Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   38   39   40   41   42   43   44   45   ...   90

83 
 
Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr 
və iaşə taqımı aid idi. 
Qeyd etmək lazımdır ki, hələ müharibə başlamazdan əvvəl Osmanlı ordusunun ən zəif cəhətlərindən biri 
təminat məsələsi ilə bağlı idi. Belə ki, döyüşən ordunun tərkibində təminat məsələləri ilə bağlı ayrıca strukturun 
olmaması  əməliyyatların  keçirilməsinə  maneçilik  törədirdi.  Təminat  əsasən  qoşunların  yerləşdiyi  ərazilər 
hesabına həyata keçirilir, ölkənin mərkəzi bölgələrindən daşınmalar isə olduqca pis təşkil edilmişdi. Yaradılan 
anbarlarla  döyüşən  hissələr  arasında  daşınmalar  da  ləng  aparılırdı.  Buna  səbəb  bir  tərəfdən  texnika  sarıdan 
geridə qalma idisə (avtomobillərin azlığı, arabaların əksər hallarda döyüş gedən bölgənin əhalisindən yığılması), 
digər səbəb xüsusi nəqliyyat hissələrinin olmaması idi. Nəticədə hətta alman zabitləri qeyd edirdilər ki, Osmanlı 
qoşunları  irəliyə  bilirlər,  lakin  sürətli 
hücumlar  etmək  iqtidarında  deyillər.  Döyüş 
zamanı  ilkin  uğur  qazanan  qoşunlar  azacıq 
irəlilədikdən sonra ərzaq və sursat ehtiyatını 
bərpa etmək üçün  hərəkəti dayandırır, ərzaq 
və 
sursatın  gətirilməsini  gözləyirdilər. 
Nəticədə  dərin  irimiqyaslı  hücumlar  həyata 
keçirmək  olmur,  düşmən  geri  çəkilib  yeni 
mövqelər  qurmaq  üçün  imkan  qazanırdı. 
Osmanlı 
qoşunlarının 
hücumları 
bir 
mövqedən 
digərinə 
doğru 
hərəkəti 
xatırladırdı. 
Vuruşan  hissələrin  su  və  ərzaqla 
təminatını  Azərbaycan  Cümhuriyyəti  Ərzaq 
Nazirliyi  öz  boynuna  götürdü.  Əhalidə  olan  məhsulun  1/10  yığılır,  eyni  miqdarda  ərzaq  anbarlardan 
götürülürdü.  Azərbaycanı  tərk  etmiş  ermənilərə  məxsus  olan  topraqların  məhsulunu  ətraf  azərbaycanlı  əhali 
toplamalı və toplanmış məhsulun 50 %-i dövlətə, vuruşan hissələrə keçirməli idi. Əvəzi ödənilməklə əhalidən 
minik  heyvanları  götürülürdü.  Sentyabr  döyüşləri  ərəfəsində  zəkat  da  yığılaraq  orduya  keçirilmişdi.  Cənub  və 
Şimal hücum xətti boyunca ərzaq anbarları yaradılmışdı. Təkcə 5-ci Qafqaz piyada firqəsinə bir gündə 10.774 
kq  ərzaq  tələb  olunurdu.
228
  Ərzaq  Nazirliyindən  ərzağın  götürülüb  hissələrə  paylanması  üçün  5-ci  firqənin 
tərkibində əlavə struktur vahidi  - Mənzil Müfəttişliyi yaradılmışdı  ki, bu qurum ərzağın  daşınması, təminat və
 
digər məsələlərlə məşğul olurdu. Onun səmərəli işi nəticəsində Mənzil Müfəttişi idarəsi yaradıldı. 
5-ci Qafqaz fiqəsində 330 zabit, 7403 əsgər (5277-si döyüşən hissələrdə) və 1939 heyvan var idi.
229
 
Firqənin  3-cü  Ordu  ilə  bağlılığı  Qafqaz  İslam  Ordusunun  komandanı  Nuru  paşa  vasitəsi  ilə  həyata 
keçirilməli  idi.  İdarəetməni  asanlaşdırmaq  üçün  Qafqazda  yerləşən  3-cü  və  9-cu  Ordular  Şərq  Ordular  qrupu 
tərkibində birləşdirildi (komandan Vehib paşa, iyunun 29-dan Xəlil paşa). Bu zaman 3-cü Ordunun komandanı 
Esat  paşa  təyin  edilmişdi.  Maraqlıdır  ki,  iyun  ayında  5-ci  piyada  firqəsinin  (komandir  Mürsəl  paşa,  sonralar 
Mürsəl  Bakı  adını  götürmüşdür;  Ərkani-Hərb  (qərargah)  rəisi-  minbaşı  Rüşdübəy)  adı  dəyişdirildi  və  o, 
Azərbaycan qolordusunun 3-cü atıcı diviziyası adını aldı.
230
 
QİO-nun  komandanı  Nuru  paşa  və  Ərkani  -  Hərb  rəisi  Nazim  bəy  qərargaha  arxalanaraq  fəaliyyət 
göstərirdilər. Qərargah aşağıdakı şöbələrdən ibarət idi: 1-ci şöbə - hərəkət şöbəsi (əməliyyat-planlaşdırma); 2-ci 
şöbə  -  heyət  şöbəsi  (zabitlərin  siyahıları,  təltif  edilmələr);  3-cü  şöbə-hərbi  divan  və  məhkəmə;  4-cü  şöbə  - 
təminat  şöbəsi  -  ərzaq  və  paltarla  təminat;  5-ci  şöbə  -  tibbi;  6-cı  şöbə  -  baytarlıq;  7-ci  şöbə  -  pulemyotların 
inspeksiyası; 8-ci şöbə - qərargahın rəhbərliyi. 
İyun-iyul  döyüşləri  nəticəsində  osmanlı  hərbi  hissələrinin  quruluşunda  dəyişikliklər  baş  verdi.  Bu  bir 
təfərdən osmanlı hissələrinin verdiyi itkilər və bu itkilərin azərbaycanlı döyüşçülərlə əvəzlənməsi, digər tərəfdən 
azərbaycanlı  könüllülərin  sayının  artması  nəticəsində  yeni-yeni  Azərbaycan  hissələrinin  yaradılması  ilə  bağlı 
olmuşdur. 
Könüllü  dəstələr  və  çağırıĢ  iĢi.  Azərbaycana  gəldikdə  Nuru  paşa  şahidi  olmuşdur  ki,  əhali  vuruşmaq 
əzmindədir  və  könüllü  dəstələr  artıq  mövcuddur.  Bir  çox  yerlərdə  əhali  I  Dünya  müharibəsində  rus  ordusu 
tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Nuxada 
Bədri  və  Sidqi  əfəndilər,  Zaqatalada  Həqqi  əfəndi  və  Ələddin  əfəndi  belə  dəstələrin  komandirləri  idi.  Lakin 
könüllüləri nizami hissələrə qarşı döyüşə göndərməkdən çəkinən Nuru paşa onları nizami osmanlı qoşunlarının 
gələcəyi  yolları,  ilk  növbədə  dəmir  yolları  və  körpülərin  qorunmasında  istifadə  etdi.  Qazax  və  Sadaxlıda 
könüllülərdən postlar yaradılmış və özlərini doğrultmuşdular. Dərhal "Gəncə, Qazax və Sadaxlı məntəqələrində 
                                                           
228
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.256. 
229
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.241. 
230
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127 


84 
 
cəm  ediləcək  milis  ətrafı  haqqında  təlimat"  adlı  bir  sənəd  tərtib  edilmiş,  burada  könüllü  dəstələrin  postlarının 
yaradılması  və  fəaliyyəti  ilə  bağlı  məqamlar  öz  əksini  tapmışdır.  Təlimata  əsasən  Poyludan  Gəncəyə  qədər 
ərazidə dəmir yolu boyunca yerli əhalidən milis dəstələri yaradılmalı idi. Bu dəstələrin yaradılmasında Qafqaz 
İslam Хеуriyyə Cəmiyyəti köməklik göstərirdi.
231
 
Osmanlı hərbi hissələri Azərbaycana daxil olarkən əhaliyə müraciət qəbul edilmişdi. Müraciətdə QİO-nun 
məqsədləri  göstərilmişdi:  ermənilərin  ingilislərlə  birləşərək  Bakını  işğal  etməsinə  maneçilik  törətmək,  Bakıda 
müsəlmanlar  və  bolşeviklər  arasındakı  müharibəyə  müdaxilə  etmək,  Bakı  ilə  bağlı  "almanların  ehtiraslarına 
mane olmaq", Qafqaz müsəlmanlarını təcavüzdən qurtarmaq. Bu müraciətin könüllülərin sayının artmasına çox 
təsiri olmuşdur. 
Qafqaz  İslam  Ordusu  yaradılandan  sonra  könüllülərdən  ibarət  dəstələr  iki  məqsədlə  istifadə  edilirdi: 
1.Arxa  cəbhəni  təşkil  edən  şəhərlərdə  sabitliyin  qorunması,  yolların  mühafizəsi;  2.  Azərbaycan  və  Osmanlı 
hərbi  hissələrinə  ehtiyat  qüvvə  hazırlanması.  Misal  üçün,  iyunun  22-də  389  nəfərlik  Ağdaş  konüllülər  dəstəsi 
Osmanlı  hərbi  hissələrinin  9-cu,  10-cu  və  13-cü  alayları  arasında  bölüşdürüldü.  150  nəfərlik  Göyçay  milis 
dəstəsi    Müsüslü      dəstəsinin      Azərbaycan  bölmələrinə  verildi.  Nəticədə  həm  Azərbaycan,  həm  də  türk 
hissələrinin  itkiləri  məhz  azərbaycanlı  könüllülər  hesabına  doldurulurdu,  çünki  komplektləşdirilmə  üçün 
Türkiyədən  sıravi  heyət  göndərilmirdi.  M.Süleymanov  osmanlı  sənədləri  əsasında  5-ci  Qafqaz  firqəsində  nə 
qədər yeni qüvvənin olmasını müəyyənləşdirmişdir. Belə ki, 30 iyun tarixində 8229 sıravisi olan firqə 1-15 iyul 
tarixlərində  müxtəlif  səbəblərdən  (həlak  olanlar,  itkin  düşənlər,  yaralılar,  xəstələr)  1200  nəfər  itirmiş,  həmin 
dövrdə  firqəyə  1992  nəfər  azərbaycanlı  gəlmiş  və  iyulun  15-də  firqənin  sıravi  heyətinin  sayı  9021  nəfərə 
çatmışdır.
232
  Türkiyədən  əlavə  nizami  qüvvələrin  göndərilməsini  istəyən  Nuru  paşa  Ənvər  paşanı  buna  sövq 
etmək üçün məktublarında döyüşçülərin çatışmadığını, könüllülərin əvvəlki kimi 1000 nəfər olmasını göstərirdi. 
QİO rəhbərliyi və Azərbaycan hökuməti səfərbərlik işini daim nəzarətdə saxlayırdı. Belə ki, 1894-1899-
cu illər təvəllüdlü müsəlman gənclər hərbi xidmətə çağırılırdı. İlk dəfə olaraq Yelizavetpolda Əxzi-Əsgər idarəsi 
yaradıldı  və  toplanma  işinə  vəsait  ayrıldı.  Hərbi  xidmətə  çağırılmırdılar:  xəstələr,  dəlilər,  həbs  olunanlar, 
nazirlər,  nazir  müavinləri,  valilər,  ziraət  idarələri  müdirləri,  dövlət  xəzinədarı,  məhkəmə  rəisləri  prokurorlar, 
prokuror müaviləri, polislər, ruhanilər, 60 yaşına çatmiş və ya dul qalmış ananın tək oğlu, atadan, anadan yetim 
olub himayəsində kiçik qardaş  - bacısı olanlar, baba və ya nənənin himayəsində olan  tək nəvə, bir nеçə uşağı 
olanlar. Çağırışdan azad olanlara xüsusi sənəd verilirdi.
233
 
Toplanma  işi  aşağıdakı  mərhələlərlə  həyata  keçirilirdi.  Yaradılmış  Milli  Müdafiə  Cəmiyyətləri  əhali 
arasında təbliğat aparır və orduya səfərbər olunmanın vacibliyini vurğulayırdılar. Eyni zamanda bildirilirdi ki, 
öz silahları olan gənclər bu silahlarla xidmətə gəlsələr daha yaxşı olardı. Daha sonra xidmət yaşı çatmış gənclər 
qəza  mərkəzlərinə  göndərilir  və  burada  Əxzi-Əsgər  komissiyasında  həkimlər  tərəfindən  müayinə  olunurdu. 
Yararlı  bilinən  gənc  Əxzi-Əsgər  idarəsi  tərəfindən  iaşə  və  təchizatla  təmin  edilir.  Yerləşdirmə  Komissiyası 
tərəfindən  xüsusi  ayrılmış  binalarda  müvəqqəti  olaraq  yerləşdirilirdi.  Əsgər  paltarı  geyinən  gənclərə  Milli 
Müdafiə Cəmiyyətləri əhalidən topladıqları əlavə köynək, corab və s. verir və yola salırdılar.
234
 
5.5. Xüsusi Azərbaycan Korpusunun təĢkili və strukturu
235
 
 
1918-ci  il  iyunun  26-da  Azərbaycan  hökumətinin  qərarı  ilə  Müsəlman  Korpusunun  adı  dəyişdirilərək 
Xüsusi  Azərbaycan  Korpusu  qoyulmuşdur.
236
  Xüsusi  Azərbaycan  Korpusunda  (komandan  Əlağa  Şıxlinski) 
əvvəlki Müsəlman Korpusuna daxil olan hissələr yenidən düzənlənərək qərargah və iki Azərbaycan diviziyası 
yaradıldı.  Dəyişiklik  zamanı  azərbaycan  hissələrinin  komandirləri  türk  zabitlərindən  təyin  edildi.  1-ci 
Azərbaycan diviziyası (komandir miralay Cəmil Cahilbəy, Ərkani-Hərb rəisi minbaşı Tahir bəy) üç piyada alayı 
(1-ci, 2-ci və 3-cü) və bir Sərhəd alayından ibarət olmuşdur. 1-ci piyada alayına qaimməqam Məhyyəddin bəy, 
2-ci  piyada  alayına  əvvəlcə  İsmayıl  Həqqi  bəy,  sonra  Əhməd  Həmdi  bəy,  3-cü  piyada  alayına  qaim-məqam 
Xalis  bəy  rəhbərlik  edirdilər.  Sərhəd  alayının  komandiri  İsmayıl  Həqqi  bəy  təyin  edilmişdi.  2-ci  Azərbaycan 
diviziyası (komandir qaimməqam Nazim bəy, Ərkani - Hərb rəisi minbaşı Cəmil bəy) üç piyada (4-cü, 5-ci və 
6-cı) alayından ibarət olmuşdur. 4-ci piyada alayına Həlim Pərtöv bəy, 5-ci piyada alayına Yusif Ziyabəy, 6-cı  
piyada   alayına   miralay   Dəmirəli bəy rəhbərlik edirdilər.
237 
Döyüşlərdə rus topları ilə silahlanmış Azərbaycan 
topçu taqımlarının və Azərbaycan süvari hissələrinin fəallıqla iştirak etməsi dəfələrlə göstərilir (əsasən Tatar və 
Ləzgi alayları), lakin onların hansı di-viziyanın tərkibində olmasını söyləmək çətindir.   Ştata əsasən üç piyada 
tabordan  ibarət  olan  Azərbaycan  piyada  alayında  61  zabit,  2700  əsgər,  48  minik  və  236  yük  heyvanı,  üç 
                                                           
231
Süleymanov M. Qafqaz islam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.232. 
232
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.164-165. 
233
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.169. 
234
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.279-280. 
235
Azərbaycan Respublikasının Prezidenti H.ƏIiyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələr günü 
elan edilmişdir. 
236
 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.233. 
237
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə