Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə78/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   74   75   76   77   78   79   80   81   ...   90

143 
 
geri  atıldılar.
579
  Hələ  iyulun  axırlarında  Şollar  su  xətti  türk-Azərbaycan  döyüşçülərinin  nəzarətinə  keçsə  də, 
insanpərvərliklə  seçilən  türk-müsəlman  komandanlığı  şəhər  əhalisinin  əziyyətlərini  nəzərə  alaraq  su  xəttinə 
toxunmamışdı.  Lakin  Sentrokaspi  rəhbərliyi  və  erməni  liderlərinin  öz  siyasi  ambisiyalarından  başqa  heç  nəyi 
düşünmədiyini,  həmçinin  ingilislərin  də  əhalinin  problemlərinə  biganə  olduğunu  nəzərə  alan  QİO 
komandanlığının əmri ilə avqustun 19-da Bakıya gedən Şollar su xətti kəsildi.
580
 Şəhər ayrı-ayrı hovuzlar, kiçik 
quyulardan çıxarılan su ilə təmin edilməyə başladı. 
Bakı  ətrafında  düşmənin  istehkamlar  qurmasını  nəzərə  alaraq  hücum  istiqamətlərini  müəyyənləşdirmək 
üçün İstanbuldan Osmanlı Ordusu Ümumi Qərargahının Hərəkət (əməliyyat) şöbə müdirinin müavini minbaşı 
Səffət  bəy  və  QİO  komandanlığı  1-ci  şöbə  müdiri  Tofiq  bəy  Bakı  ətrafına  gəldilər.  Onların  qənaətinə  görə 
(avqustun  21-də  imzalanan  raporta  əsasən),  Puta-Hacı  Həsən  xətti  bir  alayla  müdafiə  olunmalı;  Hacı  Həsən-
Biləcəri  xəttinin  2  km  şərqindəki  yol  arasından  qəti  hücum  hazırlanmalı  (Xırdalanın  şimal-şərqindəki  364  və 
311  №-li  təpələri  tutulmaq  şərti  ilə),  hücum  üçün  iki  alay  və  ehtiyat  qüvvə  kimi  bir  alay  istifadə  edilməli; 
Maştağa  və  Fatmayıda  olan  bir  taboru  Binəqədiyə  çəkməli,  6  süvari  bölüyünü  Balaxanıda  cəm  etməli;  Qurd 
qapısı təpəsinin (763 №-li təpə) hündür olub yaxşı qorunduğundan orada olan mövqeləri aramsız top atəşi ilə 
sıradan çıxarmaq və say-seçmə könüllülər tərəfindən tutmalı; top cəbbəxanasını Qobuya, Qüdrətli topları Hacı 
Həsənə cəm etməli.
581
 
QİO  komandanlığı  verilmiş  təkliflərlə  razılaşdı  və  qoşunları  Bakı  ətrafına  hücum  üçün  cəm  etməyə 
başladı. 
Avqustun 21-də Gəncəyə gəlmiş Şərq Ordular Qrupunun komandanı Xəlil paşa Azərbaycana əlavə olaraq 
bir firqənin göndəriləcəyini bildirdi. O, QİO komandanlığına irimiqyaslı döyüşlərə girişməməyi, əlavə qüvvələri 
gözləməyi tövsiyə etdi. 
QİO  komandanlığı  311  və  364  №-li  yüksəkliklərə  avqustun  23-də  hücum  etməyi  planlaşdırdı,  lakin 
avqustun  22-də  bu  plandan  imtina  etməli  oldu.  Avqustun  22-də  Şərq  Ordular  Qrupu  tərkibində  olan  3  alman 
zabiti Bakı ətrafında dayanan QİO qərargahına gəldi. Almaniya tərəfi artıq anlamışdı ki, Rusiya ilə sövdələşmə 
Azərbaycan və Türkiyəni narazı salıb, bu sövdələşmənin heç bir faydası olmayacaq, çünki Ənvər paşa Bakını 
azad  etməkdə  israrlıdır.  Vəziyyətə  uyğun  olaraq  hərəkət  etmək  üçün  alman  komandanlığı  "oyunu"  dəyişdi.  3 
alman  zabiti  Bakı  üzərinə  hücumda  türklərlə  və  azərbaycanlılarla  bərabər  alman  qoşunlarının  iştirak  etmək 
imkanlarını  araşdırmalı,  bu  barədə  QİO  komandanlığını  fikirlərini  öyrənməliydilər.  Avqustun  23-də  türk  və 
alman  zabitlərindən  ibarət  qrup  mövqələri  gəzdi,  vəziyyəti  yerindəcə  öyrəndi.  QİO  komandanlığın  şəhəri  öz 
qüvvələri ilə tutacağına  əmin olduğunu bildirdi. Alman  zabitlərinə şəhərin tutulması ilə bağlı öz tövsiyələrini 
verməkdən başqa əlac qalmadı. "Alman planına" əsasən bütün süvari qüvvələr Bakının şərqinə, digər qüvvələr 
isə  Bibi-Heybət-Hacı  Həsən  xəttinə  toplanmalı,  5  alay  Bibi-Heybət-Hacı  Həsən  xəttindən  hücum  etməli,  bir 
tabor Zabratı tutmalı və Balaxanı, Sabunçu arasından, süvari hissələr Hövsan kəndi tərəfdən Zığ istiqamətində 
irəliləməli,  top  hissələri  üç  qrup  şəklində  toplanıb  ehtiyat  qüvvə  rolunu  oynamalıdırlar.
582
  Lakin  Nuru  paşa 
"alman  planı"  ilə  razılaşmadı.  Nuru  paşa  311  və  364  №-li  təpələrinin  tutulmasında  israrlı  idi,  çünki  düşmən 
əlində olan bu təpələrdə kifayət qədər toplar qurulduqda Biləcəri-Xırdalan istiqamətindən şəhərə doğru hücum 
edən qoşunların qarşısını alardılar.
583
 
Ağdaş süvari bölüyü, 4-cü Ağdaş piyada alayının 1-ci və 2-ci taborları, top taqımı avqustun 23-də Ləki və 
Ucar stansiyalarından qatarla yola salındılar. 1-ci Ağdaş taboru 107-ci türk alayının Salyandakı 2-ci taborunu, 2-
ci  Ağdaş  taboru  107-ci  türk  alayının  Puta-Ələt  arasındakı  3-cü  taborunu  əvəz  etməli,  top  taqımı  Putada 
yerləşməli idi. 107-ci türk alayının hissələri isə Bakı istiqamətinə göndərildi.
584
 
Alman zabitləri mövqeləri tərk edən kimi Nuru paşa avqustun 26-da hücumla 311 və 364 №-li təpələrin 
ələ keçirilməsi əmrini verdi. Şərq cəbhəsi komandanının əmrinə əsasən hücum aşağıdakı şəkildə qurulmalı idi: 6 
ədəd  Krup  dağ  topu  (13-cü  alayın  tərkibindən)  364  №-li  təpəni  atəşə 
tutmalı,  38-ci  alayın  hissələri  bu  təpəyə  hücum  etməli  idi.  Maştağa 
dəstəsinin  əsas  qüvvələri  və  29-cu  türk  taboru  311  №-li  təpəyə  hücum 
etməli,  dəstənin  kiçik  qüvvəsi  Masazır  və  Mürdəlabi  gölləri  arasında 
mövqe  tutmalı  idi.  Xırdalan  ətrafına  gətirilən  rus  topları  Biləcəri  ilə 
Yanardağ  ərazisini  nəzarətdə  saxlamağa  kömək  etməli,  Biləcəridən 
təpələrə doğru köməyə gələn qüvvələrə atəş açmalı, ehtiyac olduqda 364 
№-li təpəni də atəşə tutmalıydı.
585
 
                                                           
579
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.306.  
580
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.156. 
581
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.307. 
582
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.308-310. 
583
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.343.
 
584
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.308.  
585
Süleymanov M.S. Azərbaycan Ordusu, s.126-127. 


144 
 
Avqustun 26-da səhər başlanan hücum saat ll:40-da 364 №-li təpənin tutulması ilə nəticələndi. 311 №-li 
təpə top atəşinə tutulmadığından burada düşmənin mövqeləri dağıdılmamış, bu isə hücum edən türk-Azərbaycan 
qüvvələrini güclü müqavimətlə üzləşdirmişdi. Həmin təpə və Palçıq vulkanı uğrunda döyüşü 39-cu briqadanın 
komandanı  polkovnik  Favielin  raportuna  əsaslanaraq  təsvir  edən  Denstervil  tərəflərin  necə  şəraitdə 
vuruşduqlarını  göstərir.  Döyüş  Palçıq  vulkanı  istiqamətində  4  düzxətli  zəncir  şəklində  hücum  edən  türk-
azərbaycan  döyüşçülərinin  hərəkəti  ilə  başladı.  Onları  sol  cinahda  süvarilər  dəstəkləyirdi.  Palçıq  vulkanında 
kapitan Sparrounun rəhbərlik etdiyi Şimali Stafford alayının "D" bölüyü mövqe tutmuşdu. Pulemyot və tüfəng 
atəşi ilə müdafiə olunsalar da, 5-ci həmlədən sonra ingilislərin 1-ci postunun səngərləri tutuldu. Saat 12.30-da 
türk  hissələri  pulemyotdan  2-ci  və  3-cü  postları  atəşə  tutmağa  başladılar,  saat  13:30-da  bu  postlar  tutuldu, 
ingilislər böyük itki verdilər (ölü və yaralılarla 80 nəfər). Bakıdan yük avtomobilləri ilə göndərilmiş 130 nəfər 
(Şimali  Stafford  alayından  60  nəfər,  Varvik  taborundan  70  nəfər)  vəziyyəti  düzəldə  bilmədi.  Saat  15:30-da 
Uoçester  alayının  1  bölüyü  də  çatdı,  lakin  о  da  vəziyyəti  düzəldə  bilmədi.  311  №-li  təpədə  erməni  taboru 
möhkəmlənmiş,  türk-Azərbaycan  hissəsi  hücuma  keçən  kimi  bu  tabor  şəhərə  qaçmışdı.  Saat  12:15-də  təpəyə 
gələn  Şimali  Stafford  alayının  bir  bölüyü  türklərdən  tez  təpədə  möhkəmləndi  və  hücum  edən  250  nəfər  türk 
əsgərini  atəşə tutdu. Türk hissələrinin toplarla dəstəklən-məməsi bu təpəni ələ keçirməyə imkan vermədi.
586
 
364 №-li təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri stansiyasına qədər düz xətt 
üzrə  mövqe  tutdular.  Palçıq  vulkanının  şərqindəki  neft  buruqları  Varvik  taborunun  bir  bölüyü  tərəfindən 
qorunurdu, Şimali Stafford alayının bir bölüyü isə Biləcəri stansiyası yaxınlığında postda dayanmışdı. Ehtiyat 
qüvvə  kimi  stansiyada  iki  erməni  taboru  dayanmışdı.  Lakin  Denstervil  ermənilərin  qorxaqlığını  və 
intizamsızlığını vurğulayaraq onlara о qədər də bel bağlamadığını yazırdı.
587
 Döyüşdə türk hissələrindən 3 zabit, 
23  əsgər  həlak  oldu,  3  zabit  və  70  əsgər  isə  yaralandı.  Düşmən  tərəfdən  150  cəsəd  qalmış,  3  sentrokaspi,  2 
ingilis  zabiti  və  51  ingilis  əsgəri  əsir  alınmış,  14  pulemyot,  100  ədəd  top  mərmisi,  70  sandıq  tüfəng  patronu 
qənimət kimi QİO döyüşçüləri tərəfindən götürülmüşdü.
588
 
Avqustun  26-da  ingilis-Sentrokaspi  qoşunlarının  komandanlığı  QİO  mövqelərinə      güclü    hücum  
planlaşdırdı.      Plana    əsasən    müdafiə  mövqelərində      dayanan      qoşunlardan      başqa      aşağıdakı      qüvvələr 
hücumda iştirak etməli idi: 1 piyada alayı (8 bölük tərkibində), 7 piyada 
tabor  (14  bölük  şəklində),  37  piyada  bölüyü,  1  süvari  bölüyü,  3  zirehli 
avtomobil.  Həmçinin  döyüşdə  hidroaviasiya  divizionu  və  Kuban 
aviadivizionu  fəal  iştirak  etməli,  "Göytəpə"  hərbi  gəmisi  qoşunların 
hərəkətini  öz  atəşi  ilə  dəstəkləməli  idi.  Artilleriya  dəstəyi  kifayət  qədər 
güclü idi: 2 qaubitsa, 28 səhra topu və 2 dağ topu. Plana əsasən Fatmayı, 
Göradil  və  Pirşağı  kəndləri  ələ  keçirilməli,  qoşunlar  mövqelərdə 
möhkəmlənəndən  sonra  hücumu  davam  etdirərək  Novxanı  kəndini  də 
tutmalı  idilər.  Lakin  hərbi  şəraitin  dəyişməsi,  QİO  qoşunlarının  fəallığı 
ingilis və Sentrokaspi komandanlığına əkshücum təşkil etmək üçün qoşunları toplamağa imkan vermədi.
589
 
Avqustun 27-də ingilis-Sentrokaspi qoşunları 364 №-li təpəyə hücum etmiş, Maştağa dəstəsinin və 13-cü 
alayın mövqelərini atəşə tutmuş, təyyarələrlə 10-cu alayın mövqelərinə bomba atmış, hərbi gəmilər Abşeronun 
şimalında görsənmişdilər. 
Bakı ətrafında qızğın döyüşlər baş verdiyi bir dövrdə Bakı ilə bağlı məsələlər ondan çox-çox uzaqlarda 
müzakirə edilirdi. Avqustun 27-də Almaniya ilə Sovet Rusiyası arasında saziş imzalandı, onun 6-cı fəslinin 14-
cü  maddəsinə  əsasən  hər  iki  tərəf  Azərbaycanla  bağlı  öhdəliklər  götürürdülər:  Almaniya  Gürcüstan 
sərhədlərindən  kənarda  baş  verən  hərbi  əməliyyatlarda  heç  bir  üçüncü  dövlətə  hərbi  yardım  göstərməyəcək; 
Almaniya Qafqazda üçüncü dövlətin hərbi qüvvələrinin Kür çayının mənsəbindən Petropavlovsk kəndinə qədər, 
Şamaxı  qəzasının  sərhədləri  boyunca,  Bakı  qəzasının  şimal  sərhədlərindən  dənizə  qədər  olan  əraziləri 
keçməyəcək. Rusiya Bakı ətrafında neftin hasilatını artırmağı, hər ay istehsal edilən neftin 1/4 hissəsini,  əlavə 
olaraq razılaşdırılacaq rəqəmdən az olmayaraq, Almaniyaya verməyi boynuna götürürdü.
590
 Müqavilədə üçüncü 
tərəf kimi göstərilən Osmanlı dövləti idi. Sazişin mahiyyəti Azərbaycan nümayəndə heyətinə məlum olan kimi, 
sentyabrın  2-də  M.Ə.Rəsulzadə  Almaniyanın  İstanbuldakı  səfiri  qraf 
Valdburqa  nota  təqdim  edərək  kəskin  etirazını  bildirmişdir.  M.Ə. 
Rəsulzadə  bu  sazişi,  "Azərbaycanın  həyati  maraqlarını  məhv  edən 
müqavilə  kimi  dəyərləndirmişdi.  Müqavilə  həmçinin  Türkiyə  dövlət 
                                                           
586
Денстервиль, с.234. 
587
Денстервиль, с.235. 
588
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.159. 
589
Süleymanov M.S. Azərbaycan Ordusu, s.129. 
590
Süleymanov M.S. Azərbaycan Ordusu, s.125. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə