Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

147 
 
15-ci firqə Qarakilsədən avqustun 28-də çıxmağa başlamış, Qarakilsə-Dilican-Karvansara-Qazax-Ağstafa 
yolu  ilə  hərəkətə  keçmişdi.  Öz  hissələrindən  başqa  9-cu  Ordunun  qaubitsa  səhra  batareyası  da  ona  verilməli 
idi.
608
 15-ci firqə əvəzinə Gümrü-Qarakilsə bölgəsində 36-cı Qafqaz piyada firqəsi mövqələr tutdu.
609
 
Xəlil  paşanın  almanlarla,  Azərbaycan  hökumətinin  Gürcüstan  hökuməti  ilə  danışıqları  nəticəsində  türk 
qoşunlarına Gürcüstan dəmir yollarından istifadə etmək icazəsi verildi.
610
  Əslində  belə  icazəni  verən  almanlar 
öz  məqsədlərini  güdürdülər.  Türk  komandanlığının  Bakını  azad  etməkdə  israrlı  olmasını  görüb,  Bakıda 
bolşeviklərin  devrilməsini  və  bura  ingilislərin  gəlməsi  xəbərini  alan 
alman  komandanlığı  Sovet  Rusiyası  ilə  avqustun  27-də  bağladığı 
sövdələşmədən  uzaqlaşmağa  başladı.  Alman  komandanlığı  Ənvər 
paşa,  Nuru  paşa  və  Türkiyənin  Tiflisdəki  nümayəndəsi  Əbdülkərim 
paşaya  müraciət  edərək  Bakıya  hücumda  bir  alman  taborunun 
iştirakına  icazə  verilməsini  istədi.  Əslində,  Gürcüstandakı  alman 
qoşunlarının komandanı Fon Kressenşteyn süvari alayı Bakıya yürüşə 
hazırlayırdı. Ənvər paşa, Nuru paşa və Əbdülkərim paşa rədd cavabı 
verdilər,  üstəlik  Ənvər  paşa  Nuru  paşaya  göndərdiyi  gizli  göstərişdə 
almanların  icazəsiz  Bakıya  hərbi  hissə  göndərəcəyi  təqdirdə  Azərbaycan-Gürcüstan  sərhəddindəki  körpünü 
partlatmağı  əmr  etdi.  Özünün  2-ci  məktubunda  o,  əlavə  etdi  ki,  Azərbaycan  hökumətinin  nümayəndələri  ilə 
məsləhətləşmələr  göstərdi  ki,  Azərbaycan  hökuməti  almanların  ölkələrinə  gəlişinin  əleyhinədir,  lazım  gələrsə, 
onlara silahlı  müqavimət  göstəriləcəyini  bildirir.  Öz  adından  Ənvər  paşa  bildirirdi  ki,  məsələ  bu  həddə çatsa, 
türk qoşunları Azərbaycan hökumətini dəstəkləyəcək.
611
 
Qardaş  Azərbaycan  və  türk  (osmanlı)  döyüşçüləri  düşmənə  qarşı  çiyin-çiyinə  vuruşmuş,  qələbələr 
qazanmışdılar. Onların bu rəşadəti yüksək qiymətləndirilmiş, zabit və əsgərlərin bir çoxu orden və medallarla 
təltif edilmişdir. 1918-ci il sentyabrın 3-də QİO komandanlığının tabeçiliyində olan şəxsi heyətə təqdim etdiyi 
təltif  sənədi  indiyədək  qorunmaqdadır.  Burada  15  osmanlı  zabitinin  adı  var.  Onlar  "Altun  ləyaqət  medalı", 
"Gümüşlü imtiyaz medalı", "5-ci dərəcəli Məcidi Nişanı", "Hərbi Medal" ilə təltif ediliblər.
612
 Azərbaycanın о 
dövrdə  öz  təltif  nişanlarının  olmaması  səbəbindən  Azərbaycan  hərbçiləri  də  Osmanlı  dövlətinin  orden  və 
medalları  ilə  təltif  edilirdi.  Türkiyə  hərbi  arxivlərində  qorunan  sənədlər,  hansı  orden  və  medalların 
azərbaycanlılara təqdim edilməsi, hansı zabitlərin təltif edildiyini müəyyənləşdirməyə imkan verir. 
1918-ci il sentyabrın 3-nə aid təltif sənədində göstərilən azərbaycanlı zabitlərin yüksək təltif nişanlarına 
layiq görülməsi sultan tərəfindən təsdiqlənmişdir. Zabitlər iki təltif nişanı - 5-ci dərəcəli Məcidi Nişanı (Məcidi 
Ordeni) və Hərbi Medala (Hərbi Medalya) layiq görülmüşdülər. 
Məcidi Nişanı (Məcidi Ordeni) 1851-ci ildə Osmanlı sultanı 
Əbdülməcid  (1839-1861)  tərəfindən  təsis  edilmişdir.
613
  Nişan 
günəş formasında olub, mərkəz dairəsindən 7 hissədə cəmlənmiş 
şüalar  yayılır.  Hissələr  arasında  ay-ulduz  təsvirləri  mövcuddur. 
Mərkəzdə  sultanın  tuğrasının  (möhürünün)  təsviri  verilmiş, 
haşiyədə  "Səadət",  "Qayret"  ("Çalışqanlıq"),  "Hamiyyet" 
("Vətəndaşlıq")  sözləri  və  "Sene  1268"  ("1268-ci  il")  ərəb 
qrafikası ilə yazılmışdır. Nişan 5 dərəcədə təsis edilmiş, təltif 5-ci 
dərəcədən  başlayırdı.  Ordenin  5-ci  və  4-cü  dərəcələri  döşün  sol 
tərəfində lentli çərçivə üzərində, 3-cü və 2-ci dərəcələri boyunda lent üzərində, 1-ci dərəcəsi isə boyunda orden 
zənciri  üzərində  daşınırdı.
614
  Ordenin  1-ci  və  2-ci  dərəcələrinin  nişanları  ilə  birlikdə  sinədə  daşınan  ulduzlar 
verilirdi.  Ordenin  5-ci  və  4-cü  dərəcələrində  nişanla lent arasında  ay-ulduz  təsviri  yerləşdirilirdi.  Nişanın  arxa 
tərəfində aypara daxilində ornament təsvir edilmişdir. Ordenin lenti qırmızı rəngdə olub, iki nazik yaşıl zolaqla 
haşiyələnib. Ordenlə bərabər, "bərat" adlanan sənəd verilirdi ki, orada orden təqdim edilən şəxsin adı, rütbəsi, 
vəzifəsi, xidmətləri qeyd olunurdu.
615
 Məcidi Ordeninin ilkin, 5-ci dərəcəsini 20 il qüsursuz xidmətdən sonra və 
ya  sultanın  xüsusi  fərmanı  ilə  almaq  mümkün  idi.  Hərb  zamanı  xüsusi  igidlik  göstərənlərə  orden  sultanın 
formanı  ilə  xidmət  illəri  nəzərə  alınmadan  verilir,  belə  nişana  qılınclar  əlavə  edilirdi.
616
  Maraqlıdır  ki,  orden 
verilən şəxs vəfat etdikdə orden dövlət xəzinəsinə təhvil verilirdi ki, onu heç kim daşımasın. 
                                                           
608
Yenə orada, s.324.
  
609
Yuceer N. Birinci Dünya savaşında, s.114.
 
610
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.161. 
611
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 162-163. 
612
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.159. 
613
Denisenko A. Askeri Müze osmanlı ve cumhuriyet dönemi madalya ve nişanlar kataloqu. İstanbul,
 Harbiye, s. 52. 
614
Denisenko A. Askeri Müze, s.53.
 
615
Denisenko A. Askeri müze, s.16.
 
616
Yenə orada, s.18.
 


148 
 
03.09.1918-ci il təltif siyahısına  əsasən  13  azərbaycanlı  zabit  Hərbi  Medalla  təltif  edilmişdir.
617
  Onların 
sırasında  1-ci  alayın  zabitləri:  süvari  qayməqamı  Həmid  xan,  yüzbaşı  vəkili  Sultanov,  süvari  yüzbaşı  vəkili 
Əliyev,  mülazimi-əvvəl  Aslanbəyov,  mülazimi-sani  Əliyev;  2-ci  alayın  zabitləri:  mülazimi-əvvəl 
Mehmandarov,  mülazimi-əvvəl  Savkov,  süvari  zabit  vəkili  Kavzar,  yüzbaşı  Sultanov,  topçu  miralayı  Cavad 
Şıxlinski;  2-ci  süvari  alayın  zabit  vəkili  -  Qaratiklinski,  təlimgahın  yüzbaşı  vəkilləri  Nəsirbəyov  və 
Əhmədiyev.
618
 Osmanlı ordusunda mülazimi-əvvəl rütbəsi "kiçik leytenant" rütbəsinin analoqu idi.  
Hələ Bakı azad edilməzdən əvvəl 18 zabit (Həmid xan həm Məcidi Nişanı, həm də Hərbi Medalla təltif 
edilmişdi)  Osmanlı  dövlətinin  önəmli  hərbi  təltif  nişanlarına  layiq 
görülmüşlər.  Siyahıdakı  zabitlərin  adı  və  soyadı  tam  göstərilmədiyi 
üçün  onların  bir  çoxunun  kimliyini  dəqiqləşdirmək  müəyyən  qədər 
çətindir.  Məlumdur  ki,  Bakı  azad  ediləndən  sonra  (15.09.1918)  yeni 
təltif  siyahıları  tərtib  edilmiş  və  fərqlənənlərə  orden  və  medallar 
verilmişdir.
619
  Heç  şübhəsiz  ki,  onların  sırasında  azərbaycanlı  zabitlər 
də olmuşdur. 
Cəbhə  xəttində  mövcud  vəziyyəti  öyrənmək  üçün  QİO  Ərkani-
Hərb rəisi Nazim bəy cəbhəyə göndərildi. Onun fikrincə, Bakıya hücum 
iki  istiqamətdə  aparılmalı,  bu  istiqamətlər  arasında  Biləcəri  və  Hacı 
Həsən  arakəsmə  xətti  olmalı  idi.  Bölgüyə  uyğun  olaraq  top  yerləri  müəyyənləşdirilir,  ehtiyatlar  toplanır,  firqə 
hissələrinin  yerləşməsi  üçün  məntəqələr  hazırlanırdı.  Maştağada  10  min  nəfər  üçün  ərzaq  toplanması 
başlanılmışdı. Hücumdan bir gün əvvəl süvari hissələr və azərbaycanlılardan ibarət könüllü hissələr şərqdən və 
şimali-şərqdən şəhərə hücum etməli idilər.
620
 
15-ci  firqənin  gəlişi  sentyabrın  7-si-10-u  arası  gözlənilirdi,  bu  vaxta  qədər  düşmənin  hərbi  güc 
imkanlarının öyrənilməsi, Sabunçu və Biləcəri ətrafındakı təpələri ələ keçirmək məqsədi ilə mövqe döyüşlərinin 
davam etdirilməsi qərara alınmışdı. 
Sentyabrın 2-də Şimal qrupu Zabratı tutdu, lakin sentyabrın 3-də ingilis-Sentrokaspi qoşunlarının güclü 
hücumu  ilə  oradan  çıxarıldı.  Həmin  gün  311 №-li  təpə  top  atəşinə tutuldu,  Hövsan  ətrafında  döyüşlər davam 
etdi. Ləzgi süvari alayının 3-cü eskadronunun 1-ci taqımı yunker Cavarxan Ansoxskinin rəhbərliyi ilə düşmənin 
üstün qüvvələrinin (2 piyada bölüyü, 1 süvari eskadronu, 3 pulemyot, 2 top) hücumunun qarşısını aldı, kömək 
gələnə qədər 4 saat ərzində vuruşdu.
621
 
 Nazim bəy və Mürsəl paşa mövqeləri birlikdə gəzərək Nuru paşaya ayrı-ayrılıqda raport göndərdilər Hər 
ikisinin  qənaəti  eyni  idi:  şəhərə  son  hücumdan  əvvəl  Biləcərinin  cənub-  qərbindəki  sahə  ələ  keçirilməlidir. 
Balaxanı, Ramana, Sabunçu və Suraxanıda olan düşmən dəstələrini məhv edəndən sonra şəhərə hücum etmək 
təklifi Mürsəl paşa və Nazim bəyin fikrincə lüzumsuz idi. Kəndlərdə aparılan döyüşlər əlavə itkiyə səbəb olardı, 
həm də onların şəhərdən uzaq olması Bakıya hücum  etməyə  maneçilik 
törətmirdi.  Şəhər  alınandan  sonra  oradakı  dəstələrin  müqavimətini 
dərhal qırmaq mümkün idi. 
Sentyabrın  6-da  15-ci  firqənin  hissələri  Ağstafaya  çatmağa 
başladı və dərhal qatarlarla Bakı istiqamətinə göndərildi. 15-ci firqənin 
komandanı Süleyman İzzət bəy və onun qərargahı Gəncədə Nuru paşa, 
Əli  ağa  Şıxlinski,  Azərbaycan  hökumətinin  üzvləri  və  digərləri 
tərəfindən qarşılandılar. Sentyabrın 7-də 15-ci firqənin qərargahı, sonra 
isə  hissələri  Hacıqabulda  qatarlardan  enərək  mövqelərə  yönəldilər.
622 
Qeyd  etmək  lazımdır  ki,  15-ci  firqə  Rumıniyada  Qafqaza  göndərilmək  əmrini  aldıqda  olduqca  güclü  idi. 
Firqənin 8104  nəfər  piyadası,  212  süvarisi,  285 istehkamçısı,  62 pulemyotu,  10 mortiri,  45 topu,  2  uzaqvuran 
topu  və  bir  tank  batareyası  mövcud  idi.
623
  Beləliklə,  bu  firqənin  Qafqaza  göndərilməsi  qərarı  düzgün  idi  və 
vəziyyəti  dərhal  dəyişməyə  imkan  verirdi.  Lakin  firqənin  gəlişi  yubadıldı,  o,  Gümrü-Qarakilsə  istiqamətində 
yerləşdirildi. Onun tərkibində olan hissələr Qafqaz cəbhəsinin müxtəlif əməliyyatlarına cəlb olunurdu. Nəticədə 
Bakı ətrafına göndəriləndə firqənin tərkibi zəiflədilmişdi. 
                                                           
617
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.158. 
618
ATASE, klassor - 3821, dosye 15, fehrest -- 57.
 
619
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160. 
620
Yenə orada, s.325.
 
621
 
Yenə orada, s.326.
 
622
  Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.327.
 
623
 Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə