Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə77/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

141 
 
Binəqədi  yüksəklikləri  və  şərqə,  dəniz  sahilinə  qədər  uzanırdı.  Palçıq  vulkanı  ətraf  ərazilərdən  hündürdə 
yerləşdiyindən onun müdafiəsi üçün iki erməni taboru, Şimali Stafford alayının kiçik bölməsi, sonralar Bakıya 
gələn  Varvik  və  Uoçester  alaylarının  bölmələri  ayrılmışdı.  İngilis  qoşunlarına  briqada  komandiri  vəzifəsi  ilə 
polkovnik Faviel, ön xətt hissələrinə polkovnik Keyvort rəhbərlik edirdilər.
561
 
Sentrokaspi qoşunlarını möhkəmlətmək məqsədi ilə Denstervil mütləq Biçeraxovun qayıtmasını istəyirdi. 
Bunun  üçün  o,  gəmi  ilə  Dərbəndə  tərəf  yollandı,  lakin  Xəzərin  şimal  hissəsində  bolşevik  gəmilərinin  üstün 
olması onu Biçeraxovun dəniz yolu ilə Bakıya gətirilməsi planından çəkindirdi.
562
 
Qoşunları  qüvvətləndirmək  üçün  Sentrokaspi  diktaturası  Bakının  qeyri-müsəlman  əhalisini  sərfəbər 
etməyə  çalışır,  eyni  zamanda  bolşeviklərdə  olan  silahları  müsadirə  edirdi.  Lakin  avqustun  10-da  Bakı 
bolşeviklərinin  partiya  təşkilatı silahı  qaytarmamaq  və  hakimiyyəti  ələ  keçirmək  üçün  vətəndaş  müharibəsinə 
hazırlaşmaq  qərarını  qəbul  etdi.  Bu,  baş  tutmadıqda  şəhəri  tərk  edib 
Həştərxana  keçmək  qərara  alınmışdı.  Avqustun  13-də  19  gəmiyə 
yüklənən  bolşeviklər  şəhərdən  qaçmaq  istəyəndə  onlar  hərbi  gəmilərin 
vasitəsi  ilə  saxlanılmış,  geri  qaytarılmış  və  zorla  tərksilah  edilmişdilər. 
Keçmiş komissarlar əksinqilabla mübarizə üzrə fövqəladə komissiyanın 
istintaqına verildilər.
563 
Əsir ingilis əsgərlərindən biri, ingilislərin sayının 
1500  nəfər  olduğunu  demişdi,  bu  mənada  QİO  komandanlığı  ingilis 
qoşunlarının sayı barəsində məlumatlı idi. Həmin əsgərdən öyrənildi ki, 
ingilis  qoşunlarının  sayını  4  min  nəfərə  çatdırmaq  planlaşdırılır,  lakin 
şəhər  əhalisi  arasında  25-30  minlik  ingilis  qoşunlarının  gələcəyi  barəsində  şaiyələr  yayılır.
564
  Ümumilikdə, 
Bakıda 10-12 min Sentrokaspi qüvvəsi və 1500 ingilis müdafiə olunurdu.
565
 M.Görüryılmaz yazır ki, farslar da 
Osman-lıların  qələbəsini  istəmir  və  4  min  fars  onlara  qarşı  vuruşurdu.
566
  QİO-nun  əsas  zərbə  qüvvəsi  -  5-ci 
Qafqaz  piyada  diviziyasında  həlak  olanlar,  itkin  və  əsir  düşənlər, 
xəstəlik  və  yaralanmadan  hospitallarda  olanları  çıxmaq  şərti  ilə  3500 
nəfər  döyüşçü  vuruşmaq  iqtidarında  idi.
567 
15-ci  piyada  diviziyasının 
bəzi  hissələri  və  Azərbaycan  hərbi  hissələri  QİO-nun  tərkibində  idi, 
lakin  bu  qüvvələrlə  Bakını  azad  etmək  çətin  idi.  Sentrokaspi 
qoşunlarında  olan  ruh  düşkünlüyü  ən  kiçik  toqquşmalarda  belə 
vahiməyə  çevrilmiş,  Qaraməryəm  və  Göyçay  döyüşlərinin  xofu  hələ 
də  canlarından  çıxmamışdı.  Qoşunların  çoxsaylı  olması  təəssüratını 
yaratmaq üçün QİO komandanlığı cəbhənin müxtəlif istiqamətlərindən 
zərbələr  endirir,  türk  mürəttəb  süvari  alayı  və  azərbaycanlı  süvarilərindən  sürətli  reydlər  etmək  üçün  istifadə 
edirdi. 
Tərəflər  arasında  gedən  kiçik  döyüşlər  əsas  döyüşlər  ərəfəsində  əlverişli  mövqelərin  ələ  keçirilməsi 
məqsədi  ilə  aparılırdı.  QİO-nun  komandanlığı  əsasən  Biləcəri,  Yanardağ,  Binəqədi  istiqamətində  düşməni 
sıxışdırır,  əvəzində  ingilis-Sentrokaspi  qoşunları  mühasirə  halqasını  yarmağa  çalışırdılar.  Avqustun  6-da 
Xırdalan  istiqamətində  bir  zirehli  qatarın  müşayyəti  ilə  ingilis-Sentrokaspi  qoşunları  irəlilədikdə  ciddi 
müqavimətlə üzləşmişdilər. 60-cı türk piyada taborunun döyüşçüləri tərəfindən pusqu qurulmuş, zirehli qatarın 
bir  platforması  aşırılaraq  onun  silahları  (bir  ədəd  75  mm-lik  top,  üç  pulemyot,  döyüş  sursatı)  ələ  keçirildi.
568
 
Avqustun  7-də  yaralıları  daşıyan  qatar  Sentrokaspi  hərbi  gəmiləri  tərəfindən  atəşə  tutuldu.  Bütün  dünyada 
üzərində  Qırmızı  Xaç  və  ya  Qırmızı  aypara  olan  nəqliyyat  vasitələri  maneəsiz  buraxıldığı  halda,  Bakı 
cəbhəsində  Ələt-Puta  arasında  hərbi  gəmilərin  atəşi  ilə  sanitar  qatara  zədələr  vuruldu,  13  yaralı  həlak  oldu. 
Avqustun 7-si və 8-də Ələt stansiyası Sentrokaspi və ingilis aviasiyası tərəfindən bombalandı, lakin qoşunların 
və sursatın Bakı ətrafına gətirilməsinə bu maneçilik törədə bilmədi.
569
 
Avqustun  9-da  Nuru  paşa  Bakıya  hücuma  hazırlaşmaq  barəsində  əmr  imzaladı.  Əmrə  əsasən  düşmənin 
batareyaları  məhv  edilməli,  kəşfiyyat  vasitəsi  ilə  düşmən  barəsində  ətraflı  məlumat  toplanmalı,  döyüş 
mövqelərini  öyrənməklə  hansı  istiqamətin  hücum  üçün  daha  münasib  olmasını  müəyyən  etmək,  düşmən 
əkshücumlarına  qarşı  ehtiyyat  qüvvə  toplamaq,  son  hücum  üçün  sursat  və  qüvvələri  cəm  eləmək  nəzərdə 
tutulmuşdu.
570
 
                                                           
561
Денстервиль, с.202-203. 
562
Денстервиль, c.220. 
563
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.302.  
564
Yuceer N. Birinci Dünya savaşında, s.109.
 
565
 Yenə orada, s.110. 
566
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.154. 
567
Yuceer N. Birinci Dünya savaşmda, s.113.
 
568
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303. 
569
Yenə orada, s.303.
 
570
Yenə orada, s.304.
 


142 
 
Avqustun  10-da  ingilis-Sentrokaspi  qoşunları  Maştağa  kəndi  və  Hacı  Həsən  kəndi  istiqamətlərində 
hücum təşkil etdilər. Piyada, süvari və pulemyotların iştirak etdiyi bu hücumlar QİO qoşunları tərəfindən dəf 
edildi,  hətta  Ələt-Puta  istiqamətində  mövqeləri  bombalayan  Sentrokaspi  təyyarələrindən  biri  vurulub  məhv 
edildi.
571
 
Avqustun 11-də ingilis-Sentrokaspi qoşunları Maştağa kəndi istiqa-mətində hücum təşkil etdi. Hücumun 
artilleriya dəstəyini Bayılda qurulan   6   top,  Salyan   kazarmasında   qurulmuş   4   top,   Biləcəri istiqamətində 
qurulmuş toplar həyata keçirirdi. QİO komandanlığı əvvəlcədən bura 1 piyada bölüyü, 1 pulemyot taqımı, 38-ci 
alayın  2-ci  taborunu  və  1  Şnayder  topunu  göndərdiyindən  hücumun  qarşısı  alındı.  Sentrokaspi  qoşunlarının 
komandanlığı Puta-Ələt sahəsinə desant çıxarmağa çalışdı, lakin Azərbaycan zirehli qatarının atəşi ilə desantın 
qarşısı alındı, hərbi və nəqliyyat gəmiləri geri çəkilməyə məcbur oldular.
572
 
Avqustun 12-si nisbətən sakit keçdi. Avqustun 12-dən başlayaraq Azərbaycan hökumətinin qərarı ilə 19-
34 yaşlı hərbi xidmətə yararlı kişilər hərbi xidmətə səfərbər olunmağa başladı. 
Avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin Azərbaycan hərbi 
hissələri  öz  mövcudluğunu  saxladı;  azərbaycanlı  zabitlər  yeni  təyinatlar  aldı.
573
  Avqustun  13-də  Maştağa 
ətrafında  dayanan  bütün  türk-Azərbaycan  hissələri  Maştağa  dəstəsi  adı  ilə  birləşdirildi,  38-ci  alayın  2-ci 
taborunun komandiri qayməqam Həsən bəy onun komandiri təyin edildi. Həbib bəy Səlimov Gəncəyə getmək 
əmrini aldı, Cənub qrupunun komandanı Cəmil Cahid bəy təyin edildi. 
Avqustun  14-ü  nisbətən  sakit  keçdi.  Avqustun  15-də  ingilis-
Sentrokaspi  qoşunları  Buzovna-Mərdəkan  istiqamətində  hücuma 
keçməyə cəhd göstərdilər, lakin Maştağa dəstəsi bu hücumun qarşısını 
aldı,  Ləzgi  süvari  alayının  süvariləri  içində  2  ingilis  hərbçisi  olan 
avtomobili ələ keçirdilər.
574
 
Avqustun  15-də  Bakıya  hücum  barəsində  hissə  komandirlərinin 
təklifləri  5-ci  Qafqaz  firqəsinin  komandanlığı  tərəfindən  müzakirə 
edildi.  Qərara  alındı  ki,  hücum  üçün  əlavə  bir  firqə  cəlb  olunmalı,  o, 
Bakı  ətrafına  gələndən  sonra  Bakının  şimalından,  5-ci  Qafqaz  firqəsi  isə  qərbdən  hücum  etməlidir.  Yanardağ 
yüksəkliyi  və  Binəqədi-Xırdalan  xətti  son  hücum  ərəfəsində  tutulmalı  idi  ki,  həm  son  hücum  üçün  əlverişli 
şərait yaradılsın, həm də düşmən hücumun əsas istiqamətindən diqqəti yayındırsın. Əsas hücum istiqaməti kimi 
Qurd qapısı keçidi göstərilmişdi. Buradan iki piyada alayı top atəşinin himayəsi ilə irəliləməli idi. Daha sonra 
həm Qurd qapısı keçidi, həm də Binəqədi - Xırdalan xəttindən Bakıya hücum edilməli idi.
575
 
Hücumun  yuxarıda  göstərilən  istiqamətlərdən  həyata  keçirilməsini  ingilis-Sentrokaspi  qüvvələrinin 
komandanlığı da təxmin etmişdi. Avqustun 16-dan 17-nə keçən gecə ingilis-Sentrokaspi qoşunları (500 piyada, 
100  süvari,  5 top,  1 pulemyot)  gecə  saat  4:30-da  Fatmayı  kəndi  istiqamətində hücuma  keçdilər.  Hər  iki  tərəf 
kənd  ətrafına  əlavə  qüvvələr  toplayırdı.  Səhərə  yaxın  ingilis-Sentrokaspi  qoşunlarının  sayı  1500  piyada,  250 
süvaridən  ibarət  oldu.  Şimal  qrupu  ehtiyatından  bir  piyada  bölüyü  və  mürəttəb  süvari  alayın  iki  bölüyünün 
müdafiəyə  cəlb  edilməsi  ilə  hücumun  qarşısı  alındı,  mövqelər  bərpa  edildi.  Həmin  gün  ingilis  -  Sentrokaspi 
qoşunlarının Zabrat və Binə kəndləri istiqamətində hücum etmək cəhdi dəf edildi.
576
 
Avqustun  17-i,  həm  ingilis  generalı  Denstervilin  Bakıya  gəlməsi  həm  də  azərbaycanlı  zabit 
Gülməmmədovun qəhrəmanlığı ilə yadda qaldı. Tatar süvari alayının bir bölüyünə Balaxanı kəndindən şimal-
qərbdə  yerləşən  təpəni  tutmaq  əmri  verildi.  Kornet
577
  Gülməmmədov  kəşfiyyata  göndərildi.  Düşmənin 
mövqelərini öyrənəndən sonra o, düşmən arxasında vahimə yaratmaq və bununla da hücum edən bölüyün işini 
asanlaşdırmaq qərarına gəldi. Təpənin arxasında başlayan atışma təpədə mövqe tutmuş erməni-rus döyüşçülərini 
çaş-baş  saldı,  bundan  istifadə  edən  süvari  bölük  həmlə  etdi.  Əlbəyaxa 
döyüşlə  nəticələnən  həmlə  təpənin  tutulması,  burada  mövqe  tutmuş 
erməni-rus  dəstəsinin  məğlub  edilməsi  ilə  bitdi.  Düşmənin  1  zabit 
həkimi,  49  əsgəri  əsir  götürüldü,  3  pulemyot  qənimət  kimi  ələ 
keçirildi.
578
 
Avqustun  19-da  ingilis-Sentrokaspi  qoşunları  yenidən  Maştağa 
kəndi  istiqamətində  hücum  təşkil  etdi.  500  piyada,  70  süvari,  3  zirehli 
avtomobil  Maştağanın  cənubundan  Buzovnaya  gedən  yolla  hərəkət 
etmək  istədilər,  lakin  Maştağa  dəstəsi  və  Ləzgi  süvari  alayı  tərəfindən 
                                                           
571
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.304. 
572
Yenə orada, s.304.
 
573
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.152. 
574
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.305. 
575
Yenə orada, s.305.
 
576
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.306.  
577
Kornet - süvari hissələrdə ilkin zabit rütbəsi.
 
578
Süleymanov M.S. Azərbaycan Ordusu, s.124. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə