəzərə 
almaq lazımdır ki, ilk döyüşlərdən sonra orduda sadə say artımını həyata keçirmək qarşıya qoyulan əsas məqsəd 
deyildi,  çünki  toplananları  silahlandırmaq,  təşkil  etmək,  təmin  etmək,  öyrətmək  lazım  idi.  Bütün  bunlar  isə 
tədricən həyata keçirilirdi. 
Sovet  tarixçisi  A.Kadişev  QİO  tərkibində  azərbaycanlıların  sayının  5  min  nəfər  olmasını  göstərir.
252
 
Bolşevik-erməni,  ingilis  kəşfiyyatının  məlumatlarını,  eyni  zamanda  Osmanlı  hərbi  sənədlərini  və  mövcud 
tədqiqat  materiallarını  təhlil  edərək  M.Süleymanov  sübut  etmişdir  ki,  iyul  ayında  QİO  tərkibində  azı  4-5  min 
azərbaycanlı  var  idi.
253
  Araşdırmalar  göstərmişdir  ki,  artıq  1918-ci  ilin  iyun-iyul  döyüşlərində  ümumi  sayı  10 
min  nəfər  olan  Qafqaz  İslam  Ordusunun  6  min  döyüşçüsü  osmanlı,  4  mini  isə  azəri  türkü  idi.
254
  Sentyabrın 
əvvəllərində bu rəqəm daha da artmışdı. Belə ki, Nuru paşanın avqustun əvvəllərində həyata keçirdiyi struktur 
dəyişikliyi azərbaycanlıların sayının artmasına dəlalət edir.  Ştata əsasən Azərbaycan piyada alayında 61 zabit, 
                                                           
249
Bu hissələrin quruluşu tərəfimizdən N.Yüceerin kitabında verilmiş tablo
 əsasında tərtib edilib (N.Yüceer. Birinci Dünya savaşında Osmanlı ordusunun 
Azerbaycan ve Dağıstan harekatı. Ankara, 2002 tablo «Kafkas İslam Ordusunun 10
 eylül 1918 kuruluşu». 
250
Дарабади П.Г. Военные вопросы, с.109. 
251
Enver Ziya Karal. Osmanlı tarihi. Cilt 5, s.527.
 
252
Кадишев А.Б. Интервенция, с.113. 
253
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.168. 
254
Allen V.E.D. ve P.Muratof. 1828-1921 Türk-Kafkas sınırındakı harplerin tarihi. Ankara, 1966, s.445. 
 


89 
 
2700 əsgər olmalı idi. Ştatların tam dolmamasını nəzərə alsaq belə təşkil edilmiş iki Azərbaycan diviziyası (ən 
aşağı rəqəmləri götürsək: hər biri 1000-1500 nəfərlik 7 piyada alay), iki süvari alay (hər birində 200-300 nəfər) 
və  topçu  hissələrində  avqustun  əvvəllərinə  azı  8-9  min  döyüşçü  olmalı  idi.  Düşmən  tərəfin  (ingilis  və  erməni 
mənbələri) Bakıya hücum ərəfəsində Qafqaz İslam Ordusu tərkibində 14-15 min döyüşçünün olması haqqında 
məlumatları  doğru  hesab  oluna  bilər.  Gəncədən  Bakıyadək  olan  ərazilərdə  yaradılmış  postlar,  hərbi  məktəb, 
yerli  dəstələr,  Muğan  qiyamçılarına  qarşı  dayanan  könüllü  dəstələrini  nəzərə  alsaq  bu  rəqəm  daha  da  böyük 
olmalıdır. Üstəlik, Azərbaycanın qərb ərazilərindəki, həmçinin Naxçıvan, Zəngəzur və Qarabağdakı dəstələrin 
say tərkibi bu statistikaya daxil edilməmişdi. 
 
 
 
5.8. Müsəlman Korpusu və Qafqaz Ġslam  
Ordusunun komandanhğı 
 
Müsəlman Korpusunun üzləşdiyi ən böyük problemlərdən biri zabit kadrlarının çatışmazlığı idi. Rusiya 
ordusu  tərkibində onsuz  da  sayı  az  olan  azərbaycanlı zabitlərin  bir  qismi  I  Dünya  müharibəsinin  cəbhələrində  
həlak    olmuş      (misal    üçün,    Nikolayev    Hərbi    Akademiyasını  bitirmiş  polkovnik  Teymur  Mirzə 
Məmmədəlibəyov kimi sərkərdə), bir qismi isə çar ordusunun zabitləri kimi bolşeviklər tərəfindən saxlanılmış 
və min bir əziyyətlə xidmət yerlərindən Azər-baycana qayıtmışdılar (misal üçün, məşhur sərkərdə tam artilleriya 
generalı Səməd bəy Mehmandarov kimi). Elələri də var idi ki, rus imperatoruna sədaqət andı içdiyini və bu anda 
sona  qədər  sadiq  qalacaqlarını  bildirərək  öz  imperatorlarından  ayrılmaq  istəməmiş  və  onun taleyi  ilə eyni tale 
yaşamışdılar  (misal  üçün,  tam  süvari  generalı  Hüseyn  Xan  Naxçıvanski  kimi).    Müsəlman  Korpusunun 
komandiri  Ə.Şıxlinski  zabit  kadrlarının  çatışmazlığını  hətta  "çıxılmaz  vəziyyət"  adlandırmışdır.      Belə   
vəziyyətdə   Korpusa   Azərbaycana   müsbət yanaşan və könüllü olaraq Müsəlman Korpusunda xidmət etməyə 
razı  olan      qeyri-müsəlman      zabitlər      xidmətə      qəbul      edilirdi.      Korpus  yaradılarkən  onun  qərargah  rəisi 
general-mayor  Mençukov  təyin  edilmişdi.  Rus  zabitləri  sayca  Korpus  zabitlərinin  65%-ni  təşkil  edirdi.  Bu 
zaman onların əsas problemi Azərbaycan dilini bilməməsi idi. Azərbaycanlı zabitlərin min bir əziyyətlə xidmət 
yerlərindən  vətənə  qayıtması  və  burada  xidmət  etmək  arzusu  sayəsində  tədricən 23  zabit  toplanmışdı.  Onların 
sırasında  general-leytenant  Əli  ağa  Şıxlinski,  general  -  mayorlar  X.Talışinski,  Əmənulla  Mirzə  Qacar  və 
Ağausubov,  polkovniklər  S.Əfəndiyev,  Əliiskəndərov,  Sədrəddin  Mirzə  Qacar,  C.  Şıxlinski,  podpolkovniklər 
H.Səlimov,  Xosrov  Mirzə  Qacar,  S.Rəfibəyli,  Ə.Qaytabaşı,  Hacıbəyli,  Məmmədov,  Həmid  xan,  Nuh  bəy, 
rotmistr  C.Naxçıvanski,  kapitan  İ.İsrafilov  və  digərləri  var  idi.  Əslən  çərkəz  olan  polkovnik  M.G.Tlexas  da 
Müsəlman  Korpusunda  xidmətə  qəbul  edilmiş  və  sonralar  Azərbaycan  Ordusunda  da  xidmət  etmişdir.  Əslən 
gürcü olan polkovnik L.Maqalov və polyak Dunin-Marsinkeviç də Müsəlman Korpusuna qəbul edilmiş, ən çətin 
döyüşlərdə azərbaycanlı zabitlərlə çiyin-çiyinə vuruşmuşdular. 
Qeyri-müsəlman  zabitləri  hərbi  xidmətə  cəlb  etməklə  zabit  çatışmazlığı  problemi  müvəqqəti  olaraq 
aradan  qaldırılsa  da,  unter  -  zabit  (yəni  zabitlə  əsgərlər  arasında  olan  kiçik  komanda  heyəti)  və  kiçik  zabit 
kadrlarının  çatrşmazlığını  aradan  qaldırmaq  mümkün  olmadı.  Belə  ki,  məhz  unter-  zabit  və  kiçik  zabitlər 
əsgərlərlə  bilavasitə  təmasda  olur,  onlara  hərbi  bilikləri  öyrədir,  hərbi  vərdişlər  yaradır,  onları  döyüşə  aparır. 
H.Z.Tağıyev  və  Ş.Əsədullayevin  oğulları,  tanınmış  Naxçıvanskilər,  Qacarlar  nəslinin  nümayəndələri  də 
Korpusda  zabit  kimi  xidmət  edərək,  öz  əsgərlərinin  tam  inamını  qazanmışdılar.  Komanda  heyətinin  aşağı 
təbəqəsi mütləq əsgərlərə eyni din, dil və etnik mənsubiyyətcə bir kökdən olmalıydı ki, əsgərlərin təlim-tərbiyə 
prosesi  sürətlə aparılsın və onlarda  öz komandirlərinə qarşı inam olsun. Sadə əhali sırasından toplanmış  və ya 
könüllü olaraq orduya gəlmiş gənclər (əksəriyyəti savadsız və ya mollaxana təhsili ilə) çətin dərk eləyə bilərdi 
ki, onlara rəhbərlik edən və bolşeviklərə işləyən xristian rus zabiti onların düşməni olan xristian, rus komandirə 
qarşı axıra qədər vuruşacaq. Bu dövrdə eyni hadisələrdə milli, etnik, siyasi mübarizələr elə qarışmışdı ki, hətta 
ali  savadlı,  zəngin  həyat  təcrübəsi  olan  insanlar  çaş-baş  qalırdılar.  Bunu  yaxşı  başa  düşən  Müsəlman 
Korpusunun rəhbərliyi qeyri-müsəlman millətlərdən kiçik komanda heyətini dəvət etməyin xeyirdən çox ziyan 
verəcəyini  anlamış  və  başqa  yol  seçmişdir.  Hərbi  hissələri  kiçik  komanda  heyəti  ilə  təmin  etmək  üçün  hərbi 
kurslar və məktəblər yaratmaq işi həyata keçirilirdi. 
Hələ  1917-ci  ilin  iyulunda  polkovnik  Süleyman  bəy  Əfəndiyev  Yelizavetpolda  hərbi  kurs  təşkil  etdi  və 
150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin öyrədilməsinə başladı. 1918-ci ilin əvvəlində Bakıda kadet məktəbi 
yaradıb milli zabit kadrlarının hazırlanması layihəsi tərtib edildi. 1918-ci ilin fevralın 6-da layihə konkret şəkil 
aldı: 1-ci müsəlman diviziyası nəzdində Bakıda "Milli hərbiyyə məktəbi" (rus-dilli sənədlərdə "Мусульманская 
школа  подпрапорщиков")  adı  ilə  hərbi  məktəb  yaradılmalı,  bura  18-25  yaşlı  gənclər  qəbul  edilib  "yunker" 
kimi 3 aylıq kiçik komandir kursları keçməli idilər.
255
 İmkanlar nəzərə alınaraq bir dəfəyə kursa 100 nəfər qəbul 
                                                           
255
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.48-49. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə