Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

117 
 
topları  taqımını,  həm-çinin  İhsan  bəyin  rəhbərliyi  ilə  Ağdaş  könüllülər  dəstəsini  Göyçaya  göndərməyi  tələb 
etdi.
397
  Hissələr  gəldikdə  o, Göyçayın  şimalında  şəhərə  girməyə  cəhd  edən  erməni-bolşevik  dəstəsi  ilə  döyüşə 
bilavasitə rəhbərlik etdi. Göyçay üçün təhlükənin yaranması xəbərini alan Nuru paşa QİO-nun Ərkani hərb rəisi 
Nazim  bəyə  könüllü  azərbaycanlı  hissələrini  təşkil  edərək  Göyçayın  müdafiəsinə  göndərməsini  tapşırdı. 
Gəncədən  300  azərbaycanlı  süvari  ilə  Yevlaxa  gələn  Nazim  bəy  bura  Nuxa  könullülərini  gətirmiş  Yusif  bəyə 
Qumlax-Padar  istiqamətində  hərəkət  etmək  əmrini  verdi.  Gəncədən  gətirdiyi  könüllüləri  Ağdaşda  toplanmış 
yeni könüllü dəstəsi ilə birləşdirən Nazim bəy süvariləri, sonra isə piyadaları faytonlarla Göyçaya yolladı.
398
 
Həqqi əfəndinin komandanlıq etdiyi könüllülər dəstəsi Ucardan Göyçaya gəldi. Göyçayın girəcəyində baş 
vermiş  döyüşdə  Əmirovun  dəstəsi  demək  olar  ki,  tamamilə  dağıdıldı,  2  top  və  2  pulemyot  qənimət  kimi  ələ 
keçirildi.  Əmirovun  uğur  qazanacağına  əmin  olan  sovet  komandanlığı  iyulun  1-də  6  zirehli  avtomobilin 
müşayiəti  ilə  yeni  dəstəni  Göyçay  istiqamətinə  göndərdi,  lakin  dəstə  25-ci  türk  taboru  və  Azərbaycan 
könüllüləri tərəfindən Göyçayın 5-6  kilometrliyində dayandırıldı.
399
    Korqanovun  əsasən  Moskvaya  raportuna 
məlumat göndərən S.Şaumyan yazırdı ki, zirehli avtomobillər “bəzi hissələri çətin vəziyyətdən xilas etdi, habelə 
arxadakı  hissələrin  geri  çəkilməsini  asanlaşdırdı".
400
  Hücuma  keçən  10-cu  və  13-cü  alaylar  düşməni 
Qaraməryəm  kəndindən  vurub  çıxardılar,  İncə,  Ərəbmehdibəy,  Padar  kəndləri  istiqamətində  hücuma 
keçdilər.
401
13-cü alay bölgədəki erməni və rus kəndlərinin tərksilah edilməsinə başladı.
402
 
Göyçay döyüşlərində həlak olan azərbaycanlı və türk döyüşçülərinin əksəriyyətinin qəbrləri dövrümüzə 
qədər gəlib çatmamış   (kəskin   hərbi vəziyyət və olduqca isti havalar cəsədləri daşıyaraq bir yerə toplamağa 
imkan vermirdi, bir çoxları elə həlak olduqları yerdə dəfn edilmişdilər), bəzi cəsədlər Göyçay şəhidliyində dəfn 
olunublar. Şəhid Kadır Əfəndinin qəbri (Bığır kəndi yaxınlığındakı, təpədə) indi də əhali tərəfindən ziyarətgah 
kimi  tanınır.  Maraqlıdır  ki,  bura  ziyarətə  gələn  hər  bir  şəxs  özü  ilə  qabda  su  gətirib  qəbrin  üstünə  tökür.  Bu 
döyüşçülərin  susuzluqdan  əziyyət  çəkmələri  xalqın  yaddaşında  hələ  də  yaşayır.  Bığır  kəndindən  şərqdə  Türk 
dağı adlanan yerdə şəhid qəbri, həmçinin Mollaisqalı kəndi yaxınlığında Mustafa Çavuşun  qəbri, İsmayıllının 
Hacı Hətəmli kəndində iki şəhid qəbri əhali tərəfindən sovetlər dövründə belə qorunmuşdur.
403
 
Göyçay ətrafındakı döyüşlər QİO-nun fəaliyyətində və təminatında böyük keyfiyyət dəyişikliklərinin baş 
verdiyini  göstərdi.  Hərbi  hissələr,  düşmənin  arxaya  keçməsinə  baxmayaraq,  vahiməyə  qapılmadan  öz 
mövqelərini  qoruyur,  onların  qarşısını  almaq  üçün  döyüşə  göndərilmiş  azsaylı  dəstələr  axıra  qədər  vuruşaraq 
düşmənin  hərəkətini  yubadır,  lazım  gələndə  azərbaycanlılar  arasından  kifayət  qədər  qüvvə  toplanır  və  sürətlə 
döyüş  mövqelərinə  göndərilir,  döyüş  təcrübəsi  və  yetərincə  silah-sursatı  olmayan  həmvətənlərimiz  rəşadətlə 
düşmən üzərinə gedirdilər. Könüllülərin qəhrəmanlığı türk zabitlərinin raportlarında öz əksini tapmışdır. 
Beləliklə,  Qaraməryəm  və  Göyçay  ətrafında  baş  vermiş  döyüşlər  düşmənin  böyük  itki  verərək  Ağsuya 
tərəf  sıxışdırılması  ilə  nəticələndi.  Döyüş  əməliyyatlarının  gedişində  təşəbbüs 
bütünlüklə QİO komandanlığına keçdi. Sovet tarixşünaslığında QİO-nun uğurları 
onların çoxsaylı olması ilə əsaslandırılsa da, əslində bolşevik-erməni qoşunları say 
və  texnika  sarıdan  üstün  olmuşdular.  Döyüşün  planlaşdırılması,  təşkili  və  idarə 
edilməsində  QİO  komandanlığı  biliklərini  nümayiş  etdirmiş,  bilavasitə  döyüşdə 
olan  komandirlər  müdafiə  və  hücumun  düzgün  əlaqələndirilməsi,  atəş 
vasitələrindən  səmərəli  istifadə  edilmə-sini,  tabeçilikdə  olan  şəxsi  heyətə  şəxsi 
nümunələri  ilə  döyüş  aparmağı  nümayiş  etdirmişdilər.  Heç  bir  çağırış  vərəqələri 
olmadan könüllü olaraq orduya yazılan, düşmənlə mübarizədə yekdillik nümayiş 
etdirən  azərbaycanlılar  üçün  Müsüslü  və  Göyçay  qələbələri  özlərinə  inamın 
qayıtması,  mart-aprel  qırğınlarından  sonra  itirilmiĢ  milli  qürurun  bərpası 
demək idi.  Ərzaq və su ilə qoşunları təmin edən əhali, döyüşçüləri və sursatı az 
qala cəbhə xəttinə çatdıran arabaçı və faytonçular, kiçik sursatla düşmənin topları, 
pulemyotları  və  zirehli  qatarları  üzərinə  atılan  zabit  və  əsgərlər,  Azərbaycan  torpağı  uğrunda  öz  vətənləri 
uğrunda  vuruşduqları  kimi  vuruşan  türk  döyüşçülərinin  əksəriyyətinin  adları  naməlum  qalsa  da  məhz  onların 
əzmkarlığı sayəsində qələbə qazanılmışdı. 
 
 
 
 
                                                           
397
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.91. 
398
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyu uğrunda, s.304-305. 
399
 Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s. 306. 
400
Большевики в борьбе за победу, с.536-537. 
401
Süleymanov M.S. Azərbaycan Ordusu, s.100. 
402
Yuceer N. Birinci Dünya savaşında, s.87.
 
403
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.100-102. 
 


118 
 
 
 


119 
 
7.5.Salyan döyüĢü (28 iyun-2 iyul 1918-ci il) 
 
Əməliyyatların  başlanğıcından  cəbhənin  cənub-şərq istiqaməti for-malaşmışdı. Cavad  bölgəsinə  nəzarət 
etmək  Azərbaycanın  cənub  rayonları  ilə  əlaqə,  Muğanın  taxıl  ehtiyatlarını  ələ  keçirmək  imkanı,  Kür  çayının 
gəmilər  üçün  yararlı  hissəsinə  nəzarət  demək  idi.  Yuxarıda  sadalananlar  bölgənin  coğrafi  mövqeyi  ilə  izah 
olunurdu.  Eyni  zamanda  hadisələrin  gedişində  hərbi-siyasi  amillər  də  meydana  çıxmışdı.  Hələ  XIX  əsrin 
əvvəllərindən  Azərbaycana  köçürülən  ruslar  əsasən  Kür  çayı  boyunca  yerləşdirilirdi.  XX  əsrin  əvvəllərində 
burada çoxsaylı əhali yaşayırdı. Bölgənin strateji mövqeyi və taxıl ehtiyatlarını nəzərə alaraq bolşeviklər burada 
təbliğat kampaniyaları aparmışdı. Lakin əsasən varlı kəndlilərdən (qolçomaqlardan) ibarət olan regionun əhalisi 
bolşeviklərin  şüarlarına  uymayaraq  siyasi  hadisələrdən  kənarda  qalmışdır.  Bolşeviklər  buranı  nəzarət  altına 
almaq  üçün  istər  quru  yolla,  istərsə  də  dəniz  vasitəsi  ilə  Lənkəran  və  Astaraya  dəstələr  göndərmiş,  lakin 
müqavimətlə  üzləşmişdilər:  rus  kəndliləri  çoxlu  sayda  silah-sursat  almış,  çar  zabitlərinin  rəhbərliyi  altında 
müdafiə dəstələri təşkil et-mişdilər. 5-6 minlik canlı qüvvə, pulemyotlar, toplar, hərbiləşdirilmiş qayıqlara malik 
olan Muğanın rusdilli əhalisi ciddi qüvvə idi. 
Çar ordusunun polkovniki İlyaşeviçin rəhbərliyi ilə Azərbaycanı "vahid, bölünməz Rusiya"nın tərkibində 
görmək istəyənlər milli azərbaycan qüvvələrinə müxalif mövqe tutmağa başladılar. Siyasi dünyagörüşləri onlara 
hələ  ki  bolşeviklərlə  bərabər  çıxış  etməyə  imkan  vermir  və  neytrallıq  saxlamağı  tələb  edirdi,  lakin  siyasi 
vəziyyətin  azacıq  dəyişməsi  onların  hadisələrə  müdaxilə  edəcəyi  ehtimalını  artırırdı.
404
  Əgər  QİO  Cavad 
bölgəsinə  nəzarəti  ələ  keçirə  bilsəydi,  Muğan  qüvvələrini  bolşevik-erməni  qüvvələrindən  birdəfəlik  ayıra 
bilərdi. 
İyunun  ortalarında  Bakıda  aclıq  artıq  özünü  göstərirdi.  Həştərxan 
və Lənkərandan bolşeviklərin göndərdikləri ərzaq Qırmızı  Ordunu təmin 
etməyə çatsa da əhali üçün kifayət etmirdi. Muğanın taxıl ehtiyatlarını ələ 
keçirmək  qərarı  verildi.  Eyni  zamanda  Kürə  nəzarət  etmək  üçün  Bankə 
qəsəbəsindən  çaya  hərbiləşdirilmiş  gəmilər  yeritmək  və  Yevlax 
körpüsünədək irəliləmək planı hazırlandı. 
2  hərbi  və  4  nəqliyyat  gəmisı  ilə  Bakıdan  çıxan  Qırmızı  Ordunun 
hərbi  dəstəsi  iyunun  26-da  Bankə  qəsəbəsindən  keçib  Kür  çayı  ilə 
qalxmağa  başladı.  N.Yüceer  qeyd  edir  ki,  dəstədə  2  mindən  çox  piyada 
(onlardan  200-ü  rus,  300-ü  iranlı,  qalanları  isə  erməni  idi)  menşeviklər 
tərəfindən  idarə  olunurdu.
405
  Dəstə  6  top  və  12  pulemyotla  silahlanmış, 
bundan  başqa  hərbi  gəmilərin  hər  birində  2  top  və  2  pulemyot  var  idi. 
Sahilə çıxan dəstə Uzunbabalı, Qaralı, Beşlər kəndlərinə hücum etdi. Salyanda da ermənilər vəhşiliklər törədir, 
Azərbaycan əhalisinə divan tuturdular.
406
 Dəstə Qarabucaq kəndinə çataraq burada gecələdi, sonra dəstənin bir 
hissəsi çayı keçdi.
407
 Buradan başlayaraq Kürün hər iki sahili boyunca irəliləyən dəstə gəmilərin müşayiəti ilə 
hərəkətini  davam  etdirirdi.  Surra  kəndinə  2  verst  qalmış  dəstə  Suqovuşanı  nəzarətdə    saxlayan    minbaşı  
N.Ramazanovun    dəstəsinin    postları  tərəfindən  atəşə  tutuldu.  Keçmiş  çar  ordusunun  mayoru  Nazim  Rama-
zanov  minbaşı  rütbəsi  ilə  QİO-ya  qəbul  edilərək  könüllü  dəstələrin 
başında  Qaraməryəm  döyüşündə  iştirak  etmiş,  daha  sonra  Azərbaycan 
könüllüləri, 1 türk piyada bölüyü, 1 türk pulemyot taqımı (hər ikisi 10-cu 
Qafqaz piyada alayından), 2 rus topu və 140 azərbaycanlı süvaridən ibarət 
dəstə  ilə  Cavada  göndərilmişdi.  Müdafiə  üçün  əlverişli  mövqelər  seçmiş 
azərbaycanlı  döyüşçülər  2  saat  ərzində  Qırmızı  Ordunun  irəliləməsinin 
qarşısını  aldılar.  Yerli  əhalidən  ibarət  könüllü  dəstə  N.Ramazanova   
qoşulmuşdu,   lakin   о   qüvvələrinin   əsl   sayını düşməndən məharətlə 
gizlədərək,  60-70  nəfərlik  dəstələrlə  atəş  açır  və  mövqelərini  tez-tez  dəyişirdi.  İyunun  27-də  düşmən  Surra 
kəndinə  çatmağa  müvəffəq  olmadı.
408
  Vəziyyət  barəsində  Göyçaya  xəbər  verən  N.Ramazanov  əlavə  qüvvələr 
göndərilməsini istəmişdi. 
İyunun  28-də  səhər  saat  4-də  Bakı  Sovetinin  piyada  qoşunu  və  gəmiləri  azərbaycanlı  dəstələrə  həm 
qurudan, həm də gəmilərdən atəş açdılar. Atışma  nəticəsinə  düşmən  itki  verirdi,  hətta  top  atəşi nəticəsində 
                                                           
404
Hadisələrin təsvirini qabaqlayaraq qeyd edək ki, bolşeviklər polkovnik Biçeraxovu xidmətə götürəndə Muğan qüvvələri Biçeraxovu dəstəkləyəcəklərini 
bildirmiş, ingilislərin Azərbaycana gəlişi reallaşanda general Denstervillə əlaqə saxlayıb onun tərəfində çıxış edəcəklərinə söz vermişdilər. Lakin Kür çayı 
boyunca  müvqe  tutan  Azərbaycan-türk  qüvvələri  və  Bakının  tezliklə  azad  edilməsi  onların  planlarını  pozdu.  1919-cu  ildə  Azərbaycana  qarşı  açıq 
itaətsizlik qiyam həddinə çatanda Azərbaycan Ordusu Muğanın qanunsuz silahlı birləşmələrinə son qoydu.
 
405
Yuceer N. Birinci Dünya savaşında, s.88.
 
406
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.104. 
407
Yuceer N. Birinci Dünya savaşında, s.88; Большевики в борьбе за победу,с.534.
 
408
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.212. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə