Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə74/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

136 
 
düşmənin  piyadaları  geri  çəkilməyə  başladıqda  Sentrokaspi  ordusunun  komandanlığı  onların  qarşısına  geri 
çəkilənləri güllələmək əmrini almış süvari cəza hissəsi göndərdi.
522
 Həmçinin əraziyə əlavə qüvvələr yeridildi. 
Onlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş QİO-nun Şimal qüvvəsinin topları mərmilər olmadığına görə 
susurdu.  Cənub  qrupu  susuzluqdan  əziyyət  çəkməsinə,  zirehli  qatarını  geridə  buraxmasına  baxmayaraq 
düşmənin müqavimətini qıra-qıra Səngəçaladək irəlilədi. Burada körpünün olmaması və düşmən müqavimətinin 
artması  onun  hərəkətinin  qarşısını  aldı.
523
  Döyüş  zamanı  düşmənin  Bakı-Biləcəri-Xırdalan  dəmir  yolu  xəttinə 
parallel olan telefon xətti ələ keçirildi və danışıqlar dinlənməyə başladı. Müəyyən olundu ki, banklarda qorunan 
pul  və  qızıl  ehtiyyatları  artıq  gəmilərə  yüklənib.
524
  Axşama  yaxın  döyüş  dayandırıldı,  çünki  türk-Azərbaycan 
hissələrinin təkcə mərmi ehtiyatı deyil, hətta patron ehtiyatı da tükənmək üzrəydi. 
Nuru paşaya müraciət olunaraq təcili mərmi və patron, həmçinin yeni qüvvələrin göndərilməsi istənildi. 
Nuru paşa öz növbəsində 15-ci piyada firqəsinin Azərbaycana göndərilməsini istədi. O, həmçinin, ingilislərin 
gəlişini  əngəlləmək  üçün  baş  komandanlıqdan  Kiçik  xana  silah  və  sursat  göndərməyi,  Cənubi  Azərbaycanda 
üsyanlar  qaldırmasını  istəyirdi.  O,  bildirirdi  ki,  kəşfiyyatın  məlumatına  görə,  Bakıdan  Ənzəliyə  7  gəmi 
göndərilib  və  onlar  1-2  günə  ingilis  qoşunlarını  Bakıya  gətirəcək.
525
  Bu  tip  məlumatların  bir  qismi  Bakıda 
yaşayan  azərbaycanlılar  tərəfindən  gizlin  çatdırılırdı  (həyatını  təhlükəyə  ataraq  QİO-nun  komandanlığına 
düşmən barəsində məlumat verən azərbaycanlılardan yalnız birinin soyadı məlumdur: Həsənov).
526
  Nuru  paşa 
hücumu  Biləcəri  istiqamətində  aparmağı  təklif  etdi.  Lakin  Mürsəl  bəy  qoşunların  şəhərə  qərb  tərəfdən 
yaxınlaşdığını, elə bu istiqamətdən də irəliləmək istədiyini bildirdi. Qoşunların Biləcəriyə göndərilməsi isə vaxt 
itkisinə  səbəb  olardı.  Biləcəri  ilə  Bakı  arasında  böyük  məsafənin  olması  düşmənə  burada  əlavə  müdafiə 
mövqeləri yaratmağa imkan verərdi. Onları yarmaq üçün isə ehtiyat qüvvələri yox idi. 
QİO-ya  arxadan  zərbə  vurmaq  üçün  Ağsu  ətrafında erməni  kəndlərində  gizlənmiş  200  erməni-bolşevik 
döyüşçüsü  dəmir  yoluna  hücum  etmək  istəsə  də,  Ağdaş  könüllülər  taborunun  bir  bölüyü  Ləki  stansiyasını 
qorudu, Zaqataladan milli süvari hissə gəldikdən sonra isə düşmən dəstəsi məhv edildi. 
Avqustun  2-də  Azərbaycan  milli  hissələri  Quba  və  Qusarı  düşməndən  azad  etdilər.  Sonra  isə  Xaçmaz 
uğrunda döyüş başladı. Burada türk zabiti minbaşı Səbri bəy yerli azərbaycanlılardan 1000 nəfərlik dəstə təşkil 
edərək  ona  təlim  keçmiş  və  düşmənə  zərbələr  vurmağa  başlamışdı.  Əsasən  qənimət  kimi  götürülən  silahlarla 
silahlanan dəstə Qusara gecə basqını zamanı oranı azad etdikdə 1 bolşevik bölüyünü əsir götürdü və 4 pulemyot 
ələ keçirdi. Dağıstanda yerli müsəlmanların ağ qvardiyaçılara qarşı müqavimət hərəkatının təşkil edən Osmanlı 
ordusunun 4-cü firqəsinin komandiri Şükrü bəy Qusara gəldi və Qubaya hücum planının hazırlanmasında iştirak 
etdi.  Qeyd  etmək  lazımdır  ki,  albay  Şükrü  bəy  və  albay  Akif  bəy  Dağıstanda  saxlanılan  əsir  türklərdən  idi. 
İnqilabi  hadisələr  başlayanda  əhali  onları  azad  etdi  və  bu  iki  şəxs  500  nəfərlik  dəstə  toplamağa  nail  oldu. 
Dəstənin mövcudluğu  və fəaliyyəti barəsində məlumat alan türk Qafqaz cəb-həsinin komandanlığı Şükrü  bəyi 
əsir türklər və yerli əhalidən toplanacaq 4-cü piyada firqəsinin, Akif bəyi isə 1-ci süvari firqəsinin komandirləri 
təyin  etdi.  Onların  Temirxan-Şura  şəhəri  istiqamətində  yürüş  cəhdi  alınmadı  və  onlar  cənuba,  Azərbaycana 
doğru hərəkət edib, Biçeraxovu və bolşevikləri Bakı ilə birləşdirən yolu tam kəsmək, regionu azad etmək əmrini 
aldılar.
527
  Hadisələri  qabaqlayaraq  deyək  ki,  buradakı  döyüşlər  olduqca  şiddətli  oldu,  çünki  Sentrokaspi  və 
Biçeraxov  qüvvələri  buranı  əllərində  saxlayıb,  Biçeraxovun  əlavə  qüvvələrlə  Bakıya  məhz  bu  istiqamətdən 
gələcəyinə ümid edirdilər. Döyüşlər avqustun 8-də düşmənin  məğlub edilməsi, Biçeraxovun geri çəkilməsi və 
Xaçmazın  azad  edilməsi  ilə  nəticələndi.  Avqustun  8-də  geri  çəkilən  Biçeraxov  özünü  sındırmadan  Bakıya 
teleqram  vuraraq Sentrokaspi liderlərinin ürəklərini buz  kimi saxlamalarını, onun Şimali Qafqazda yeni kazak 
qoşunu yığıb nəinki Bakını azad edəcəyi, hətta Yelizavetpolu (Gəncəni) tutacağına inanmalarını istəmişdir.
528
 
Avqustun 3-də gecə Bakı ətrafında Sentrokaspi qüvvələri 13-cü alayın və 29-cu taborun mövqelərini top 
və  pulemyot  atəşinə  tutaraq  hücum  xəttinə  çıxdılar.  Xırdalanla  Biləcəri  arasında  düşmən  irəliləmək  istədi, 
hücum  başlayandan  sonra  əlavə  olaraq  70-80  nəfərlik,  sonra  isə  300-400  nəfərlik  dəstələrlə  hücumu 
gücləndirməyə  çalışdı,  lakin  Şimal  qrupu  bütün  cəhdlərin  qarşısını  aldı  və  düşməni  itkilərlə  geri  atdı.
529 
Baş 
komandanlıq qan tökülməsinin qarşısını almaq üçün Mürsəl bəyə Bakı 
əhalisinə  bir  daha  müraciət  edib  silahları  yerə  qoymaq  təklifində 
bulunmağı  tapşırdı.  Erməni  Milli  Şurası  vaxt  qazanmaq  məqsədi  ilə 
QİO-nun  rəhbərliyi  ilə  danışıqlar  aparmaq  istədiyini  bildirdi,  lakin 
onların məqsədini başa düşən Mürsəl bəy danışıqlardan imtina etdi və 
                                                           
522
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.268. 
523
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.337.
 
524
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144. 
525
Süleymanov M.S. Azərbaycan Ordusu, s.118. 
526
Yuceer N. Birinci Dünya savaşında, s.102.
 
527
Yuceer N. Birinci Dünya savaşında, s.107. 
 
528
Yenə orada, s.273. 
 
529
Yenə orada, s.270. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə