125
bilməmişdi. Göyçay dəstəsi verilən tapşırığı yerinə yetirmişdi. Düşmənin müdafiə xətti əsasən yarıldığından və
boyük itkiyə məruz qaldığından komandanlıq planı dəyişmədi. Qoşunlar tutduqları mövqelərdə gecələyərək
iyulun 6-da hücumu davam etdirməli idilər. Mürəttəb süvari alayının istiqaməti dəyişdirilərək Müsüslü
dəstəsinin gücləndirilməsinə yönəldilmişdi.
428
Kəşfiyyatın məlumatına görə, düşmənin qüvvələri azı 7 min
nəfər idi.
429
Onların əməliyyatlarını 1
zirehli qatar, 20 top dəstəkləyir, eyni zamanda əlavə texnika gətirilirdi.
430
İyulun 6-da düşmən döyüşə təyyarə və zirehli avtomobillər dəstəsini yeritdi. 13-cü alay Ağsunu tutaraq
şəhərdən keçdi və Şamaxıya gedən yolu kəsdi. Ağsu ermənilər tərəfindən dağıdılmış, bir çox evlər talanıb
yandırılmışdı. 10-cu alay Ağsunu şimaldan çevrəyə alıb Ağsu-Şamaxı yolu ilə geri çəkilən düşmənə güclü zərbə
vurdu. Azərbaycanlı süvari dəstələri düşməni təqib etməyə başlamış və onun tədricən geri çəkilmək planını
vahimə içərisində qaçışa çevirmişdilər. Ağır silahları və arabaları atan düşmən Ağsunun şimalında yeni müdafiə
mövqeləri tuta bilmədi və Şamaxıya çəkildi. 1
səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot,
talan edilən əhalinin
var-yoxu ilə doldurulmuş 15 nəqliyyat arabası, 1 səhra lazareti çadırı,
çoxlu sayda tibbi ləvazimat, silahlar qənimət kimi götürüldü.
431
Düşmənin parçalanmış hissələrindən biri Kürdəmir istiqamətində
hərəkətə başladı, lakin onlardan cəmi 100 nəfərə yaxını Kürdəmirə çata
bildi. Qaraqoyunlu kəndi Həsən bəyin dəstəsi (bir türk piyada taboru,
mürəttəb süvari alayı) tərəfindən tutulmuş və Ağsu ilə Kürdəmirin yolu
QİO-nun əlinə keçmişdi. Müsüslü dəstəsi Kürdəmir ətrafında Qırmızı
ordunun 1-ci briqadası, Biçeraxovun dəstəsi, Təlimatçılar məktəbi, 6
zirehli avtomobil, 2 zirehli qatar, çoxlu sayda artilleriya ilə
üzləşdiyindən çətinliklə irəliləyirdi. Ələ keçirilmiş əsirlərin dindirilməsi göstərdi ki, düşmən əsgərlərinin sayı
kəşfiyyatın verdiyi məlumatlardan artıqdır. Belə ki, bilavasitə Biçeraxovun dəstəsində 1500 deyil, 3000 döyüşçü
var idi.
432
Ehtimal ki, bu gözlənilməz say artımı ətrafdakı rus və erməni kəndlərindən Qırmızı Orduya
qoşulanların hesabına yaranmışdı. Müəyyən olundu ki, düşmən Kürdəmir ətrafında cinahları bataqlıqlara
dirənən dairəvi müdafiə xətti təşkil etmişdir. Xəttin arxasına keçmək üçün Həsən bəyin dəstəsi Kürdəmirə deyil,
ondan şimal-şərqdə yerləşən Qarasaqqal kəndinə hücum etdi. Burada dayanan bolşeviklərin 150 nəfərlik dəstəsi
məhv edildi. Lakin sovet komandanlığı anlayırdı ki, kəndin itirilməsi Kürdəmirdə olan qoşunların mühasirəyə
düşməsi ilə nəticələnəcək. Buna görə dərhal vəziyyəti xilas etməyə çalışdı. Əvvəlcə 350 piyada, 3 pulemyot, 2
topdan ibarət olan dəstə, sonra isə 250 nəfər piyada, 2 pulemyot, 5 topdan ibarət olan dəstə Kürdəmirdən
Qarasaqqal kəndinə göndərildi. Döyüş nəticəsində Həsən bəy geri çəkilməyə məcbur oldu.
433
Gecə qoşunları yeni döyüşlərə hazırlayan Səlimov və Biçeraxov yerdəyişmələr etdi. Səhərisi gün
hadisələrin gedişi H.Səlimovun vəziyyəti daha düzgün qiymətləndirməsindən xəbər verdi.
İyulun 7-də Müsüslü dəstəsinin süvariləri dəmir yolunun cənubu, iki taqımı isə dəmir yolunun şimalı ilə
Kürdəmirə tərəf hərəkətə başladı. Dəstənin digər üç bölüyü isə bataqlıq ərazidən keçərək düşmənə
gözlənilmədən zərbə endirdilər. Qüvvələr nisbəti və hərbi-texniki üstünlük Biçeraxovun tərəfində olsa da, 12
saatlıq döyüşdə o, Müsüslü dəstəsinin döyüşçülərini mövqelərindən vurub çıxara bilmədi. Rəhbərliyin dəqiq
taktiki seçimi sayəsində Müsüslü dəstəsinin itkiləri də böyük deyildi: gün ərzində Azərbaycan hissələrindən 8
əsgər həlak olmuş, 12 nəfər (onlardan 2 zabit) yaralanmışdı; türk taborundan 5 əsgər həlak olmuş, 50-dən çoxu
isə yaralanmışdı. Ağdaş və Xaldan ətrafında olan könüllülər Nuru paşanın əmri ilə Müsüslü dəstəsinin
sərəncamına göndərildi. İyulun 7-də sovet
komandanlığı Əmirovun iyunun 30-da keçirdiyi əməliyyatı
təkrarlamağa cəhd göstərdi. Erməni kəndlərindən çıxan bolşevik-daşnak bölməsi Göyçayın şimalında 5-ci
firqənin arxasına zərbə vurmağa çalışdı, lakin ehtiyatda dayanan qüvvələr onların qarşısını alaraq düşmən
qüvvələrini dağıtdı.
Mərmi və cəbbəxana ehtiyatının azlığı Müsüslü dəstəsinin koman-danlığını fəal hücuma keçməyə imkan
vermirdi. Üstəlik istər Kürdəmirin qərbində, istərsə də şimalında düşmən öz mövqelərini yaşıllıqlar
arasında
qurmuş, türk-Azərbaycan hissələri isə açıq ərazi ilə irəliləməli idi. Bu səbəbdən Nuru paşa planı dəyişdi. Yeni
plana əsasən iyulun 7-dən 8-nə keçən gecə 13-cü alay Kürdəmir istiqamətinə gətirilməli, Həsən bəyin dəstəsi ilə
birləşdirilməli idi. İyulun 8-də səhər Müsüslü dəstəsi fəal hücumu immitasiya etməli, Biçeraxovun qüvvələrinin
diqqətini özünə cəlb etməli, 13-cü piyada alayı isə şimaldan Kürdəmirə hücum etməliydi. Düşmən Şamaxı
istiqamətində 13-cü alayın yoxluğunu hiss etməsin deyə, 10-cu alay geniş cəbhədə Şamaxıya doğru hücum
etməli idi.
434
Vəziyyəti düzgün qiymətləndirən Biçeraxov hərbi texnikada üstünlüyü hesabına 13-cü alayın
428
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.223.
429
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92.
430
Süleymanov M.S. Azərbaycan Ordusu, s.105.
431
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92.
432
Yenə orada, s.94.
433
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, s.315.
434
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.225.