Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

104 
 
Şkoda  dağ  qaubitsasının  lüləsinin  qaldırılıb  endirilmə  bucağı  olduqca  böyük  idi  -  56°,  bu  isə  onu  sıldırımlı 
dağlar və küçə döyüşlərində (evlərin yuxarı mərtəbələrinə atəş açmaq lazım gəldikdə) əvəzsiz edirdi. 
QİO-nun  Osmanlı  komandanlığının  əmrlərində  "Krupp  dağ  topu"  ifadəsinə  rast  gəlinir.  Sənədlərdə 
"Qüdrətli toplar"adı ilə hansı topların nəzərdə tutulması bizim üçün qaranlıq qalmışdır. 
М1903  növlü  osmanlı  tüfəngi  QİO-nun  piyada  hissələrinin  əsas  silahı  idi.  Bu  növ  tüfənglərin  əsası 
Belçikanın Mauzer sistemli sandıqlı tüfəngi olmuşdur, lakin Osmanlı ordusunda tətbiq edilən tüfəng Almaniya 
ordusunun  "Mauzer 98"  tipli  tüfəngi əsasında  düzəldilirdi.  Dövrün  ən  mükəmməl atıcı  silahlarından  olmuş  bu 
tüfəngin çapı 7,65 mm, uzunluğu 1240 sm (süngü ilə birlikdə 1750 mm), çəkisi 3,9 kq (süngü ilə birlikdə 4,4 
kq) idi, sandığa 5 patron qoyulurdu. Bu tüfənglərə М1903 növlü süngü (tiyənin uzunluğu 527 mm) taxılırdı.
321
 
Süvari qılıncının tiyəsinin üzərində müharibə rəmzləri (dəfnə çələngi arasında qılınclar, yay-oxlar) həkk 
olunmuş, həmçinin istehsal olunma yeri (Almaniyanın Zolingen hərbi zavodu) qeyd edilmişdi. 
MATM-ın  kolleksiyasında  qurunan  və  osmanlı  zabitlərinin  silahlarından  olan  “Parabellum,  model  08" 
növlü  tapança  1914-1917-ci  illərdə  Almaniya  istehsalı  modifikasiyasına        aiddir.        Tapançanın  çapı  9  mm,  
uzunluğu 217 mm, çəkisi 890 qram idi, sandığa 8 patron qoyulurdu. Digər zabit silahı, "Mauzer, model 1896" 
növlü tapança rəsmən heç bir dövlət tərəfindən qəbul olunmasa da, I Dünya müharibəsində iştirak etmiş bir çox 
dövlətlərin zabitləri tərəfindən istifadə edilirdi. Almaniya istehsalı olan bu tapançanın çapı 7,63 mm, uzunluğu 
276 mm, çəkisi 1,1 kq idi, sandığa 10 patron qoyulurdu.
322
 
Xayrem S.Maksimin pulemyotları sırasında Almaniyada istehsal edilən növlər xüsusi yer tutur. Türkiyəyə 
bu  pulemyotun  MG.09  növü  satılırdı  (kalibr  7,65  mm).
323
  Xüsusi  xizəkli  dəzgahı  olan  bu  pulemyot  Rusiya 
istehsalı  olan  pulemyotdan  cüzi  fərqlənirdi.  Bu  dəzgahlı  pulemyot  əsasında  MG  08\15  əl  pulemyotu  istehsal 
edilirdi.  Eyni  quruluşa  malik  olan  bu  pulemyotun  ayrı-ayrı  detallarının  çəkisi  azaldılmış  və  bunun  hesabına 
pulemyotun ümumi çəkisi azaldılmışdır. Pulemyot Antanta ölkələrinin əl pulemyotlarından ağır idi.
324
 
Osmanlı qoşunlarının "Alman növlü" əl qumbaraları əsasən canlı qüvvəyə qarşı istifadə edilir, 0,820 kq 
çəkiyə malik idilər. Ehtimal ki, döyüşlərdə rus əl qumbaralarından da istifadə edilirdi. 
 
 
 
 
                                                           
321
Жук А.Б. Стрелковое оружие. Москва, 1992, с. 500, 507, 670 
322
 Жук А.Б. Стрелковое оружие, с. 233, 235, 291, 295. 
323
Федосеев С. «Максимы» - германская линия //Оружие, № 12, 2007, с.8-10. 
324
 Федосеев С. «Максимы» - германская линия //Оружие, № 1, 2008, с.11-12. 


105 
 
6. Tərəflərin məqsəd və planları 
 
6.1.Qırmızı Ordu komandanlığının  
məqsəd və planları 
 
1918-ci  ilin  iyununda  hücuma  başlayan  Qırmızı  Ordu  qarşısında  konkret  məqsədlər  qoymuşdu.  Bu, 
mövcud şəraiti nəzərə almaqla Bakı Soveti rəhbərliyinin siyasi iradəsini həyata keçirməkdən ibarət idi. Qırmızı 
Ordu Bakı-Yelizavetpol (Gəncə) istiqaməti ilə irəliləməli, hücum əsasən dəmir yolu boyunca təşkil edilməli idi. 
Qeyd etmək lazımdır ki, dəmir yolu boyunca hücum təsadüfi element olmamışdır. Rusiyada genişlənməkdə olan 
vətəndaş müharibəsinin ilkin mərhələsinin əsas döyüş əməliyyatları  forması    kimi  qiymətləndirilən    "eşelon 
müharibəsi"  tərəflər  arasında  bütöv  cəbhə  xəttinin  olmaması  şəraitində  meydana  çıxmışdı.  Vuruşan  tərəflərin 
vahid  ön  və  arxa  cəbhələri  yox  idi,  qoşunların  say  tərkibi  geniş  ərazilərdə  döyüş  aparmağa  imkan  vermirdi. 
Əməliyyatların dəmir yolu boyunca aparılması aşağıdakı üstunlükləri təmin edirdi: 
arxa  cəbhədən  döyüşən  hissələrə  ehtiyat  qüvvələri  və  təminat  vasitələrinin  tez 
çatdırılması,  dəmir  yolu  xətləri  boyunca  çəkilmiş  teleqraf  (bəzi  yerlərdə  telefon) 
xətləri  vasitəsi  ilə  qoşunların  idarə  olunması.  Bu  səbədən  döyüşlər  əsasən  dəmir 
yolu xətləri,   boyunca yerləşən yaşayış məntəqələri uğrunda aparılır, əsasən zirehli  
qatarlardan istifadə edilirdi. Döyüşlərin gedişində taktiki məqsədlər   bu və ya digər 
dəmir yolu stansiyası, bəzən isə dəmir yolu qovşağının ələ keçirilməsi, dəmir yolu 
körpülərinə  nəzarətin  təşkil  edilməsi  ilə  şərtlənirdi.
325
  Döyüş  əməliyyatlarının 
gedişində  qoşunlarının  sayının  artması,  onların  araba  və  avtomobillərlə  təmin 
edilməsi,    süvari  hissələrin  piyada  hissələrə  nisbətən saylarının  artırılması,  təminat 
məsələlərinin yaxşılaşdırılması döyüş əməliyyatları aparılan ərazilərin genişlənməsi 
və  onların  tədricən  dəmir    yolu  xətlərindən  uzaqlaşmasına  səbəb    olurdu   
Bolşeviklərin  vətəndaş  müharibəsində  "eşelon  müharibəsi"nə  üstünlük  verməsinin 
bir səbəbi də dəmir yolu qovşaqları olan şəhərlərdə fəhlələrin çoxsaylı olması və bu 
fəhlələrin  bolşeviklərin  dayağı  olmasından  irəli  gəlirdi.  1918-ci  ilin  yayında 
başlanan  hüсumun  əsas  istiqamətinin  dəmir    yolu    boyunca      həyata  keçirilməsi  təsadüfi  seçim  olmamışdır. 
Plana  əsasən,  eşalonlar  L.Bİçeraxovun  dəstəsilə  birləşəndən  sonra  Kürdəmir-Yevlax-Gəncə,  Şamaxı-Göyçay-
Kaxetiya-Tiflis  istiqamətlərində  yürüş  təşkil  edilməli  idi.  Yelizavetpol  quberniyası  və  Gürcüstanda  yaşayan 
ermənilər  Qırmızı  Ordu  yürüşə  başlayan  kimi  üsyan  qaldırmalı  və  rəqib  arxasında  ikinci  cəbhə  açmalı  idilər. 
Əməliyyatların  uğurlu  gedişi  və  Qırmız  Ordunun  Gəncəyə  yaxınlaşması  ilə  erməni  dəstələrinə  başçılıq  edən, 
müsəlman  kəndlərinə  hücumlar  təşkil  edən  Andronik  öz  qüvvələri  ilə  Zəngəzurdan  Qarabağa,  oradan  isə 
Yevlaxa yürüş həyata keçirməli idi. 
Tərtib edilmiş plan Bakı Sovetinin bolşevik rəhbərləri, eləcə də Bakı Soveti, "Daşnaksutyun" partiyası və 
Erməni  Milli  Şurasının  rəhbərlərinin  məqsədlərinə  tam  cavab  verirdi.  Azərbaycan 
xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi 
qarşılayan, "Müsavat”ın sosial bazasının məhv edilməsinə can atan bolşeviklər bu 
yolda  ermənilərin timsalında  müttəfiq tapmışdılar. 1918-ci ilin mart-may aylarında 
Bakı  quberniyasında  azərbaycanlıların  məhv  edilməsini  nəzərdə  tutan      planın   
həyata      keçirilməsində  qazanılmış  uğurlar  bolşevik-erməni  cütlüyünün  Gəncə, 
sonra  isə  Tiflis  istiqamətində    yürüşünün  uğurla  həyata  keçiriləcəyinə  ümid 
bəsləməyə  əsas  verirdi.  Azərbaycan  milli  hərbi  qüvvələrinin    zəifliyi    və    tam 
formalaşmaması,  ZK  və  Seyminin  azərbaycanlıların  problemlərinə  biganə 
münasibəti ciddi müqavimətin olmayacağı təsəvvürünü yaradırdı. 
Bakı  neftinə  sahib  olmaq  üçün  istənilən  qüvvə  ilə  birləşməyə  hazır  olan 
Rusiyanın  bolşevik  hökumətinin  Bakı  Sovetinin  bütün  plan  və  tədbirlərini 
dəstəkləməsi  mümkün  itkilərin  sürətlə  bərpa  edilməsinə  ümid  doğururdu.  Bakı 
neftinə olan ehtiyac Sovet Rusiyasının siyasi rəhbərliyini S.Şaumyan və onun əlaltılarının Bakı quberniyasında 
törətdiyi  cinayətlərə  göz  yummağa  vadar  etmişdi.  Ehtimal  etmək  olardı  ki,  Rusiya  kifayət  qədər  neftlə  təmin 
olunduqda növbəti cinayətlərə də göz yumulacaqdı. 
Beləliklə, bolşeviklər tərəfindən 1918-ci ilin yayında hazırlanmış plan istər hərbi, istər hərbi-siyasi, istərsə 
də siyasi baxımdan düşünulmüş olduğundan, mövcud qüvvələr onu həyata keçirməyə qadir idi. 
 
 
                                                           
325
 Гражданская война. Энциклопедия, с.675. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə