Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə69/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   65   66   67   68   69   70   71   72   ...   90

128 
 
saxlamağı  üstün      tutdular,  azərbaycanlı  döyüşçülərin      dəyanəti  nəticəsində  kömək  iyulun  15-də,  Karrar 
stansiyası QİO-nun əlində olanda və döyüşlər sona çatanda yetişdi. 
İyulun 14-də günün ikinci yarısından başlayaraq Kürdəmir-Ağsu -Şamaxı cəbhəsində nisbi sakitlik hökm 
sürməyə  başladı,  bundan  istifadə  edərək  tərəflər  öz  sıralarına  əlavə  qüvvələr  cəlb  edirdilər.  İyulun  14-də 
tərkibində 37 zabit, 2731 əsgər (2092 tüfəng, 16 pulemyot, 4 dağ topu) olan 38-ci türk piyada alayı Ağstafaya 
çatdı və dərhal Ucara yola salındı.
459
 Şamaxı istiqamətində istifadə edilmək üçün təzəcə Azərbaycana gəlmiş 38-
ci alayının top batareyası, azərbaycanlılardan ibarət Ləzgi süvari alayı, əlavə döyüş sursatı dəmir yolu vasitəsi 
ilə Kürdəmirə, oradan isə cəbhə xəttinə daşındı.
460
 
Beləliklə,  Ağsu-Kürdəmir  döyüşləri  Qafqaz  İslam  Ordusunun  gücünü,  zabit  və  əsgərlərinin  nəyə  qadir 
olduğunu  açıq-aydın  sübut  etdi.  Artıq  əməliyyatın  planlaşdırılma  mərhələsində  komandanlıq  Kürdəmirin 
möhkəmləndirilməsi  barədə  kəşfiyyat  məlumatlarına  əsaslanaraq  zərbənin  əsas  istiqamətini  şimala,  Ağsuya 
doğru yönəltdi. Ağsunun alınması aşağıdakı üstünlükləri qazandırırdı: 1. Şamaxı istiqamətində irəliləməyə şərait 
yaradılır  və  bununla  da  sovetlər  Şamaxı  istiqamətindən  qoşunları  çıxara  bilmirlər;  2.  Kürdəmirdə  müdafiə 
olunan  sovet  qoşunlarına  cinahdan  və  arxadan  zərbə  endirmək  imkanı  əldə  edilir.  Süvari  hissələr  əlahiddə 
şəkildə  ayrılaraq  Ağsu-Kürdəmir  və  Ağsu-Şamaxı  yollarının  kəsilməsində  istifadə  edilməli  idi.  Əməliyyata 
hazırlıq  ciddi  həyata  keçirilmişdi:  su,  ərzaq,  döyüş  sursatı  ehtiyatları  yaradılmış;  arxada  qalan  rus  və  erməni 
kəndlərində  tərksilah  əməliyyatları  aparılmış,  silahlı  dəstələr  məhv  edilmişdi;  QİO-nun  uğurlu  hücumu 
nəticəsində bolşevik-erməni birləşmələrinin ətraf kəndlərə qəfil hücum etmək ehtimalı nəzərə alınaraq Göyçay 
dəstəsi  təşkil  edilmiş  və  hadisələrin  gedişində  bu,  özünü  doğrultmuşdu.  Əməliyyata  rəhbərlik  etmək  üçün 
komandanlıq  cəbhə  xəttinə  mümkün  olan  qədər  yaxın  mövqe  tutmuşdu.  Döyüşlərdə  komandanlıq  qarşıya 
qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  inadkarlıq,  əsas  məqsədlərdən  yayınmadan    dəyişən    şəraitə  uyğun  
olaraq  fəaliyyət  göstərmək bacarığını, qoşunlar isə rəşadət və dözümlülük nümayiş etdirmişdilər. Azərbaycanlı 
zabitlərin, ilk növbədə  H.Səlimovun komandanlıq istedadı müəyyən olunmuş, ayrı-ayrı istiqamətlərdə müstəqil 
şəkildə  əməliyyata  rəhbərlik  etməsi  təcrübəsi  sınaqdan  keçirilmiş  və  özünü  doğrultmuş,  azərbaycanlıların 
döyüşdə heç də türklərdən geri qalmaması aydın olmuşdu. Əməliyyat zamanı aşağıdakı qüsurlar özünü büruzə 
vermişdi: nəqliyyat vasitələrinin azlığı döyüşən qoşunların su, ərzaq və döyüş sursatı ilə təchizatında problemlər 
yaradırdı; qoşunların tibbi xidməti acınacaqlı vəziyyətdə idi, susuzluq və isti iqlim şəraitində başlamış bir sıra 
xəstəliklər  itkilərə  səbəb  olurdu;  axtarış-xilasetmə  hissələrinin  təşkil  olunmaması  nəticəsində  dağlıq  şəraitdə 
yaralanaraq  öz  qoşunlarından  aralı  düşən  döyüşçülər  itkin  hesab  olunur,  onların  bir  qismi  yerli  sakinlər 
tərəfindən xilas edilsə də, bir çoxu həlak olurdu; hissələr arasında daimi rabitənin olmaması məlumatların vaxtı-
vaxtında çatdırılmasında, qoşunların idarə edilməsində çətinliklər doğururdu; qoşunların azlığı şəraitində hərbi 
hissələrin  yer  dəyişməsi  onları  yorur  və  vaxt  itkisinə  səbəb  olurdu.  Bununla  belə,  Ağsu  istiqamətində 
bolşeviklərin  ən  etibarlı  hissələrinin  məğlubiyyətə  uğradılması,  azərbaycanlı  zabit  H.Səlimovun  əsasən 
azərbaycanlılardan ibarət olan qüvvələrlə sovetlərin və ingilislərin təriflədiyi Biçeraxovu məğlub etməsi Qafqaz 
İslam Ordusunda qələbə əhvali-ruhiyyəsi, düşmən tərəfdə isə ruh düşkünlüyü yaratmışdı. 
 
 
7.7. ġamaxı əməliyyatı (19-22 iyul 1918-ci il) 
 
Ağsu-Kürdəmir  döyüşlərində  özünü  büruzə  vermiş  qüsurları  aradan  qaldırmaq  məqsədilə  QİO 
komandanlığı  yeni  əməliyyatı  planlaşdırarkən  qoşunlarda  struktur  dəyişikliyi  apardı.  Döyüş  şəraitində 
qoşunların struktur dəyişikliyinin həyata keçirilməsi olduqca çətin proses idi, lakin komandanlıq bu riskə getdi. 
Artıq  Ağsu-Kürdəmir  döyüşlərində  müəyyən  edilmişdi  ki,  qoşunların  Ağsu  istiqamətindən  Kürdəmirə, 
Kürdəmir istiqamətindən Ağsuya göndərilməsi vaxt itkisinə səbəb olur və döyüşçüləri yorur. Bir mövqedə olan 
komandanlıq digər bölgədə baş verənlər barəsində bixəbər olur, həmin bölgədə 
vuruşan  qoşunların  rəhbərləri  isə  müstəqil  fəaliyyət  göstərmək  səlahiyyətinə  
malik  olmadığına  görə   "yuxarıdan"   əmr  və   göstərişlər gözləməli olurdu. 
Ağsu  uğrunda  gedən  döyüşlər  zamanı  bu  cəbhədə  olan  Nuru  paşa  və  onun 
qərargahı  Kürdəmir  cəbhəsində  baş  verənlər  barəsində  gec  xəbər  tuturdu  və 
yalnız  H.Səlimovun  təşəbbüskarlığı  və  məsuliyyəti  öz  üzərinə  götürməsi 
vaxtında  tədbirlər  həyata  keçirməyə  imkan  verirdi.  Karrar  stansiyası  uğrunda 
gedən  döyüşlər  zamanı  bolşeviklər  üstün  qüvvələrlə  Salyana  hücum  etmişdi. 
N.Ramazanov və S. Hüseynzadənin dəstələri düşmən hücumlarını dəf etsələr də 
əkshücuma  keçə  bilmədilər,  çünki  Salyandan  aralı  (Ağsuda)  olan  komandanlıq 
hadisə  barəsində  gec  xəbər  tutmuş  və  onlara  gec  reaksiya  vermişdi.  İrəlidə 
                                                           
459
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.217. 
460
Yenə orada, s.232.
 


129 
 
gözlənilən əməliyyatlar iki bir-birindən aralı istiqamətdə: Göyçay-Şamaxı şosse yolu və Kürdəmir-Bakı dəmir 
yolu boyunca aparılmalı idi. Qoşunlar bir-birindən aralanmalı olduğundan, komandanlıq hər iki istiqamətə eyni 
vaxtda eyni diqqəti ayıra bilməzdi. Nəticədə QİO-nu təşkil edən 5-ci Qafqaz piyada firqəsi, 15-ci firqənin 38-ci 
alayı və azərbaycanlı hissələr iki taktiki qrupa bölündü. 
Şimal (quzey) qrupu adını almış qrup Ağsu-Şamaxı-Bakı istiqamətində irəliləməli idi. Qrupun tərkibinə 
13-cü  Qafqaz  piyada  alayı  (komandir  yarbay  Əhməd  Rza  bəy),  10-cu  Qafqaz  piyada  alayı  (komandir  yarbay 
Səlim  bəy),  Zehni  bəy  dəstəsi  (komandir  süvari  minbaşısı  Zehni  bəy),  25-ci,  26-cı  və  28-ci  taborlar  daxil idi. 
Qrupun komandiri yarbay Osman bəy təyin edildi. 
Cənub  (güney)  qrupu  adını  almış  qrup  Kürdəmir-Bakı  dəmir  yolu  boyunca  irəliləməli  idi.  Qrupun 
tərkibinə Müsüslü dəstəsi, bir türk piyada taboru (38-ci alay tərkibindən 2-ci tabor), 1 türk piyada bölüyü (26-cı 
tabor  tərkibindən),  istehkam  bölüyü,  2  top,  1  zirehli  qatar  daxil  idi.  Qrupun  komandiri  H.Səlimov  təyin 
olundu.
461
  38-ci  alayın  1-ci  taboru  ehtiyat  qüvvəsi  kimi  arxa 
cəbhədə  3-cü  taboru  isə  Gəncədə  saxlanılmışdı.  Qruplar  arasında 
əlaqələndirmə  itməsin  deyə  onlar  Şərq  Cəbhəsi  komandanlığı  (və 
ya  Bakı  cəbhəsi  komandanlığı)  çərçivəsində  birləşmiş,  Cəbhə 
komandanı Mürsəl bəy təyin edilmişdi.
462
 
Yeni  qruplaşmaya  əsasən  qoşunlar  iyunun  16-18-də  təşkil 
olundu, istiqamətlərə bölündü. İyulun 19-da planlaşdırılan hücumda 
qoşunlar  qruplar  şəklində  hərəkət  etməli  idi.  Komandanlıq  hesab 
edirdi ki, Cənub qrupu qarşısında 200 süvari, 700 piyada, 1 zirehli 
qatar, bir neçə zirehli avtomobil olan qüvvə dayanıb. Ehtimallara görə, Şimal qrupu qarşısında 2-3-tabor piyada, 
zirehli  avtomobillər,  bir  neçə  top  və  pulemytoları  olan  düşmən  dəstəsi  var  idi.
463
  Döyüş  əmrinə  əsasən  13-cü 
alay  Ağsu  yaxınlığındakı mövqeyindən  Göylər  kəndinə,  oradan  Şamaxıdan  şərqə  hərəkət  edərək  Şamaxı-Bakı 
yolunu  kəsməli  idi.  10-cu  alay  Gürcüvan  kəndi  ətrafından  hücuma  keçərək  birbaşa  Şamaxı  üzərinə  hərəkət 
etməli idi.  38-ci  piyada  alayın  l-ci  taboru,  mürəttəb  süvari  alayı  və  milli  azərbaycanlı  dəstələr,  rus  dağ  topları 
taqımı Şərq cəbbəsinin ehtiyat qüvvəsi olaraq Ağsuda toplandı. Şimal qrupunun hücumu zamanı Cənub qrupu 
hücuma  keçməsə  də  fəal  hərəkətləri  ilə  düşməni  özünə  cəlb  etməli  və  şimala  qüvvə  göndərilməsinə  imkan 
verməməli  idi.
464
  Mürsəl  bəy,  tərtib  etdiyi  planla  razılaşan  Nuru  paşadan  döyüş  əmrini  dəstəkləyən  teleqram 
almışdı. Teleqram "Hədəfiniz Bakı olacaqdır" sözləri ilə bitirdi.
465
 
Beləliklə,  ən  çətin  vəzifə  13-cü  alay  qarşısında  qoyulmuşdu.  O,  çox  da  hündür  olmayan  (831-936  m), 
lakin sıldırımlı Göylər dağ silsiləsini aşmalı, daha sonra Pirsaat çayını keçməli, Şamaxını cənubdan mühasirəyə 
alaraq  Şamaxı-Bakı  yoluna  çıxmalı  idi.  Əməliyyat  plan  üzrə  həyata  keçirilsəydi,    düşmənin      qüvvələri   
Şamaxıdan   çıxa bilməyəcəkdi. 
İyulun 19-a keçən gecə Şamaxı ətrafına şiddətli yağış yağdı, bu isə qoşunların hərəkətini ləngitdi. Hücum 
zamanı  yağışın  davam  etməsi,  bir  tərəfdən  də  gilli-palçıqlı  ərazilər  13-cü  alayın  hərəkətini  daha  da 
çətinləşdirirdi. Tədricən alay hücum istiqamətini dəyişdi və müəyyən olunmuş vaxtda Göylər kəndi (Şamaxıdan 
cənub-şərqdə)  əvəzinə  Mədrəsə  kəndinə  (Şamaxıdan  cənub-qərbdə)  yaxınlaşdı.  Nəticədə  10-cu  alayın 
hücumunu  sol  cinahdan  dəstəkləyən  13-cü  alay  Şamaxıya  birbaşa  zərbəni  gücləndirdi.  Lakin  sovetlərin 
Şamaxıdan çıxmaq yolu qapanmamışdı. Şamaxıya gözlədiklərindən də güclü zərbə vurulduğundan bolşeviklər 
səhər saat 11:00-da geri çəkilməyə başladılar və saat 16:35-də kütləvi şəkildə Şamaxını tərk edirdilər. Nuru paşa 
əməliyyatın  gedişindən,  ilk  növbədə  13-cü  alayın  istiqamət  dəyişməsindən  narazı  idi  və  sovet  qoşunlaranın 
buralardan  sağ-salamat  çıxmasını  Bakı  ətrafında  döyüşlərin  daha  da  şiddətli  olacağı  kimi  qiymətləndirirdi.
466
 
Döyüşdə  Şimal  qrupundan  1  zabit,  4  əsgər  həlak  olmuş,  20  əsgər  yaralanmışdı.
467
  Havanın  yağışlı  olmasına 
baxmayaraq iyunun 20-də hücum davam etməli idi. Yeni plana əsasən 13-cü alay hərəkət istiqamətini dəyişməli 
və Çuxanlı-Məlik Çoban kəndlərini tutmalı idi (kəndlər Şamaxıdan cənub-şərqdə yerləşirdi). 
İyulun  20-də  Şimal  qrupu  hücuma  keçdi  və  döyüşdən  sonra  Çuxanlı  və  Məlik  Çoban  kəndlərini  tutdu. 
Döyüşdə 1 top, 2 pulemyot, 1 zirehli və 2 yük avtomobili, ləvazimat və döyüş sursatı olan arabalar qənimət kimi 
ələ keçirildi. Avtomobilləri ələ keçirmək üçün süvari bölmə Şamaxı ilə Mərəzə arasında xüsusi pusqu qurmuş 
və texnikanı tuta bilmişdi. Texnika ilə birlikdə 1 ingilis zabiti və 4 ingilis əsgəri də əsir götürüldü.
468
 QİO-nun 
qoşunları bir az da irəliləyə bilərdi, lakin Azərbaycan ərazisində ilk döyüşlərdən fərqli olaraq indi komandanlıq 
tam sığortalanmış şərait yaradır, cinahları möhkəmlədir, ehtiyat qüvvəsini cəbhəyə yaxınlaşdırır, döyüş sursatı, 
                                                           
461
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322.  
462
Yuceer N. Birinci Dünya savaşında, s.91.
 
463
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.324. 
464
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.236. 
465
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.112. 
466
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.238. 
467
Yuceer N. Birinci Dünya savaşında, s.92.
 
468
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.333.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə