Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə65/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   61   62   63   64   65   66   67   68   ...   90

123 
 
Ənvər  paşa  eyni  ikili  siyasəti  həyata  keçirməyə  başladı.  İyunun  26-da  Ənvər  paşa  Şərq  ordular  qrupu 
komandanlığına  məktubla  QİO-nun  hücumunu  dayandırmaq  əmrini  vermiş,  lakin  bu  məktubu  göndərəndə 
nəzərə almışdı ki, onun mətni ilə Şərq ordular qrupu qərargahında çalışan "müttəfiq" almanlar tanış olacaqlar. 
Eyni  vaxtda  Şərq  ordular  qrupu  komandanına  göndərdiyi  şəxsi  xarakterli  məktubunda  o,  bütün  hazırlıqların 
qrupun  qərargahında  olan  alman  zabitlərindən  məxfi  aparılmasını,  Nuru  paşaya  tələb  olunan  sayda  silah  və 
sursat,  imkan  olarsa,  canlı  qüvvə  göndərilməsini  əmr  etmiş,  Nuru  paşa  ilə  əlaqə  saxladıqda  isə  tezliklə  Bakı 
istiqamətində yürüş təşkil etməsini istəmişdi.
418
 İyunun 30-da 15-ci firqənin 38-ci türk piyada alayı Azərbaycana 
yola salındı, həmçinin 3-cü Ordunun 350 nəfərlik ehtiyat qrupu da Nuru paşanın sərəncamına göndərildi.
419
 
Almaniya  ilə  danışıqlar  aparan  zaman  Sovet  Rusiyasının  nümayəndəsi  QİO-nun  hücuma  hazırlaşdığını 
bildirərək bunun qarşısını almağı tələb etdi. Türk qərargahlarında çalışan alman zabitlərinin verdikləri məlumata 
əsaslanan  alman  rəhbərliyi  isə  heç  bir  hazırlığın  olmadığını,  Ənvər  paşanın  öz  qoşunlarına  əməliyyatları 
saxlamaq  əmrini  verdiyini  bildirdi.  Bu  məlumatı  alan  Sovet  Rusiyası  rəhbərliyi  Bakı  Soveti  ilə  əlaqədar 
təhlükənin sovuşduğunu zənn edərək arxayınlaşdı. 
Mövzu ilə birbaşa bağlı olmasa da biz bu kitabda QİO və Bakı nefti ətrafında gedən siyasi oyunların qısa 
xülasəsini verməyi lazım bildik. Problemlə bağlı mövcud tarixi ədəbiyyatın öyrənilməsi bizi belə qənatə gətirdi 
ki,  Ənvər  paşa  QİO-nun  əməliyyatlarını  dayandırmaqla,  Osmanlı  dövlətinin  planlarının  icrasını  yarımçıq 
qoymaq və müttəfiqi Azərbaycanla imzaladığı müqaviləyə naxələf çıxmaq fikrində deyildi! Hakimiyyətə gələn 
yeni  Osmanlı  sultanı  IV  Vahidəddin  iyulun  7-də  teleqram  göndərərək  Nuru  paşa  və  onun  tabeçiliyində  olan 
qoşunların səylərini dəstəkləməsini bildirdi.
420
 
Fəaliyyəti  siyasi  baxımdan  dəstəklənən  QİO-nun  komandanlığı  tam  əminliklə 
yeni əməliyyatların planlaşdırılması ilə məşğul ola bilərdi. 
Bakı  Soveti öz  qoşunlarının  say  tərkibini  artırmaq  üçün  bir sıra tədbirlər  həyata 
keçirdi.  İyunun  14-də  S.Şaumyan  V.İ.Leninə  teleqram  göndərərək  polkovnik 
L.Biçeraxovun  Qırmızı  Orduya  qoşulacağı  barəsində  xəbər  verdi.
421
  Çar  ordusunun 
polkovniki, kommunist ideyalarının qatı düşməni, ingilislərlə əlaqələrini gizlətməyən və 
qardaşı Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan bir şəxsin Qırmızı Orduya 
cəlb edilməsinin səbəbləri var idi.
422
 Döyüşlər sübut etdi ki, Qırmızı Ordunun komandir 
heyəti  zəifdir;  Qırmızı  Orduda  bolşeviklər  və  onların  təəssübkeşləri,  həmçinin  daşnak, 
qismən  menşeviklərlə  vuruşurdu,  bu  qüvvələr  hesabına  ordunun  sayını  artırmaq 
mümkün deyildi. L.Biçeraxovun Qırmızı Orduya qatılması "vahid və bölünməz Rusiya" 
ideyası ilə yaşayan çar ordusunun zabitlərini, həmçinin bolşevik və daşnak olmasa da, 
anti-azərbaycanlı  mövqelərdə  dayanan  qüvvələri  də  Qırmızı  Orduya  cəlb  edə  bilərdi. 
Üstəlik  Biçeraxovun  intizamını  saxlamış,  döyüş  təcrübəsi  olan,  öz  komandirlərinə 
inanan,  ingilislərin  verdiyi  zirehli  avtomobillərlə  təchiz  edilən  1500  nəfər  Tersk  və  Kuban  kazakından  ibarət 
dəstəsi  ciddi  təhlükə  ola  bilərdi.  Ehtimal  edilirdi  ki,  L.Biçeraxova  qarşı  vuruşduqlarını  biləndə  Müsəlman 
Korpusunun  tərkibində  olan  qeyri  müsəlman  zabitlər  Qırmızı  Ordu  tərəfinə  keçəcəklər.  İyulun  1-də  Ənzəlidə 
gəmiyə minən, həmin gün Ələtdə sahilə çıxarılan Biçeraxov artıq iyulun 2-də cəbhə bölgəsində idi. Vəziyyətlə  
tanış olduqdan sonra o,  əlavə olaraq 2 min nəfərin göndərilməsini istədi, fövqəladə tədbirlərlə S.Şaumyan 3 min 
nəfəri cəbhəyə göndərə bildi.
423
 İyulun 6-da L.Biçeraxov döyüşən hissələrin komandanı elan edildi, lakin qoşun 
komandanı elan edilən Biçeraxov sovet qoşunlarının sol cinahına göndərildi, mərkəz və sağ cinah qoşunlarına 
əvvəlki  kimi  Q.Korqanov  rəhbərlik  edirdi.  Bolşevik  və  daşnaklar  nümayiş  etdirdilər  ki,  Biçeraxovdan  onlara 
yalnız  onun  adı  və  qoşunları lazımdır.  Qazanılacaq  qələbə  qoşunların  böyük  hissəsinə,  mərkəz  və  sağ  cinaha 
komandanlıq  edən  Q.Korqanov  və  Bakı  Sovetinin  ayağına  yazılacaq,  məğlubiyyət  olarsa,  döyüşən  hissələrin 
komandanı, çar zabiti və ingilis agenti Biçeraxov cavab verməli olacaqdı. 
İyulun  əvvəllərində  Qaraməryəm-Ağsu  və  Qaraməryəm-Müsüslü  xətləri  boyunca  mövqe  tutan  QİO 
qoşunları  Kürdəmiri  şimal  və  qərbdən  sarmağa  başladı.  Plana  əsasən  zərbə  Kürdəmir  istiqamətində,  o,  azad 
ediləndən sonra isə Şamaxı istiqamətində yönəlməli idi. Ləngəbiz təpəlikləri və bir neçə kiçik çayla bir-birindən 
aralanan Kürdəmir və Şamaxı ətrafı ərazilər relyef baxımından çox fərqlənir, bu isə qoşunlardan fərqli şəraitdə 
fəaliyyət  göstərilməsini  tələb  edirdi.  Qoşunların  üzləşdiyi  problemlərdən  biri  hərbi  hissələrin  tez-tez  yerlərini 
dəyişdiyindən  simli  rabitə  (telefon  xətləri)  çəkməyin  mümkünsüzlüyü  idi,  bu  isə  onların  idarə  edilməsinə 
maneçilik törədirdi.
424
 Su ilə təchizatındakı problemlər və isti hava şəraiti xəstəliklərə səbəb olurdu. Dizenteriya
                                                           
418
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94. 
419
Süleymanov M.S. Azərbaycan Ordusu, s.101. 
420
Yuceer N. Birinci Dünya savaşında, s.90-91.
 
421
Большевики в борьбе за победу, с.508. 
422
Дарабади П.Г.Военные проблемы, с.118. 
423
Süleymanov M.S. Azərbaycan Ordusu, s.104. 
424
Yuceer N. Birinci Dünya savaşında, s.90.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə