Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə82/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

150 
 
səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə 
veriləcək;  5-ci  firqə  sağ  cinahı  ilə  Hacı  Həsən-Ermənikənd  istiqamətində  irəliləyəcək,  Heybət  stansiyasından, 
dəniz  sahili  və  Qurd  qapısınadək  olan  ərazini  tutacaq,  mümkün  olarsa,  təpəni  zəbt  edəcək;  15-ci  firqə 
Biləcərinin  şərqindən  sağ  cinahı  istiqamətində  hücum  edəcək.  Süvarilər  Sabunçu-Balaxanı        istiqamətindəki 
düşməni  qovacaq,  Hövsan,  Əhmədli  və  Keşləni  azad  edəcək.  Cəmil  Cahid  bəy  yenidən  Cənub  qrupun 
komandanı  təyin  edildi;  hücum  gecə  başlamalı  (dəqiq  vaxt  əlavə  göstərilməli  idi),  firqələr  bir-birlərini 
gözləməməliydi.
630
 QİO və 5-ci firqənin qərargahları Güzdəkdə, 15-ci firqənin qərargahı Binəqədidə idi.
631
 Nuru 
paşanın əmrinə əsasən hissə komandirləri müvafiq əmrlər verdilər. Süleyman İzzət bəy onun hücum sahəsinin 
genişliyi, əmrdə verilən tapşırıqlara nisbətən qüvvələrin az olması barəsində Nuru paşaya məlumat verdi. Belə 
ki,  15-ci  firqənin  45-ci  alayı  Batumda  qalmış,  56-cı  alay  5-ci  firqəyə  verilmiş,  38-ci  alay  əvvəlki  döyüşlərdə 
itkilər vermiş, 107-ci alay isə (36-cı Qafqaz firqəsi tərkibindən) hələ döyüşlərdə iştirak etmədiyindən təcrübəsiz 
idi. 
Nuru paşa göstərir ki, əsas zərbə üçün qərb istiqamətinin seçilməsi onun şəhərin mərkəzinə ən yaxın yer 
olması ilə bağlı idi.
632
 
Sentyabrın 12-də günortaya yaxın 15-ci firqənin tərkibində olmuş süvari hissələr düşmənin diqqətini cəlb 
etmək üçün immitasiya etdilər, Qüdrətli toplar düşmənin Balaxanı tərəfdəki mövqelərini atəşə tutdu. Vəziyyəti 
öyrənmək  üçün  Sentrokaspi  qoşunları  tərəfindən  bir  təyyarə  havaya  qaldırıldı.  Düşməndə  əsas  qüvvələrin 
Biləcəri  istiqamətində  toplanması  təəssüratı  yaradıldı.  Həmin  gün  Nuru  paşa  yeni  əmr  imzaladı.  Əmrə  əsasən 
15-ci  firqə  tərkibində  yalnız  38-ci  piyada  alayı  və  Azərbaycan  qüvvələri  saxlanıldı,  digər  hissələr  və 
artilleriyanın  ək-səriyyəti  5-ci  firqəyə  verildi.  Bununla  belə  5-ci  firqənin  hücum  xəttinin  eni  1500  m,  15-ci 
firqəninki  isə  30  km  idi.
633
  Bu  zaman  cəbhədə  8  min  türk,  7  min  Azərbaycan  döyüşçüsü  var  idi.
634
  İngilis 
mənbələrinə görə, sentyabrın əvvəllərində QİO-nun tərkibində 26 top, 5300 türk, 8000 azəri döyüşçüsü var idi. 
Denstervil öz raportlarının birində, 6000 türk, 8000 azəri döyüşçünün olmasını bildirmişdi.
635
 
Sentyabrın  12-də  qoşunlara  əlavə  sursat  paylanır,  düşmən  barəsində  kəşfiyyat  məlumatları  toplanırdı. 
Kəşfiyyatdan  qayıdan  Əmənulla  əfəndi  məlumat  verdi  ki,  cəbhədə  900  ingilis  dayanıb,  Sentrokaspi 
qüvvələrində  ruh  düşkünlüyü  var,  fərarilik  artır.  Düşmənin  əsas  qüvvələri  Heybət,  Biləcəri  və  Balaxanı 
istiqamətindədir.  Müdafiəçilər  sırasında  Biçeraxovun  göndərdiyi  500  nəfərlik  dəstə  var  idi.  Türk  qoşunları 
tərkibində  olan  bir  ərəb  ingilislər  tərəfinə  keçərək  hücumun  sentyabrın  14-də  başlayacağı  və  əsas  zərbənin 
qərbdən vurulacağı barəsində xəbər verdi.
636
 Ərəbin məlumatlarına görə, türk hərbi komandanlığı hesab edirdi 
ki, şəhərdə 3000 ingilis əsgəri və 4000 rus əsgəri var, qalanları erməni döyüşçüləridir. O, həmçinin bildirdi ki, 
Qafqaz İslam Ordusunun 32 topu var, lakin onlar elə maskalanıblar ki, o, yalnız 4-nü görüb.
637
 
Əməliyyat  ərəfəsində  Sentrokaspi  diktaturası  və  ingilis  qoşunlarının  əksəriyyəti  Biləcəri-Balaxanı 
istiqamətində,  süvari  hissələri  Zığ  ətrafında  yerləşirdilər.  Xüsusi  olaraq  vurğulanırdı  ki,  dinc  əhali  və  əsirlərə 
heç  bir  ziyan  yetirilməməlidir.
638
  5-ci  Qafqaz  firqəsinin  qoşunları  dayandıqları  mövqelərdə  məharətlə 
maskalanır, bütün yerdəyişmələr gecə həyata keçirilir, düşmən tərəfi dəfələrlə havaya təyyarə qaldırsa da Qurd 
qapısı  istiqamətində  qüvvələrin  artmasını  müəyyən  edə  bilməmişdi.  Bakının  müdafiəsinə  ümumi  rəhbərliyi 
generallar  Denstervil  və  Baqratuni  icra  edir,  cəbhədəki  qoşunlara  isə  Dokuçayev  və  Keyvort  komandanlıq 
edirlər.
639
 
 
 
7.11.Ġkinci Bakı əməliyyatı və Bakının azad edilməsi 
(14-15 sentyabr 1918-ci il) 
 
Sentyabrın  13-də  Azərbaycan  zirehli  qatarı  5-ci  firqəyə  tabe  edildi,  hücum  istiqamətlərinin  sərhədləri 
müəyyənləşdirildi. Belə ki, Cənub qrupu ilə 5-ci firqə arasında təmas xətti Puta körfəzindən, 283 №-li təpədən 
və Puta stansiyasından, 5-ci firqə ilə 15-ci firqə arasında isə Yanardağ-Biləcəri-Ermənikənd xəttindən keçməli 
idi.  Bakı  üzərinə  həlledici  hücum  sentyabrın  14-nə,  şəhər  üzərinə  ilk  hücumdan  keçən  40-cı  günə  təyin 
                                                           
630
Yuceer N. Birinci Dünya savaşında, s.114-115.
 
631
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164. 
632
Budak M. Nuru paşanın raportu, s.455.
 
633
Yuceer N. Birinci Dünya savaşında, s.115.
 
634
Yenə orada,s.115.
 
635
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz  İslam Ordusu toplusu, 
s.513.
 
636
Денстервиль, с.257. 
637
Rıhtım M. İngitislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.517. 
638
Yuceer N. Birinci Dünya savaşında, s.116.
 
639
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.166-167. 


151 
 
edilmişdi.
640
  Əvvəlcədən  şimal  istiqamətinə  cəmləşdirən  qoşunlar  sonra  gizlin  şəraitdə  qərb  istiqamətinə 
aparıldı.
641 
General  Denstervil  yazırdı  ki,  Bakının  müdafiə  xəttində,  sol  cinahda,  Bibi-Heybət  mədənləri 
önündəki təpələrdə Şimali Stafford alayının 60 nəfərlik "A" bölüyü, onun arxasında 100 nəfərlik erməni dəstəsi 
və  Şimali  Stafford  alayının  100  nəfərlik  dəstəsi  dayanırdı.  Qurd  qapısı  təpəsində  rus  dəstəsi,  ondan  şimalda 
Şimali  Stafford  alayının  "B"  bölüyü,  onun  yanında  Hacı  Həsən  kəndi  ilə  üzbəüz  erməni  dəstəsi 
möhkəmlənmişdi. Döyüş xəttində bir qaubitsa batareyası və 1 ədəd üçdüymlük top dayanır, sol qanadda 2 ədəd 
üçdüymlük  top  qurulmuşdu.  1,5  mil
642
  aralı  Ağ  ev  adlanan  evdə  sol  cinah  qərargahı  (başda  polkovnik 
Veqsuraba)  və  bir erməni  taboru  yerləşirdi.  Sağ  cinahın  (başda  polkovnik  Qazarov)  sol  qanadını  Biçeraxovun 
600  nəfərlik  qüvvəsi  qoruyurdu.  Biləcəri  stansiyasında  Uoçester  taborunun  2  bölüyü  dayanırdı.  Biləcəridən 
Dərnəgülə qədər olan sahədə Uoçester taborunun 1 bölüyü durmuşdu. Dərnəgül gölünün cənub tərəfində erməni 
taboru,  şərq  tərəfində  ingilis  qoşunlarının  pulemyot  komandası  (4  pulemyot)  yerləşirdi.  Sağ  cinahın  ehtiyatı 
Şimali Stafford alayının 60 nəfərlik dəstəsi idi. 39-cu briqadanın qərargahı yerləşən binada Varvik taborunun 
100 nəfərlik bölüyü saxlanılmış, burada 8-ci səhra topçu batareyası və bir qaybitsa var idi.  2 ədəd ingilis zirehli 
avtomobili Biləcəridə, bir zirehli avtomobil isə ehtiyyatda saxlanılmışdı. Sağ cinahın sağ qanadını 500 nəfərlik 
erməni dəstəsi, üstəlik üç düymlük top batareyası, 3 rus zirehli avtomobili təşkil edirdi.
643
 
QİO  komandanlığı  düşmən  barəsində  məlumat  toplamaq  üçün  daim  kəşfiyyat  dəstələri  göndərilməsini 
tələb  edirdi.  Bu  sahədə  ən  böyük  uğur  sentyabrın  13-də  qazanıldı.  Həmin  gün  Zığ  istiqamətində  kəşfiyyata 
göndərilən  Tatar  süvari  alayının  Qasımov  soyadlı  döyüşçüsü  düşmən  tərəfdən  vacib  "dil"  gətirdi:  Odinsov 
soyadlı  zabit  mühəndis-istehkam  sahəsi  üzrə  mütəxəssis  idi  və  Bakı  ətrafında  istehkamların  yaradılmasında 
iştirak etmişdi. Onun dindirilməsi ilə düşmənin müdafiə xətti barəsində vacib məlumatlar əldə olundu.
644
 
İngilis zabiti Raulinson sentyabrın 13-də təxribat qrupu ilə Lənkərana yollanmalı, daha sonra Muğandan 
QİO-nun arxasına keçməli və körpülər, dəmir yolları, anbarları partlatmalı idi; QİO-nun cəbhədəkı fəallığı və 
son  hücuma  hazırlaşmağı  buna imkan  vermədi,  üstəlik  hücumun  sentyabrın  14-də  olması  müəyyən  ediləndən 
sonra Denstervil Raulinsonun tapşırığını ləğv etdi.
645
 
Sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı 
üzərinə həlledici hücum əmrini imzaladı. Əmrə əsasən: hücum sentyabrın 14-də gecə başlamalıdır; 5-ci Qafqaz 
firqəsinin piyada hissələri saat 2-də Hacı Həsən kəndinin cənubundan Sarıhacılı kilsəsi istiqamətində hərəkətə 
keçərək,  süngü  və  əl  qumbaralarından  istifadə  etməklə  düşmənin  1-ci  müdafiə  xəttini,  sonra  isə  2-ci  xəttini 
tutmalıdır; tutulan 1-cə  xəttə  pulemyotlar  yer-ləşdirilməli,  hücum  istiqamətində  ərazi  top  atəşinə tutulmalıdır; 
düşmən  döyüş  xəttinə  ehtiyat  qüvvəsini  gətirə  bilməsin  deyə,  onun  arxa  yolları  top  atəşinə  tutulmalıdır,  eyni 
zamanda  kiçikçaplı  toplar  piyadalarla  birlikdə  hərəkət  etməyə  hazır  olmalıdırlar;  106-cı  və  107-ci  alaylar 
firqənin  ehtiyatı  hesab  olunaraq  hər  an  hərəkətə  keçməyə  hazır  olmalıdırlar;  zirehli  qatar  Heybət  stansiyasına 
irəliləyərək Qurd qapısında qurulan topların atəşini özünə cəlb etməli və firqənin sağ cinahını qorumalıdır. 15-ci 
firqə  gecə  yarı  hərəkətə  başlayaraq  Biləcəri,  Balaxanı,  Suraxanı  və  Əhmədli  istiqamətlərində  kəşfiyyat 
aparandan sonra hücüma keçərək Əhmədlini tutmalıdır.
646
 
5-ci firqənin hərəkətlərini 11 qüdrətli, 3 rus səhra, Şnayder, 5 rus dağ topları, 8 qaubitsa dəstəkləməli idi. 
Ön xəttdə 9-cu və 56-cı alaylar getməli, daha sonra 13-cü və nəhayət 10-
cu  alaylar  hücuma  qoşulmalı  idilər.  Alayların  qarşısında  ağır  vəzifə 
qoyulmuşdu:  gecə  ikən  Şubanı  yüksəkliklərindən  enərək  dəmir  yolunu 
keçmək,  Qurd  qapısının  sərt  təpəliklərinə  qalxmaq  və  bütün  hərəkət 
zamanı  səssizliyə  riayyat  etmək.  Müdafiə  xətti  yarıldıqdan  sonra  56-cı 
alay  Sallaxananın  şimal  hissəsi  ilə,  9-cu  alay  isə  Sallaxana  ilə  Maşatlıq 
arasında  irəliləməli  idilər.  Şəhərə  hakim  olan  yüksəkliklər  tutulandan 
sonra  alaylar  mövqelərində  möhkəmlənib  növbəti  əmri  gözləməli  idi. 
Firqənin  topları  üç  qrupa  bölündü:  1-ci  və  2-ci  qruplar  Bayıl  və  Bibi-
Heybət istiqamətindən ehtimal edilən düşmən hücumunu dəf etməli, 3-cü 
qrup cəbhənin sol cinahını nəzarət altına almalı idi.
647
 
15-ci  firqənin  38-ci  alayının  tərkibindən  hər  birində  40  nəfər  olan  iki  kəşfiyyat  qrupu  Biləcəri 
istiqamətinə göndərilməli idi. 38-ci alayın iki taboru Binəqədinin cənubundakı Yanardağın ətəklərindən Biləcəri 
istiqamətində hücuma keçməli, 3-cü tabor ehtiyatda qalmalı idi. 
                                                           
640
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.336. 
641
Budak M. Nuru paşanın raportu, s.455.
 
642
1 dəniz mili - 1852 metr.
 
643
Денстервиль, с.260-261. 
644
Süleymanov M.S. Azərbaycan Ordusu, s.133. 
645
Денстервиль, с.258. 
646
Yuceer N. Birinci Dünya savaşında, s.116.
 
647
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.340. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə