Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə72/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   68   69   70   71   72   73   74   75   ...   90

133 
 
tərkibində bir piyada taboru (38-ci alaydan), 1 süvari bölüyü, 1 topçu tağımı var idi. Şərq cəbhəsi komandanlığı 
döyüşü idarəetməni yaxşılaşdırmaq üçün qərargahı Qobuya köçürdü.
499
 
Cənub  qrupu  düşməni  Heybət  stansiyasınadək  qovdu,  burada  sovetləri  bir  zirehli  qatar  dəstəkləyirdi. 
Vəziyyətin kəskinləşməsini, bolşeviklərin öz məğlubiyyətlərini onun üzərinə yıxmasını görən, şəhərin müdafiə 
olunacağına inamını itirən Biçeraxov  öz  dəstəsi  və  bir  zirehli qatarla  cəbhəni tərk  edib  Biləcəri  stansiyası ilə 
dəniz arasında mövqe tutdu.
500
 Biçeraxovun özü ilə İrandan gətirdiyi qüvvələrdən cəmi 300 nəfər sağ qalmışdı, 
onun dəstəsinin əksər yeni döyüşçüləri Bakı və ətrafların rus kəndlərindən toplananlar idi.
501
 Dəstədə həmçinin 
4 ingilis zabiti və 50 əsgəri, yük avtomobilləri, bir zirehli avtomobil var idi.
502
 Oşimala doğru hərəkət etdi. 
Bakıda  iyulun  30-dan  31-ə  keçən  gecə  daşnak  partiya  liderləri  və  bolşevik  dəstələrinin  rəhbərləri 
müşavirə 
keçirərək 
cəbhəyə 
3000 
erməni 
göndəriləcəyi barəsində qərar qəbul etmişdilər. Həmin 
gecə  QİO-nun  Şərq  cəbhəsi  komandanlığı  Şimal  və 
Cənub  qruplarına  iyulun  31-də  hücumu  davam 
etdirmək  əmrini  verdi.  Düşmən  düşərgəsində  olan 
çaşqınlıqdan  istifadə  etməklə  mümkün  qədər 
irəliləməyə  çalışan  komandanlıq  Cənub  qrupuna 
Heybət  stansiyasınadək  irəliləmək  və  Bakıya  iki 
istiqamətdən  yaxınlaşmaq  əmrini  verdi.  Şimal  qrupu 
qarşısında  dayanan  düşmən  qüvvələrini  əzməli  və 
Bakıya  girməli  idi.  Şəhərdə  düşmən  qüvvələri  məhv 
ediləndən  sonra  burada  yalnız  13-cü  alay  qalmalı, 
qalan hissələr isə şəhərdən çıxarılmalı idi.
503
 Avantüra 
qoxusu  gələn  bu  əmr  əslində  düşmənin  nə  qədər 
qüvvəyə  malik  olduğunu,  onun  hansı  mövqelərdə 
dayandığını,  şəhərin  müdafiəsinin  necə  təşkil 
olunduğunu,  müdafiəyə  cəlb  ediləcək  düşmən 
hidroaviasiyası  və  hərbi  gəmiləri  ilə  necə  və  hansı 
qüvvələrlə  mübarizə  aparılacağını  nəzərə  almadan 
verilmişdi.  Düşmən  qoşunlarının  sıxılaraq  Bakıya 
doğru  geriləməsi  cəbhənin  müdafiə  xəttini  daraldırdı.  Buna  görə  müqavimət  qüvvəsini  artırmalı  idi.  Üstəlik 
komandirlər  sursatın  tükənməsindən  xəbər  verir,  içməli  suyun  olmaması  isə  fəlakət  həddinə  çatmışdı.  Qızmar 
günəş altında sürətli hücumun təşkili üçün avtomobillər ayrılmamışdı, halbuki Bakı ətrafında keyfiyyətli yollar, 
türk-Azərbaycan  hissələrində  qənimət  kimi  ələ  keçirilmiş  avtomobillər  var  idi.  Qatarların  lokomotivlərində 
texniki  su  istifadə  olunduğundan  bu  suyun  tükənməsi  nəticəsində  zirehli  qatar  döyüşdə  iştirak  edə  bilmir  yük 
qatarlarının dayanması isə cəbhəyə ərzaq, su və döyüş sursatını çatdırılmasını ləngidirdi. Nuru paşanın əmri ilə 
Yevlaxdan göndərilən 18 çən su iyulun 31-də axşam yola düşmüş və döyüş başlayanadək qoşunlara çatmamışdı. 
Bir  sözlə,  iyulun  31-nə  planlaşdırılan  hücum  yalnız  cəbhədəki  psixoloji  duruma  hesablanmışdı.  Ehtimal 
olunurdu  ki,  türk-Azərbaycan  qoşunları  sürətlə  hücuma  keçərsə,  düşməni  müdafiə  olunmaq  üçün  hazırladığı 
mövqelərdə  möhkəmlənə  bilməyəcək,  çaşqınlıq  içərisində  geri  çəkiləcək.  Belə  tələsikdə  Bakıya  hücum  təşkil 
etməyi QİO rəhbərliyindən Ənvər paşa tələb edirdi. Almaniyanın təzyiqi ilə üzləşən və ingilislərin Bakıya qoşun 
çıxarmaq ehtimalını nəzərdən qaçırmayan Ənvər paşa tezliklə Bakının tutulmasını tələb edirdi.
504 
İyulun 31-də 
qruplar hücuma başladılar. Gecə saat 3:30-da başlayan hücum səhər saat 8:00-da düşmənin Xırdalan ətrafında 
yaratdığı müdafiə mövqelərinin (səngərlər, tikanlı məftillər) yarılması ilə nəti-cələndi.
505
 Sumqayıt istiqamətinə 
göndərilmiş  dəstə  buradakı  düşmən  hissələrini  məğlub  etmişdi.  Dəstə  şimala  gedən  bütün  yolları  kəsməklə 
sovetlərin Abşeron yarımadası çərçivəsində mühasirəyə alınmasını tamamladı və Şollar su xəttinə nəzarəti ələ 
keçirmək Şimal qrupunu içməli su ilə təmin etdi.
506
  Şimal  qrupu  Heybət stansiyasından  2  km  şərqdə  yerləşən 
905 №-li yüksəkliyi tutdu, sonra Xırdalanı azad etdi. Lakin geri sıxılan düşmən dəstələri birləşərək sahil xəttinə 
yaxınlaşmış  hərbi  gəmilərinin  açdığı  atəşlə,  həmçinin  havadan  türk  -  Azərbaycan  qoşunlarını  bombalayan  2 
aeroplanın dəstəyi ilə əkshücuma keçdilər və 905 №-li hündürlüyü geri aldılar. Yeni qüvvə göndərməklə Şimal 
qrupu rəhbərliyi vəziyyəti düzəltdi və yenidən 905 №-li hündürlüyü tutdu. Şimal qrupu hücumu genişləndirərək 
əvvəlcə  Coratı,  sonra  Hacı  Həsən  kəndi  ətrafındakı  təpələri  ələ  keçirdi.  Cənub  qrupu  Nəvai  və  Ağbulaq 
                                                           
499
Yuceer N. Birinci Dünya savaşında, s.100-101
 
500
Дарабади П.Г. Военные проблемы, с.120. 
501
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.95. 
502
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.133. 
503
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.251. 
504
Yuceer N. Birinci Dünya savaşında, s.97.
 
505
Süleymanov M.S. Azərbaycan Ordusu, s.115. 
506
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, 335.
 


134 
 
stansiyalarını  tutmağa  müvəffəq  oldu.
507
  Mövqelər  tutulduqdan  sonra  Bakıya  nümayəndə  heyəti  göndərilərək 
şəhər  rəhbərliyinə  məktub  təqdim  edildi.  Məktubda  QİO  rəhbərliyi  adından  şəhərin  döyüşsüz  təslim  edildiyi 
halda  ermənilərə  istədikləri  yerə  çıxıb  getmələrinə  əngəl  törədilməyəcəyi  barəsində  vəd  verilirdi.
508
  Məktub 
barəsində  məlumat  alan  Ənvər  paşa  teleqram  göndərərək  komandanlığın  doğru  hərəkət  etdiyini,  ermənilərin 
təhlükəsizliyinə  zəmanət  veriləcəyini  bildirdi.  Eyni  zamanda  o,  rədd  cavabı  alınarsa,  hücumun  davam 
etdirilməsini tələb edirdi. Bakı uğrunda döyüşlərin ağır keçəcəyini anlayan Şərq cəbhəsi komandanlığı Güzdək 
kəndi  ətrafında  ehtiyat  qüvvə  topladı:  38-ci  alayın  2-ci  piyada  taboru,  azərbaycanlı  süvarilərdən  ibarət  Ləzgi 
süvari alayı, 2 dağ topu.
509
 
Döyüşlərdə düşmən böyük itkilər vermişdi. Ordunun ən etibarlı 
hissəsi  sayılan  Q.Petrovun  dəstəsində  780  nəfərdən  200  nəfəri  sağ 
qalmışdı.
510
  3000  erməni  döyüşçüsü  şəhərə  qaçıb  gizləndiyindən 
Qırmızı  ordu  komandanı  Avetisov  təslim  olmağı  təklif  etdi.  Bakı 
bolşevikləri  tərəfdaşlarını  Rusiyadan  bu  gün-sabah  kömək  gələcəyinə 
inandırmaqla  qüvvələri  səfərbər  edib  müqavimət  göstərməyə  üstünlük 
verir,  daşnak,  sağ  eser  və  menşeviklər  isə  yalnız  ingilislərə  ümid 
bəsləyirdilər.  Bolşeviklərin  sonuncu  dayağı  olan  Petrovun  dəstəsi 
müxalif qüvvələri itaətə gətirmək gücündə deyildi, ona görə də iyulun 
31-də  Bakı  komissarları  hakimiyyətdən  getmələrini  bəyan  etdilər.
511
 
Verilən  bəyanatda  məğlu-biyyətin  səbəblərini  avetisovlar  və  amazaspların  qorxaqlığı  ilə  bağlayan  bolşeviklər 
elə  həmin  avetisovlar  və  amazplarla  əlbir  olub  nə  özlərinin  törətdikləri  cinayətlər,  nə  də  rəqibin  (QİO-nun) 
mənəvi baxımdan üstün olması və bu üstünlüyü döyüş cəbhələrində nümayiş etdirməsini boyunlarına almadılar. 
Avqustun  1-də  Bakıda  daşnaklar,  sağ  eserlər  və  menşeviklər  "Sentrokaspi  və  sovetlərin  Müvəqqəti 
İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası" adlı hökumət təşkil etdilər. Bolşeviklərə sadiq qalan qüvvələr 
(təxminən  3  min  nəfər,  bir  neçə  top  və  zirehli  avtomobillər)  şəhərin  Petrovski  meydanında  düşərgə  saldılar. 
Komissarlar "inqilab üçün öz həyatlarını xilas etmək məqsədi" ilə gəmi vasitəsi ilə şəhəri tərk etmək istədikdə 
Sentrokaspi  diktaturasına  tabe  olan  hərbi  gəmilər  bunun  qarşısını  aldılar.  Komissarlar  həbs  edildi,  lakin 
Petrovski  mey-danında  düzülmüş  dəstələrin  silah  işlətmək  hədəsi  Setrokaspi  Diktaturasını  onları  azadlığa 
buraxmağa vadar etdi.
512
 
 
 
7.9.Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il) 
 
Bakıda hakimiyyət dəyişsə də türk-Azərbaycan qoşunlarına qarşı vuruşan qüvvələr yerində qalmışdı və 
eyni  məqsədə  qulluq  etmək  üçün  hazır  idi.  M.Süleymanov  haqlı  olaraq  qeyd  edir  ki,  "Bakı  Soveti  kimi, 
Setrokaspi  Diktaturası  da  Azərbaycan  Xalq  Cümhuriyyətini  tanımır,  Azərbaycan  xalqının  öz  müqəddəratını 
müəyyənləşdirmək istəyini heç bir vəchlə qəbul etmir, AXC-nin dəvəti ilə Azərbaycan xalqının imdadına çatmış 
Türk qoşunlarına işğalçı kimi baxırdılar".
513
 
Setrokaspi  Diktaturasının  sərəncamına  keçmiş  hərbi  hissələr  "Döyüşən  Qırmızı  Qafqaz  Ordusu"  adını 
aldı, əvvəlki kimi bu orduda da ermənilər üstünlük təşkil edirdi. L.Biçeraxova xəbər verildi ki, o, yeni ordunun 
komandanı təyin olunub. 
Mürsəl  bəyin  imzaladığı  döyüş  əmrinə  əsasən  avqustun  1-də  Bakı  üzərinə  hücum  təşkil 
edilməli idi. Şimal qrupu şəhərə daxil olub, küçə döyüşlərində düşməni məğlub etməli, sonra isə 
şəhərdə  asayişi  bərpa  etməli  idi.  Asayişin  qorunması  üçün  13-cü  alayın  bir  taboru  şəhərin 
müsəlman  hissəsində,  bir  taboru  isə  xristian  hissəsində  dayanmalı,  qalan  qüvvələr  şəhərdən 
çıxarılmalı  idi.  Cənub  qrupu  Heybət  stansiyası  tərəfdən  şəhərə  hücum  etməli,  dənizdən  təhlükə 
törədən  düşmən  gəmilərin  qarşı  mübarizə  aparmalı  idi.  Güzdək  yaxınlığında  ehtiyat  qüvvələri 
yerləşdirildi:  bir  piyada  taboru  (38-ci  alayın  2-ci  taboru),  Ləzgi  süvari  alayı,  bir  top  taqımı 
(Qüdrətli  dağ  topları).  Şərq  cəbhəsi  komandanı  Mürsəl  bəy  öz  qərargahı  ilə  Hökməli  kəndində 
yerləşərək buradan döyüşü idarə etməli idi.
514
 
Əmrin  təhlili  hücum  barədə  qərarın  tələsik  verilməsi  təəssüratını  yaradır.  Düşmən 
mövqeləri  və  qüvvələri  öyrənilmədən  qoşunlara  hücum  istiqamətləri  göstərilmiş,  əsas  zərbə 
                                                           
507
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.252 
508
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.253. 
509
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116. 
510
Большевики в борьбе за победу, с.616. 
511
Yenə orada, c.617-619.
 
512
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116. 
513
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.264. 
514
Yenə orada, s.265.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə