Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

149 
 
15-ci  firqə  ağır  yükləri  Gəncədə  qoyaraq  Bakı  istiqamətində  hərəkət  edir-di.  Nuru  paşa  Xəlil  paşaya 
göndərdiyi  teleqramda  Bakıya  hücumu  sentyabrın  12-nə  planlaşdırdığını  bildirdi,  lakin 
almanlar üçün verilən məlumatda sentyabrın 15-nin hücum günü kimi göstərilməsini xahiş 
edirdi.  Şərq  Cəbhəsi  komandanı  Mürsəl  paşaya  göndərdiyi  məktubda  o,  bütün  hazırlıq 
işlərinin  sentyabrın  11-də  sona  çatdı-rılmasını  tələb  etdi.  Lakin  15-ci  firqənin  son 
hissələrinin  yalnız  sentyabrın  10-  da  cəbhəyə  çatması  nəzərə  alınaraq  hazırlıq  işlərinin 
sentyabrın 11-də sona çatdırılmasının mümkünsüzlüyü ortaya çıxdı.
624
 
Sentyabrın  9-da  Mürsəl  paşa,  5-ci  firqə  Ərkani-Hərb  rəisi  Rüşdü  bəy,  Süleyman 
İzzət  bəy  Binəqədi  topçu  müşahidə  məntəqəsinə  gəldilər.  Ətraf  ərazidən  hündürlükdə 
yerləşən  məntəqə  Biləcəri  və  onun  ətrafında  qoşunların  yerləşməsini  müəyyən  etməyə 
imkan  verirdi.  Nuru  paşadan  alınan  teleqramda  göstərilirdi  ki,  Bakıya  ikinci  hücuma 
ümumi rəhbərliyi o, öz üzərinə götürmək üçün Gəncədən Bakıya gəlir. Qoşunlar о gələnə 
kimi  döyüş  mövqelərini  gizlin  şəkildə tutmalı  idilər: 13-cü  alay  Hökməlinin  cənubunda, 
106-cı  alay  Qobu  ətrafında,  38-ci  alay  345  №-li  təpə  və  Maştağada,  29-cu  tabor  13-cü 
alayın ehtiyatında.
625
 
Sentyabrın  10-da  Şərq  Ordular  Qrupu  komandanı  Xəlil  paşa,  QiO  komandanı  Nuru  paşa,  Azərbaycan 
kolordusunun  komandiri  Əliağa  Şıxlinski  Bakı  ətrafına  gəldilər.  QİO  komandanlığı  və  Xəlil  paşa  Güzdəkdə   
yerləşdilər.      Həmin    gün  onlar  müşahidə  məntəqələrində  oldular,  düşmən  mövqelərini  nəzərdən  keçirdilər.
626
 
Xəlil paşa  qoşunların təminatı, əsgərlərin mənəvi durumu ilə tanış oldu, düşmən mövqelərini nəzərdən keçirdi 
və komandirlərdən hücum planlarını təklif etməyi xahiş etdi. Onunla bərabər gəlmiş bir neçə alman zabiti başda    
polkovnik-leytenant  Parakuin  olmaqla  öz  təkliflərini  verdilər:  toplar  vasitəsilə  düşmən  səngərləri  saatlarla 
bombalanmalı,  düşmən  mövqeyinin  hər  qarışı  top  atəşinə tutulmalı,  sonra  isə  düşmənin  müqaviməti  qırılaraq 
şəhərə daxil olmalı.
627
 Bu plan Avropada aparılan "mövqe müharibəsi"nin klassik forması idi. Planı icra etmək 
üçün  nə  kifayət  qədər  top,  nə  kifayət  qədər  mərmi  ehtiyatı,  nə  də  vaxt  var  idi,  odur  ki,  "alman  planı"  qəbul 
edilmədi. 
15-ci  firqənin  komandiri  Süleyman  İzzət  bəy  öz  hücum  planını  təklif  etdi:  5-ci  firqə  gecə  ikən  hücuma 
keçir,  lakin  əsas  zərbəni  15-ci  firqə  endirir,  Biləcəri  təpələrini  ələ  keçirir.  Azərbaycan  süvariləri  Əhmədli 
istiqamətində hücum edir. Bütün qoşunlar elə hərəkət edirlər ki, düşməni şəhərin ortasında və ya Qara şəhərdə 
sıxsınlar. Düşmən limana çəkilib şəhərdən qaça bilməsin və məhv edilsin. Nuru paşa bu təklifi bəzi cəhətlərinə 
görə dəyərləndirsə də, ümumilikdə onu qəbul etmədi.
628
 Şəhər daxilində gedən döyüşlərdən sonra adətən şəhərin 
tamamilə  məhv  edildiyini  nəzərə  alsaq,  dinc  əhali  arasında  itkilərə  yol  verməməyə  çalışan  Nuru  paşanın  bu 
təklifi  qəbul  etməməsi  labüd  idi.  Üstəlik  çoxlu  sayda  neft  buruqları,  neft  anbarları  və  emal  zavodları  olan 
Bakıda şəhər döyüşlərinin aparılması şəhərin yanıb külə dönməsi ilə nəticələnəcəkdi. 
Bir  qrup  türk  zabiti  ayrı  bir  plan  təklif  etdilər.  Belə  ki,  yarbay  Bəsri  (sonralar  Atatürk  ordusu 
sərkərdələrindən biri, 1934-cü ildə korgeneral rütbəsinə layiq görülüb), minbaşı Saleh Ömurtak, minbaşı Nazim 
(1920-ci ildə Atatürkün ordusunda vuruşarkən Kütahya döyüşündə qəhrəmancasına həlak olub), minbaşı Saffet 
Arıkan, yüzbaşı Tevfik (sonralar Cümhurbaşkanı Genel Sekretarı) mərmi ehtiyatının az olmasını nəzərə alaraq 
gözlənilməzlik  amilindən  istifadə  edib  gecə  vaxtı  süngü  zərbəsi  ilə  düşmən  səngərlərinə  soxulmaq  təklifini 
verdilər.
629 
Bu  təklif  hücum  planı  sayılmasa  da,  hər  halda  ümumi  planın  bir  hissəsi  kimi  Xəlil  paşa tərəfindən 
bəyənildi. 
Bütün təklifləri nəzərə alaraq komandanlıq hücum planını qəbul etdi. Sentyabrın 10-da QİO komandanı 
Bakıya  hücum  əmrini  imzaladı;  Şərq  Cəbhəsi  komandanlığı  və  Şimal  qrupu  ləğv  edilir;  hazırlıq  işləri  11 
sentyabr  saat  21-də  tamamlanır;  Şərq  cəbhəsi  kimi  tanınan  qüvvələr  (5-ci,  15-ci 
firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-
ci firqə:  9-cu,  10-cu,  13-cü,  56-cı  piyada alayları,  dağ  qaubitsa  batareyası,  13  rus 
səhra  topu,  4  rus  dağ  topu,  2  ədəd  105  mm-lik  səhra  qaubitsası,  3  Qüdrətli  dağ 
batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci 
piyada  alayları,  2-ci  mürəttəb  süvari  alayı,  Azərbaycan  süvari  alayları,  Dikaya 
diviziya  (Tatar  süvari  alayı  nəzərdə  tutulur)  və  milis  (könüllülər)  taborları,  105 
mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ 
topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-
ci  taborları,  iki  süvari  bölüyü,  süvari  Azərbaycan  bölüyü,  iki  Krupp  dağ,  iki  rus 
                                                           
624
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.328. 
625
Yenə orada, s.329.
 
626
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164. 
627
Yenə orada, s.168.
 
628
Yuceer N. Birinci Dünya savaşında, s.115.
                                                                  
629
  Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.168.                                                             


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə